İsveçrə də Aİ-nın Rusiyaya qarşı sanksiyalarına qoşulub

Xəbərin çap versiyası
Tarix: 1-03-2022, 14:00


İsveçrə prezidenti İqnasio Kassis fevralın 28-də bildirib ki, İsveçrə Rusiyanın Ukraynaya hücumuna görə Avropa İttifaqının Rusiyaya, onun liderlərinə və oliqarxlarına qarşı tətbiq etdiyi sanksiyaların hamısını qəbul edəcək.

CivilAzerbaijan.com
Amerikanın Səsinə istinadla bildirir ki, Kassis zəngin rusları pullarını banklarına qoymaq üçün sevimli yerlərindən birinə girişi məhrum edəcək qərarı elan edərkən "Bu, İsveçrə üçün böyük bir addımdır" deyib.

İsveçrə prezidenti mətbuat konfransında deyib ki, Rusiyanın işğalı mənəvi və siyasi baxımdan dözülməzdir.

Ənənəvi olaraq neytrallığını qoruya bu ölkə sanskiyalarla bağlı uzunmüddətli təzyiqlər altında idi.

Qərar İsveçrədə təxminən 20 min nümayişçinin Ukrayna ilə həmrəylik nümayişindən iki gün sonra qəbul edilib.

İsveçrə sanksiyaları Avropa İttifaqı ilə koordinasiyalı şəkildə həyata keçirəcək. Hökumətin fevralın 28-də yaydığı bəyanatda deyilir ki, sanksiyalar ilk növbədə Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla, fiziki şəxslərin aktivlərinin və şirkətlərinin dondurulması, eləcə də maliyyə sektoruna təsir edəcək.

“Fiziki şəxslərin və şirkətlərin aktivlərinin dondurulması barədə qərar dərhal qüvvəyə minir və yeni müqavilələrin qadağası qüvvədə qalır” - deyə məlumatda bildirilib.

Putindən başqa bu şəxslər arasında baş nazir Mixail Mişustin və xarici işlər naziri Sergey Lavrov da var.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz