Rusiyada universitetə silahlı hücum olub: ölən və yaralananlar var - VİDEO

Xəbərin çap versiyası
Tarix: 20-09-2021, 15:51


Perm Dövlət Milli Tədqiqat Universitetində baş verən atışma nəticəsində ölənlərin sayı 8-ə, yaralananların sayı 19-a çatıb.

CivilAzerbaijan.com
bildirir ki, TASS-ın bu gün, sentyabrın 20-də verdiyi məlumata görə, hücumu 18 yaşlı Timur Bekmansurov adlı şəxsin törətdiyi ehtimal edilir. Onun 12×76 kalibrli ov tüfəngi "Huglu Atrox Tactic Pump Action" tüfəngi ilə silahlandığı bildirilir.

Rusiya İstintaq Komitəsi şübhəli bilinən şəxsin saxlandığını təsdiqləyib. Komitədən bildirilib ki, həmin şəxs saxlanılan zaman silahlı müqavimət göstərib.

KİV-in məlumatına görə isə o saxlanılan zaman aldığı yaralardan ölüb.

T.Bekmansurov hücumu törətməzdən əvvəl sosial media hesabında məlumat paylaşıb. O, hücumu uşaqlıqdan bəri planlaşdırdığını və 10-cu sinifdən bəri silah-sursat almaq üçün pul yığdığını bildirib. Onun sözlərinə görə, hansısa radikal təşkilatın üzvü deyil və hücumu özbaşına təşkil edib.




civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz