Karantin bir həftəyə bitir, bəs sonra?
Tarix: 24-08-2020, 00:48
Azərbaycanda koronvirus pandemiyasi ilə bagli elan edilən karantin rejimi avqustun 31-də başa çatmalıdır.
CivilAzerbaijan.com bildirir ki, son bir neçə gündə COVİD-19 infeksiyasına yoluxanların sayının artması karantin müddətinin uzadılıb-uzadılmayacağı, əgər uzadılacaqsa rayonlara gediş-gəlişə icazə verilib-verilməyəcəyi və ticarət mərkəzlərinin açılıb-açılmayacağı ilə bağlı sualların səslənməsinə səbəb olub.
“Evdə qal” karantini insanları bezdirib...”
AzadliqRadiosunun yaranan suallarla bağlı müraciət etdiyi şəxslər məsələyə fərqli yanaşıblar. Tibb sahəsi üzrə professor Adil Qeybulla hesab edir ki, karantin rejimi birdəfəlik ləğv olunmalı və diqqət karantin davranışlarına yönəlməlidir:
“ Çünki insanlar evdə qalmaqdan beziblər. Ona görə də insanların karantin davranışlarına əməl edilməsi üçün maarifləndirmə işi aparılmalıdır. Yəni “Evdə qal” karantini insanları bezdirib. Bu baxımdan insanlar qapalı mühitdə maska taxmağa, fiziki məsafə gözləməyə, dizinfeksiyadan istifayə fikir verməlidir. Sadalananlarla pandemiyanın içində yaşamaq mümkündür. Postpandemiya dövründə araşdırma aparılsa, məlum olacaq, ən doğrusu bu idi.
Adil Qeybulla bildirib ki, toylara, yaslara və rayonlara gediş-gəliş qadağaları götürülməlidir. “Operativ Qərargah ən optimal variantı tapacaq”
Hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Hikmət Babaoğlu isə bildirib ki, karantin qaydaları həssas olduğundan bu barədə danışarkən diqqətli olmaq vacibdir,Onun fikrincə, nəticə etibarıyla söhbət xalqın sağlamlığından gedir:
“Bilirsiniz, Operativ Qərargah bizim bildiyimiz və bilmədiyimiz bütün məlumatları əldə edir, koronavirusa yoluxmada azalmanı və artmanı müşahidə edir, təhlildən sonra doğru qərarlar verir. Üstəlik də, dünya təcrübəsi və Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin rəyləri olur. Ona görə də qərar verərkən tələsmək, məhdudiyyətləri uzatmaq olmaz. Güman ki, Operativ Qərargah ən optimal variantı tapacaq”.
Hikmət Babaoğlu xatırladıb ki, hazırkı yoluxma sayı 150 ətrafındadır, halbuki, Qurban Bayramına ( iyulun 31-i, avqustun 1-i) qədər 76-ya qədər enmişdi.Onun fikrincə yoluxmada artımın nə üçün baş verməsi araşdırılmalıdır, bu dinamikaya baxıb, sonra qərar vermək olar. Deputat hesab edir ki, qərargahın ekspertləri bu informasiyaları təhlil edib rəy verəcəklər:
“Mənim mövqeyimə gəldikdə, vətəndaşların qeydinə qalıb qərarlar verilir. Biz nə qədər məsələyə yaxın olsaq da, fərdi qərarlar yox, ümumləşdirilmiş qərarlara ehtiyac var”.
“Karantin müddəti uzadılmalıdrmı?
Uzadılmalıdırsa, bəs rayonlara gediş-gəliş yoxdu,mollar açılmayıb, bir az da yumşalma ola bilərmi? Ümumiyyətlə, rayonlara icazə ilə bir çox insanlar buraxılsa da, onların qızdırmasının olub-olmamasi yoxlanmır.” sualına Hikmət Babaoğlu belə cavab verib:
“Bu barədə dəqiq məlumatım yoxdur, əgər sizdə fakt varsa, müvafiq qurumlara məlumat verin ki, inzibati tədbirlər görülsün. Mən istisna etmirəm belə halların olmasın, amma küləvi olduğuna inanmaq istəmirəm. Çünki hər birimiz şəhərdə oluruq və xeyli dərəcədə qaydalara riayət edildiyini ngörürük. Mən özüm ticarət mərkəzlərinə gedəndə, istiliyimi yoxlayırlar”, AzadlıqRadiosu-nun məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər