Erməni baş leytenant Azərbaycan tərəfə keçib?

Xəbərin çap versiyası
Tarix: 23-08-2021, 17:04


Bazar günü saat 21:00-a yaxın Ermənistan Silahlı Qüvvələrinin baş leytenantı Artur Borisoviç Davidyan yuxarı komandanlığın icazəsi olmadan daimi dislokasiya yerini tərk edib. Bir müddət sonra onunla əlaqə itib.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir.

İlkin məlumata görə, baş leytenant pis görmə şəraitində azıb və Azərbaycan tərəfinə keçib.

Rusiya tərəfinin vasitəçiliyilə hərbi qulluqçunun Azərbaycan tərəfinə keçməsinin təsdiqlənməsi üçün addımlar atılır, məlumatda bildirilir.

Turanının xəbərində qeyd olunur ki, Azərbaycan Müdafiə Nazirliyi hələlik bu məlumatı hələlik şərh etmir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər
{sape_links}{sape_article}



Facebook səhifəmiz