Müəllim "Facebook" paylaşımlarına görə işdən çıxarıldığını deyir

Xəbərin çap versiyası
Tarix: 24-09-2025, 14:09


Qərbi Kaspi Universitetinin müəllimi Yusif Bidan (Yusifzadə) sosial media paylaşımlarına görə işdən çıxarıldığını deyir.

Civilazerbaijan.com
bildirir ki, sentyabrın 23-də "Facebook" səhifəsində xəbər verən Y.Bidan qeyd edib ki, universitetdə tədrisə sentyabrın 15-də başlayıb, 3 gün sonra isə ona sosial şəbəkələrdə paylaşımları ilə bağlı xəbərdarlıq edilib.

Sentyabrın 18-də isə ona "WhatsApp" messenceri vasitəsilə müqaviləsinə xitam veriləcəyi mesajı göndərilib və səbəbi izah edilməyib. Y.Bidan isə, ümumiyyətlə, universitetdə müqaviləsiz işlədiyini deyir.

Ertəsi gün universitetə yollanan Y.Bidana bunun rəhbərliyin qərarı olduğu bildirilib.

"Daha sonra dərs keçdiyim fakültənin dekanı mənə zəng elədi və dedi ki, analıq məzuniyyətində olan müəllim geri qayıdıb və doğuşdan dərhal sonra dərs keçmək qərarına gəlib. Ona görə bizə onu işə bərpa etməliyik.
Açıq aydındır ki, bu da yalan idi. Mənim dərslərim boş keçib. Qısacası, Qərbi Kaspi Universiteti məni əmək müqaviləsi olmadan, əmək müqaviləsi imzalamaq vədi ilə işlədib. Fənn proqramı, sillabuslar, mühazirələr yazdırıb, mühazirələr oxudub və heç bir rəsmi səbəb göstərmədən işdən azad edib. İşdən azad olunmağımla bağlı universitetə rəsmi məktub ünvanlamışam amma cavab gəlməyib. Yəni universitet məni istismar edib. Sosial şəbəkələrdə paylaşdığım yazılardan ötrü də işdən azad edib", - o qeyd edib.

Müəllim işdən azad edildiyinə görə məhkəməyə müraciət edəcəyini deyir.

Qərbi Kaspi Universitetindən deyilənlərə hələki münasibət bildirilməyib, Toplum TV-nin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz