Rusiya, Aİ və ABŞ "Qarabağın müstəqilliyini tanımağa hazır deyil” - NİKOL PAŞİNYAN
Tarix: 1-10-2022, 13:22
Ermənistan lideri deyib ki, Moskva, Brüssel və Washington Qarabağın müstəqilliyini tanımağa hazır deyil.
Civilazerbaijan.com bildirir ki, Nikol Paşinyan bu barədə Ermənistanın İctimai Televiziyasına müsahibəsində danışıb.
"Hər kəsin öz paketi olduğunu demək olmaz, amma hər kəsin müəyyən bir ideyası var", - "Dağlıq Qarabağ münaqişəsinin" həlli ilə bağlı Rusiya, Aİ və ABŞ-ın öz təkliflərinin olub-olmaması barədə sualı cavablandıran Nikol Paşinyan deyib.
"Əgər mən xalqımızla həqiqətin dilində danışmağa borcluyamsa və mən həqiqətin dilində danışmağa borcluyam, o zaman bunları qeyd etməliyəm (bunu daha əvvəl, müharibədən də öncə etməliydim): adı çəkilən heç bir ölkə Qarabağın müstəqilliyini tanımağa hazır deyil və onlardan heç biri Qarabağı Ermənistanın bir hissəsi kimi tanımağa hazır deyil. Biz bu faktı etiraf etməliyik".
Paşinyanın sözlərinə görə, adıçəkilən ölkələr beynəlxalq nöqteyi-nəzərdən "Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi" olduğu barədə bəyanatlar veriblər.
"Və bu açıq bəyanatlardı. Məgər bu təzə xəbərdir?", - Paşinyanın sözləri Armenpress agentliyində iqtibas olunur.
Azərbaycan dəfələrlə "Dağlıq Qarabağ" adında ərazinin olmadığını, münaqişənin arxada qaldığını bildirib.
Ermənistan liderinin bəyanatı ötən ay Azərbaycan-Ermənistan sərhədində İkinci Qarabağ müharibəsindən sonra bəri ən şiddətli döyüşlərdən sonra səslənir.
Bu həftənin əvvəlində Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin sahmana salınmasının labüdlüyünü qeyd edib.
BBC-nin məlumatında qeyd olunur ki, Ermənistanın 2020-ci ildə ikinci Qarabağ müharibəsində məğlubiyyətindən sonra müxalifət Baş nazir Paşinyanın istefasını tələb edir. Müntəzəm olaraq izdihamlı etiraz aksiyaları, mitinqlər keçirilir.
Avqustun 31-də Avropa İttifaqı Şurası Prezidentinin iştirakı ilə Brüsseldə keçirilən Azərbaycan-Ermənistan liderlərinin üçtərəfli görüşündə əhalini "uzunmüddətli davamlı sülhə" hazırlamağın vacibliyi qeyd olunub.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər