Avropa İttifaqından Moldova ilə bağlı QƏRAR
Tarix: 11-11-2022, 10:15
Foto: ORİGO
Moldovaya rəsmi səfər edən Avropa İttifaqı Komissiyasının sədri Ursula Fon der Leyen Rusiyanın Ukraynadakı müharibəsi fonunda Avropanın ən kasıb ölkələrindən birinin ağır enerji böhranından çıxmasına yardım etmək üçün 250 milyon avroluq maliyyə paketi ayrılacağını bəyan edib.
Civilazerbaijan.com bildirir ki, Von Der Leyen noyabrın 10-da söyləyib ki, Moldova yanvarın 1-dən başlayaraq bu qış qaza olan ehtiyaclarını ödəmək üçün Avropa İttifaqından 100 milyon avro qrant və eyni məbləğdə kreditlər almalıdır.
Moldovanın qərbyönlü Prezidenti Maya Sandu ilə birgə keçirilən mətbuat konfransında Von Der Leyen deyib ki, əlavə 50 milyon avro ölkənin ən həssas vətəndaşlarına yardım üçün ayrılacaq.
"Avropanın Moldova Respublikası ilə həmrəyliyi sarsılmazdır. Sizi əmin edirik ki, bu böhrandan çıxmaq üçün sizə yardımda əlimizdən gələni edəcəyik" - deyə, Fon Der Leyen bildirib.
27 üzvlü blokun icra başçısı bildirib ki, bu ayın sonunda Parisdə Moldovaya enerji resurslarının alınmasına yardım etmək üçün donorların toplantısı keçiriləcək.
Rusiyanın qonşu Ukraynaya əsassız hücumu fonunda Moldova yüz minlərlə qaçqını qəbul edib.
Amerikanın Səsinin məlumatına görə, Von Der Leyen deyib ki, moldovalılar Ukraynaya necə yardım edirsə, Avropa İttifaqı də Moldovaya elə yatdım edəcək.
"Moldova bizim Avropa ailəmizin bir hissəsidir və zaman çətinləşəndə ailə bir yerdə olmalıdır" , Von Der Leyen deyib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər