Təhsil Nazirliyindən şagirdləri maraqlandıran suala CAVAB

Xəbərin çap versiyası
Tarix: 11-06-2017, 08:30
Təhsil Nazirliyindən şagirdləri maraqlandıran suala


Tədris ilinin bitməsinə bir neçə gün vaxt qalır. 9 ay ərzində müxtəlif biliklər alan şagirdlər 3 ay müddətində istirahətə yollanacaqlar. Kimlər nənə və babalarının yaşadığı rayonlara gedəcək, kimlərsə valideynləri ilə şəhərdə və ya müxtəlif yerlərdə yay istirahətinin dadını çıxaracaq.

SİVİL.AZ bildirir ki, Sovet dönəmində şagirdlərin istirahətlərinin səmərəli keçirilməsi üçün yay istirahət düşərgələri var idi. Həmin düşərgələrə göndərilən uşaqlar dincəlməklə yanaşı, həm də bu müddətdə faydalı biliklər əldə edir, müxtəlif görməli yerləri gəzirdilər.

Bəs bu il şagirdlərin yay istirahətlərinin səmərəli keçirilməsi üçün hansı addımlar atılacaq?

Təhsil Nazirliyindən bildirilib ki, şagirdlərin yay istirahət düşərgələrinin səmərəli keçirilməsi ilə bağlı müxtəlif təşəbbüslər mövcuddur.

"Belə düşərgələrin tə­şkili bu və ya digər təhsil müəssisələri­ndə həyata keçirilir. Məsələn, təşəbbüsdən biri Təhsil İnstitutu tərəfindən iyunun 16-dan iyulun 16-dək Fizika, riyaziyyat və informatika təmayüllü liseydə reallaşdır­ılacaq. ADA Universi­tetində, Bakı Mühənd­islik Universitetində şagirdlər üçün yay düşərgələrinin təşk­il olunması nəzərdə tutulur", deyə Nazirliyin məlumatında qeyd edilib. (AzVision.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz