Putin Kiyevlə dialoqa əvvəlkindən daha açıqdır - ƏRDOĞAN

Xəbərin çap versiyası
Tarix: 21-10-2022, 15:42


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda rusiyalı və ukraynalı həmkarı ilə danışıqlar aparmağı planlaşdırır.

Civilazerbaijan.com
bildirir ki, bu barədə o, oktyabrın 21-də Azərbaycandan səfərdən qayıdarkən təyyarədə jurnalistlərin suallarına cavabında deyib.

“Mən gördüm ki, cənab Putin keçmişə nisbətən daha yumşaqdır və (Kiyevlə) danışıqlara daha açıqdır. Bunun nəyə gətirib çıxara biləcəyini yaxın günlərdə aparacağımız telefon diplomatiyası zamanı hər iki lideri dinlədikdən sonra görəcəyik”, - Ərdoğan bildirib.

Toplum TV-nin məlumatına görə, o, həmçinin əlavə edib ki, Türkiyə Rusiya Federasiyası və Ukrayna liderləri arasında dialoqa ümidini itirmir:

"Bu gün hər iki tərəf ağır itkilər verir. Əminəm ki, sülh əldə olunarsa, uduzan tərəf olmayacaq".

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz