Ramazan ayında qidalanma ilə bağlı 7 SƏHV
Tarix: 27-05-2017, 21:20
Mübarək Ramazan ayının ilin ən isti günlərinə düşməsi ilə gün ərzində 17-18 saat oruc olaraq ac və susuz qalan insanların iftar vaxtı səhv qidalanma vərdişləri mədənin sağlamlığını təhlükə qarşısında qoya bilər.
SİVİL.AZ bildirir ki, məsələn: orucu buzlu su ilə açmaq, şorbanı qaynar halda içmək, loxmaları kifayət qədər çeynəməmiş udmaq, yemək zamanı həddindən çox su içmək kimi sadə davranışlar mədənin sağlamlığına mənfi təsir edir. Həmçinin iftardan sonrakı hərəkətsizlik və imsak etmədən oruc tutmaq da səhv davranışlar sırasındadır.
Qidalanma və Pəhriz Mütəxəssisi Melis Torluoğlu, Ramazan ayında mədə sağlamlığını təsir edən yeddi səhv addımla bağlı xəbərdarlıqlar edib.
Orucu buz kimi su ilə açmaq
Havanın həddindən artıq isti keçməsi və orucun müddətinin də xeyli uzun olması doğrudur. Amma sərinləmə və susuzluğunuza baxmayaraq gün ərzində boş olan mədənizi iftarda orucunuzu açarkən buz kimi suyla doldurmaq mədəni təsir edir. Mədədə zədə, qaz, qabarıqlıq və turşuma kimi problemlərə səbəb ola bilir. Bütün gün istirahət etməkdə olan mədəni iftar vaxtı otaq hərarətində mayelərlə açmaq lazımdır.
Şorbanı və çayı qaynar içmək
İftar vaxtı şorba içmək mədənin rahat həzm etməsini təmin edir. Amma şorbanı qabağınıza orucunuzu açdığınız an qoymayın. Şorbanı ilıq olmasına fürsət verərək istehlak edin. Əks halda fayda əvəzinə zərər ilə üzləşə bilərsiniz. Həmçinin iftar vaxtı çayı da qaynar içməmək çox əhəmiyyətlidir. Çox isti içilən çay, qırtlaq xərçənginə yol aça bilər.
İftarda çoxlu su içmək
Ən böyük səhvlərdən biri də iftar vaxtı çoxlu su istehlak etməkdir. Yeməklə birlikdə istehlak olunan su, həzmə mane olur. Ona görə də yemək əsnasında orucu açacaq şəkildə suyu istehlak etmək kifayətdir. İftardan obaşdana qədər gündəlik 2,5 litr su ehtiyacınızı bir dəfəlik olmamaq şərtilə istehlak etməyiniz məsləhətdir. Bir dəfəyə həddən çox miqdarda içilən su böyrəklərə əziyyət verdiyi üçün zəhərlənməyə də səbəb ola bilər.
Bu üçlüyə diqqət edin
Çox ədviyyat və duz istifadəsi, tərkibində nəfis şəkər olan həddindən artıq şirin qidaların istehlakı və yağ faizi yüksək olan qızartmalar həzm sistemində ziyan vura bilər. Susuzluğun qarşısını almaq, uzun müddət tox qalmaq və zəifləyən maddələr mübadiləsinin çatışmamazlığı ilə artıq çəki almamaq üçün bu üçlükdən mümkün qədər uzaq durmaqda fayda var.
Tikəni lazımı qədər çeynəməmək
Həzm əslində ağızda başlayır. Ağızdakı mexaniki həzm və fermentlərlə birlikdə yoğurulan qidalar yemək borusundan mədəyə ötürülür. Sürətli istehlak olunan qidalar ağızın həzm kanalını ötürdüyü üçün mədə bu tip qidaların həzmində çətinlik çəkir. Eyni zamanda sürətli şəkildə yeyilən yeməklə birlikdə udulan hava, qaz və köpmə probleminə yola açır. Mədənin sağlam həzm etməsi üçün yediyiniz tikələri yaxşı çeynəməyiniz şərtdir.
İmsakı ötürmək
Ramazan ayında xüsusən qarşımızda duran əsas məsələ imsakın qətiyyən ötürməmək lazımdır.
17-18 saat ac və susuz qalaraq orucun tutulmasını və yayın istilərini də nəzərə alsaq, obaşdana qalxılmadan tutulan oruc sağlamlığa zərər verə bilər. Həmçinin imsakda həzmi çətinləşdirən ağır qidalardan uzaq durmağı, gün boyu tox qalmağı təmin edən zülal mənbəli bir nahar edilməlidir.
İftardan sonra hərəkətsizlik
Hərəkətsizlik gündəlik həyatda da sağlamlığa təsir edən əhəmiyyətli səhvlərdən sayılır. İftardan sonra hərəkətsizlik xüsusən bədənə zərər verə bilir. Yüngül bir iftar yeməyindən 1-1,5 saat sonra yarım saatlıq bir hərəkət etmək lazımdır. Bu addımla həzm sisteminin daha məhsuldar işini təmin edə bilərsiniz. Bu müddətdə zəifləyən bağırsaq hərəkətlərinin də sürətlənməsinə dəstək olacaqsınız. (Oxu.Az )
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər