Avropa İttifaqı və Böyük Britaniya Rusiyaya yeni sanksiyalar ELAN EDİB

Xəbərin çap versiyası
Tarix: 24-02-2025, 21:04

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyib. Aİ Şurasının rəsmi saytında dərc olunan məlumatda bildirilib ki, Aİ xarici işlər nazirləri fevralın 24-də Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini sarsıdan və ya təhdid edən hərəkətlərə görə məsuliyyət daşıyan 48 fiziki şəxsin və 35 hüquq şəxsin daxil edildiyi siyahı üzərində razılığa gəlib.

Civilazerbaijan.com
bildirir ki, yeni sanksiyalar paketi çərçivəsində Aİ Rusiyanın enerji ixracına qarşı beynəlxalq sanksiyalardan yayınmaq üçün istifadə etdiyi "kölgə donanması"na məxsus 74 neft tankerinə qarşı məhdudiyyətlər tətbiq edib. Bununla da belə gəmilərin sayı 153-ə çatıb.

Aİ Rusiyada olan bəzi dəniz və hava limanlarına qarşı da məhdudiyyətlər tətbiq edib və onlarla hər hansı əməliyyatlar qadağan edilib.

Yeni sanksiyalar paketi çərçivəsində ilk dəfə olaraq Rusiyadan kənarda yerləşən və Rusiya Mərkəzi Bankının "Maliyyə Mesajlarının Köçürülməsi Sistemi" (SPFS) vasitəsilə əməliyyat aparan kredit və maliyyə institutlarına qarşı əməliyyat qadağası tətbiq edilib. 13 bankın beynəlxalq SWIFT ödəniş sistemindən çıxarılması qərarı verilib. Bu banklar arasında Çində qeydiyyatdan keçmiş bir Rusiya bankı və Belarusda fəaliyyət göstərən iki bank da var.

Aİ Şurası həmçinin 53 yeni qurumu "Ukraynaya qarşı işğalçı müharibədə Rusiyanın hərbi-sənaye kompleksinə birbaşa dəstək verənlər" siyahısına əlavə edib. Bu qurumlar Rusiyanın müdafiə və təhlükəsizlik sektorunun texnoloji cəhətdən təkmilləşməsinə töhfə verə biləcək ikili təyinatlı mallar və texnologiyalarla bağlı daha sərt ixrac məhdudiyyətlərinə məruz qalacaqlar. Bu qurumların üçdə biri Rusiya, digərləri isə üçüncü ölkələrdə (Çin daxil olmaqla Honq-Konq, Hindistan, Qazaxıstan, Sinqapur Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Özbəkistan) yerləşir.

Yeni paket, eyni zamanda, Rusiyanın sənaye imkanlarının artırılmasına kömək edən malların (kimyəvi məhsullar, plastik və kauçuk) ixracına və onların Rusiya ərazisindən tranzitinə, habelə Rusiyaya əhəmiyyətli gəlir gətirən ilkin alüminiumun idxalına da əlavə məhdudiyyətlər tətbiq edib.

16-cı sanksiyalar paketi çərçivəsində "Rusiya rəhbərliyinin daimi nəzarəti altında olan" Rusiyaya məxsus 8 media orqanının yayım lisenziyası da dayandırılıb.

Bu gün, fevralın 24-də təsdiqlənən sənəddə Şura Aİ-nin uçuş qadağasını Rusiya daxilində uçuşlar həyata keçirən və ya Rusiya aviadaşıyıcılarına təyyarə və ya digər aviasiya malları və texnologiyaları ixrac edən aviadaşıyıcılara da şamil etmək qərarına gəlib.

Bundan əlavə, Aİ Rusiya fiziki və ya hüquqi şəxslərin 25 faizdən çox pay sahibi olduğu Aİ yol nəqliyyatı operatorlarına qarşı mövcud qadağanı gücləndirir. Yeni qayda bu cür yol nəqliyyatı şirkətlərinin kapital strukturunda elə bir dəyişiklik edilməsini qadağan edir ki, nəticədə Rusiya mənşəli fiziki və ya hüquqi şəxslərin payı 25 faizdən çox olsun.

Yeni sanksiyalar həmçinin neftin alış qiymətindən və bu məhsulların son təyinat yerindən asılı olmayaraq, Rusiya xam nefti və neft məhsullarının Aİ daxilində müvəqqəti saxlanmasının təmin edilməsini də qadağan edir.

Qeyd edək ki, Bazar ertəsi, 24 fevralda Böyük Britaniya Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya tammiqyaslı işğalından bəri ona qarşı ən böyük sanksiyalar paketini elan edib. Bu barədə Böyük Britaniya hökumətinin rəsmi saytı yazıb.

Bildirilir ki, bu tədbirlər Kremlin başçısı Vladimir Putinin hərbi büdcəsini maliyyələşdirən vəsaitləri, Rusiya hərbi maşınını, onu dəstəkləyən üçüncü ölkələrdəki strukturları və onun etibar etdiyi tədarük zəncirlərini hədəfə alır.

Britaniya sanksiyaları Rusiya hərbi texnikası üçün dəzgahlar, elektronika və ikili təyinatlı mallar, o cümlədən silah sistemlərində istifadə olunan mikroprosessorlar istehsal edən və tədarük edən şirkətləri əhatə edir.

Bu şirkətlər bir sıra üçüncü ölkələrdə, o cümlədən Mərkəzi Asiya dövlətlərində, Türkiyədə, Tailandda, Hindistanda və Çində fəaliyyət göstərir. Çin, Rusiya hərbi qüvvələri üçün ən böyük strateji tədarükçü kimi qeyd olunur.

Bundan əlavə, Britaniya KXDR-in müdafiə naziri No Kvan Çxol və Rusiyada 11 mindən çox Şimali Koreya hərbçisinin yerləşdirilməsində iştirak edən digər Şimali Koreya generallarına və rəsmilərinə sanksiyalar tətbiq edib.

Sanksiyalar həmçinin 13 Rusiya subyektini hədəfə alıb. Onların arasında "Qrant-Treyd" MMC, onun sahibi Marat Mustafayev və bacısı Dinara Mustafayeva var. Şirkət qanunsuz müharibəni dəstəkləmək üçün Rusiyaya qabaqcıl Avropa texnologiyalarının tədarükü ilə məşğul olub.

Britaniya ilk dəfə olaraq Rusiya hərbi maşınını dəstəkləyən xarici maliyyə institutlarını da hədəfə alıb. Bu çərçivədə Qırğızıstanda yerləşən "Kərəmət Bank" sanksiyaya məruz qalıb. Bank, Rusiyanın beynəlxalq maliyyə sistemindən istifadə edərək hərbi səylərini dəstəkləməsinə kömək etməkdə günahlandırılır.

Yeni sanksiyalar Putinin enerji gəlirlərinə təzyiqi artıracaq. Sanksiya siyahısına Rusiya neftini daşıyan daha 40 "kölgə donanması" gəmisi daxil edilib. Bununla da, Britaniyanın sanksiya tətbiq etdiyi ümumi neft tankerlərinin sayı 133-ə çatıb ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir.

Bundan başqa, Britaniya Rusiyanın strateji sektorlarını idarə edən 14 "yeni kleptokrata" qarşı sanksiya tətbiq edib. Onların arasında sərvəti 2,2 milyard funt sterlinq olan Roman Trotsenko da var.

Britaniyanın xarici işlər naziri Devid Lammi bildirib ki, bu, son üç ildə tətbiq olunan ən böyük sanksiyalar paketidir və Britaniyanın Ukraynaya sadiqliyini vurğulayır.

"Hər məhv edilən hərbi tədarük xətti, hər bloklanan rubl, Putinin təcavüzünə hər bir yardımçı ifşa edildikcə, biz ədalətli və davamlı sülhə, eləcə də Britaniyanın təhlükəsizliyinə və rifahına daha bir addım yaxınlaşırıq", – deyə o qeyd edib.

O əlavə edib ki, uzunmüddətli sülh yalnız güclə əldə edilə bilər və buna görə də Britaniya Ukraynanın mümkün qədər güclü mövqedə olmasına köklənib.

Qeyd edək ki, bu gün - 24 fevralda Böyük Britaniya da Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya tammiqyaslı işğalından bəri ona qarşı ən böyük sanksiyalar paketini elan edib. Bu barədə Böyük Britaniya hökumətinin rəsmi saytı yazıb.

civilazerbaijan.com

Diqqətinizi çəkə biləcək digər xəbərlər

Facebook səhifəmiz