Rafiq Tağı. Monqol - HEKAYƏ

Xəbərin çap versiyası
Tarix: Bu gün, 15:45


Rafiq Tağı (Rafiq Nəzir oğlu Tağıyev) 1950-ci il avqustun 5-də Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub. 1966-cı ildə Masallı rayonu Təklə kənd orta məktəbini, 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1981-1983-cü illərdə Moskva Tibb İnstitutunun daxili xəstəliklər üzrə klinik ordinaturasında təhsil alıb. 1972-1974-cü illərdə Sabirabad rayonu Yolçubəyli kənd ambulatoriyasının baş həkimi, 1974-1979-cu illərdə Masallı rayonu Həsənli kənd xəstəxanasının baş həkimi vəzifələrində çalışıb. 1979-cu ildə Rusiyanın Kalinin vilayətinin Konakovo şəhər poliklinikasında sahə terapevti, 1979-1983-cü illərdə Moskvada 23 saylı Şəhər Klinik Xəstəxanasında, 1983-1990-cı illərdə Moskva Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında, 1990-cı ildən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləyib. R.Tagı 19 noyabr 2011-ci il tarixində axşam saatlarında işdən evə dönərkən evinin yaxınlığında hücüma məruz qalaraq sui-qəsdə uğrayıb. Qatil ona kürəyindən çoxsaylı bıçaq zərbələri endirib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan R.Tağı vəziyyəti yaxşılaşdıqdan bir neçə gün sonra – 23 noyabr 2011-ci il tarixdə dünyada jurnalistlərin qatillərinin cəzalandırılmamasına qarşı beynəlxalq mübarizə günündə qəfildən və müəmmalı şəkildə dünyasını dəyişib. Qətl hadisəsinin üstündən 14 il keçməsinə baxmayaraq, bu günə qədər nəinki bu qətli törətmiş qatil və ya qatillər tapılmayıb, ümumiyyətlə, bu qanlı cinayət işinə xitam verilib. Qeyd edək ki, 2006-cı ildə "Sənət qəzeti"ndə dərc edilmiş "Avropa və biz" məqaləsinə görə yazar Rafiq Tağı və qəzetin Baş redaktoru Samir Sədaqətoğlu (Hüseynov) həbs edilib. Yazıçı-publisist R.Tağının sözügedən məqaləsində islam dini və Məhəmməd peyğəmbər haqqında bəzi fikirlər yer alıb. Həmin məqalənin dərcindən sonra R.Tağı və S.Sədaqətoğlunun Məhəmməd peyğəmbəri təhqir etmələri iddia olunub. "Avropa və biz" yazısında isə islam və xristianlıq mənəviyyat və humanizm nöqteyi-nəzərdən və bəşəriyyətin inkişafı konteksindən müqayisə olunur. Məqalə dərc edildikdən sonra R.Tağıya və qəzetin Baş redaktoru S.Sədaqətoğluna qarşı dindarlar tərəfindən böyük və ardı-arası kəsilməyən təzyiqlər başlayıb, yerli dindarlar (Nardaran icması) və İranın bir neçə ali dini ruhanisi - Ayətullahlar Məhəmməd Fazil Lənkərani, Mürtəza Bəni Fəzl və Möhsün Müctəhid Şəbistəri tərəfindən Rafiq Tağı və Samir Sədaqətoğlunun qətlə yetirilməsi ilə bağlı ölüm hökmü fətvası verilib. Hər iki yazar 2006-cı ilin noyabrında həbs edilib. Onlar Cinayət Məcəlləsinin 283-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsinin tələblərini pozmaqda təqsirli biliniblər. Məhkəmə R.Tağını 3, S.Sədaqətoğlunu isə 4 il müddətinə azadlıqdan məhrum edib. 5 dekabr 2019-cu il tarixində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mərhum yazıçı-publisist Rafiq Tağı və onun həmkarı - "Sənət qəzeti"nin təsisçisi və Baş redaktoru Samir Sədaqətoğlunun (Hüseynov) şikayəti - “Rafiq Tağı və Samir Sədaqətoğlu Azərbaycana qarşı” işi üzrə qərarını elan edib. Avropa İnsan Hüquqları Məhkəməsi bu məsələdə İnsan Haqları üzrə Avropa Konvensiyasının 10-cu (ifadə azadlığı) maddəsinin pozulduğunu bildirib. AİHM-ə şikayətdə deyilirdi ki, dövlət hər iki məhkumun etiqad və ifadə azadlığına müdaxilə edib.7 iyul 2022-ci il tarixdə isə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Rafiq Tağının qətlinə dair iş üzrə qərar çıxarıb. AİHM bu işdə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozulduğunu müəyyən edib. Qərara əsasən, Azərbaycan hökuməti iddiaçıya – mərhumun xanımına 12 min avro, məhkəmə xərclərinə görə isə 2 min avro kompensasiya ödəməlidir. R.Tağının qətli ilə bağlı istintaq 2013-cü ildə cinayətkar(lar)ın müəyyən edilməsi mümkün olmaması əsası ilə dayandırılmışdı. Milli məhkəmələr ərizəçinin istintaqın dayandırılması ilə bağlı qərardan verdiyi bütün şikayətləri rədd etmişdilər.

Civilazerbaijan.com
Rafiq Tağının "Monqol" hekayəsini təqdim edir:

Rafiq Tağı
MONQOL
hekayə


Sadıq Mus­ta­fa­yev il on iki ay ana­sı­nın ölü­mü­nü göz­lə­yir, di gəl, o, pas­port üz­rə, ya elə-belə üz­dən qo­cal­ıb-həpriyibsə də, hə­lə bir ye­ri ağ­rı­mır­dı. Ay ca­ma­at, gö­rün kaftarda xəs­tə­lik ol­maz?! Yox, an­caq hər­dən "az da­nış, ba­şım ağ­rı­dı", de­mə­yi var. Oğ­lu de­yi­nən­də gu­ya ba­şı­nın ağ­rı­ma­sı onun ye­ga­nə xəs­tə­li­yi idi. İlahi, baş­qa cür xəs­tə­lən­mə­mək­də bu heç in­sa­na ox­şa­mır! Ba­rı hər­dən san­cı­la­na, ya kö­pü ola, de­yə­sən, hə. Öl­kə­ni bü­rü­yən qrip epi­de­mi­ya­la­rı on­da bur­nu­nun ucun­da­kı qı­zar­tı ilə tə­za­hür edəcək, vəs­sa­lam.

Zarafatsız, qo­ca­la­na­can saz qalmaq heç bir mən­ti­qə sığ­mır. Ça­şıb öl­məz - evi yı­xı­lar. Bir də­fə san­ki ölüm pa­yı gön­də­rir­miş ki­mi, gö­z-ba­şı qay­na­ya-qay­na­ya, çay­nik qa­pa­ğı­nı ona sa­rı ne­cə to­laz­la­dı­sa, zə­rif də­ri ola - sol qa­şı­nın üs­tü kön­də­lə­ni­nə ça­pıl­dı. Hər­çənd bu za­man gör­dü ki, on­da ar­vad elə bil ona göz vur­du. Hər hal­da, ça­pıl­ma da xəs­tə­lik sa­yıl­dı­ğın­dan, on­da bir az in­sa­na ox­şar­lıq alın­dı. İn­di onun ölü­mü­nü qa­şın üs­tün­də­ki bap­ba­la­ca ya­ra­dan göz­lə­mək müm­kün­dü.

Sa­dıq ana­sı­nın xəs­tə­lən­mə­mə­sin­də həm də bir əx­laq­sız­lıq gö­rür: axı, bu ar­vad ni­yə dərd çək­mə­sin? Ayıb de­yil­mi? Uşaq­lıq­da gör­dü­yü min bir azar-be­za­rın bir­cə­ciyi bun­da iz qoy­ma­mış­dı. Ba­rı əsə­bi po­zu­la, ay­da bir-iki qor­xunc yu­xu gö­rə. Yox, bu, div ki­mi ya­ta­caq! Daş on­dan na­ra­hat ya­tır. Yum­ru göz­lə­ri­nin çev­rə­sin­də­ki yel­pinc qı­rış­lar in­gi­lis­sa­ya­ğı məsud idi. Sa­dıq get-ge­də ana­sı­nın var­lı­ğın­dan uta­nır, həm də ar­tıq on­dan çim­çə­şir­di. Ya­dı­na gə­lir, rəh­mət­lik ata­sın­da­kı xəs­tə­lik­lər ana­sın­da ər ad­lı məx­lu­qa nif­rət tö­rət­miş­di. Hər­çənd nif­rət öz­lü­yün­də onun qar­şı­da­kı ölü­mün­dən do­ğan se­vinclə neytral­la­şır­dı. Ona gö­rə də ər ölü­mü on­da atılıb ərə get­mə­sin­də­ki ki­mi xoş­bəxt duy­ğu­lar oyat­dı: ya­sa kim gə­lirdi, ya or­da bir az əv­vəl gör­dü­yü­nü tə­zə­dən gö­rür­dü­sə, onunla ye­nə marçamarç öpü­şür­dü.

Ata ölü­mü bir ma­cə­ra idi ki, bu əs­na­da ana­sı­nı yax­şı ta­nı­ya bil­miş­di. Ata ölü­mü ona əv­vəl­ki sə­bəb­siz nif­rə­ti sön­dü­rüb, mə­həb­bə­ti yan­dır­mış, ana­ya nif­rə­ti­sə yan­dı­rıb, ona əv­vəl­ki mə­həb­bə­ti sön­dür­müş­dü. Bu ya­nıb-sö­nən mə­həb­bət və nif­rət­lər onun hə­ya­tın­da­kı zül­mət­də rek­lam lam­pa­la­rı ki­mi közərir­di­lər. Ana­sı­nın acı­ğı­na ata­sın­da­kı xəs­tə­lik­lə­ri hət­ta sev­miş­di də: is­tər­di özü də hə­min xəs­tə­lik­lər­dən öl­sün - do­daq­la­rı gö­yər­sin, üzü qa­ral­sın. İs­tər ki ölü­mü sönük rənglərlə ba­şa var­sın.

Sa­dıq son­ra­lar ana­sı­na nif­rə­tə vər­diş elə­di və bu nif­rət adi bir şe­yə çev­ril­di. Nif­rət da­ha qanını qa­raltmır­dı. Nif­rət­lər için­də hət­ta ar­va­da sa­lam da ve­rib ke­çir­di. Ana­dı də-ə, ney­lə­yə­sən. An­caq da­ha onun sapsağ­lam canın­da şə­­rin yu­va qur­ma­sı­na şəkk-şüb­hə­si yox­du. Hər­çənd dü­zü, o, şə­ri öz göz­lə­riy­lə gör­mək iq­ti­da­rın­da de­yil­di. Qaç, qur­tar - qa­dı­nın bu cü­rə­sin­dən hər şey göz­lə­mək müm­kün­dü. Qa­nun­la mü­qəd­dəs ana­lar da mək­ri-zə­nən ola bi­lər. Spar­ta­lı­la­rın eti­qad səviyyəsinəcən şişirtdikləri sağ­lam­lıq in­san­da na­tə­miz əməl­lər­lə nə­ti­cə­lə­nir.

Ana və ba­la - on­lar ai­lə­də iki­cə nə­fər­di və Sa­dıq gö­rür­dü ki, bu ki­çik ai­lənin bir it oğ­lu itin ya­nın­da hör­mət-izzəti yoxdur. Ya­sa da xa­la­xət­ri­nə gəl­miş­di­lər. Adi bir baş­sağ­lı­ğı zən­gi ar­vad üçün toy-bay­ra­ma çev­ri­lir­di. Yə­qin ai­lə­ni bi­hör­mət elə­yən sə­bəb­lər­dən bi­ri elə onun öz qı­yıq göz­lə­ri idi. Axı, on­la­rın nəs­li-cəd­da­ba­sın­da be­lə şey gö­rünməyib. Doğrudan da, dur­du­ğu yer­dəcə in­sa­nın göz­lə­ri ni­yə qı­yıq, ya­naq­la­rı ni­yə çı­xıq ol­ma­lı imiş? Hər hal­da, bu, nə­cib əmə­lin nə­ti­cə­si de­yil­di.

"Yəqin bunun ana­sı bir vaxt Ta­ta­rıs­tan­da qo­naq olub", - hə­lə uşaq­lıq­dan yekə-yekə kişilər onun qıyıq gözlərinə sataşardılar.

"Mən Ta­ta­rıs­tan yox, Mon­qo­lus­tan de­yər­dim. Çün­ki Sa­dıq­ba­la ta­tar­dan daha çox mon­qo­la ox­şa­yır".

"Ə, sənin o qə­şəng anan ne­cə­di?" - bir də­fə də tə­nəf­füs vax­tı mək­təb­in ca­van mü­əl­limi on­dan so­ruş­muş­du.

"Yox, bu­nun ana­sı ən­ti­qə şey­di! Əsas da bu­ra­la­rı," - baş­qa mü­əl­lim də ona züy tu­tmuş­du. An­caq "bu­ra­la­rı" de­yən­də, Sa­dıq bu mü­əl­li­min ha­ra­la­rı nə­zər­də tut­du­ğu­nu bil­­mə­miş­di.

Ana­sı­nın göy­çək­li­yi Sa­dı­ğın ba­şı­na qa­xınc idi və get-ge­də də on­da qey­rət alov­lan­dı­rır­dı.

Ona uşaq­lıq­dan "mon­qol" de­miş­di­lər. De­yə­sən, rəsmi ata-ana yox, qey­ri-rəs­mi bam­baş­qa bir xətt üz­rə kö­kü, hə­qi­qətən də, ge­dib mon­qol-ta­tar is­ti­la­sı­na çı­xır­dı. O, qə­dim bir zor­lan­ma­nın əla­mə­ti ki­mi, həm də uzun il­lər ata­sı­nın uşa­ğı ol­ma­yandan sonra dün­ya­ya gəl­miş­di. Hər hal­da, bu, ana­da­kı əx­laq saf­lı­ğın­dan xə­bər ver­mir­di. Əl­bət­tə, ata əv­vəl çox bur­cux­du, çox atı­lıb-düş­dü, axır dərddən xəs­tə­lik tap­­dı və son­ra da xəs­tə­lik bir da­ha onu atı­lıb-düş­mə­yə qoy­ma­dı.

"De gö­rüm, bu bəd­bəx­tin göz­lə­ri ni­yə qı­yıq­dı?!" - ata­sı qış­qı­ra-qış­qı­ra ana­sın­dan mil­yon kə­rə so­ruş­du­sa da, onu qa­ne edən bir ca­vab eşit­mə­di.

"Mən ney­nim, get onu öz ulu ba­ba­la­rın­dan so­ruş".

Yox, ki­şi bu dün­ya­dan köç­mə­yi üs­tün tutdu.

İşə bax, bu­ra­nın da yox, Ru­si­ya­nın mon­qol-ta­tar is­ti­la­sın­dan ötüb ke­çən ne­çə yüz il­lər­dən son­ra ca­ma­at bu is­ti­la­ya qar­şı çı­xır, Sa­dı­ğa qız ver­mir­di­lər. Za­man giz­li, ya aş­kar - hər han­sı zor­la­ma fak­tı­nı neytral­laş­dı­ra bil­mə­miş­di. O, öm­rün xey­li his­sə­si­ni çü­rü­dən sar­saq əs­gər­li­yi­ni də çək­di, şan­lı bir insti­tu­tu da qur­tar­dı, ancaq “mon­qol” lə­kə­si üz­də ey­bə­cər qa­ra xal ki­mi on­dan heç cür çə­ki­lib get­mə­di. Sa­dıq öz­lü­yün­də mon­qol­lar­la qo­hum­lu­ğu­nu həm də at­la­ra sev­gi­sin­dən bi­lir­di. At­lar qa­nad ta­xıb res­pub­li­ka­dan qey­bə çə­ki­lən­də, Sa­dıq on­la­rı qi­ya­bi se­və­si ol­du. Mən­zi­lin­də di­var­lar­dan at boy­da at şə­kil­lə­ri as­mış­dı. İn­cə­va­ra, di­var­ları atdan hün­dür, atdan uzun­du­lar.

* * *
Sa­dıq Mus­ta­fa­ye­vin bəx­ti on­da gə­tir­di ki, Şöv­qi Hə­sə­no­va rast düş­dü. Ta­le onun üzü­nə za­vod­la­rı­nın akt za­lın­da gül­dü. O hə­lə ta­le­yi üzə gü­lən gör­mə­miş­di; san­ki Mark Şa­qa­lın fır­ça­sın­dan çıx­mış uzun­sov bir tə­bəs­süm ta­pan­ça ki­mi ona tuş­lan­mış­dı.

- Siz mon­qol­su­nuz? - he­sa­bat-seç­ki yı­ğın­ca­ğı­nın axı­rın­da Şöv­qi mü­əl­lim onu yanına ça­ğırtdı­rıb bir­ba­şa so­ruş­du.

- Xeyr. Mon­qol de­yi­ləm, - bu in­cik ca­vab­dan gör­sə­nirdi ki, de­yə­n, su­al bir qə­dər ko­bud səs­lə­nib.

- Fik­ri­ni­zə öz­gə şey gəl­mə­sin. Mə­nim mon­qol­la­ra qa­nım qay­na­yır. Di­var­la­rı­mı gö­rə­si­niz - büs­bü­tün mon­qol üz­lə­ri­lə bə­zə­mi­şəm. Mon­qol­su­nuz­sa, de­yin. Zə­rər tap­maz­sı­nız.

- Mon­qol de­yən­də - bir ba­la­ca...

- Baxma, in­san za­hi­ri əla­mət­lə də uca­la bi­lər. Mən Mon­qo­lus­tan­da Brej­nev-Se­den­bal vaxtla­rın­da iş­lə­mi­şəm. Or­da bir qız sev­miş­dim - il­dı­rım vu­rub öl­dür­dü. İn­di onun xa­ti­ri­nə si­zi ucaltmaq is­tə­yər­dim. Evi­mi gö­rə­si­niz, mon­qo­la ox­şar pi­şiklər əlin­dən yer yox­dur - qı­zın xa­ti­ri­nə sax­la­yıb, onlara qul­luq gös­tə­ri­rəm.

- Dü­zü, pasportda adım azər­bay­can­lı ge­dir, am­ma əs­lin­də mon­qol ki­mi bir şe­yəm. Üs­tə­lik, gö­zü­mü açan­dan ha­mı mə­nə mon­qol de­yib.

- Mon­qol de­yib­lər­sə, de­mək, elə mon­qol­su­nuz da-a, - ki­şi bu yer­də se­vin­di. - Ca­ma­at də­li de­yil ki! Həm də mon­qo­lun buy­nu­zu-za­dı ol­mur ki. Üzü­nü­zə de­yəcəyəm, siz mon­qol xa­qan­la­rı­nın tö­rə­mə­lə­rin­dən­si­niz. Bu ne­cə və nə cür olub - işə dəx­li yox­dur. Özü də mon­qol­lu­ğu­nuz­la fəxr et­mə­li­si­niz.

- Bi­lir­si­niz, adam qa­lır iki daş ara­sın­da: mon­qol adı­nı üs­tü­mə gö­tür­səm, Av­ro­pa­dan av­to­ma­tik uzaq düş­müş olu­ram. Hal­bu­ki mən Av­ro­pa­nı se­vi­rəm, is­tə­rəm həmişə av­ro­pa­lı sa­yı­lam.

- On­suz Azər­bay­can - Av­ro­pa de­yil. Nə ol­sun ki, iki qi­tə ara­sın­dan çə­ki­lən və heç də mövcud olmayan xə­ya­li xətt, mən ona həqarətlə “cız” deyirəm, Azər­bay­ca­nı tə­sa­dü­fən Av­ro­pa­ya qa­tıb. Özü də mon­qol­lar dün­ya­ya şə­fəq sa­çan­da, av­ro­pa­lı­lar hə­lə fil qu­la­ğın­da yat­mış­dı­lar. Av­ro­pa Asi­ya ilə mü­qa­yi­sə­də dü­nən əmələ gəlib.

Şöv­qi mü­əl­lim söh­bət əs­na­sın­da "ta­tar" adı­nı di­li­nə də gə­tir­mə­di, eləcə "mon­qol" de­yib dur­du. Sa­dıq do­şab al­mış­dı, bal çıx­dı: onu bir­cə həf­tə­yə irə­li çək­di­lər. Am­ma vər­diş elə­yə­nə­cən, bu təsadüfi "hün­dür­lük"də ba­şı xey­li gi­cəl­lən­di. Son­ra­lar bir də gö­rüş­mə­di­lər­sə də, Şöv­qi Hə­sə­no­vun nə­zər­lə­ri onun üzə­rin­dən əs­kik ol­ma­dı. İl­dı­rım vur­­muş mon­qol qı­zı­nın ru­hu ona di­rək ol­du. İn­di res­pub­li­ka qə­zet­lə­rin­də say-seç­mə in­san­lar sı­ra­sın­da bir mon­qo­lo­id şək­li pey­da ol­muş­du.

* * *

Sa­dıq Mus­ta­fa­yev Şöv­qi Hə­sə­no­vun tamam ək­si olan bir adam­dı. Şöv­qi mü­əl­lim mə­həb­bə­ti­ni re­al­laş­dı­rır­dı­sa, o, bü­tün qa­dın­la­ra, həm­çi­nin ana­sı­na nif­rə­ti­ni re­al for­ma­lar­da üzə çı­xar­ma­ğa tə­lə­sir­di. Və­zi­fə­yə ça­tan ki­mi Al­lah var-döv­lə­ti ba­şın­dan tök­dü; bir növ, on­da nif­rət üçün "mad­di ba­za" ya­ran­­dı. Əv­vəl­ki hə­ya­ta da­ir xa­ti­rə­lə­ri in­di ona gü­lünc gö­rü­nür­dü. Hə, uşaq­lıq­da ve­lo­si­pe­də, tə­zə mək­təb for­ma­sı­na ne­cə se­vin­miş­di­sə, gənclikdə də za­vod­­da işə dü­zə­lib cın­dır bir ya­taq­xa­na­da yer al­ma­ğı­na elə se­vi­nər­di. İşə bax, Şöv­qi mü­əl­lim akt za­lın­da tə­sa­dü­fən onu gör­mə­səy­di, ta­le uzun­sov tə­bəs­süm­lə onun üzü­nə bax­masaydı, elə bu xır­da se­vinclər­lə də öm­rü ye­lə ve­rə­cək­di.

Çox de­di­lər, az de­di­lər, axır Sa­dıq Mus­ta­fa­yev­də­ki za­hi­ri mon­qol­luq da­xi­li mon­qol duyğularıyla nə­ti­cə­lən­di. O ar­tıq mon­qol­ca­sı­na dü­şü­nür, qə­dim is­ti­la­lar ta­ri­xi onu se­vin­di­rir­di. On­da mon­qol ta­ri­xi gec çi­çək­lər aç­mış­dı. Yu­xu­daca Ru­si­ya çöl­lə­rin­də at ça­pır, hət­ta nə qədər bərk yata, ayaq­la­rın­da at ça­par­kən tö­rə­nən ağ­rı­lardan oya­nır­dı. Bir də­fə Çin­giz­xan haq­qın­da­kı bilik­lə­ri yu­xu­da fan­tas­tik ta­ri­xi sü­jet­lər­də dü­züm­lən­miş­di.

Onun qor­xu­sun­dan ev­də köl­gə ki­mi do­la­nır­dı­sa da, Sa­dıq gü­lən göz­lə­rin­dən gö­rər­di ki, ana­sı xoş­bəxtdir. An­caq hər hansı qur­ba­ğa­ya bəxş edəcəyi xoş­bəxtlik bəl­kə onu se­vin­di­rər­di də, di gəl, ana­ adlı bu adamcığın xoş­bəxtli­yi­nə bi­ga­nə idi. Axı, ne­cə olub ki, onun uşaq­lıq­dan çək­di­yi ağ­rı-acı­lar bu ar­va­dın bir­çə­yin­də bircəcik ağ tük­ləsə əks olun­ma­yıb. O nə bu­nu, nə də onun sev­gi­si­nə mə­həl qoy­ma­yan­la­rı unu­dub. Nə ol­du, in­di oca­ğı­nın ba­şın­da şön­gü­yən ta­pıl­dı?

Get-gedə artan va­ri­datı mon­qol-ta­tar zor­la­ma­la­rı fak­tı­nı zə­rər­siz­ləş­dir­miş, on­da­kı bü­tün "ta­ri­xi" eyib­lə­rin üs­tü­nü örtmüş­dü. Var-döv­lət na­mus­suz­luq­la­rı he­çə en­di­rən, lo­tu­luq­la­ra mü­qəd­dəs­lik namı qa­zan­dı­ran şey imiş. Ona ərə gəlmək istəyənlər arasında artıq hər gün dava qopurdu. Axır birinə "hə" dedi. Amma qə­ri­bə­dir, o, gər­də­yə gi­rər­kən, qı­zı uçub şi­rə­yə qon­muş mil­çək ye­rin­də gör­dü. Qa­ra­ca da bir qız­dı; bur­nu­nu tut­san ca­nı çı­xar­dı. Elə hə­min ge­cə­də­cə ona "mil­çək" de­di.

"Bu gün­dən, - de­di, - sə­nin adın mil­çək qa­lır". Qız dinmədi. Hə­min ge­cədən yad­da sax­la­ma­ğa­ bir öpüş nədi - o da ol­ma­dı. Tfu! Əş­ya­ların tığ vu­rul­duğu, tə­zə­lik­cə top­da­ğıt­maz ol­muş evi bu mil­çək üçün onun özün­dən qiy­mət­li imiş. Qə­hər­dən bo­ğu­lur­du. Ar­vad ona yox, əş­ya­la­ra gəl­miş­di (doğanda da qorxasan əşya doğa). An­caq bir gün bə­ha­nə ta­pıb ar­tıq ar­vad ol­muş dü­nən­ki qı­zın qulağının dibinəcə ürək­dən ti­kan çı­xar­dan bir yum­ruq iliş­dir­di. İn­sa­fən, daş­dan səs çıx­dı, on­dan yox. Ək­si­nə, son­ra bu ha­di­sə­ni gül­mə­yə sal­dı. Təzə qohum­lardan da ona gül­dən ağır söz de­yən ta­pıl­ma­dı; hə­lə bəl­kə gü­na­hı öz qız­la­rın­da gör­dü­lər. Am­ma əv­vəl­ki vaxtlar ol­say­dı, ona hök­mən qu­laq­bur­ma­sı ve­rdirər­di­lər.

Mon­qol tə­zə pe­şə tap­ıb: iş­dən tez-tez gə­lir, ev­də mərə­kə qo­pa­rır və tə­zə­dən rədd olub ge­dir. Əl­bət­tə, özü də bi­lir ki, bu mərə­kə­lər tut­du­ğu yüksək və­zi­fə ilə heç cür uyuş­mur. Bir gün də qış­qı­ra-qış­qı­ra:

- Bax, qoy bu ru­mın me­be­li sə­nin ərin ol­sun! Mən get­dim! - de­di.

De­di və hə­qi­qə­tən, çı­xıb get­di. Gə­lin göz­lə­ri­ni dö­yə-dö­yə qal­dı. Bəl­kə də ki­şi xey­la­ğı be­lə ol­ma­lı idi. Sa­dıq har­da bat­dı­sa, düz bir həf­tə evə dön­mə­di. Axır gə­lib çı­xan­­da, qı­zı ye­nə me­bel­lə yan-ya­na­şı gör­dü. De­yə­sən, zən­ni düz çı­xır. Ar­va­dı gül­lü əs­giy­lə me­be­lin üzü­nü elə si­lir, de­yir­sən, onun­la se­vi­şir. Yox, məhz elə bu fakt in­ti­qam üçün ki­fa­yət­di. Qa­dın­lar­dan, hət­ta ana­­dan alınası in­ti­qam get-ge­də onun qa­yə­si­nə çev­ri­lir­di. Yox­sa əsas da bu ar­va­dın sağ­lam­lı­ğı axır onu də­li edə­cək. Ba­rı ana­sı oğ­lu­nun onu öl­dür­mə­si­ni göz­lə­mə­yə, özü­ci­yəz ölüb ge­də. Dü­zü, Sa­dıq qa­dın tay­fa­sın­dan kim­lə­rin ölü­mü­nü du­man­lı şə­kil­də plan­laş­dı­rır­dı­sa da, ana­sı ba­rə­sin­də elə fik­ri yox­du: qoy özü öz əcə­li ilə öl­sün.

Ev­dən kə­nar yer­lər­də bir-iki sa­at­lı­ğa, bəzən bir ge­cə­li­yə sa­tın al­dı­ğı qa­dın­la­rın ona bəxş et­diyi bol-bol gü­lüş­lər­dən də ar­tıq çiy­rin­miş­di. İn­san­dakı ən sax­ta cəhət­lər­dən bi­ri gü­lüş­dür. Ümu­miy­yət­lə, in­san­da gü­lüş ya­saq olun­ma­lı­dır. Axı, bu nə­yə la­zım­dır! O, gö­zəl qa­dın ən­dam­la­rı­nı ya­taq­da gah bu, gah di­gər səm­tə çön­dər­dik­cə, keç­miş­də ol­say­dı, on­la­rın ona ərə gəl­mə­yə­cək­lə­ri­ni düşünürdü. Tə­bəs­süm­lə­ri­ni gör­mə­sin deyə, üz­lə­ri­nə bax­ma­dı­ğı gö­zəl­çə­lər ona can­lı ət çap­pa­la­rı­nı an­dı­rır­dı­.

Ət­də gü­lü­şə nə lü­zum! Ət­də gü­lüş çəhrayı yar­lı­ğa bən­zə­yir. Ka­sıb çağ­la­rın­da qa­dın­lar­da gör­dü­yü məğ­rur­luq ta­mam boş bir şey imiş. Qa­dın­lar­da məğ­rur­luq il­lü­zi­ya­dır. Ha­ya­na dön­ə, ye­nə ki­şi­lər! Heç kəs qıs­na­ma­dı - Şöv­qi Hə­sə­nov öz­ü onu gənclik­də sev­di­yi, il­dı­rım vur­muş adi bir mon­qol qı­zı­nın xa­ti­ri­nə göy­lə­rə ucaltdı. Bir tə­mən­na güd­mə­dən.

Am­ma bir­cə qa­dı­nınsa bo­ğa­zı­nı quş bo­ğa­zı ki­mi üzə bil­sə, bəl­kə onda ürə­yi so­yu­yar, həm də bu ləz­zət ona öm­rü bo­yu bəs edər­di. Onu yan­dı­ran əsas şey bu qa­ra qar­ğa­nın ona öl­çü-bi­çi və he­sab­la ərə gəl­mə­si idi. Üs­tə­lik, da­im onu si­lib-əziz­lə­di­yi ru­mın me­be­li ilə bir tu­tur. Yox, bəlkə bu­nun uşa­ğı me­bel­dən ola­caq; uşaq elə me­be­lə ox­şayacaq.

Sa­dıq Mus­ta­fa­yev şər tə­cəs­sü­mü bil­di­yi qa­dın­la­rın iki­cə­ci­yi­ni evin­də sax­la­dıq­ca, qan təz­yi­qi, hər gün ölçdü­rür, dəm­bə­dəm yük­səl­mək­də idi. Mah­nı­lar­da­kı ki­mi də, de­yir, evin­də ilan­lar bəs­lə­yir. La­kin ar­tıq nə ana­nı ana bi­lir, nə ar­va­dı - ar­vad. İki­si bir si­fət­də - ciz­gi­lər yu­maq olub bir-bi­ri­nə qa­rış­mış­dı. Da­ha on­lar­la bir mən­zil­də nə­fəs çəkmək də dö­zül­məzdi - astma­lı­lar ki­mi bo­ğu­lur­du.

***

Bir ge­cə Sa­dıq Mus­ta­fa­yev­gi­lin pən­cə­rə­lə­ri sə­hə­rə­cən, az qa­la ta­va­na ça­tan işıq sü­tun­la­rı ilə bə­zək­lən­miş­di. Elə bi­lir­din içə­ri­də di­rək­lə­ri qı­zıl­dan olan qəsr ucal­dı­lıb. Nə­ha­yət, qı­zıl di­rək­lər süb­hün qıp­qır­mı­zı şə­fəq­lə­rin­dən so­lub gö­rün­məz olan­da, sü­rü­cü­sü mən­zi­li­nə qal­xıb onu ki­şi­lər haq­qın­da hə­mi­şə oxu­du­ğu ki­tab üs­tün­də tut­du. Bir-bi­rin­dən se­çil­mə­yən, qapqara yan­mış iki məx­luq dö­şə­mə­nin tən or­ta­sın­da yan-ya­na uza­dıl­mış­dı.

- Bu kömür in­san­la­rı gör­dün­mü? Hə­min­ki­lər­di: anam­la ar­va­dım. Di get, la­zı­mi orqanlara xə­bər elə. Qorxma, şə­rəf­siz­lik­lə­rini tərtəmiz yu­muş in­sa­nın ha­mı qar­şı­sın­da al­nı açıq, üzü ağ­dır, - o, bu söz­lə­ri qey­rət­li mon­qol­la­rın şan­lı ta­ri­xi için­dən çıxmış na­mus­lu bir mon­qol ki­mi söy­lə­di.

Sa­dıq Mus­ta­fa­yev pas­por­tun­da "azər­bay­can­lı" ya­zıl­mış mon­qol ki­mi tu­tul­du.

1997, may-iyun

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz