Bu ölkədə insanlar çox işləməkdən ölür

Xəbərin çap versiyası
Tarix: 4-06-2017, 14:59
Bu ölkədə insanlar çox işləməkdən ölür


Yaponiya dünyada iş saatının ən uzun olduğu ölkələrdən biridir. Ölkədə son illərdə çox işləməyə görə ölənlərin sayı artır.

SİVİL.AZ xəbər verir ki, yaponlar iş saatının azaldılması ilə bağlı hökümətə müraciət edirlər. Onlardan biri Miçiyo Nişiqakidir. Nişiqakinin oğlu Naoya universitetdən məzun olan kimi Yaponiyanın böyük telefon şirkətlərinin birində işə başlayıb. Anası oğlu ilə qürur duyurdu. Naoya kompüterləri sevirmiş. Amma iki il sonra işlər tərs getməyə başlayıb. "Çox məşğul olduğunu, amma yenə də yaxşı olduğunu söyləyirdi" bu sözləri anası Nişiqaki deyir və oğlunda gözləmədiyi dəyişikliyi danışır:

"Atam rəhmətə gedən günü evə gəldi, yataqdan qalxa bilmirdi. "Dura bilmirəm, icazə ver bir az yatım. Üzr istəyirəm, ana. Amma yatmağıma icazə ver".

Nişiqaki oğlunun iş yoldaşlarından onun gecə-gündüz işlədiyini öyrənib: "Son qatar gedənədək işləyirdi. Əgər, qatarı qaçırardısa, o zaman işdə qalıb ofis stolunda yatırdı. Ən pisi isə bir dəfə gecədən sabah qədər qalıb, eyni gün gecə 10-a kimi işləmişdi. Bu 37 saat edir".

İki il sonra Naoya çox dərman qəbul etməkdən dünyasını dəyişib. Rəsmi orqanlar ölümə səbəb kimi "karoşi" diaqnozu qoyub. Yaponiyada çox işləməkdən ölənlər üçün bu ifadə işlədilir.

Yaponiyada iş saatının uzun olması yeni hal deyil. Bu iş rejiminə ilk dəfə 1960-cı ildə start verilib. Son zamanlarda isə "karoşi" ölümlərinin sayı artır. Yapon Reklam agentliyi Dentusda çalışan 24 yaşlı Matsuri Takahaşi qaldığı yataqxananın damından özünü ataraq intihar edir.

Takahaşinin ölümündən sonra onun çox az yatdığı, ayda 100 saatdan artıq işlədiyi ortaya çıxıb. Makoto İvahaşı işə başlayanlar arasında bunun çox rast gəlinən bir hal olduğunu qeyd edir.

İvahaşi gənc işçilərə kömək edən Posse QHT-də çalışır. Gələn şikayətlərin çoxunun uzun iş saatı ilə olduğunu qeyd edən İvahaşı "Bu çox kədərlidir. Çünki gənclərin başqa çıxış yolu yoxdur. İşdən çıxa bilmirsiniz, bunun üçün də 100 saat artıq işləməyə məcbursunuz. İşi atsanız həyatda heç bir uğur qazanmayacaqsınız" deyir.

İvahaşi deyir ki, işin təhlükəsizliyinin azalması da getdikcə vəziyyəti pisləşdirir. 1960-70-ci illərdə "karoşi" halı çox yaşanıb. Amma bir fərq var idi. Onlar uzun zaman çalışır, lakin iş sığortası alırdılar. Vəziyyət artıq elə deyil. Rəsmi rəqəmlərə görə hər il "karoşi" diaqnozu ilə ölənlərin sayı 100-ə çatır. Bu ölümlər əsasən, ürək tutması, intihar və ifliclə bağlı olur. Amma gənc işçilərin hüquqları üçün mübarizə aparan qurumların dediyinə görə, bu rəqəmlər rəsmi açıqlamalardan daha yüksəkdi.

Bir araşdırmaya görə, yapon şirkətlərinin 25 faizində işçilər ayda 80 saatdan çox işləyir və çox vaxt maaş almır. İşləyənlərin 12 faizi ayda 100 saatdan da çox çalışır.

Yeni dəyişilkliklər üçün Yaponiya hökumətinə təzyiqlər artır. Lakin illərdir davam edən bu qaydanı dəyişmək çətindir. Belə ki, Yaponiyada iş yoldaşlarından və müdirindən əvvəl işdən çıxmaq xoş qarşılanmır. Bu il hökumət hər ayın son cümə gününü "Fərqli Gün" elan edib və işləyənlərin saat 3-dən sonra işdən çıxamağına icazə verilib. Hökumət həm də işləyənlərə daha çox tətli verilməsini istəyir. Bir il ərzində 20 gün tətilə çıxmaq haqqına sahib olsalar da, insanların 35 faizi bu hüquqdan yararlanmır. Tokionun Toşimo bölgəsində iş yerlərində saat 7-də işıqları söndürməyə başlayırlar ki, insanlar evlərinə getsin.

Yaponiya dünyanın ən uzun iş saatı olan ölkə olsa da, inkişaf etmiş ölkələr arasında iş keyfiyyəti ən az olan ölkədir. Hüquq müdafiəçilərinin fikrincə, əsas məsələ gənclərin ölüm səbəblərinə diqqət etmək lazımdır. İşçilərin işdən əlavə çalışmasına qanuni qadağaların qoyulması tələb edilir. Bu ilin əvvəlində hökumət aylıq iş saatının orta hesabla 60 saatdan artıq olmasına qadağa qoyub. ("Qaynarinfo")

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz