İsfəndiyar Vahabzadənin Rusiyaya girişi 50 il müddətinə qadağan olunub
Tarix: 13-08-2021, 14:25
Rusiya Daxili İşlər Nazirliyi Azərbaycanın Belarus, Moldova və Pakistandakı keçmiş səfiri İsfəndiyar Vahabzadənin "İnternetdə millətlərarası ədavəti qızışdıran açıq fikirlərə görə" 50 il müddətinə Rusiya ərazisinə girişini qadağan edib.
CivilAzerbaijan.com bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Qazaxıstandakı "dil patrulları”nı təşkil edən və rusiyalıları qazaxlara etinasız münasibət göstərməkdə ittiham edən Qazaxıstan vətəndaşı Kuat Ahmetova da analoji qadağa qoyulub.
"Rusiya Daxili İşlər Nazirliyi xəbərdarlıq edir ki, Rusiya, onun sakinlərinə və xaricdə yaşayan həmvətənlərə qarşı destruktiv hərəkətlərə çağıran xarici vətəndaşlar ölkə ərazisinə buraxılmayacaqlar", - məlumatda bildirilir.
Xatırladaq ki, Vahabzadə Vladimir Jirinovskini Azərbaycanın ünvanına təhqirinə cavab olaraq onu "donuz" və "eşşək" adlandırıb. Vahabzadə həmçinin bütün rusların ünvanına təhqir səsləndirib, baxmayaraq ki, Jirinovski yəhudidir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər