Benyamin Netanyahu HƏMAS-ın atəşkəs planını rədd edib

Xəbərin çap versiyası
Tarix: 8-02-2024, 13:08


İsrailin baş naziri Benyamin Netanyahu çərşənbə günü HƏMAS-ın Qəzza zolağında müharibəyə son qoymaq üçün təklif etdiyi planı rədd edərək, “mütləq qələbə” əldə olunana qədər militantlara qarşı hücumu davam etdirəcəyini vəd edib.

Civilazerbaijan.com
bildirir ki, İsrail lideri HƏMAS-ın İsrail tərəfindən həbsdə saxlanılan yüzlərlə fələstinlinin müqabilində HƏMAS-ın saxladığı 100-ə yaxın girovun dörd aylıq mərhələli şəkildə azad edilməsi ilə bərabər dörd aydır davam edən döyüşlərin dayandırılması təklifini rədd edib.

Lakin HƏMAS-ın təklifində həmçinin militantların Aralıq dənizi boyunca dar əraziyə nəzarəti saxlaması və hərbi potensialını bərpa etmək hüququnun olmasına çağırılır.

“Biz mütləq qələbəyə doğru gedirik. Başqa həll yolu yoxdur”, Netanyahu ABŞ dövlət katibi Antoni Blinkenlə görüşdən sonra mətbuat konfransında deyib. O, yəhudi dövlətinin müharibə səylərinin illərlə deyil, bir neçə ay davam edəcəyini bildirib.

Netanyahu HƏMAS-ın Qəzza zolağına tam və ya qismən nəzarəti ələ keçirməsinə imkan verəcək hər hansı razılaşmanı rədd edib. O həmçinin bildirib ki, İsrail uzunmüddətli perspektivdə təhlükəsizliyi təmin edə biləcək “yeganə güc”dür. ABŞ Qəzza zolağı və İsrail tərəfindən işğal olunmuş İordan çayının qərb sahilini idarə etmək üçün Fələstin Administrasiyasının dirçəldilməsinə çağırıb. Netanyahu bunu da rədd edib.

Netanyahudan təxminən üç saat sonra Antoni Blinken Təl-Əvivdə jurnalistlərin suallarını cavablandırıb. “HƏMAS-ın cavabında bəzi açıq-aşkar qeyri-mümkün məqamlar olsa da, düşünürük ki, bu, razılığa gəlmək üçün əsas yaradır və biz buna nail olana qədər durmadan çalışacağıq”, Blinken uzun gecikmədən sonra başlayan mətbuat konfransında bildirib.

Mətbuat konfransından əvvəl Blinken etiraf edib ki, Qəzza zolağında İsrail və HƏMAS militantları arasında yeni atəşkəsin tətbiq edilməsinə və HƏMAS tərəfindən girovların azad edilməsinə qədər hələ “çox iş görülməlidir”.

ABŞ diplomatı HƏMAS-ın oktyabrın 7-də İsrailə qarşı 1200 nəfərin ölümü ilə nəticələnən hücumundan sonra başlayan müharibəyə son qoymaq üçün Yaxın Şərq liderləri ilə danışıqlar aparmaq məqsədilə regiona beşinci dəfə səfər edir. HƏMAS-ın Qəzzadakı səhiyyə rəsmiləri bildiriblər ki, İsrailin əks-hücumları nəticəsində 27.500-dən çox insan həlak olub və 2 milyona yaxın qəzzalı evlərini tərk edib, Amerikanın Səsi-nin məlumatında qeyd olunur..

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz