İran Rusiyaya dron verdiyini etiraf edib

Xəbərin çap versiyası
Tarix: 5-11-2022, 19:07


İranın xarici işlər naziri şənbə günü ilk dəfə olaraq ölkəsinin Rusiyanı dronlarla təchiz etdiyini etiraf edib, ancaq israr edib ki, transfer Moskvanın Ukraynaya qarşı müharibəsindən öncə baş tutub. Bu müharibədə İran istehsalı dronlardan Kyivi bombalamaq üçün istifadə olunub.

Civilazerbaijan.com
bildirir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın şərhləri Rusiya dronlarla Ukraynanın enerji infrastrukturu və mülki hədəflərinə hücum etdiyi bir vaxt İranın silah təchizatı ilə bağlı çaşdırıcı ismarıclar verməsindən sonraya təsadüf edir.

“Biz Ukrayna müharibəsindən aylar öncə Rusiyaya məhdud sayda dron vermişik,” Abdullahian Tehranda keçirilən görüşündən sonra müxbirlərə bildirib.

Daha öncə isə İran rəsmiləri Ukraynadakı müharibədə Rusiyanı silahlandırdıqlarını inkar etmişdi. Elə bu həftənin əvvəlində İranın BMT-dəki səfiri Əmir Səid İrəvani ittihamları “tamamilə əsassız” adlandırıb və İranın müharibədə neytral mövqedə olduğunu təkrarlayıb. ABŞ və Təhükəsizlik Şurasındakı Qərb müttəfiqləri Baş katib Antonio Quterreşi Rusiyanın İran dronlarındam mülki əhaliyə hücum etmək üçün istifadə edib-etmədiyini araşdırmağa çağırıb.

Bununla belə, İranın İnqilab Keşikçiləri Korpusu üstü-örtülü şəkildə dünyanın ən böyük güclərini dronlarla təmin etməklə lovğalanıb. Ali ruhani Ayətullah Əli Xamenei dronların yararlılığını tərifləyib və Qərbin onların təhlükəsi ilə bağlı naraharlıqlarını lağa qoyub. Cümə günü hökumətin dəstəyi ilə 1979-cu ildə ABŞ səfirliyinə hücumun ildönümü qeyd etmək üçün keçirilən nümayişlərdə insanlar milli qürur mənbəyi olaraq üçbucaq formasındakı dronların plakatlarını dalğalandırıblar.

Amerikanın Səsinin məlumatında qeyd olunur ki, silahların göndərildiyini etiraf edən Abdullahian şənbə günü deyib ki, İran münaqişəni dayandırmaq öhdəliyinə sadiqdir.

“Əgər Ukraynada Rusiyanın İran dronlarından Ukraynada istifadə etdiyinə dair sənədlər varsa, onlar onları bizə verməlidir,” o deyib. “Əgər Rusiyanın Rusiyanın Ukraynaya qarşı müharibədə İran dronlarından istifadə etdiyi sübit olunsa, biz buna biganə qalmayacağıq.”

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz