Paşinyandan Qubadlı və Zəngilanda demarkasiya barədə AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 14-12-2020, 13:46
Paşinyandan Qubadlı və Zəngilanda demarkasiya barədə


Dekabrın 13-də Ermənistanın baş naziri Nikol Paşinyan parlament fraksiyaları rəhbərlərinin iştirakı ilə Təhlükəsizlik Şurasının geniş iclasını keçirib.

CivilAzerbaijan.com
bildirir ki, o, Qarabağda iki kəndin (Xsaberd və Xin Taxer) ətrafında vəziyyətə toxunaraq etiraf edib ki, döyüşlərdə Ermənistan Silahlı Qüvvələrinin bölmələri və Qarabağ qüvvələri iştirak edib. Döyüşlər nəticəsində hər iki kənd qismən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib. Rusiya sülhməramlıları gələndən sonra vəziyyət sabitləşib.

"Azadlıq" radiosunun məlumatına görə, son günlər gərginliyin yarandığı Ermənistan-Azərbaycan sərhəddində vəziyyətə toxunan Paşinyan Qubadlı və Zəngilanda sərhədlərin dəqiqləşdiyini bildirib. Noyabrın 9-da bəyanat imzalandığı an rayonların böyük bir hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən tutulmuşdu və "aydın idi ki, bu ərazilərdə sərhədləri dəqiqləşdirmək lazımdır". Onun sözlərinə görə, sərhədlər dəqiqləşdirilərkən "müəyyən gərginlik yarana bilər", çünki orada "bizim üçün bu sahədən keçən strateji cəhətdən vacib olan yol var".

“Dünən gecə yarısına qədər Moskvada müdafiə nazirinin iştirakı ilə müzakirələr keçirilib. Vəziyyətdən çıxmaq üçün bir neçə təklif var, variantlar var, yaxın vaxtlarda onlardan birini müəyyənləşdirməliyik", - baş nazir qeyd edib.

"Əsirlərin dəyişdirilməsi prosesi də çox vacibdir və burada da müəyyən irəliləyiş və ya irəliləyiş üçün ciddi imkanlar var və həm bu gün, həm sabah biz konkret qərarlar qəbul etməliyik", - o əlavə edib.

Qeyd edək ki, Paşinyan hələ sovet dövründə Qubadlı rayonunda bir sıra Azərbaycan kəndlərindən keçən Qorus-Qafan yolunu nəzərdə tutur. Zəngilana gəlincə, Azərbaycan sərhədlərinin bərpası Qafana aeroportunu və şəhərin özünü dövlət sərhəddinə sıx yaxınlaşdırır. Beləliklə, ermənilərin əraziləri düşüncəsiz şəkildə genişləndirməsi indi strateji obyektlərin real təhlükə altına düşməsinə gətirib çıxarıb.

Bundan öncə erməni tərəfi sərhəd xəttinə düzəliş etməyi və "uyğunlaşdırmağı", həmçinin ərazi mübadiləsi aparmağı təklif edib. Azərbaycan tərəfi bu təkliflərə cavab verməyib. Xatırladaq ki, hazırda Ermənistanla Azərbaycan arasında sərhəddin bərpası 1988-ci ildə münaqişə başlamadan öncəki sərhədlərə uyğun həyata keçirilir, Turanın məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz