Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Tarix: 22-09-2025, 13:29
Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 yanvar saat 06:00-dək uzadılıb.
Civilazerbaijan.com bildirir ki, bu barədə sentyabrın 22-də Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarın koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə verildiyi qeyd olunur.
Bundan əvvəl bu müddət 2025-ci il 1 oktyabr saat 06:00-dək olan dövrü əhatə edirdi.
Prezident İlham Əliyev 2024-cü il sentyabrın 23-də Milli Məclisdə çıxışı zamanı quru sərhədlərin bağlı qalmasını təhlükəsizliklə əlaqələndirmişdi. İlham Əliyev iddia edib ki, son illər ərzində quru sərhədlərin bağlı olması Azərbaycanı çox böyük fəlakətlərdən xilas edib.
Azərbaycanda xüsusi karantin rejimi 2020-ci il martın əvvəlindən elan edilib və həmin vaxtdan quru sərhədlər qapadılıb.
Qeyd edək ki, oronavirus pandemiyası dünyada 2019-cu ilin sonundan yayılmağa başlayıb.
Azərbaycanda xüsusi karantin rejimi 2020-ci il martın əvvəlindən elan edilib və həmin vaxtdan quru sərhədlər qapadılıb. Sonradan dəfələrlə karantin rejiminin vaxtı uzadılıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü il mayın 5-də pandemiyanın başa çatdığını elan edib. Azərbaycanda da bu virusa yoluxma sayında kəskin azalma var, lakin karantin rejimi sonlanmır.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər