Azərbaycan Rusiyanın Qafqazda dominantlığına son qoyub - Ukrayna kəşfiyyat xidməti

Xəbərin çap versiyası
Tarix: Bu gün, 19:07


"Azərbaycan Rusiyanın Cənubi Qafqazda regional dominantlığına effektiv şəkildə son qoyub."

Civilazerbaijan.com
bildirir ki, bu sözlər iyulun 26-da Ukrayna Xarici Kəşfiyyat Xidmətinin saytında dərc olunan məqalədə yer alıb.

"Dünya toksik partnyorundan - Rusiyadan aralanır" başlıqlı məqalədə son vaxtlarda Azərbaycan, Hindistan və Botsvananın müxtəlif səbəblərlə Rusiyaya etiraz etmələrindən söz açılır. Kəşfiyyat Xidməti bunu Rusiyanın dünyada nüfuz dairəsinin zəifləməsinin sübutu kimi təqdim edib.

Azərbaycanla bağlı hissədə xatırlanır ki, iyulun 6-da Rusiya ordusunun Ukraynada Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqdoldurma məntəqəsinə zərbələr endirməsindən sonra Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub. Məqalənin eyni hissəsində Azərbaycan prezidenti İlham Əliyevin iyulun 21-də Berlinə səfəri zamanı ölkəsinin Avropa enerji bazarında Rusiyanı əvəzləməyə hazır olduğu barədə açıqlamasına da yer verilib.

Hindistan iyulun 19-da Odessadan yola çıxan gəmiyə Rusiyanın hücumu zamanı dörd vətəndaşının ölməsinə görə bu ölkəyə etiraz edib. Botsvana isə iyulun 18-də ölkə vətəndaşlarının aldadılaraq Rusiya-Ukrayna müharibəsinə cəlb olunması barədə bəyanat yayıb.

"Nəticə etibarilə, Rusiyanın aqressiv davranışı beynəlxalq tərəfdaşları Moskva ilə əməkdaşlıqdan getdikcə daha çox çəkindirir. Dünya Kremllə gələcəkdə mümkün münasibətlərin "toksik" xarakter daşıyacağını anlayır və tədricən Rusiyadan uzaqlaşmağa, onunla arasına məsafə qoymağa çalışır", - məqalə müəllifləri sonda qeyd edib, Toplum TV-nin məlumatında bildirilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz