Nikol Paşinyandan Türkiyə ilə münasibətlər haqqında AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 8-09-2021, 17:20


"Ermənistan Türkiyə ilə yolların açılmasına və ikitərəfli münasibətlərin normallaşmasına hazırdır".

CivilAzerbaijan.com
bildirir ki, bu barədə baş nazir Nikol Paşinyan Yerevanda hökumətin bugünkü iclasında Türkiyə prezidenti Ərdoğanın Ermənistanla münasibətləri normallaşdırmaq çağırışını şərh edərkən bəyan edib.

"Biz bu bəyanatlarda Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, Ermənistan-Türkiyə dəmir və avtomobil yollarının yenidən işə salınması barədə danışmaq imkanlarını görürük. Biz də belə danışığa hazırıq. Üstəlik, biz regionumuzun qərblə şərqi, şimalla cənubu birləşdirən yolayrıcına çevrilməsindən danışırıq", - "Armenpress" agentliyi Paşinyandan sitat gətirir.

Paşinyan qeyd edib ki, Rusiya bu prosesə fəal dəstək verməyə hazır olduğunu bildirib. "Avropa İttifaqı, Fransa və ABŞ da bu prosesdə maraqlıdırlar. Kommunikasiya layihələrinin inkişafında Çin və Hindistanın marağı da məlumdur", - o deyib, Turanın məlumatında qeyd olunur.

Paşinyanın sözlərinə görə, regionda sülh və sabitlik Ermənistan hökumətinin uzunmüddətli strategiyasıdır. "Və biz bu problemin həllinə görə özümüzü məsuliyyətli hesab edirik. Sülh, sabitlik, əməkdaşlıq asanlıqla bəyan edilən və arzu olunan məqsədlərdir, lakin onların həyata keçirilməsi ağıllı, düşünülmüş, praqmatik səylər tələb edir və Ermənistan belə səy göstərməyə hazırdır", - Paşinyan bildirib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz