Bəhruz Səmədov Ali Məhkəmədə qolunu kəsərək özünə xəsarət yetirib

Xəbərin çap versiyası
Tarix: Bu gün, 15:08


Elmi tədqiqatçı və sülh fəalı Bəhruz Səmədov Ali Məhkəmədə keçirilən prosesdə fasilə zamanı sağ qolunu bir neçə yerdən kəsərək özünə xəsarət yetirib.

Civilazerbaijan.com
bildirir ki, sentyabrın 25-də Ali Məhkəmədə Bəhruz Səmədovun kassasiya şikayətinə baxılıb. Prosesə hakim İlkin Abdullayev sədrlik edib. Prosesdə vəkil Zibeydə Sadıqova dövlətə xəyanət maddəsinin ləğvi barədə şikayət təqdim edib. Məhkəmə şikayəti təmin etməyib.

Bundan sonra Bəhruz Səmədov bir neçə vəsatət qaldırıb. Məhkəmə həmin vəsatətləri də təmin etməyib. Səmədov məhkəməyə etiraz olaraq özünə xəsarət yetirib. Məhkəməyə təcili yardım çağırılıb. Hazırda Səmədovun sağlıq durumunun necə olduğu barədə məlumat almaq mümkün olmayıb.

Çexiyanın Karlov Universitetinin doktorantı olan Bəhruz Səmədovu Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları 2024-cü il avqustun 21-də həbs edib.

Səmədov 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. O, dövlətə xəyanətdə ittiham olunub. İstintaqın versiyasına görə, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib. Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir. O, dövlətlər arasında müharibəyə və bunun nəticəsində insanların həlak olmasına qarşı olduğunu vurğulayıb, Meydan TV-nin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz