Vladimir Zelenski: Biz Ukraynanı təkbaşına qoruyuruq

Xəbərin çap versiyası
Tarix: 25-02-2022, 16:27


Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya ikinci gündür ki, Ukraynanın dinc şəhərlərinə raket zərbələri endirir.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə o, videomüraciətində söyləyib.

Prezidentin sözlərinə görə, ruslar hansı məqsədlərlə hərəkət etdiklərinə fərq qoymurlar. Buna görə də, təkcə hərbi obyektlər deyil, yaşayış evləri də zərbə altına düşür, UNİAN bildirib.

"Bu hücumda məqsəd təzyiqdir. Sizə təzyiqdir, hörmətli vətəndaşlar. Bütün cəmiyyətimizə təzyiqdir. Mən vurğulayıram: sadəcə, hakimiyyətə yox, bütün ukraynalılara. Və bu gün dünənkindən daha çoxdur. Gənclərimiz, qızlarımız, Ukraynanın bütün müdafiəçiləri düşmənə ilk gün hərbi müdaxilənin operativ ideyasını həyata keçirməyə imkan vermədilər", - Zelenski deyib.

Prezident qeyd edib ki, əksər istiqamətlərində düşməni durdurublar, döyüşlər gedir. O deyib ki, hava hücumundan müdafiə sistemləri səmanı qoruyur, lakin düşmən aviasiyası yaşayış məhəllələri üzərində, xüsusilə də Kiyevdə alçaqcasına hərəkət edir.

Zelenski qeyd edib ki, bu hücum 1941-ci ildə Kiyevə hücuma bənzəyir.

"Biz dövlətimizi təkbaşına qoruyuruq. Dünyanın ən güclü qüvvələri uzaqdan müşahidə edirlər. Dünənki sanksiyalar Rusiyanı razı sala bildimi? Biz öz səmamızda eşidirik, öz torpağımızda eşidirik ki, bu, kifayət deyil ", - Zelenski bildirib.

Prezident vurğulayıb ki, yalnız ukraynalıların həmrəyliyi azadlığı qoruya bilər. Onun sözlərinə görə, hərbçilər öz vəzifələrini maksimum yerinə yetirirlər. Eyni zamanda, dövlət başçısı bütün ukraynalıları səfərbər olmağa, bir-birinə və orduya kömək etməyə çağırıb.

"Ukraynalıların taleyi ancaq bizdən asılıdır. Bizdən başqa heç kim bizim həyatımıza rəhbərlik etməyəcək. Biz öz torpağımızdayıq, həqiqət bizim tərəfdədir. Bizim xarakterimiz məhv etmək mümkün olmayacaq. "Kalibr" raketləri bizim azaldığımızın qarşısında acizdir", - o qeyd edib.

Zelenski deyib ki, bütün hallarda Rusiya döyüş əməliyyatlarını necə başa çatdırmaq və bu hücumu necə dayandırmaq barədə bizimlə danışmaq məcburiyyətində qalacaq.

"Danışıq nə qədər tez başlayarsa, Rusiyanın özü üçün də itki bir o qədər az olacaq", - Zelenski qeyd edib.

Turanın məlumatında qeyd olunur ki, həmçinin prezident rusiyalılara müraciət edib.

"Hörmətli, Rusiya Federasiyası vətəndaşları, dediyim kimi, bu gün gecə qəhrəman- şəhər Kiyevin yaşayış məhəllələrini bombalamağa başlayıblar. Bütün bunlar 1941-ci ili xatırladır. Etirazlara çıxan vətəndaşlar, biz sizi görürük. Bu o deməkdir ki, siz bizi eşidirsiniz. Bu o deməkdir ki, siz bizə inanmağa başlayırsınız. Bizim üçün savaşın, müharibəyə qarşı mübarizə aparın", - Zelensky deyib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz