Daha 23 azərbaycanlı Almaniyadan deportasiya edilib

Xəbərin çap versiyası
Tarix: 18-09-2019, 11:10
Daha 23 azərbaycanlı Almaniyadan deportasiya edilib


Avropa İttifaqına üzv olan digər ölkələrə xüsusilə, Polşaya viza almaqla Almaniyaya gələn və qanunsuz olaraq bu ölkədə əmək fəaliyyəti ilə məşğul olan soydaşlarımızın sayı artmaqda davam edir.

CİVİLAZERBAİJAN.COM bildirir ki, bu barədə Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat verib. Məlumatda deyilir ki, 2019-cu ilin iyun ayında qanunvericilikdə edilən bəzi dəyişiklikdən sonra Almaniya qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərini sərtləşdirməkdə davam edir.

2019-cu ilin ilk 8 ayı ərzində Polşanın iş vizası ilə Almaniyaya gələrək qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 23 Azərbaycan vətəndaşı saxlanılaraq Polşaya deportasiya olunub.

İki həmvətənimiz isə, hazırda qanununsuz miqrantların saxlanma mərkəzində Polşaya deportasiya olunması üçün saxlanılır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz