Berlində faciə: sürücü maşını insanların üzərinə sürüb: ölən və yaralananlar var

Xəbərin çap versiyası
Tarix: 8-06-2022, 16:05

Mənbə: Fox Metro News

Berlinin yaxınlığındakı Şarlottenburq məhəlləsində sürücü avtomobili izdihamın üzərinə sürüb.

Civilazerbaijan.com
bildirir ki, Fövqəladə hallar xidmətinin məlumatına görə, nəticədə bir nəfər ölüb.

Berlin polisi 30-a yaxın şəxsin yaralandığını açıqlayıb.Təcili yardım xidməti əməkdaşları da jurnalistlərə azı bir nəfərin öldüyünü deyib.

Berlin polisinin sözçüsü Martin Dams hadisənin Almaniya paytaxtının qərbindəki məşhur Kurfuerstendamm Ticarət Mərkəzinin yaxınlığında baş verdiyini bildirib. Onun sözlərinə görə, avtomobili idarə etməkdə şübhəli bilinən sürücü saxlanılıb.

Dams bildirib ki, hadisənin qəza nəticəsində olub-olmaması və ya sürücünün maşını insanların üzərinə qəsdən sürməsi hələlik aydın deyil.

2016-cı il dekabrın 19-da islamçı ekstremist Anis Amrini qaçırdığı yük maşınını Breitscheidplatzdakı Milad bazarına sürmüşdü.

Meydan TV-nin məlumatında qeyd olunur ki, bugünkü hadisə həmin ölümcül hücumun baş verdiyi yerin yaxınlığında baş verib.

Həmin hadisədə 11 nəfər ölmüş, onlarla insan yaralanmışdı.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz