Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının sədri vəzifəsindən azad edilib
Tarix: 5-01-2022, 19:01
Qazaxstanda iğtişaşların güclənməsi fonunda ölkə prezidenti Kasım-Jomart Tokayev Nursultan Nazarbayevi Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsindən azad etdiyini elan edib.
CivilAzerbaijan.com bildirir ki, bundan sonra bu yüksək quruma Tokayev özü rəhbərlik edəcək.
Təhlükəsizlik Şurasının katibi vəzifəsi Qazaxstanı 30 il idarə edən Nazarbayevin 2019-cu ildə prezident vəzifəsindən getməsindən sonra onun əlində qalan bir neçə yüksək vəzifədən biridir.
Eyni zamanda, o, öz "Nur Otan" partiyasının sədri vəzifəsini tutur və fəxri "Yelbası" və ya "millət atası" tituluna malikdir. Əslində, mövcud qanunlara görə əbədi olaraq “xalqın lideri” – Elbası titulunu daşıyan Nazarbayev onu praktik olaraq hakimiyyətdə saxlayan bu vəzifədə də ömürlük qalmalı idi.
Bunun etirazçıları sakitləşdirib-sakitləşdirməyəcəyini demək çətindir. Hələlik iğtişaşçılar getdikcə daha da güclənirlər və ölkənin yeni regionlarını əhatə edirlər. Əhali hakimiyyətin qaz qiymətini ucuzlaşdırmaq vədlərinə reaksiya vermir.
AzadlıqRadiosunun müxbirləri xəbər verirlər ki, Nazarbayevin vəzifəsindən kənarlaşdırılması barədə məlumatla eyni vaxtda onun Taldıkorqan şəhərindəki heykəlinin uçurulmasına başlandığı barədə xəbər alınıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər