Haaqa Beynəlxalq Cinayət Məhkəməsindən Rusiyanın Ukraynadakı hərbi cinayətləriylə bağlı ARAŞDIRMA

Xəbərin çap versiyası
Tarix: 3-03-2022, 16:04


Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlərlə bağlı araşdırmaya başlayıb.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanın bəyanatında deyilir.

O, Ukraynadakı vəziyyətlə bağlı 39 ölkədən müraciət aldığını bildirib. Bu, 21 noyabr 2013-cü il tarixindən Ukraynadakı vəziyyətlə bağlı təhqiqata başlanılmasına imkan verib və bununla Ukraynanın istənilən yerində istənilən şəxs tərəfindən törədilmiş hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər və ya soyqırım haqda keçmiş və ya cari iddiaları əhatə edib.

“Mən dərhal vəziyyətə dair aktiv araşdırmaya başlamaq qərarı barədə Beynəlxalq Cinayət Məhkəməsi rəhbərliyinə məlumat verdim. Sübutların toplanması üzrə işimiz başlayıb", - Xan deyib.

O xatırladıb ki, fevralın 28-də verdiyi bəyanatda deyildiyi kimi, Ukraynadakı vəziyyətin ilkin təhlili göstərib ki, Ukraynada Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına düşən cinayətlər törədilə bilərdi, Turanın məlumatında qeyd olunur.

Xan obyektiv və müstəqil araşdırma aparılacağını vəd edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz