ABŞ səfiri Lynn Tracy: Biz Dağlıq Qarabağın statusu məsələsinin həll edildiyini hesab etmirik

Xəbərin çap versiyası
Tarix: 11-09-2021, 21:09


"Dağlıq Qarabağın statusu məsələsi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların gündəliyində qalmaqdadır".

CivilAzerbaijan.com
bildirir ki, bu barədə şənbə günü Yerevanda ABŞ-ın Ermənistandakı səfiri Lynn Tracy jurnalistlərə söyləyib.

Sputnik-Armenianın yayımladığı xəbərdə qeyd olunur ki, onun sözlərinə görə, ABŞ tərəflərin danışıqlar masasına qaytarılması üçün əlindən gələni edir, məsələni yalnız belə həll etməyin mümkün olduğuna əmindir. Diplomat xatırladıb ki, dövlət katibi Entoni Blinken dəfələrlə Amerika tərəfin mövqeyini ifadə edib.

“Şübhəsiz, otuz illik münaqişə və gərginlik bir gecədə həll oluna bilməz. Amma bizim üçün mühüm olan fundamental məqamlar var. Biz Dağlıq Qarabağın statusu məsələsinin həll edildiyini hesab etmirik. O, Minsk Qrupunun gündəliyində qalmaqdadır”, deyə Lynn Tracy əlavə edib.

Turanın məlumatına görə, danışıqlar üçün zəmin olub-olmaması haqqında suala cavabda səfir bildirib ki, tərəflərin yerinə danışa bilməz, amma əsirlər qaytarılmadan genişmiqyaslı müzakirələrin mümkün olmadığını bəyan edən Ermənistan hökumətinin mövqeyinə istinad edib.

“Bildiyiniz kimi, ABŞ bu istiqamətdə müəyyən səy göstgərib, Rusiyalı tərəfdaşlarımız da səy göstəriblər və müəyyən uğurlar əldə olunub. Ümid edirik ki, bütün əsirlərin qaytarılacağı mərhələyə çatacağıq”, deyə səfir Tracy bildirib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz