Qlobal istiləşmə ilə mübarizə aparan düyü

Xəbərin çap versiyası
Tarix: 14-12-2017, 01:00
Qlobal istiləşmə ilə mübarizə aparan düyü


Dünya əhalisinin yarısından çoxu pəhrizin nizamlı bir parçası olaraq düyü istehlak edir. Lakin çəltik tarlalarının planet üçün bir də mənfi tərəfi var: Dünyanın ümumi metan emisiyasının 17%-i bu tarlaların üzərinə düşür.

SİVİL.AZ
deyerler.org-a istinadən bildirir ki, ona görə də, Sakit okean Şimal-Qərb Milli Laboratoriyasında bitki biokimyaçısı olan Krister Yansson haradasa heç metan ortaya çıxarmayan genidəyişdirilmiş çəltik bitkisi olan SUSIBA2-i ixtira etmək üçün on ildir məşğul olur.

Tək bir arpa genini düyüyə əlavə edən Yanssonun qrupu, bitkinin fotosintez üsulunu dəyişdirdi. Artıq metan çıxaran bakteriyaları bəsləmək üçün karbonu köklərinə göndərmək yerinə, bitki bu karbonu dənələrinə və yarpaqlarına istiqamətləndirərək nişasta miqdarını artırır. Yansson deyir ki, bu hər kəsin qazandığı bir ssenaridir".

Çəltik Çində aparılan sahə sınaqlarında yaxşı nəticə verdi və elm insanları bu anda əkinçiliyin çəltiyə necə təsir edəcəyini araşdırır. Yansson bu düyünün bazara nə vaxt çıxacağının müəyyən olmadığını söyləyir, amma metanın iqlim dəyişməsindəki rolu diqqətə alınsa, təsiri böyük ola bilər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz