Günəşin sirri: batanda və qalxanda niyə qırmızı görünür?
Tarix: 24-08-2020, 00:42
Günəş qalxanda və batanda gözlümüzə qırmızı görünür. Göy üzü də narıncı, qırmızı və hətta bənövşəyi rənglərə bürünür. Bir çox insan bu obrazı romantik və poetik hesab edir. Bəs, görəsən, günəş niyə bəzən gözlərimizə qırmızı görünür?
CivilAzerbaijan.com bildirir ki, mütəxəssislər bunun səbəbinin sırf elmi olduğunu söyləyirlər.
Həmin mütəxəssislər də günəşə teleskop və ya durbin istifadə etməklə birbaşa baxmamaq barədə xəbərdarlıq edirlər. Əks halda bu, gözləri ciddi sürətdə zədələyə və görmə qabiliyyətinin daimi itirlməsinə gətirib çıxara bilər.
Günəşin fərqli rənglərdə görünməsinin arxasında fizika qanunları durur.
"Günəş işığı Yer atmosferindən keçərkən optik xüsusiyyətlərinə görə rəngini dəyişə bilər," - Greenwich Kral Muzeyinin astronomu Edward Bloomer deyir.
İşıq və atmosfer
Bu açıqlamanı daha təfsilatlı izah etmək üçün işığın təbiətini anlamaq gərəkdir.
Günəş işığının görünən spektri qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi rənglərldən ibarətdir.
"Bunun arxasında günəş işığının yayılması qaydası durur, ancaq bu yaylılma şüanın rəngindən asılı olaraq fərqli qaydada baş verir", - Bloomer deyir.
Hər rəng fərqli dalğa uzunluğuna malikdir. Məsələn, ən qısa dalğa uzunluğu bənövşəyi rəngdədir; ən böyük uzunluğu olan dalğa isə qırmızı rəngin şüasına aiddir.
Günəş rənginin dəyişməsini başa düşmək üçün lazım olan ikinci konsepsiya oksigen də daxil olmaqla müxtəlif qaz təbəqələrindən ibarət olan atmosferin quruluşudur.
Günəş işığı fərqli qalınlığı olan qaz təbəqələrindən keçdikcə əyilir və sanki bir prizmadan keçmiş kimi dağılmağa başlayır.
Bundan əlavə, atmosferdə asılı halda olan hissəciklər də var. Bunlar dağılan işıq şüalarının əks olunmasına və geri qayıtmasına səbəb olur.
Günəş qalxan və batan zaman günəş şüaları atmosferin ən yuxarı qatlarına müəyyən bir bucaq altında düşür. Sehrli görüntü də burada baş verir.
Günəş şüaları bu yuxarı təbəqələri dələrkən mavi dalğaya aid şüalar atmosferdə udulmaq əvəzinə parçalanır və əks olunur.
"Günəş üfüq istiqamətində batarkən mavi və yaşıl rəngli şüalar dağılmağa başlayır, nəticədə narıncı və qırmızı rənglər ortada qalır," - Bloomber deyir.
Bu ona görə baş verir ki, həmin an atmosferdə daha qısa dalğa uzunluğu olan bənövşəyi və mavi şüalar daha uzun dalğaya malik olan qırmızı və narıncı şüalarla müqayisədə daha çox dağılır. Nəticədə işıq şüaları qırmızı və narıncı rəngdə olur və möhtəşəm bir mənzərə yaranır, BBC-nin məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər