Ramazanda oruc tutanların çəkisi niyə artır? - ARAŞDIRMA

Xəbərin çap versiyası
Tarix: 18-06-2017, 23:30
Ramazanda oruc tutanların çəkisi niyə artır? -


Ramazan ayında günün ən uzun müddətini ac qalırıq. Bu aclıq mədə-bağırsaq sisteminə mənfi təsir göstərir. Sahura qalxmadan tutulan oruc isə xəstəliklərin yaranmasına və çəkinin artmasına səbəb olur.

SİVİL.AZ-ın məlumatına görə, sahura qalxmadan tutulan oruc bəzi xəstəliklərin üzə çıxmasına şərait yaradır. Bundan əlavə, sahura qalxmadan tutulan oruc həm də artıq çəki almağımıza səbəb olur. Dietoloq Dərya Fidan mövzu ilə bağlı açıqlamalar verib. Ramazan ayında çəkimizin artmağının bir neçə səbəbi var. Bunlardan birincisi sahur yeməyini yemədən, axşam yeməyini yeyib yatmağımızdır. Bu da mədə-bağırsağa təsir edir və bədəndə yağ, piy əmələ gəlməyə başlıyır. Mədə-bağırsağa təsir edən ən vacibi sudur.

Ramazan ayında meyvə və tərəvəzin əvəzinə, şirniyyat yemək çəkimizi artırır. Buna görə də axşam yeməyində sulu yeməklər, sahurda isə yüngül qidalarla bəslənmək lazımdır. Axşam yeməyində enerjini artıran süd, sıyıq, ayran, yumurta, pendir kimi ağartı məhsulları ilə qidalanmaq, yağlı yeməklərdən uzaq durmaq vacibdir. Sahurda susuzluq yarada biləcək zeytun kimi qidalar yerinə, fındıq, qoz, badama üstünlük verilməlidir. Çörək enerjili olmağınıza başlıca şərait yaradır, buna görə də çovdar və buğda unundan hazırlanmış çörək ilə qidalanmalısınız.

İftar yeməyində nələrə üstünlük verməliyik?


İftarımızı xurma və yaxud qayısı ilə açmalıyıq. Sulu qida ilə qidalandıqdan sonra 15 dəqiqə ara verməliyik ki, mədəmiz onları həzm edə bilsin. Yeməkdə yağlı və qızartmalardan uzaq durmalıyıq.

Sahursuz oruc tutmaq əzələlərə də təsir edir. Çünki uzun sürən aclıq şəkəri aşağı salır, bu da ağciyərə və mədəyə zərər verir. İftar zamanı tez yemək şişkinlik, həzmsizlik, qaz, mədə yanması, qəbizlik kimi xəstəlikləri ortaya çıxarır. Sahurda yemək yemədikdə adam axşam yeməyində çox yeyir və nəticədə çəkimiz artır.

Kimlər oruc tutmamalıdır

Xronik xəstəliyi olanlar, yəni mütəmadi olaraq dərman qəbul edənlər, həkimin məsləhəti ilə oruc tutmalıdırlar. Şəkər xəstəliyi olan, insulin istifadə edən və sudurqalı insanlar oruc tutmamalıdırlar. Bu onlar üçün təhlükə yarada bilər. (Mənbə: Goldnews.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz