Robert Koçaryandan Azərbaycanla sərhədlərin delimitasiyasıyla bağlı SƏRT AÇIQLAMA
Tarix: 27-12-2021, 16:31
Ermənistanın sabiq prezidenti Robert Koçaryan deyib ki, hazırkı vaxtda Ermənistan rəhbərliyinin Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası prosesində iştirak etməsi diplomatik pozğunluqdur.
CivilAzerbaijan.com bildirir ki, bu barədə dekabrın 27-də "Sputnik Ermənistan" məlumat verib.
"Sadəcə olaraq bu prosesdə iştirak etməmək lazımdır, çünki Ermənistan indi hədsiz zəif vəziyyətdədir, onun start mövqeləri olduqca zəifdir", - deyə o bildirib.
Sabiq prezidentin sözlərinə görə, Bakı ilə Yerevan arasında diplomatik, yaxud hansısa ikitərəfli münasibətlər mövcud deyil. Buna görə də delimitasiya prosesini başlatmaq olmaz, yoxsa bu "diplomatik pozğunluq" kimi görünəcək.
Toplum Tv-nin məlumatında qeyd olunur ki, noyabrın sonunda Azərbaycan və Ermənistan liderləri Rusiyanın Soçi şəhərində, dekabrın ortasında isə Belçikanın paytaxtı Brüssel şəhərində görüş keçiriblər. Hər iki görüşdə sərhəd məsələləri müzakirə olunub. Soçidəki üçtərəfli görüşdən sonra Rusiya Prezidenti Vladimir Putin deyib ki, onlar bu ilin sonunadək iki respublika arasında sərhədlərin demarkasiya və delimitasiyası mexanizmlərini yaratmaq barədə razılığa gəlirdilər.
Rusiya liderinin sözlərinə görə, hazırda bunun üçün hansısa maneə yoxdur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər