Bir çox ölkədə oxunması qadağan edilən 8 KİTAB
Tarix: 24-08-2017, 10:00
Bu kitablar müxtəlif hakim qüvvələr tərəfindən fərqli və yaxud da əslində çox oxşar səbəblər ucbatından qadağan edilib. Görünür kitablarda onların hakimiyyətini laxladacaq həmin gücü görüblər və bunun baş verməsinin qarşısını ancaq bu yolla almağı düşünüblər.
SİVİL.AZ oxunması qadağan olunmuş 10 kitabla Sizi tanış edir.
1. “Farenheyt 451 dərəcə” – Rey Bredberi
Roman cəmiyyətdə baş verən mənfi dəyişiklikləri, distopik rejimin insanları öz istədiyi hala salmasını, beyinsizləşdirmə siyasətini mükəmməl təsvir etdiyinə görə totalitar rejimlər tərəfindən qadağa edilmişdi. Əsərdə kitabların yandırılması simvolik olaraq cəmiyyətin robotlaşdırılmasına, interaktiv TV vasitəsilə distopik həqiqətləri mənimsədilməsinə işarə edir. Baş qəhrəman Monteq tanış olduğu qəribə bir qızın sayəsində bu həqiqətlərə daha da yaxınlaşır, həyat yoldaşı, dostları, cəmiyyət ilə arasındakı uçurum get-gedə böyüyür.
2. “Qərb cəbhəsində yenilik yoxdur” – Erix Maria Remark
Remark – müharibənin qəhrəmanlıq pafosunu qırmış ilk yazıçıdır. Yazıçının dürüstlüyü və səmimiyyəti yalnız III Reixi qorxutmamışdı. Bu əsəri müharibənin həqiqi tərəflərini göstərdiyinə görə bir çox rejim tərəfindən xoş qarşılanmamışdı. Adı çəkilən kitab 1929-cu ildə ABŞ-da qadağan olunmuşdu.
3. “Yeni cəsur dünya” – Oldos Xaksli
Bu əsər Qərb cəmiyyətində hökm sürən istehlak məntiqini sərt tənqid edir. Cəmiyyətdə baş verən təbəqələşmə, istehlak sivilizasiyasının insanları insanlıqdan çıxarması çox təsirli yollarla təsvir edilmişdir.
4.“Bülbülü öldürmək” – Harper Li
1960-cı ildə yazılmış bu əsər Amerika cəmiyyətində irqçiliklə bağlı problemləri qabardan ən birinci romandır. Kitabda müəllimə Hitler tərəfindən yəhudilərin təqib edilməsini pisləyir, lakin zənciləri “ikinci dərəcəli” insan hesab edir. Əsər real hadisələr əsasında yazılmış anti-irqçi romandır. Belə ki, yazıçı Harper Li cənubda yerləşən şəhərcikdə böyüyüb və oradakı bütün vəhşilikləri öz gözləri ilə görüb.
5. “Nə etməli?” – Nikolay Çernışevskiy
Kitab “Vaxt keçdikcə insanlar ləyaqətli olacaq. Onda hər şey yaxşı olacaq” inancı ilə yazılıb. Baş rolda Vera Pavlovna durğun patriarxal həyatdan imtina edib. O, kimi sevəcəyinə, evi necə idarə edəcəyinə özü qərar verir və ürəyincə olan məşğuliyyəti seçir.
6. “Cəsarət ana və onun övladları” – Bertolt Brext
Brext – sadəcə dramaturq deyildi, yeni teatr sistemini yaradan anti-faşist və solçu idi. Onun “Birləşmiş cəbhə mahnısı” alman işçilərinin döyüş himninə çevrilmişdi. Hitlerin hakimiyyətə gəlməsi nəticəsində Brext ölkədən köçmək məcburiyyətində qalır. Mühacirətdə olarkən yazdığı “Cəsarət ana və onun övladları” (1939) müəllifin vətənində qadağan edildi.
7. “Portağal mexanizmi” – Entoni Berdjes
Gələcək cəmiyyət elə də cəlbedici deyildi. Küçələr soyğunçular, qatillər və təcavüzçülər tərəfindən bölünmüşdü. Müntəzəm seçkilər və müxalifətin iştirakına baxmayaraq, mövcud hakimiyyət yenidən seçilirdi. Cəmiyyətdə heç bir dostluq, sevgi yox idi. Hətta klassik musiqi, ənənəvi “mədəniyyət kodu” öz funksiyasını yerinə yetirmirdi. Əsərdə baş rolda olan Aleks, Bethovenə qulaq asaraq, balaca qızlara təcavüz etdiyini xəyal edirdi. Cəmiyyət repressiv üsullarla aqressiya mexanizmini dəyişməyə çalışır. Aleks “müalicə” kursu keçdikdən sonra patoloji olaraq, təcavüz qabiliyyətini itirir. Cəmiyyət və hakimiyyət müdafiəsiz Aleksə mümkün üsullarla istehza edir.
“Portağal mexanizmi” bizdə bir neçə sual doğurur: İnsanın zorakılığa hüququ varmı? Sosial təcavüzün mənşəyi nədir? Dövlət bizim azadlığımızı nə qədər məhdudlaşdıra bilər?
8.“Ən mavi gözlər” – Toni Morrison
Bu kitab nəinki anti-rasist, həmçinin, feminist romandır. Balaca zənci qız Pekolanı həm dəri rənginə, həm də cinsinə görə müxtəlif qəddarlıqlarla üzləşir, bütün müqəddəslər onu aldadır, incidir, təhqir edir. Nəticədə reallıqla əlaqəsini itirən qızcığaz özünə dost uydurur. (pahoo.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər