Qoderzi Çoxeli. İntizar - Hekayə

Xəbərin çap versiyası
Tarix: Bu gün, 13:42


Məşhur gürcü yazıçısı, ssenaristi və kinorejissoru Qoderzi Çoxeli (gürcücə : გოდერძი ჩოხელი ) 2 oktyabr 1954-ci ildə Gürcüstanın Duşeti rayonunun Çoxe kəndində anadan olub, 1979-cu ildə Tbilisi Dövlət Teatr İnstitutunu bitirib. 1976-cı ildə rejissorluğa başlayıb. Onun məşhur filmlərindən "İnsanın kədəri" (ადამიანთა სევდა, 1984), "Milad q[hide][/hide]uzusu" (აღდგომის ბატ 1988), "Günahın uşaqları" (ცოდვის შვილები, 1989), "Göyərçinlər" (სამოთსი) გვრიტები, 1997), "Lukanın müjdəsi" (ლუკას სახარება, 1998) "Sahara məhəbbəti" (სიყვარულის ცეცხლი, 2003) və s. qeyd etmək olar. Qoderzi Çoxeli "Küknarlar məktub", "İnsan kədəri", "Qurd", "Balıqdan məktublar", "Məni qoru, ey ana torpaq" kimi məşhur nəsr əsərlərinin müəllifidir. Onun əsərlərində əsasən doğulub boya-başa çatdığı Qudaməkari rayonu yer alır. Qoderzi Çoxeli 16 noyabr 2007-ci ildə vəfat edib.

Civilazerbaijan.com
Qoderzi Çoxelinin "İntizar" hekayəsini təqdim edir:

Qoderzi Çoxeli
İntizar
hekayə


— Mənə elə gəlir, kiminləsə görüşməliyəm.
— Kiminlə?
— Nə bilim.
— Bəs, onda niyə elə gəlir sənə?
— Bilirsənmi, mən onu sevirdim.
— Nə vaxt?
— Bilmirəm nə vaxt, yəqin qabaqlarda.
— Yenə də. Düzü?
— Anadan olmamışdan qabaq.
— Başa düşmədim.
— Bəlkə də anadan olmuşam, amma başqa yerdə, mən onu sevirdim, indi də hey onu gəzirəm.
— Əgər görməsəm?
— O da ola bilər.
— Onda arvadsız qocalarsan ki. Birini al da…
— Kimi?
— Nə bilim, kimisə.
— Yox, yox, elə arvad alammaram.
— Bəlkə onunla görüşəmmirsən?
— Başlıcası odu ki, mən onu sevirəm.
— Mən belə sevgi məhəbbət görməmişəm. Tanımırsan, görməyibsən, özün də sevirsən.
— Hə, sevirəm.
— Bəlkə sevmirsən?
— Bəs, onda niyə mənə elə gəlir ki, onunla görüşməliyəm?
— Olmaya yuxunda görübsən?
— Yox, yuxumda yox, hardasa, ayrı yerdə görmüşəm.
— Üst-başı yadındadımı, necə görünür?
— Yox, yadımda deyil.
— Bəs, onda, bəlkə birdən rastlaşdınız, necə tanıyacaqsan?
— Tanıyacam, bilirəm ki, tanıyacam, ola bilməz ki, tanımayım.

***
— Rastlaşmadınız?
— Yox, görəmmədim.
— Sonra?Arvad almadın?
— Almadım.
— Yenə onu gözləyirsən?
— Hə.
— Neçə yaşına keçdin?
— Altmış altı.
— Yenə sevirsən?
— Hə.
— Bəlkə rastlaşdın? Tanımadın?
— Hə.
— Heç, heç nə.

Tərcüməçilər:
Tofiq Mirzə, Nəriman Əbdülrəhmanlı


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz