Rusiya BMT-nin vasitəçiliyi ilə Ukrayna taxılının ixracına icazə verən sazişdə iştirakını dayandırıb

Xəbərin çap versiyası
Tarix: 30-10-2022, 13:16


Rusiya Müdafiə Nazirliyi bildirir ki, Moskva BMT-nin vasitəçiliyi ilə Ukraynadan 9 milyon tondan çox taxıl ixrac etməyə imkan verən və qlobal ərzaq qiymətlərini aşağı salan taxıl ixracı sazişinin icrasını dayandırıb.

Civilazerbaijan.com
bildirir ki, nazirlik buna səbəb olaraq işğal olunmuş Krım sahillərində lövbər salmış Rusiyanın Qara Dəniz Donanmasının gəmilərinə Ukrayna pilotsuz təyyarəsinin hücumunu göstərib. Rusiya hücumun şənbə günü baş verdiyini iddia edib.

Rusiya hökumət rəsmisi Dmitri Polyanski Twitter hesabında bildirib ki, “Rusiya MN-nin (Müdafiə Nazirliyi) məlumatlarına görə, Böyük Britaniyanın dəstəyi ilə həyata keçirilən #graindeal-ın (taxıl sazişi) təhlükəsiz işləməsini təmin edən Rusiya hərbi gəmilərinə Ukraynanın dron hücumu cəhdindən sonra Rusiya sövdələşmədə iştirakını dayandırır. BMT-nin baş katibi @antonioguterres qısa müddətdə rəsmi olaraq məlumatlandırılacaq.”

Ukrayna hücumu inkar edib. Rusiyanın bəyanı BMT-nin baş katibi Antonio Quterreş Rusiya və Ukraynanı taxıl sövdələşməsini yeniləməyə çağırandan bir gün sonraya təsadüf edib.

BMT-nin sözçüsü Stefan Dujjarik şənbə günü deyib ki, Birləşmiş Millətlər Təşkilatı məsələ ilə bağı Rusiya rəsmiləri ilə əlaqə saxlayıb.

“Bütün tərəflərin dünyada milyonlarla insanın ərzaqlara çıxışına müsbət təsir göstərən mühüm humanitar təşəbbüs olan Qara Dəniz Taxıl Təşəbbüsünü təhlükə altına salacaq hər hansı bir hərəkətdən çəkinmələri çox vacibdir,” Dujjarik deyib.

Ukraynanın xarici işlər naziri şənbə günü Moskvanı Qara Dəniz taxıl dəhlizində iştirakını dayandırmaq üçün “saxta bəhanədən” istifadə etməkdə günahlandırıb.

Dmitro Kuleba Twitter-də yazıb ki, “Mən bütün ölkələri Rusiyadan aclıq oyunlarını dayandırmasını və öhdəliklərini yerinə yetirməyi yenidən öhdəsinə götürməsini tələb etməyə çağırıram.”

Rusiyanın Müdafiə Nazirliyi Britaniyanın kral dəniz donanmasını ötən ay Şimal Axını qaz boru kəmərini partlatmaqda ittiham edib. Moskva NATO-nun aparıcı üzvünün Avropaya ehtiyacı olan qazı daşıyan Rusiyanın mühüm infrastrukturunu sabotaj etdiyinə dair iddialarını dəstəkləyəcək hər hansı sübut irəli sürməyib.

London bu iddiaları rədd edib və şənbə günü cavab verərək Twitter-də “Rusiya Müdafiə Nazirliyi diqqəti Ukraynanın qanunsuz işğalından yayındırmaq üçün böyük miqyasda yalan iddialara əl atır.”

Rusiya iddia edir ki, “sentyabrın 26-da Baltik dənizində terror aktının planlaşdırılması, təmin edilməsi və həyata keçirilməsində iştirak edən eyni bölmədən olan “ingilis mütəxəssisləri” həm də şənbə günü səhər Krımda Rusiya gəmilərinə qarşı Ukrayna dronlarını yönləndirib.

“Bu gün səhər saat 4:20-də Kyiv rejimi Qara Dəniz donanmasının gəmilərinə və Sevastopol bazasının xarici və daxili yollarında [mühafizə olunan su hövzələrində] olan mülki gəmilərə terror hücumu həyata keçirib,” İqor Konaşenkov bildirib. Rusiya Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, hava hədəfləri Rusiya qüvvələri tərəfindən məhv edilib.

Konaşenkov iddia edib ki, hücuma məruz qalan Qara dəniz donanmasının gəmiləri Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracı üzrə beynəlxalq təşəbbüsün bir hissəsi olaraq “taxıl dəhlizinin” təhlükəsizliyini təmin etmək üçün orada olub.

İsveçin baş prokuroru Mats Ljunqvist cümə günü yaydığı bəyanatda zədələnmiş qaz boru kəmərinə istinad edərək “mən təhlükəsizlik polisi ilə birlikdə hadisə yerində bir sıra əlavə təhqiqatlar aparmağa qərar vermişəm.” İsveçin silahlı qüvvələri iki Şimal Axını boru kəmərinin ətrafındakı ərazidə minaaxtaranlarla axtarış aparır, Amerikanın Səsinin məlumatında qeyd olunur.

İsveç və Danimarka Şimal Axını 1 və 2-dəki dörd sızıntıya partlayışların səbəb olduğu qənaətinə gəlib, ancaq onlar buna görə kimin məsuliyyət danışıdığını deməyib. Dünya liderləri bunu təxribat adlandırıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz