Avropa İttifaqından açıqlama: Əliyev və Paşinyan Brüsseldə görüşəcək

Xəbərin çap versiyası
Tarix: 20-11-2021, 18:45


Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel ilə telefon danışığından sonra dekabrın 15-də Aİ -Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Brüsseldə görüşün keçirilməsi barədə razılığa gəliblər.

Civilazerbaijan.com
bildirir ki, bu barədə AI-nın noyabrın 19-da verdiyi bəyanatda deyilir.

“Avropa Şurasının rəhbəri Şarl Mişel Aİ-Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsini təklif edib.

Liderlər regional vəziyyəti və gərginliyin aradan qaldırılması yollarını müzakirə etmək üçün Brüsseldə görüş keçirmək barədə razılığa gəliblər. Telefon danışıqları zamanı Ermənistan və Azərbaycan liderləri həmçinin insidentlərin qarşısının alınması mexanizmi kimi xidmət etmək üçün müvafiq müdafiə nazirləri səviyyəsində birbaşa rabitə xəttinin yaradılması barədə razılığa gəliblər”, - sənəddə deyilir.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi də məlumatı təsdiqləyib.

"Azərbaycan tərəfi hər zaman siyasi dialoqa açıqdır və bu kimi təmasları müsbət qarşılayır. Bu xüsusda Avropa İttifaqı Şurasının Prezidentinin Brüssel Zirvəsi çərçivəsində Aİ-nin vasitəçiliyi ilə iki ölkə liderinin görüşünün təşkili təklifinə Azərbaycan tərəfindən razılıq verilib", deyə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər
{sape_links}{sape_article}



Facebook səhifəmiz