Rusiyadan Qazaxstan hadisələrinə RƏSMİ MÜNASİBƏT

Xəbərin çap versiyası
Tarix: 5-01-2022, 16:46


Kremlin rəsmi sözçüsü Dmitri Peskov Qazaxstanda baş verən hadisələrə münasibət bildirib.

CivilAzerbaija.com
bildirir ki, "RIA Novosti"-nin yanvarın 5-də verdiyi məlumata görə, Peskov deyib ki, bu situasiyada ən vacib məsələ heç kimin Qazaxstanın daxili işlərinə qarışmamasıdır.

Kreml rəsmisi həmçinin onu da qeyd edib ki, Qazaxstan rəhbərliyi məsələni tənzimləmək üçün Moskvadan kömək istəməyib.

"Qazaxstan rəhbərliyi baş verən hadisələri özü həll etməyə və vəziyyəti tənzimləməyə qadirdir", - deyə Peskov bildirib.

Yeni ilin ilk günlərində Qazaxstanın Manqistanausk əyalətinin (ölkənin qərbində əsas neft sənayesi bölgəsi) Aktau və Janaozen şəhərlərinin sakinləri mitinqlər başladıb. Onlar qaz qiymətlərinin ikiqat bahalaşmasına etiraz ediblər. Sonrakı günlər etiraz dalğası ölkənin bir çox əyalət və şəhərlərinə yayılıb.

Prezident Qasım-Comərd Tokayev hökuməti istefaya göndərib, əhalini ictimai asayişi pozmamağa çağırıb və situasiyanı nəzarət altına almaq üçün hökumət komissiyası yaratmağı tapşırıb. Həmçinin yanvarın 5-i gecə saatlarında ölkə Prezidenti Manqistanausk əyalətində və Alma-Ata şəhərində fövqəladə vəziyyət elan edib. Alma-Ata şəhərinin giriş və çıxışlarının bağlandığı, həmçinin ölkədə sosial şəbəkələrin fəaliyyətinə məhdudiyyətlər qoyulduğu bildirilir.

Hazırda ölkənin bütün şəhərlərində kütləvi nümayişlər, mitinqlər keçirilir, etirazçılar bəzi şəhərlərdə hökumət binalarını ələ keçirib.

Toplum TV-nin məlumatına görə, yüzlərlə etirazçı polis tərəfindən saxlanılıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz