ATƏT-in Minsk Qrupu həmsədrlərinin BƏYANATI
Tarix: 16-11-2021, 14:51
ATƏT-in Minsk Qrupunun həmsədrləri (Amerika Birləşmiş Ştatlarından Endryu Şofer, Rusiya Federasiyasından İqor Xovayev və Fransadan Bris Roquefeuil) noyabrın 15-də bəyanat yayıblar.
Civilazerbaijan.com bildirir ki, bəyanatda həmsədrlərin regionda, o cümlədən, Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələrə dərin narahatlıqla yanaşıqları qeyd olunur. Həmsədrlər tərəfləri vəziyyətin dərhal deeskalasiyası üçün konkret addımlar atmağa çağırır. Həmsədrlər həmçinin tərəfləri qızışdırıcı ritorikadan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə, 9 noyabr bəyanatı və digər birgə razılaşdırılmış atəşkəs razılaşmalarına əsasən götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırırlar.
Son zamanlar gərginliyin artması Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlərin danışıqlar yolu ilə, hərtərəfli və davamlı həllinin zəruriliyini vurğulayır. Həmsədrlər tərəfləri Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Nyu-York və Parisdə həmsədrlərin himayəsi altında keçirilən birgə görüşləri zamanı əldə edilmiş irəliləyişə əsaslanaraq, regionda təhlükəsizlik, sabitlik və tərəqqi üçün birbaşa dialoqu davam etdirməyə çağırırlar.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər