Ukrayna Rusiya Silahlı Qüvvələrinin 30 helikopterinin olduğu aerodromu bombalayıb

Xəbərin çap versiyası
Tarix: 7-03-2022, 19:04


Martın 7-nə keçən gecə Ukrayna hərbçiləri Herson yaxınlığında Rusiya Silahlı Qüvvələrinin 30-a qədər helikopterinin yerləşdirildiyi Çernobayevka aerodromunu darmadağın ediblər.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə UNİAN agentliyi məlumat verib.

“Düşmənin 30 helikopteri, həmçinin canlı qüvvə və texnikası məhv edilib".

Bundan əlavə, son sutka ərzində Rusiya Silahlı Qüvvələrinin Nikolayevin girəcəyində 3 kolonu məhv edilib. Çoxlu sursat, avtomovl və 7 ədəd D-20 haubitsa ələ keçirilib.

Turanın xəbərində qeyd olunur ki, bu gün Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib ki, Qərbdən ciddi silahların tədarükü ilə bağlı razılıq əldə olunub. İlkin məlumatlara görə, bunlar qırıcılar və Hava Hücumundan Müdafiə sistemləridir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz