Süleyman Rəhimov - Məhtəban
Tarix: 28-12-2024, 20:01
Süleyman Rəhimov (Süleyman Hüseyn oğlu Rəhimov) 1900-cü ilin 22 martında Zəngəzur mahalının (hazırkı Qubadlı rayonu) Əyin kəndində anadan olub. İbtidai təhsilini ikisinifli rus məktəbində alıb Şuşada pedaqoji kursda oxuduqdan sonra uzun müddət Zəngəzur mahalının müxtəlif rayonlarında müəllim işləyib.
1928-ci ilin payızında dostu Əli Vəliyevlə Bakıya gələrək Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almış, eyni zamanda Qaraşəhərdə ikinövbəli savad kursunda yaşlı fəhlələrə dərs demişdir. 1931-ci ildə təhsilini bitirmişdir.
S.Rəhimovun yeni dövr Azərbaycan ədəbiyyatında nəsrin inkişafında misilsiz xidmətləri olub. Əsasən romançı kimi tanınıb. 30-cu illərdə Azərbaycan romanının təşəkkülü və inkişafı onun adı ilə bağlıdır. Ədəbi fəaliyyətə 1930-cu ildən başlayan Süleyman Rəhimovun ilk əsəri "Şamo"dur. Bununla belə o 50 il bu əsərinin üzərində işləmiş və ona əlavələr etmişdir. "Saçlı", "Qara torpaq və sarı qızıl" və s. onun ən məşhur əsərlərindəndir.
Süleyman Rəhimov 1939–1940, 1944–1946 və 1954–1958-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin sədri olmuşdur. Azərbaycanın Laçın, Samux, Şahbuz və Noraşen rayonlarında rəhbər partiya işlərində çalışmışdır (1934–1937). Azərbaycan K(b)P Bakı şəhər komitəsində təbliğat üzrə katib (1940–1941), Azərbaycan K(b)P MK-da təbliğat və təşviqat şöbəsinin müdir müavini (1941–1944), Azərbaycan SSR Nazirlər Soveti yanında Mədəni-Maarif işləri Komitəsinin sədri (1945–1958) vəzifələrində işləmişdir.
Süleyman Rəhimov 1983-cü il oktyabrın 11-də vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
Civilazerbaijan.com Azərbaycan SSR xalq yazıçısı (1960), Sosialist Əməyi Qəhrəmanı (1975) Süleyman Rəhimovun "Məhtəban" əsərini təqdim edir:
Süleyman Rəhimov
MƏHTƏBAN
roman
Balaş Azəroğluna və Mədinə xanım Gülgünə ithaf olunur
1
Ərdəha xanı Məmalikin yaşı yetmişə çatmışdı. Yeganə qızı Ərmağanı ərə verəndən, əzazil xanımı Sərəncamı xanlıq sərdabəsində dəfn edəndən sonra tənha qalmışdı. Son vaxtlar xanın gözü Pəhləvan Məmmədin yetim qızı Məhtabana düşmüşdü. Qoca xan daima girəvədə durur, Məhtabanı ələ keçirmək üçün fürsət axtarırdı.
Xan bir gün qonum-qonşusunun palaz-paltarını çayda yumağa aparan Məhtabanı gördü. O, axşamüstü kəsmə cığırla çayın qırağına endi... Günəş batdı... Ay ulduzlar arasında göründü... Xan ətrafı dinlədi...
Məhtaban yan-yörəsinə göz gəzdirdi. O, zığ-zımrığa bulanmış cır-cındasını tez-tələsik əynindən çıxarıb daşlara çırpa-çırpa yudu, sıxıb açdı, iydə kollarının üstünə sərdi. Sonra dönüb uşaqların irili-xırdalı daş, qaya ilə çayın qabağını kəsib düzəltdikləri ağ köpüklü gölə düşdü. Qız əzəlcə yaxşıca yuyundu, qayıdıb üzü üstə üzməyə başladı. Özünü iydə kollarının arasına verib marıqda duran qoca xanın ağ bığları tir-tir titrəyirdi. Sanki ayın bir parçası qopub gölə düşmüşdü...
Qoca xan dikəlib göldə üzən qızı həris nəzərlə süzdü:
- "Xudaya, nə xilqətdir!.."
Xan öz qocalığını unudub bir konüldən min könülə Pəhləvan Məhəmmədin yetim qızı Məhtabana vuruldu, gününə tək bircə gün də qalsa onu özünə gəlin edəcəyinə söz verdi:
- "İlahi, bu nə xilqətdir!.. - Xan təkrar etdi... - Əgər bu qız yamaqlı cır-cındır içindən, bozarmış çadradan çıxıb, barigahda xanımın köhnələrindən geyinsə, gör onda nə qiyamət olar?!".
Bəli, onda xan hansı möcüzə ilə isə cavanlaşar, ömrü-günü təzədən başlar. Bu nazlı sənəmlə gün keçirmək onda gör neçə-neçə Ərdəha xanlığına dəyər! Xan boğazını asta-asta arıtladı. Məhtaban insan hənirtisini aldı. O, tez göldən çıxıb iydə kollarından cır-cındasını götürdü, yaş-yaş əyninə aldı, büküb kənarda sərdiyi yamaqlı çadrasını da başına saldı. Xanın gözündən gözəlliyini gizlədi. Amma xanın təsəvvüründə Məhtaban yenə ağ köpüklü göldə üzdü, ay nuruna qərq olan sularda qıvrılıb açıldı, qızın qumral saçları köpüklərdə buruldu.
İndi xan nə etsin? O, sinninin bu çağında qızın üstünə necə atılsın?.. Yox, əsla!.. Xan pəhləvan qızı ilə bacarmazdı, qızın qüvvəti qarşısında qoca qəşş edib yıxılar, ya qıjıltılı çaya düşər, ya da göldə boğulardı.
Belə yalquzaq cəsarəti xanın cavanlıq çağlarında ola bilərdi... Qoca xanda o güc, o nəfəs indi harda idi ki, Məhtabanın qollarını qatlasın, cır-cındasını parçalayıb əynindən çıxarsın, onun ağzını qapayıb öz niyyətini yerinə yetirsin?! İşdir, qız səs-səmir çıxarsa, onun izini-tozunu yer üzündən itirsin. Yox, Məmalik xan qocalmaqdan artıq kaftarlaşmışdı... Onun sir-sifəti qırışmış, əl-ayağı bürüşmüş, dizləri də əsməyə başlamışdı. Yalnız çuxura düşən gözləri qurd gözləri kimi ac idi...
Xan çöldən qırışan, içəridən acıxan gözlərini yumduqca Məhtabanı necə varsa, eləcə də görürdü. Sanki heykəltəraş bu qızı ağ mərmərdən yonubdur!.. Yox, qız heykəl deyil, nəfəs alır, canlıdır. Nəfəs aldıqca qocanın da canını alır:
- "İndi necə olsun, ilahi?!" İydə kollarından çıxmayan qoca xan, quruyub-qurumayan paltar-palazı üst-üstə toplayıb, başına alıb aparan Məhtabana qıyılan gözlərlə baxırdı...
Qoca xan Məhtabanı üzüyuxarı, Ərdaha kəndinə tərəf buraxdı, özü gölün kənarına endi. Köpüklü dalğalara xeyli baxdı... Üryan gözəl qocanın təsəvvüründə qıvrıla-qıvrıla üzdü... Xanın gözlərində odlu yaşlar gilələndi:
- Xudaya, sən məni sinnimin bu çağında divanəmi etmək istəyirsən?.. - Qoca cibindən dəsmalını çıxarıb torbalanan gözlərini sildi.
- Axır mən sənin dərgahına düşüb tövbə etmişdim. Axır mən öz günahlarımı yumaq üçün Məkkəyə getməyi, sənə dəxil düşməyi qət etmişdim. Axır mənim öz anasına oxşayan zalım qızım Ərməğandan başqa kim-kimsənəm yoxdur... Belə görünür, taleyin hökmü ilə mal-mülk biganələrindir... Mənim varisim yoxdur, olmayacaqdır, indi bu nə oyundur ki, mənim başıma açırsan, Xudaya!.. Xudaya, bu nə anlaşılmaz oyundur ki, gözlərim dünyadan doymur? - Xan, Savalandan üzüaşağı səs-səda sala-sala gələn qıjıltılı çayın qırağında dayanıb, gölə həsrətlə baxdı. O, Pəhləvan Məhəmmədin yetim qızının gözəlliyi qarşısında səcdəyə düşdü.
- Mənim Məkkəm! - deyə qoca üzünü qızın qədəmləri dəyən qumlarda gəzdirdi. - Ölüncən, öləndən sonra da mənim qibləgahım!..
2
Qoca xan imarətinə döndü. O, nə yerdə olduğunu bilmədi. Özünü tanımadı. Bilmədi ki, müqəddəsləşib ya kafirləşib? Zalımlaşıb, ya məzlumlaşıb? Xan qəribə vəziyyətə düşdü. Od tutdu, alışıb yandı. Elə ki, qocanın sümükləri çöllərin quru çırpısı kimi çırtaçırtla alovlandı, tütünü təpəsindən çıxdı... Görünür, qoca son nəfəsinədək sönməyəcəkdi- Məhtaban xanın gözlərindən getmədi, cır-cındır geyinmiş, ağ mərmər heykəl öz varlığı ilə onun gözlərinin qabağında dayandı:
- "Xudaya, bu nə cəncəldir, mən düşdüm?!".
Qoca xan neçə gün, neçə gecə öz-özü ilə əlləşdi. Bu yoldan dönüb qayıtmağa çalışdı. Ancaq hər necə etsə də, mümkün olmadı:
- "Bəlkə xudanın qisməti belədir", - deyə xan gecənin bir aləmində imarətindən düşüb, darvazadan çıxdı, Pəhləvan Məhəmmədin uçulub-tökülən, çalsız-çəpərsiz daxmasına yollaııdı. Xan daxmanın yeldən-küləkdən cırıldayan qapısının astanasında dayandı. Ona elə gəldi ki, Pəhləvan Məhəmmədin yetim qızı Məhtabanın qapısında deyil, şahənşah qəsrinin qapısında durubdur, içəri qədəm qoymağa cürəti çatışmır. O, çaşıb qalıbdır! Bilmir, burada necə edərlər, şaha necə təzim göstərərlər, necə onun müqabilində durarlar?! Gözəlliyin zəhmi qoca xanı basırdı... Xan özünü dabanlı qapıya verib komanın içini dinlədi...
Məhtaban mışıl-mışıl yatırdı.... Onun nəfəsi qönçədən çıxan qızılgül kimi ətirli idi. Qoca xan burnuna dəyən bu ətirli nəfəsi lap yaxından alıb-udmaq istəyirdi. Titrəyən ürəyini toxtatmağa çalışan xan qapını astaca açıb içəri girdi. Dörd dirəkli damını orta bacasından düşən ay Mehtabanın surətində bədirlənirdi. Qız yenə də həmin cır-cındıra bükülü idi. Cır-cında özü də kəfrəm-mitil içində idi:
-.Xudaya, sən məni darta-darta haraya gətirmisən? - Xan yenə də bilmirdi; nə etsin. - Bəlkə bu daxmada Pəhləvan Məhəmməd sağ olaydı?.. Gör nə qiyamət qopardı?.. Pəhləvan Məhəmmədin gözü qızardı, qeyzə dolub qocanı qucağına alar, onu çıxarıb qapıdakı küllükdən üzüaşağı tullardı, sabahı nə olacaqdı, vecinə də almazdı... Amma indi qız yetimdir... Yetim qıza dəyib-dolaşmağın nə qorxusu-ürküsü? Bir də ki, dəyib-dolaşan Ərdəha xanı ola, Ərdəham əhatə edən neçə-neçə kəndin cah-calallı əmiri ola!..
Qoca xan özünü cəmləşdirdi. Səcdəyə gedir kimi dizləri üstə düşdü, başını əyib kilkə kimi yumşaq, qar kimi ağ saqqalını qızın bədirlənən üzünə söykədi...
Qız xanın saqqalını sifətinə toxunan pişik quyruğu hesab etdi, ağır yuxusundan asanlıqla tərpənmədi, pişiyin çəkilib gedəcəyini güman etdi. Bir az keçincə Məhtaban insan nəfəsi duydu, əlini qaldırıb yoxladı, duyduğuna inana bilmədi! Axı, belə yumşaq tüklü nə olar? Əgər öz həddini aşan cavansa?.. Yox, cavan deyildir! Məhtaban quruyub yerində qaldı, qoca xan qırışıq əlini qızın qabarıq döşündə gəzdirdi, vücuduna qığılcım dolmuş kimi dilləndi:
- Qız Məhtaban!
- Sən kimsən?
- Mən? Ərdəha xanı!
- Bəlkə xan yol azıbdır?
- Yox, qız, səni deyib gəlmişəm!
- Xan gündüz kənizini hüzuruna çağıra bilməzdimi?
- Özüm qəsdən gecə pünhani gəldim!
- Bir yetimi rüsvayi-cahan etmək üçün?
- Yox, qocalan eşqimi cavan gözələ elan etmək üçün!
- Xanın bu hərəkəti gülünc sayılmazmı?
- Nə üçün gülünc sayılsın, qız?
- Xan... Babam yerində...
- Qız, eşq-məhəbbətə sərhəd-sünür yoxdur!
- Sərhəd-sünürü pozan xan, Pəhləvan Məhəmmədin yetim qızını tapdalamağa gəlibdir!.. - Məhtaban qalxıb, cır-cında geyimində, cında mitilində
oturdu:
- Mənim atam küştüdə bütün xanlığın başını nə qədər uca eləyib!..
Qoca xan, palaz parçasının üstündə yerini rahatladı:
- Bu sözlərin mənası nədir, Məhtaban?
- Mənası budur ki, qoca xan mərhum pəhləvanın məzarını təhqir etməyə gəlibdir!
- Əsla, qız, əsla Məhtaban!
- Bəs, gecənin bu aləmində böyük xanın belə hərəkətinə nə ad vermək olar?
- Ancaq ağlı başından oynayan bir qocanın sərsəmliyi!
- Ağlı başından oynayan xanın sərsəmliyini araya çəkən kimdir? Ancaq yetim rüsvay olacaqdır. Qız birdən için-için hıçqırdı:
- Xanı Quran qəsəminə çəkirəm, dursun, getsin!
- Sonra bəs, Məhtaban?
Gündüz qapısında kəniz durmağa gələrəm!
- Mən Məhtabanı sübhün tülundan imarətimin yuxarı eyvanında gözləyəcəyəm!..
- Qurana qəsəm qılıram, sübhün gözü açılar-açılmaz xanın hüzuruna gələcəyəm!
- Mən də imarətimin yuxarı eyvanından enib gözəlin qədəmlərinə düşəcəyəm!..
- Mən gözəl deyiləm, xan! Bu cır-cında içində nə gözəl?
- Mən gözəli köpüklü göldə ay nuruna qərq olanda görmüşəm!..
- Axır xan öz məhrəmindən başqa bir qıza, bir qadına göz yetirməməlidir!
- Mən gözəl Məhtabanı özümə məhrəm etmək qərarına gəlmişəm. Xudaya, xan yuxu görür, ya mən?
- Nə xan yuxu görür, nə də Məhtaban, - deyə qoca titrəyən əllərini bacaya doğru qaldırdı:
- Bir Xuda bilir ki, mən eşqimə əsir düşmüşəm. Hər ikisi heyrət içində dayandı... Sanki onlar yuxu ilə həqiqəti bir-birinə qatıb-qarışdırırdılar. Nəhayət,
qoca xan yerindən qımzanınca Məhtabanın pərakəndə saçlarını qırışıq əli ilə tumarlayıb, ehtiram əlaməti olaraq onun alnından öpdü, dabanlı qapıdan çıxıb çəkildi...
Nə vaxtdan sonra qız özünə gəldi:
- "Bu qoca xandır, ya xanın qiyafəsinə girən başqa bir kəs?!" Hər kimsə, təcavüzə keçmədi, istər-istəməz nəcib tərpəndi, bakirə qıza toxunmaq qəsdində olmadı.
Yalnız yumşaq saqqalım qızın həyəcandan qızaran üzünə söykəyib, əlini qızın qoşa narında gəzdirdi. Durub gedərkən də qızın saçlarının arasından öpdü...
İndiyə qədər uçub tökülən daxmada tənha yaşayan Pəhləvan Məhəmmədin yetim qızı heç kəsdən hürkməmiş, qorxub çəkinməmişdi. Hətta, o, dabanlı qapının dalına daşdan-qayadan qoyub, buranı bağlamamışdı da. Məhtaban yəqin etmişdi ki, bu obada heç kəs pəhləvan Məhəmmədin namına toxunmaz, onun qürurlu adını ötüb aşmaz...
Əgər bir adam bu adı ötüb aşmağa cəsarət etsə, Ərdaha camaatı onu daş-kəsəyə basar. Axır Pəhləvan Məhəmməd nəinki başqa xanların meydana çıxardığı pəhləvanlarla güləşdə qalib çıxmışdı, hətta Tehranda belə şahənşah pəhləvatılarının da kürəklərini yerə gətirdiyi az olmamışdı. İndi Pəhləvan Məhəmmədin qızı, dam-daşı uçuq-sökük, həyat-bacası çalsız-çəpərsiz komasında gecələməsin, istəyir lap kəndin kənarında bir çavustanda məskən salsın, kimin həddi nə idi ki, onun dörd dövrəsinə dolansın, həndəvərində belə nagüvara iş görsün? Deyirlər ki, "igid ölər adı qalar, öküz ölər gönü".
Pəhləvan Məhəmməd on il əvvəl Sərdar millinin dəstələrinə qoşulmuş, bir mücahid, bir fədai kimi Qacar qoşunlarına qarşı qızğın döyüşlərdə unudulmaz şöhrət qazanmışdı. O, qızına var-dövlət qoymasa da, vüqarlı bir ad qoyub getmişdi...
Lakin hər necə olsa, Məhtaban Quran qəsəminə əməl etməli idi! Hər necə olsa, qız bu qəribə "röyanı" yoxlamaq istəyirdi.
... Sübhün gözü açılar-açılmaz, Məhtaban yerindən qalxdı, əl-üzünü yudu, pərakəndələşən saçlarını darayıb düzəltdi. Cır-cında geyimini səliqə-sahmana saldı ki, əndamı görünməsin... Qız durub xanın imarətinə yollandı. Darvazaya çatar-çatmaz imarətin yuxarı tağbəndinə baxdı, qoca xanı intizarda dayanan görüncə qızın qədəmləri qurudu:
- "Deməli, əsla röya deyildir! - Məhtabanın əti çimçişdi. - Deməli, Pəhləvan Məhəmmədin komasına gecə gələn xan özü imiş!.."
Mohtabam darvaza ağzında dayanan görən qoca əhdinə vəfa etdi, tağbənddən düşüb darvazan açdı, qızı salamladı, onu içəri dəvət etdı. Məhtaban naçar qaldı, cınqırını da çıxarmadı. O istəmədi ki, başqası bir söz bilib-eşitsin. Pəhləvan Məhəmmədin adına şübhəli şayiələr deyilsin...
3
Qoca xan cır-cında içində itən Məhtabanın əlindən tutub, imarətin əndərununa (imarətin içəri, naməhrəm görməyən həyətidir - red.) keçirdi... Bir neçə mərtəbədən ibarət imarətin içəri həyətində tikilən, qabağında gülüstan düzələn çarhovuzlu guşəni, tağbənd eyvanlı qoşa otağı göstərdi:
- Məhtaban xanım üçün hələlik imarətlə əlaqəsi olmayan bu əndərun otaqlar ayrılır!
Xan birinci otağın qapısını açdı, içərisi əlvan fərşlə döşənən otaqda tək çarpayı qoyulmuşdu. Otaq çarhovuzun dövrəsində açılıb, papaqlayan qızılgüllər kimi gözəl və rəngarəng idi. Məhtaban vaxtilə mərhum anası ilə buraya gələn zaman xan imarətinin birununu (imarətin çölə baxan həyətidir) gördüyü halda, əndəruna buraxılmamış, bu pünhan hissəni görməmişdi. Əndərun Sərəncam xanımın öz ixtiyarında idi.
Həyətdəki tağbənd eyvanlı otaq isə Tehrandan Ərdahaya dəvət edilən xarici həkimin məsləhətinə görə ayrıca tikilmiş, sulu qəlyan aludəsi olan, döşü xəfənək bağlayan xəstə xanım üçün düzəldilmişdi. Xarici həkimin məsləhətinə görə sulu qəlyanını tərgidən Sərəncam xanım ömrünün qalan qismini bu otaqda, qızılgüllər arasında keçmişdi. Məhtaban da, Sərəncam xanımsayağı birunda olan qulluqçu - qırmızısaqqal, genşalvar, tənzifqurşaqlı bağban, xidmət edəcəkdi. Hələ ki, Məhtabanı başqa bir kəs görməyəcəkdi. Məhtabanın xörək-çörəyini gətirən, qab-qacağı yığışdırıb aparan da bu bağban olacaqdı.
Məhtaban qaşlarına qədər ağaran qoca xanın bu əcaib əməlbazlığına təəccüb edirdi. Ancaq hələki, xan da nəzakətlə tərpənir, qıza qarşı heç bir güc işlətmir, cavan qızın onun eşqinə necə cavab verəcəyini, gözləyirdi. Həm də demək olar ki, qoca bağbandan başqa Məmalik xan özü də Məhtabanın xidmətində dayanırdı. Xan, xanımı Sərəncamın hələ cavan ikən tikdirdiyi bir dəfə də olsun əyninə almadığı paltarlardan üzünə satıb. Məhtabana geydirir,
qiymətli zərrin libasda ola Məhtaban Məmalikin gözlərində dünya gözəllərinin ən gözəli kimi cilvələnirdi.
Belinə qızıl kəmər bağlamış, başına zərli papaq qoyub, haşiyələri zərli, pürqiymət kəlağayı örtən, qızıl başmaq geyən qız Şərq nağıl və əfsanələrində söylənən qızlardan da gözəl idi! Əlbəttə, Məhtaban, gecə Qurana qəsəm qıldığı üçün gəlmişdi. Özü də istər- istəməz qoca xanın toruna ilişib, qızıl qəfəsə düşmüşdü. İndi Məhtaban kənara çıxsın, necə çıxsın? Çıxmasın, necə çıxmasın?! Bir də hər yan idi! Məhtaban eynindəki zər-zibanı çıxarıb, balaca sandıqçaya yığdığı cır-cındasını təkrar gcyinib, uca hasarın aşsınmı, ya aşmasınmı? Məhtaban istəsə belə bu hündür hasardan aşa bilərdimi?
Bu, nə tilsimdir, Məhtaban düşübdür?! "Bəlkə qoca xan həqiqətən olan-qalan ağlını biryolluq itiribdir? Bəlkə xidmətində dayanan bu qırmızı saqqal bağbana yalvarıb-yapışmaq, onu vasitəsilə xanın qızı Ənnağana xəbər çatdırmaq ki, durma, gəl, atanın başına bir damcı da olsa, ağıl qoy?!"
Bəlkə onda Məhtaban onu sıxıb-sıxışdıran zər-zibah libasdan çıxar, öz cır-cındasını geyinər, buradan uzaqlaşar, yenə qonum-qonşunun palaz-paltarını Savalandan üzüaşağı gələn qıjıltılı Ərdaha çayına aparıb, zoğal dəyənəyi ilə çırpa-çırpa yuyar, gün batıb, toran qovuşunca ay nur çiləyən göldə çimər, zığ-zımrığını töküb, kəndə dönər, öz zəhmətinin çörəyini, öz minnətinə yeyər, kəfrəm mitilinə bürünüb, dabanlı qapının arxasında mışıl-mışıl yatar? Əgər
qisməti olarsa, Ərdahanın bir naxırçısına, yaxud çobanına ərə gedər, olmasa, pəhləvan atasının ad-sanını gözləyib, ləkələnməyə qoymaz...
Məhtaban qoymaz ki, əvvəlləri əlində toppuz oynadan pəhləvanlar kürəyini yerə gətirən, sonralar Qacar qoşunlarını dağıdan Məhəmmədin adına bir ləkə düşsün. Qız istəməz ki, əziz atasının xatirəsini özündən incik salsın, hər cümə axşamı komasına gələn müqəddəs ruhu incitsin, küsdürsün!..
Məhtaban düşünə-düşünə naz-nemətdən az-çox dada-dada bir növ güzəran keçirir, qoca xanın qızışan başının haçan, necə soyuyacağını gözləyirdi... O, qoca gülçüyə söz deyincə, cavab almadığına heyrət edirdi. Görünür, Məmalik xan qoca gülçüyə nə isə təkidlə tapşırmışdi. Buna görə gülçü də ağasının əmrinə əməl edir, Məhtabanla kəlmə kəsmirdi. Dünya görmüş bağban duyurdu ki, iş nə yerdədir. Axı, pirani gülçimün nə borcuna ki, xanın xanımı ilə kəlmə kəssin, pusquda dayanan ağasının qəzəbinə gəlsin? Ozü də ömrünün bu vaxtında əndərundan çıxarılıb, güllükdən qovulsun. Deməli, Məhtaban tilsimə düşmüşdü!
Günlər keçir, Məhtaban tağbəndli otağından çıxıb, rəngarəng güllərə tamaşa edir, şırıltılı fəvvarənin müqabilindəki daş kürsünün üstündə əyləşir, qoca xanı gözləyir... O, daha xandan başqa heç kəsi gözləmir, gözləyə də bilmir,..
Məhtaban qoca xanı mülayim bir insan kimi, düşdüyü ağır vəziyyətdə ona hamı olan bir adam kimi gözləyir... "Bəlkə xan hansı bir səbəbə görə məni sınağa çəkir? -deyə Məhtaban hərdən fikrə, xəyala gedir. - Əgər məni sınağa çəkirsə hansı sınağa, nə sınağına?".
Mehtaban baş tapmırdı! O, baş tapa bilmirdi ki, qoca sinninin bu çağında nə oyun çıxarır, hansı eşqindən dastan açır?.. Axı, bu qocada hansı eşq ola bilərdi ki,-Məhtabanı-sarsıtsın, yerindən tərpətsin?! Atasından yaşlı, babası yerində qoca ilə qabaq-qənşər dayananda Məhtaban qıpqırmızı qızarırdı. Daha doğrusu, qız qocanın yerinə utanırdı. Qoca xan səbir göstərib Məhtabanı tumarlayır, onun qumral hörüklərini tutub sinəsinə gətirir, palaz-paltar yumaqdan kobudlaşan barmaqlarına üzüklər taxıb oxşayır, özü də çox vaxt dilsiz oxşayırdı... Görünür, qoca xan gözləyirdi. O, gözləyirdi ki, bir gün Məhtaban dilə gəlsin, həyəcan içində titrəsin, nəhayət, başını qocanın sinəsinə söykəyib: "Səni sevirəm!" desin.
Qoca xan ha çalışsa da, Məhtabanın dilindən qıfıl götürülmürdü. Sanki qızın həmin gecə açılan dili daha bağlanmışdı. Elə bağlanmışdı ki, ömründə
açılmayacaqdı!..
Məhtabanın kədərli gözləri qan-yaşla dolub-boşalır, dordə-qəmə qərq olan xan asta-asta geri çəkilirdi. Axı, o zor-güc işləlməklə deyil, öz oyanan eşqi ilə qızın ürəyinə hakim olmaq istəyirdi.
Yenə də günlər keçir, yenə də Məhtaban cınqır çıxarmır, gəldiyi oyla həsrətlə baxır, sanki xana yalvarır, onun könlünə rəhm salmaq istəyir. Məhtaban istəyir ki, qoca Məmalik rəhmə gəlsin, Ərdəha pəhləvanı Məhəmmədin ruhunu təhqir etməkdən çəkinsin, onu kənara buraxmasa da, əndəruna köçürsün, qulluqçu-qaravaşın içinə buraxsın!..
Yox, Məhtabanın gözlədiyi baş vermirdi. Həftələr dolanıb, aya calanır, xanın yumşaq sifəti birdən turşuyur, xan arada bir qəzəbə dolur, qızın gözündə zəhmlənirdi. Məhtaban da istər-istəməz, atası Pəhləvan Məhəmmədsayağı qəzəbə dolduğunu duyurdu. Qocanın gözləri cavan Məhtabanın gözlərinə saplanırdı. Birində hökmranlıq, birində vüqar! Xan addım-addım geri çəkilir, yumşalmağa məcbur olurdu...
Üstüörtülü oyun bir aydan da artıq davam edəndən sonra bir gün nahardan əvvəl xan çarhovuzun kənarında əyləşən gözələ yanaşıb salam verdi. Məhtaban da ehtiram göstərən qocanın müqabilində ayağa durdu. Bu dəfə daha başı ilə yox, xanın salamını dili ilə aldı. Xan şad-xürrəm oldu: "Deməli, Məhtabanın bir ay əvvəl gecədəki dili açılmışdır!".
- Gedək, Məhtaban xanım!
- Hara, xan?
- Barigaha!
- Hansı barigaha?
- İmarətimizə!
- Sizin imarətin, mənə nə dəxli, xan?
Qoca əli ilə qızın zər-ziba geyiminə işarə etdi:
- Daha hamısı aydındır ki, Məhtaban!
- Nə aydındır, xan?
- Bu libas çoxdan səni xan xanəsinin xanımı edibdir!
- Mənim üçün öz cır-cındam xoşdur, xan!
- Nə üçün, Məhtaban?
- O paltar mənə azadlıq verirdi!
- Yox, Məhtaban! Yoxsulluqda, kasadlıqda nə azadlıq? - Xan Məhtabanm biləyindən tutdu, onu əndərun tərəfindən imarətinə keçirdi. Birinci mərtəbədən üçüncü mərtəbəyə qədər gəzdirdi. Əlvan xalılarla bəzənmiş otaqlar güllü çəmənzarı andırırdı.
Xan otaqlara işarə ilə qızdan soruşdu:
- Hə, necədir? Məhtaban xanım?
- Allah sahibinə qismət eləsin, xan!
- Sahibi sən, sənin övladın, - bizim oğlan varisimiz!
- Mən sizdən acizanə təvəqqe edirəm, xan!
- Daha iş-işdən keçibdir, Məhtabam!
- Mən sizi Quran qəsəminə çağırıram; xan
- Mən də sizi Quran qəsəminə çəkirəm, saf eşqimi daşa çırpmayın!
- Siz doğru danışırsınız, xan, ya qoca vaxtınızda zarafat edirsiniz?
- Bu qədər də zarafat olarmı,-Məhtaban?
- Qızınız Ərməğan bilsə, qiyamət-qopamazmı?
- Nə üçün Ərməğan qiyamət qoparsın, qız?
- Çünki siz mərhum xanımın xatirəsini təhqir ediriniz!
- Ərməğan mənim vəkilim deyil!
- Ərməğanın övladlıq haqqı var!
- Ərməğan öz haqqını-cehizini çoxdan alıb bu malikanədən gedibdir!
- Yenə də Ərməğan sizin varisinizdir!
- Ərməğan mənim dədəbaba düşmənimin oğlu Ərdahana əra gedibdir!
- Axır nə üçün siz onu dədə-baba düşməninizin oğluna ərə verirdiniz?
- Guya aramızdakı köhnə ədavət alovlanmasın!
- Bəlkə köhnə ədavət izdivacdan sonra sönübdür?
- Yox, ədavət qiyamətə qədər sönən deyil. - Məmalik xan nəfəsini dərdi, - bu ədavət üstünü qor basan, için-için yanan közə bənzər!..
- Siz indi məndən nə istəyirsiniz, xan?
- Mən sizdən saf eşqimin si olan oğul övladı istəyirəm!
- Xan baba mənim yetimliyimə rəhm etsin!
- Yetim son yox, mənəm! - Qoca xan göl qırağında cibindən çıxardığı dəsmalla gözlərini sildi. Özünü saxlaya bilməyən qocanın çıxıq umuzları aramsız
atılıb düşdü...
4
Məhtaban naçar qaldı. Qocanın səssiz-səmirsiz için-için ağlamağı, onun ağ, yumşaq saqqalından göz yaşlarının süzələnməyi qızı çaşdırdı. Məhtaban bilmədi bu nə deməkdir? Oğlan övladı, xan mal-mülkünə varis, Məhtabanın xanzadə anası olması - hamısı, hamısı ona yuxu kimi gəlir. Pəhləvan Məhəmmədin bikəs qızında, heç bir sevinc doğurmurdu. Ancaq qoca xanın pərişanlığı nə isə, qızın ürəyində tərəhhüm hisslərini, tərpədirdi... Bu hisslər heç də məhəbbətdən nəşət etmirdi.-Bu hisslər cavan qızın babası yerində bir qocaya qarşı yazıqlıq hissləri idi. Qocanın hədsiz təlaşı getdikcə qəribə görünürdü. Axı, qoca xan niyə bunca təlaşa düşsün, niya öz bəzəkli imarətini yetim qıza göstərsin, ondan öz saf məhəbbətinin meyvəsi ola bilən övlad, oğul varisi istəsin?!
Gör bu zəhrimar qocalıq xanı necə də çaşdırıbdır! Ölüb-getmək, bu qədər mülki-dövləti öz köhnə yağısının övladına qoymaq, xanın beynin necə də yerindən oynadıbdır! Bu hiss Məhtabanın həvəsinə düşən xana doğrudan da güc gəlirdi! Elə güc gəlirdi ki, qocaya aman-iman vermir, Məhtabanın gözəlliyi ilə birlikdə onun qoca beyninə hakim kəsilirdi. Əgər qoca yıxılıb ölsə, oğul varisi olmayan xanın bütün əmlakı qız varisinə, düşmən sicillisindən olan nəvələrinə qalacaq,. bir-qədərdən nəvələrdən də ana-babalarını unudacaq, xanın mal-mülkü düşmən mal-mülkünə qarışacaq, Məmalik ad-sanı itəcəkdir...
Pəhləvan Məhəmmədin bikəs qızı olmasın, lap üstü unlu bir dəyirmançı qızı olsun, xana varis gərək idi - oğlan varisi!.. Elə oğlan varisi ki, xanın yurdculu olsun, onun öz sicillisini daşısın, dədə-baba düşməninə dəri diddirməsin... Bu varis gərək Məmalik xanın cavanlığından da tikanlı, kəsərli, ötkəm olsun, düşmənə bac verməyən qədim xanlıq ocağının tüstüsünü Savalana doğru dik çıxarsın, nəinki atasının mülkünü, malını əlində saxlasın, hətta bu mal mülkün üstünə də gəlsin, böyük hökmran olsun. O mətləb ki, xan cavanlığında düşünməmişdi, indi düşünürdü...
Məhtabana vurulmağının daxili səbəbini də özünə aydın edirdi. Qoca xan daha tutduğunu buraxmayacaqdı. Bir halda ki, Məhtabanın dünya gözəlliyi qocanın ruhunu oxşayıb, onu məftun etmişdi, ona cavanlığını da olmasa, az-çox cavanlıq hisslərini qaytarmışdı, daha qocanın yuxuları gecə ərşi-əlayə çəkilmişdi. Məhtaban bir an belə qocanın gözlərindən çəkilib getmir, üryan qız ay nur səpələyən göldə üzür, birdən də əndəruna dönüb, gümüşü fəvvarədə, xanın məhrəmi kimi onun gözlərinin qabağında çəkinmədən çimirdi. İki iştiyaq bir-birinə qarışır, qocanın qətiyyətini artırırdı.
Ağsaçlı, ağsaqqallı qoca xan başını itirsə də, öz qərarını itirmirdi: "Nə Ərmağan?! Hansı Ərmağan xanımla nə məşvərət, nə məsləhət?!". Yəqin ki, Ərmağan xanım atasının yersiz iştiyaqına qarşı şaqqa çəkib güləcək, qocanın ağ yunlu başının tamam xarab olduğunu deyəcək, onun qayınatası, qırışıq sifətli Həlaku xan da fürsəti fövtə verməyib əlinə şeypur alıb var gücü ilə çalacaq, qohumunu oynadıb mozalan tutan dana kimi dingildədəcək, az qala ağsaqqal xanı ala-bəzək danaya döndərəcəkdi. Bəlkə də Həlaku xan girəvəni əlinə keçirib, qohumunun təamına zəhər də qatıb onun son niyyətini pozacaq, onu gözəl-göyçək Məhtabanla gün keçirməkdən, həm də oğul varisi olmaqdan binəsib edəcəkdi!..
Yəqin Həlaku xan elə məhz buna görə öz vaxtında axund-üləmanı araya salıb Məmalikin yuxuda olduğu bir vaxtında onunla qohum olub ki, işi belə udsun! O, bəlkə elə Ərdaha mülkünə yiyələnmək üçün oğlumun adını yaraşdırıb Ərdahan qoymuşdu. Bəlkə oğluna ona görə açıq-aydın "Ərdaha" adı qoymayıb ki, birdən Məmalik xan düşmənin niyyətini tez başa düşər. "Ərdaha mülkü, Ərdaha xanındır!" - deyə tez oyanar, dədə-baba düşməninə qarşı ayıq-sayıq dayanar.
Hələ gərək Ərmağan xanım da heç Həlaku oğlu Ərdahana ərə getməyəydi! Özü də bir deyil, bir-birinin ardınca Həlaku sicillisinə mənsub dörd oğul doğmayaydı...
Məmalik xan nəvələrini istəmirdimi? - İstəyirdi! Ancaq Məmalik düşündükcə, əsnəyib oyandıqca, nəvələrinin sicillisi ox olub onun gözlərinə batırdı... Axı, bu sicilli düşmən sicillisi idi! Axı, bu sicilli nəinki Məmalik xanla, nəinki onun dədə-babası ilə, hətta onun lap qədim əcdadı ilə vuruşmuşdur. Onlar
qoşunkeşlik edib qanlı döyüşlərə meydan açmışdılar. Axı, o tərəfdən do, bu tərəfdən də nə qədər desən kənd oba, ev, daxma odlanmışdı. Nə qədər desən acı-acı tüstü başı dumanlı Savalana dikəlmişdi. Bəs necə olmuşdur ki, düşmən Həlaku Məmalik xanın ağlını birdən, qəfildən belə oğurlamışdır?!
Məmalik yeganə qızı Ərmağanı düşmən sicillisinə ülfət naminə ərə vermişdi. Gör düşmən Həlaku necə hiylə işlətmiş, nə cür məkrlərə əl atmışdı?! Bəlkə xan qızını qonşuluğundan xeyli uzaqda başqa bir xanın oğluna ərə verəydi, ya Tehranda, Təbrizdə bir tacirbaşı ilə qohum olaydı? Artıq gec idi! Bir də, Məmalik xan Ərmağam kimə ərə vermiş olsaydı, yenə də bir idi - onun varisi yad sicilli olacaqdı. Hər necə olsa ona öz varisi, öz sicillisi gərək idi!
Gec oyanıb, gec əsnəyib, gec ayılan xan hər necə pərişan olub, olmasa da, bütün bunları düşündükcə, gözəl-göyçək Məhtabandan ikiəlli yapışırdı. O, gözünün Məhtabana düşdüyünü də, göl qırağına getdiyini də, gecənin yarısında Pəhləvan Məhəmmədin daxmasına yollanmağını da, qızı Quran qəsəminə çəkib sübhün tüluunda imarətinə gətirməyini də, əndərunda ona yer verməyini də, qolundan tutub imarətini gəzdirməyini də, qızın eşqində süzan olmağmı da doğru-dürüst sayır, gec də olsa, faydalı hesab edirdi...
Ancaq bəs necə etmək ki, Məhtaban ipə-sapa yatsın, xanın döyünən, çırpınan qoca ürəyinə ürəklə cavab versin? Qocanı qəbul etsin, onu özünə ər saysın, xanın dediklərinə inansın!.. İnansın ki, burada riya yoxdur...
Xan görürdü ki, Məhtabanda ona qarşı tərəhhüm-ehtiram hissindən başqa həvəs yoxdur. Məhtabana görə qoca xan yanıb-yanıb sönən bir ocaqdı. Məhtaban isə sönən ocağın qır-qırıntısı ilə əylənmək, onu təzədən qalamaq, alov düzəldib qızınmaq istəmirdi. Qızın cır-cında içində döyünən ürəyi qocanın zahiri təmtəraq və dəbdəbəsi ilə heç vəchlə razılaşa bilmir, özünü şöhrətə, əgər olsa, oğlunu varisliyə-vəliəhdliyə sata bilmirdi. İş yaman düyünə düşmüşdü. Bu düyünün necə açılacağını nə qoca xan, nə də çarhovuz kənarındakı daş kürsüdə oturan Məhtaban bilirdi.
Hər ikisi taleyin hökmünü gözləyirdi: "Görək Məhtaban könülə gələcəkmi?..". "Görək pərişan qoca qızı qızıl qəfəsdən buraxacaqmı?..".
Hər ikisi bir-birini sınayırdı. Məmalik qoca səbri ilə, Məhtaban cavan iradəsi ilə!.. "Görək!" Bu"görək" də ağır tərpənib uzun çəkir, ayaqlarından daş asılan
gündüz gecəyə, gecə də gündüzə qarışıb gedirdi...
Nəhayət bir gün xan Məhtabandan xəbərsiz mühüm bir işə iqdam etdi. Axundu evinə çağırıb, Məhtabanın kəbinini kəsməyi təklif etdi:
- Xan sağ olsun, Məhtaban Məhəmməd qızının izdivaca razıməndliyi varmı?
- Bəli, bir aydan artıqdır ki, Məhtaban Məhəmməd qızı mənim əndərunumdadır!
- Bəs, xan sağ olsun, belə gec kəbin kəsdirməyə nə ad vermək olar? - kotul dişli axund irişə-irişə soruşdu. - Xəlayiq deməzmi daldan atılan daş topuğa
dəyər?
- Xeyr, axund, heç də daş topuğa dəyməz! - Xan qəzəbə doldu.
- Sən mənim və bütün xan nəslimin necə izzətli-şərəfli olduğunu bilməmiş deyilsən!
- Bişəkk, bişübhə!.. Leyk siz də Allahın əmri, peyğəmbərin şəraitinə bizim necə cavabdehində olduğumuzu da bilməmiş deyilsiniz!
- Mən heç zaman Allahın əmrindən, peyğəmbərin şəriətindən çıxmamışam, axund! O qız ayağıyla atası evindən necə gəlibsə elə də bakirə halmda qalibdir!
- Fətabarakallah, əhsonul xaliqin!..
- Bəli, Allah-taala Pəhləvan qızı Məhtabanı elə hüsndə-xilqət edibdir!
- Xaliq özü bu ayəni gözəl xilqətə risalə buyurubdur, xan!
- İndi şəkk-şübhəniz qalmadı ki, axund... İstəsəniz Məhtaban xanımı hüzura da dəvət edə bilərik!
- Xan özü buyurandan sonra başqa şəxsin şəhadətinə nə ehtiyac?
Axund nikahı cari edəndən, muzdunun müqabilində xandan qiymətli ənam alandan sonra əba-qəbasını yığıb-yığışdırıb, dalı-dalı çəkildi, pillələrdə büdrəsə də yıxılmadı. Xan darvazasından çıxan kimi daban alıb qaça-qaça getdi...
Axund varıb gedəndən sonra xanı fikir götürdü: "Yaxşı gördüm, ya pis. Ancaq xana elə gəldi ki, qızın tərəbbüdünə xitam vermək üçün əqdnamə zəruri
idi. Ona görə zəruri idi ki, bəlkə Məhtaban izdivaca inanmir. Qızın beyninə batmır ki, həqiqətən xan onu özünə ərus məhrum edər?" Nə isə Məmalik özünü fırtına içində hiss etdi. Bir də düz, ya əyrinə olmuşdusa, artıq olmuşdu!... İndi Məmalikin bu dünya üzündə Məhtabandan savayı ürəyinə yapışan, onu Özünə aludə edən kim var idi?
Xan kəbin kağızını diqqətlə oxudu, Allahın əmri, Məhəmmədin şəriəti ilə, Pəhləvan Məhəmmədin qızı Məhtaban Ərdaha xanı qoca Məmalikə halal olmuşdu! Bəs Məhtabanın könlü necə? Qız nə deyir? Bəlkə səbri tükənən xan əhd-ilqarına xəyanət etmişdir?
Qocanın ürəyi yerindən qopmaq dərəcəsinə gəlirdi... O, indi kimin yanına gedə bilərdi?.. Kiminlə öz ürək döyüntülərini bölüşdürə bilərdi? Pəhləvan Məhəmmədin yetimçəsindən başqa!
Bəlkə axund cari edən kəbin kağızını sabaha saxlamaq, axundu çağırmaq, ona iki o qədər də ənam verib, qeyri-mütəqabil təlaqı geri oxutdurmaq? Bəlkə məhbus qızı qəfəsdən azad edib, ona pərəstarlıq göstərib, öz tayı-bərabəri olan bir cavan çobana, naxırçıya, rəncbərə ərə vermək?
Yox, Məmalik xan, bütün dünyanı öz əlindən versə də, Məhtabanı verə bilməzdi, verməzdi. Nə qədər gülünc və namünasib görünsə də, qoca xan gözəl Məhtabam bütün varlığı ilə, ürəyinin olan-qalan qığılcımı ilə sevirdi.
Belə isə bəs dünya görmüş xan niyə tərəddüd göstərir. Ona gorə tərəddüd göstərir ki, könülsüz yaşamağın duzunu-tamını dadıbdır. O, könülsüz yaşamağın cəhənnəm əzabını çəkibdir. Xan ömrünün qocalan çağında tək bir gün, lap bir saat da olsa könüllə yaşamaq isləyirdi... Xan istəyirdi ki, bircə dəfə də olsa Məhtaban onu öz qüvvətli qolları arasına alsın, bütün gücü ilə qocanı sıxsın, sıxsın, gərəksə, canını da çıxarsın! Qoca Məmalik canını pəhləvan qızından əsirgəməzdi.
Əgər qoca bacarsaydı, ətraf xan və xan onu istehzaya qoyub, onu dəlidivanə saymasaydı bütün Ərdaha xanlığını Məhtabanın adına salar, qoca gülçünü əndərundan biruna çıxarıb, özü bağbanlıq edər, nazəndə mələyə qulluq göstərər, ölüncə xidmətində dayanar, bu işi özü üçün əvəzsiz səadət sayardı. Ancaq Məmalikin ürəyindən keçən mümkün idimi? Axı, xan xandır! Kimdi xanı özbaşına buraxan? Məhtaban söyləyən kimi hələ gör Ərmağan xanım bu əcaib izdivaca nə deyəcək, nə hoqqa çıxaracaq! Qırışsifət Həlaku xan, oğlu Ərdahan necə rişxənd edib Məmalikin yersiz hərəkətinə güləcək, bəlkə də
nalayiq sözlərlə onu bihörmət edecəkdilər.
Əl-ayağı titrəyən qoca xan başqa yana yollanmadı. Əndəruna endi, çarhovuzun qırağındakı daş kürsüdə əyləşən, günəşin qürabunu kədərlə yola salan qıza yanaşdı, səssiz-səmirsiz kəbin kağızını çıxarıb ona uzatdı. Məhtaban yarım səhifəlik ağızı aldı, qart-qalın kağız parçasında bağdadi qələmlə cızılan yazılan birtəhər höccələyə-höccələyə oxudu, dili-dodağı təpidi, qart-qalın kağız qızın əlində kor-kobudluqla titrədi...
5
Qoca xanın övzai dəyişdi. O, axund əli ilə kəsdirdiyi əqdnaməni bir cadugər kimi Məhtabanın titrək əlində qoyub çəkiləndən sonra bütün yollar-rizlər Məhəmməd qızının üzünə bağlanan kimi göründü. Bismillahla başlanan əqdnamə hər şeyi kilidə saldı. İndi bu kilidi kim açacaqdı? Başqa əl görünmürdü!
Deməli, qoca xan öz nəzakət qaydalarını pozub istər-istəməz birtərəfli hərəkət etmişdi. O, qızın razılığını gözləmədən zorakılığa salıb əqdnamə yazdırmış, Məhtaban Məhəmməd qızını şərən özünə arvad etmişdi! Bəs aradakı azman fərq? İyirmi beş yaş! Yetmiş yaş! Məhtabana görə indi bu fərqin təfarrüatına varan, aradakı yaş uçurumuna baxan hanı? Qacar səltənətində belə qanunsuzluğa qarşı başqa bir qanunla çıxan hanı? "Papağınla vur, yıxılmadı qız malındır!".
Halbuki Məhtaban papaqla yıxılan deyildi! O ərgən oğlan kimi qüvvətli, zərli əlbisədə lap gözəldi. Heç bir yetim-yesirlik Məhəmmod qızını meşələrin cır alması kimi vaxtından əwəl bürüşdürə bilməmişdi! Heç bir yetim-yesirlik pəhləvan qızım sındırıb qırışdıra bilməmişdi. Məhtaban mühitinin amansız məkrlərinə baxmayaraq yenə də həyat istəyirdi. O özü kimi bir cavanla, uzaqbaşı özündən on-beş yaş yuxan olan bir oğlanla öz həyatını qurmaq istəyirdi.
Məhtaban gözəldi, ancaq nə edəsən ki, taleyi zəbundu. Bir gör tale əqdnamə kağızından qızın üzünə nə oxuyur! Məhtaban buraya bağlanmışdı, qəsəm qıldığı Quran ehkamının gücü ilə buxovlanmışdı. İndi yetmiş yaşlı xan olmasın, həştad yaşlı şil-şikəst bir əfəl olsun, qız əl-ayağından sarınmışdı. Görünür, Məhtaban daha xanın sərəncamında idi, onun halab idi. Onun dediklərindən çıxa bilməzdi, çıxsa, o dünyanın zəbanə çəkən cəhənnəm odlarını gözləməli idi!
Bax, kəbin kağızı qızın əlində necə də titrəyir, qızın gözlərindən axan leysan yağışı bağdadi qələmlə yazılan ehkamın üstünə səpələnir, ancaq yazılanı yuyub apara bilmir, silə bilmirdi! İndi Məhtaban nə etsin, necə etsin, hayana tərpənsin? Məhtaban bismillahla başlayan bu kağızı cırsınmı? Tikələrini də bu küllüyə səpələsinmi? Əgər Məhtaban belə etsə, yenə də kağız qırıntılarından birimi, parasımı gizlənib qalacaqdı. Əsən yellər belə bu qırıntıları buradan başqa yana apara bilməyəcəkdi.
Bəlkə də gülçü qoca bu qırıntıları səylə yığışdıracaq, Quran yazısını görüncə əzəlcə mat qalıb quruyacaq, sonra qorxu-ürkə xana təqdim edib ərz-bəndəçilik edəcəkdi.
- Bu belə nədir, qoca?
- Xan sağ olsun, Quran ayəsidir.
- Haradan tapdın bunları, kişi?
- Güllükdən!.. Çarhovuzun ətrafından!
- Bunu belə kim cırıbdır, gədə?
- Qurana qəsam qılıram xan, mənim gümanım çatmaz!
Yəqin qoca xan qəzəblə Quran yazılarını tutuşduracaq, bəlkə də kağız parçalarını yapışdıracaq, əqdnaməni oxuyacaqdı. Xanın bərələn gözləri
zəhmlənib dairələnəcək, genişlənəcəkdi... "Deməli, əncümənçi Məhəmmədin qızı öz yolunu azmışdır!".
Xan nə qədər gücmü, hiyləmi, səbirsizlikmi göstərib birtərəfli hərəkət etmişdirsə, artıq şərən əqdnamə bağlanmışdı. Xan şərən Məhtabanı özünə halal
etmişdi! Artıq Məhəmməd qızı Məhtabanın özü do bismillahla başlanan əqdnaməyə əl vurmaqda, onu cırmaqda acizlik çəkirdi! Yalnız qız öz göz yaşları
ilə könlündən kənar bağlanan əqdnaməni yumaq, yazılarını pozmaq istəyirdi. Ancaq hanı ehkam halını alan əqdnaməni yuyub-aparan göz yaşları?! İndi
Məhtaban bir saat deyil, istəyir lap bir gün ağlasın, faydası nə idi?!
Yox, əqdnamə bağlanmış, Məhtabanın taleyi düyünlənmişdi. Axı, Məhtabanın ağlı kəsən, qulağı söz alan gündən mərhum anası qızım yatıranda da, yatağından qaldıranda da bismillah demişdi. Arvad isti suyu yerə tökəndə, kuzəsini çeşmədən dolduranda da bismillah demişdi. Məhtabanın tənumənd-hünərmənd atası geyinəndə də, meydana girəndə də bismillah demişdi. Onlar süfrə başına toplaşanda da bir-birinin üzünə baxa-baxa hamısı birdən bismillah demişdi.
İndi bu bismillahlar uca barının üstündən bir neçə qat da barı çəkib Məhtabanın gözündə alınmaz istehkama, aşılmaz qalaya çevrilmişdi. İndi Məhtaban üçün nə buradan tərpənmək, nə barını aşmaq, nə də qoyub qaçmaq olardı. Bismillahla başlanan əqdnamə cavan Məhtabanla qoca Məmaliki hər hansı zəncirdən də möhkəm bir-birinə bağlamışdı. Məhtabanın qoca xana qarşı tərəhhüm hissləri gün altına düşən qar kimi əriyirdi. Xan Məhtabanın gözündə başqalaşırdı. Axı o, güc göstərib Məhtabana toxunmur, qıza güldən ağır bir söz demirdi. Qızın dövrəsində dolanır, xidmətində dayanır, ara-ara özünü büruzə verən qeyz-qəzəb də çəkilib gizlənirdi.
Məhtaban durdu, tağbənd otağa girdi, balaca sandığın qapağını qaldırdı, əqdnaməni cır-cında pal-paltarının üstünə qoydu. O, qapağı yavaşca buraxdı. Qapaq səsləndi, otağa çökən qaranlıq içində Məhtaban səksəndi:
- Bismillah! Bismillah!
Qoca gülçü ağzına su alıb sussa da, gördüklərinə göz yumub, eşitdiklərini qulaqardına verib əndərundan biruna söz çıxarmasa da, yenə söz çıxdı. Xanın hərəkətinə göz qoyan, axundun buraya gəlib-getdiyini görən birun hər şeyi bildi. Birun bildi ki, iş nə yerdədir. Bildi ki, qoca xan cavan qızla izdivaca başlayıbdır.
Bu sirr xan imarətinin əndərununda da qalmayıb, daha uzaqlara yayıldı. Bütün Ərdaha xanlığı bildi ki, bəs yetmiş yaşlı Məmalik xan Məhəmməd pəhləvanın iyirmi beş yaşlı qızının kəbinini kəsdirib, özünə halal edibdir.
Kimisi xanın rəiyyətə tənəzzül etdiyinə görə onun alicənablığından dedi, kimisi də yetmiş yaşlı qocanın bədəməl işlətdiyini, Məhəmməd pəhləvanın
fədailik xatirəsini təhqir etdiyini söylədi: Kimisi qoca xanın cavan qıza bir könüldən min könülə aşiq olduğunu söyləyib, onun əcaib əməlinə bəraət verdi,
kimisi də varis həsrətində olan xanın ayrı çarəsi olmadığını iddia etdi. Əlbəttə, başqa cür də deyən oldu. Bu xəbər qanadlanıb Məmalik qızı Ərmağanın gəlin getdiyi Həlaku xan barigahına da çatdı.
Həlaku xanun oğlu Ərdahan öz xanımının qabağında o qədər, güldüki! Ərdahanın ağlı kəsən, ağlı kəsməyən uşaqlari da bəsdi deyincə gülüşdülər Təkcə Ərmağan gülmədi, bu xəbər onu sarsıtdı. Ərmağan rəng verib, rəng aldı, özünün necə düşmən mühasirəsinə düşdüyünü dərk etdi.
- Nə əcəb Məmalik babanız sizi toyuna dəvət etməyib? - deyə Ərdahan oğlanlarının qara, qıvrım saçlarinı qarışdırdı.. -Babanız sizə təptəzə nənə alıbdır, özü də-heç kəsi xəbərdar eləməyibdir!
- Bəlko sənin də könlündən cavan qızla izdivaca; girmək keçin?- deyə Ərmağan ərinin üstünə qabardı. - Xan, xandır, ya bu xan, ya o xan.
- Əsla, Ərmağan xanım, əsla! Heç kəs özünü sənin atan Məmalik xan kimi təlxəkliyə qoya bilməzdi! - Ərdahan köhnə ədavətin təzələnməsini istəməsə də, özünü yiğışdıra bilmirdi. - Xudanəkərdə bəlkə möhtərəm atamızın başı?..
- Bəlkə Məmalik qocanın başı xarab olubdur, demək istəyirsiniz, Ərdahan Həlaku?
- Xudanəkərdə, xanım! Nə mən, nə də mənim atam Həlaku belə badbəxtliyi istəmərik!
- Biz məmaliklər özümüz bilərik. Bunun siz həlakulara heç bir dəxli yoxdur!
- Bəs, bunlar? - deyə Ərdahan boya-boy dayanan oğlanlarını göstərdi. - Dəxli bu dörd oğlan nəvəsidir!
- Onlar da sənin sicillindəndirlər, həlakulardır!
- Əlbəttə, həlakulardır, məmaliklər deyildir! - deyə Ərdahan arvadının diluzunluğuna xitam vermək istədi. - Heç bir kəsin siz məmaliklərin mülkündə gözü yoxdur, çün Şahsevənin yarısı bizimdir!
- Məmaliklər mülkünün də varisi vardır!
- Olsun! Daha qoca Məmalik yatıb-yatıb yetmiş yaşında əl-ayağa düşüb, bizi qohumluqda rüsvay eləməsin! - Ərdahan bir daha dörd oğlunu nəzərdən
keçirdi. - Atam demişkən, eyib də olmasın, bizi məmaliklərlə qan qarışdırıb, qohum olmuşuq. Mən sənin atanı da özümə ata hesab edirəm!
- Onda xıxıltı ilə gülməyinizin nə menası Ərdahan xan?
- Bəlkə Ərmağan xanını atasının istehzaya layiq əməli müqabilində utanmaqdansa, həlakuların evində oturub, onların ağzını qapayıb, dilini
bağlamaq istəyir?!
- Mən həlakular xanlığından gedə də bilərəm, Ərdahan!
- Arada dörd oğul övladı ola-ola, bir də təzədən iki xanlıq arasına od-alov salıb, fitnə-fəsad törətmək üçünmü?
- Qoy nə olur-olsun, Ərdahan Həlaku!
- Axı, biz əhd etmişdik ki, - deyə söhbətin üslünə gəlib çıxan əhvalatın nə yerdə olduğunu bilən Həlaku xan danışığa qarışdı. – Daha biz Qurana qəsəm
qılmışdıq ki, qanı qanla yox, qanı su ilə yuyaq! Biz bildirmişdik ki, daha bundan sonra gərək nəsillərimiz bizi lənətləməsinlər! Onlar deməsinlər müsəlmançılıqda bu nə ədavətdir siz qoyub getmisiniz?
- Qoy ədavətimiz təzələnsin, Həlaku xan!
- Yox təzələnməsin! - Həlaku xan dörd nəvəsini iki yana ayırdı. Tutaq ki, sən Ərmağan buranı tərk edib gedəndə bu gədələrdən ikisini də ozünlə apardın.
- Mən heç bir həlaku gədəsini özümlə aparmaram!
- Xub, xub, aparmazsan. Ərmağan xanım!.. Tutaq ki, nece oldusa ikisini özünlə Məmalik imarətinə apardın?
- Bəli, tutaq ki, siz buyuran kimi ikisini özümlə apardım?
- Tutaq ki, ikisi o yanda böyüdü, ikisi də bu yanda.
- Bəli, ikisi o yanda böyüdü, ikisi də bu yanda. Onda məmaliklərlə həlakular yox, həlakularla həlakular vuruşmalı olacaqlar!.. Onlar o yana çəkəcəklər, bunlar bu yana! Yenə də Quran qəsəmi pozulacaq, köhnə ədavət təzələnəcək, arada çoxlu-çoxlu qan töküləcək. Bax, biz bu qanlı ədavətin hər iki xanlığın arasından silinməsini istəmişdik!
- Siz həlakular mənim atam Məmalikin yamanca aldatmısınız!
- Bəs, sizi necə, Ərmağan xanım?
- Elə məni də aldatmısınız!
- Onda yol açıqdır! - Qoca Həlaku dinməsə də, oğlu Ərdahan qəzəblə, kinlə, küdurətlə söyləndi. - Tamam-kamal açıqdır üzünüzə yol, Ərmağan Məmalik!
- Yolun açıq vaxtını mən özüm səndən əcəb bilirəm, Ərdahan Həlaku!
Ərmağan xanımın gözlərində odlu qığılcım yandı. O, pörtüb qızardı, axşamüstü titrətmə tutub, yorğan-döşəyə düşdü.
Sabahı ayılan Ərmağan xanım bağdadi qələmini əlinə alıb atasına namə yazdı. Ağır xəstələndiyini, hər necə olsa, qocanın durmayıb yanına gəlməyini
təvəqqe etdi.
... Qoca Məmalik məktubu alıb fikrə getdi.
- Nə namədir, xan?
- Ərmağan yazıbdır, Məhtaban!
- Nə yazır, Ərmağan?
- Yazır ki, xəstələnmişəm, yanıma gəl!
- Yəqin sizi töhmətləmək üçün çağırır!
- Axır nə barədə Ərmağan məni töhmətləməlidir?
- Bu nagüvara hərəkətinizə görə!
- Onun heç bir hüququ yoxdur ki, məni düşmən evində töhmətləsin!
- Haqqı vardır, xan!
- Bəlkə sən də qızlığına tərəfdar çıxırsan, Məhtaban?
- Xan gülməlidir!
- Bəlkə ağlamalıdır?
- Burada göz yaşından savayı heç nə görümnür, - deyə Məhtaban dönüb o biri otağa girdi. Nəmli gözləri ilə aynada saralan bənizinə baxdı.
Bəli, bismillahla başlanan əqdnamədən sonra Məhəmməd qızı Məhtabanın bətnində övlad nüftəsi düyünlənmişdi.
6
Həlaku xan gəlini Ərmağanın gözlənilmədən üzə ağ olduğunu, pəjmürdəhal rəxtxaba düşdüyünü görüncə kobud hərəkət etdiyini başa düşdü. O, oğlu Ərdahanı xəlvət guşəyə çəkib ona təkidlə tapşırdı ki, bu cəngəlli işdə bitərəf dayanmaq daha faydalıdır. Məmalik xanın özünə varis qazanmaq iştiyaqına düşməsi onları nə qədər göynətsə də, gərək hisslərinı dərində gizləsinlər, hələ-hələ üzə açılışıb, bir söz deməsinlər. Çünki qoca Məmalik nə qədər atılıb-düşsə də, daldan atılan daş topuğa dəyəcək, Məmalik mülkü həlakuların olacaqdır!
Qəzanın qədərindən oğlan övladı olmadığı üçün qoca uduzubdur, indi daha onun vaxtsız banlamağı, Pəhləvan Məhəmmədin yetimçəsini özünə gəlin gətirməyi bicadır.
- Birdən qocanın bu əməli baş tutdu? - deyə Ərdahan atasının qarşısında öz nigarançılığını gizlətmək istəmədi. - Birdən Məhəmmədin yetim qızı düzmü, əyrimi pəhləvan babasına bənzəyən bir oğlan varisi doğdu, onda bəs necə?
- Ondanın sözünü onda danışarıq, oğul - deyə Həlaku xan oğluna anlatdı ki, bu xəmir hələ çox su aparacaqdır. Bu barədə gərək onlar qınlarına girib bacardıqca özlərini gizləsinlər. Məmalikə boz sifət göstərməsinlər. Hətta Ərmağanla baş verə bilən hər hansı ixtilafın da üstünü örtüb malalasınlar. Məmalik xanın hərəkətini veclərinə almasınlar, bu işi qocanın öz daxili işi sayıb, ona müdaxilə etməsinlər.
- Oğul, bizim kəndlilər yaxşı deyirlər ki, cücəni payızda sanarlar! - Yəni buyurursan ki, ata, bu barədə əlimizi ağdan qaraya vurmayaq?.. Yəni durub gözümüzü döyək ki, o boyda məmalik mülki qocanın dörd nəvəsi burada dura-dura əlimizdən çıxıb Pəhləvan Məhəmmədin nəvəsinə getsin?
Həlaku xan üzünü qaşıyıb, çal-cod bığlarını eşdi:
- Dovşanı araba ilə tutmaq ustalıqdır... Yoxsa bica yerə qaç-qov salmağın mənası yoxdur!
- Səni necə başa düşmək olar, ata?
- Qoy Məmalik qızı Ərmağan anasının rəxt-xabına soxulan günü ilə özü vuruşsun, - deyə Həlaku xan hər iki əlini qaldırdı. - Bizə heç cür dəxli yoxdur.
Atası bilər, bir də qızı...
- Yəni tamam-kamal bu işi öz axarına buraxmaq?.. Ya bəlkə qocaMəmalik buraya gələndə bir əncam çəkək?
- Nə əncam?
- Zəhərdən-zaddan xörəyino bir çay qaşığı da olsa, qarışdırmayaq?
- Bu çox ağ olar - deyə qoca Həlaku başını buladı. - Biz Qurana qəsəm qılmışıq, qan qarışdırıb qohum olmuşuq, vəssalam!
- Bəs, haçanacan bu oyunu gözləyək, haçanacan gözlərimizi döyə-döyə duraq?
- Ta məqamınacan? - deyə Həlaku xan çal-cod bığlarını adətincə yenə də möhkəmcə eşdi. - Qoy Ərmağan xanım özü atasının qabağına çıxsın. Sən əsla
qarışma. Hələ lazım gəlsə, öz qoca qayınatanın tərəfində dur. Bəli, bəli, Ərdaha xanı Məmalikin ehtiramını saxla!
- Gərək ürəyindən gələ ki, qoca tülkünün ehtiramında dura biləsən də!..
- Ta məqamınacan! - deyə Həlaku xan dediyini təkrar edib oğlu Ərdahanı yaxşı-yaxşı başa saldı ki, daha baxyanı üzdən vurmaq olmaz. Yan-yörədə başqa-başqa xanlar marıqda durub, girəvə gözləyirlər. Bir tərpəniş oldumu alov qalxacaq, onda Məmalikin tərəfdarları çox olacaq, nəhayət it də gedəcək, ip də!
- Məmalik mülkü Həlaku nəvələrinin qismətidir! - deyə əllidən artıq kəndin, obanın, əldən çıxacağını güman edən Ərdahan xan qana həris canavar
kimi qulaqlarını şəklədi. - Fürsət fövtə vermək olmaz, ata!
- Orası elədir, hələ mən Məmalik qızını sənə elçiləyəndən qabaq bütün bunların hamısını düşümnüşəm, oğul!
Qızışıb, özündən çıxan Ərdahan dünyanı yorub-yortan atasının tapşırığına əməl etməyinə and içməyincə qoca xan oğlundan əl çəkmədi. O öz hiylələrini
Ərdabanın beyninə yeritdiyinə inanandan sonra başa düşən böyük nəvələrini də ayrı dillə bişirib dedi ki, Məmalik baba buraya təşrif gətirəndə heç bir zarafata yol verməyin, onun ehtiramında əl-əl üstə dayanın. Ele edin ki, babanızın hüzıırunda naqabil söz, hərəkət olmasın!..
- Yəni heç nə deməyək? Deməyək Məmalik babaya niyə nənə almısan, bizə bildirməmisən?
- Heç vaxt!.. - Xan mətləbi başa düşən nəvələrini gözdən kcçirdi, onların məmaliklər yox, həlakular olduğunu dürüst təyin edincə, toxtadı.
Həlaku xan gəlini yatan otağa girməsə də, qıraqdan onun qayğısına qaldı, şəxsən özü xəstə Ərmağanın xörək-çörəyində göz oldu, özünü abid kimi göstərib, Məmalik qızını şəkk-şübhədən çıxarmağa cəhd etdi.
Hərarəti azalmayan Ərmağan atasının yolunu dörd gözlə gözlədi. O, dilinə bir tikə vuranda, birini vurmadı. Hikkələnən xanım çox. vaxt xörəyini soyudub
geri qaytardı...
Məmalik xan hələ də tərəddüd içində idi. O, qızının onu nə üçün çağırdığım da, nə üstündə xəstələndiyini də, nə deyəcəyini də əcəbcə bilirdi. Elə buna görə də qəsdən ayaq sürüyür, qızının sinəsinə vurduğu yaranın köhnəlməyini istəyirdi. O, istəyirdi ki, Ərmağanın hirsi, hikkəsi soyusun, qulaqları bu söz-sova alışsın, necə deyərlər, qızdırsın, titrəlmə keçirsin, qalxsın, qalxandan sonra yenə qızdırsın, yenə titrətmə keçirsin, zəifləsin, qəzanın qədəri ilə razılaşsın, atasının qərarını bilib daşa düşsün, kükrəyən sel sovuşsun.
Axı, iyirmi il bundan əvvəl ərə gedən qızın atasının işinə nə dəxaləti? Qoca xan ləngiyib ayaq sürüyüncə, bir gün Məhtaban özü işə qa-rışdı, qocanı dilə tutub yeganə qızı barəsində onun daşa dönən ürəyinə rəhm salmağa çalışdı.
Məhtaban istəmədi ki, ata ilə övladın arasında nifaq olsun, özü qızıl qəfəsə düşüb bədbəxt olduğu halda, onun üstündə başqası bədbəxt olsun. Ya azarlasın, ya da başına bir iş gəisin.
- Bu müddət ərzində niyə bu qədər tərəddüd göstərirsiniz, xan?
- Nə barədə, Məhtaban?
- Belə görürəm ki, Ərmağan xanımın yazdığı naməni qəsdən cavabsız qoymaq istəyirsiniz...
- Əgər Məhtaban xanım istesə, cavab yazıb, çapardan göndərə bilərəm!
- Xeyr, xan!
- Nə üçün, Məhtaban?
- Çünki Ərmağan xanım sizin özünüzü gözləyir.
- Əgər mən qəsdən getmək istəmirəmsə?
- Haqqınız yoxdur, xan!
- Yenə də Ərmağanı müdafiə edirsən, qız?
- Mən övladlıq haqqını müdafiə edirəm, xan!
- Axı, nə üstündə?
- Onun üstündə ki, gərək mən bədbəxtə görə ata ilə qızının arasında ixtilaf olmasın!
- Məmalik səni öz göz bəbəyi kimi istəyib, sevdiyi halda nə üçün bədbəxt olasan, qız?!
- Xan, xöşbəxtlik heç də mənim düşdüyüm qızıl qəfəsdə deyildir!
- Bəlkə mən səni buraxam öz yurd-yuvana uçasan!
- Artıq o da gecdir, xan!
- Niyə gecdir?
- Mən hamiləyəm, ikicanlıyam, xan!
- Onda mən xöşbəxtəm, Məhtaban!.. Qoy həlakular yanıb-yaxılsınlar! Qoy onlar Ərmağanı mənim üstümə qılınc kimi itiləməsinlər!.. İgid atamın ərvahına and içirəm ki, mən sənin üçün Şeyx Sənan olacağam, qız!.. Lazım gəlsə, qəsəmimi pozub Quranı yandıracağam, donuz otaracağam!..
- Siz Qafqaz səyahətini xatırlayırsınız, xan. Pəhləvan Məhəmməd oradan Ərdahaya dönəndə xeyli danışmışdı.
- Bəli, mən sənin atan Məhəmməd söyləyən Sənan dağına çıxmışam. Orada demişəm ki, ilahi eşq ancaq belə olar!..
- Orada ilahi eşq qarşılıqlı olubdur, xan!
- Deməli, biz ikimiz bir övladın valideyni olandan sonra siz mənə etibar etmirsiniz, mənim ilahi eşqimə inanmırsınız?
- Siz mənim nikahımı cari etdirəndə nə üçün razılığımı almadınız, xan?
- Mən sizin daxili tərəddüdünüzə xitam vermək istədim, Məhtaban!
- Əgər, mənim sönük eşqim indi də tərəddüd içindədirsə?
- Elə etmə ki, Məhtaban, ağır halında sənə yol göstərim.
- Bismillah qabağımı kəsməsəydi, xan yolumu bağlaya bilməzdi!
- Sən şəriətə asi kəsilmə, qız! Taleylə razılaş! Alicənab ol, həqiqi sevgini qiymətləndir. Axır mən necə qocalsam da, artıq sənin əsirinəm!
- Mənim qoca xana tükənməz ehtiramım vardır!
- Nə kimi ehtiram?
- O ehtiram ki, qoca xan bətnimdə düyünlənən övladımın atasıdır, gözü yaşlı Məhtaban əlini uzadıb qocanın qar kimi dümağ saqqalını sığalladı. - Sən
taleyin hökmünə bax!
- Xudaya, mən nə xoşbəxtəm!
- Xudaya, mən necə də bədbəxtəm!
Xan bu əsrarlı düyündən baş açmadı, aça da bilmədi. Axırda Məhtabanın təkidi müqabilində gədələrinə tapşırıq verib atlandı, ikinci gün başının on nəfər süvarisi ilə özünü həlakular imarətinə yetirdi. Həlaku xan da, oğlu Ərdahan da, nəvələr də xan dərbarında olan mötəbər şəxslər də Məmalikin pişvazına çıxdılar. Hətta Həlaku xan özü Məmalik xanın mindiyi atın cilovundan yapışıb, onun yəhərdən düşməsinə kömək etdi. Həlaku xan qoca Məmalikin gəlişinə son dərəcə sevinən adam kimi gözləri yaşara-yaşara qohumunun boynunu qucaqladı, ağ tük basmış solğun yanaqlarından öpdü.
Həlaku xan təlim etdiyi kimi, Ərdahan xan qayınatasını, nəvələr də babalarını hərarətlə qarşıladılar. Nəinki Məmalik xana, onun süvarilərinə də həlakular xanədanında olmazın ehtiram göstərdilər. Həlaku qohumun qulağına əyilib mübarəkbadlıq da etdi. Hər iki xanın dodaqlarında bir-birinə bənzəməyən təbəssüm göründü. Tez tələsik burmabuynuz qoç kəsildi, süfrədə bolluq olsun deyə, toğludan, əmlikdən də kəsilib buraya əlavə edildi.
Bir an içində cəmdəklər soyuldu, şaqqalar yan-yana asıldı. Həlaku xanın aşpazxanasından Savalan dağının ətəklərinə doğru çalkeçir tüstülər ucaldı, Məmalik xanın öz qızını görməmək üçün tələsmədiyini görən çalbığ Həlaku səbir göstərdi. Üstündən xeyli keçəndən sonra təhəmmül etməyən Məmalik ayağa qalxdı, Həlaku da, Ərdahan da ayağa durdular.
- Ərmağanı görmək istəyirəm, - deyə Məmalik Həlakuya üz tutunca Ərdahan öz kiçik oğlunu qabağa verdi. Məmalikin kiçik nəvəsi babasının əlindən tutub, onu anası yatan otağa keçirdi. Məmalik xan içəri girincə Ərmağan hıçqıra-hıçqıra ağladı. Məmalik nəvəsini otaqdan çıxarıb qapını bağladı:
- Sənə nə olubdur, qız?
- Yeganə qızının ürəyini oxlamısan, bivəfa ata!
- Bəlkə sənin atanın bu dünya üzündə heç nəyə haqqı yoxdur?
- Hər nəyə haqqı olsa da, müsünn və ixtiyar çağında qızını bunca xar etməyə, əğyar içində şəmatətdə qoymağa haqqı yoxdur!
- Neyləmişəm ki?
- Yetmişində özünə ərus gətiribsən! - Ənnağan rəxl-xabmm içində oturdu, döş-başının açıq olub-olmadığını vecinə almadı, atasına da kürsü göstərib "əyləşin" demədi. Ata ilə qızın gözləri bir-birini düşməncəsinə süzdü
- Yaxşı, buyur görək həlakular evinə atam təhqir etmək üçünmü çağırmısan?
- Atam məni halakular evində daha artıq təhqir edibsə?
- Nə babətdən atan səni təhqir edib, Ərmağan Həlaku?
- Mən qəsdən özüm üçün Məmalik sicillisini saxlamışam!
- Yaxşı, Məmalik sicillisi, buyurun, görək nə üçün namə göndərib qocanı hüzurunuza çağırıbsınız?
- Məmalik sicillisi Ərmağan xanım öz qoca atasını hüzuruna çağırıbdır ki, ona əmr etsin ki, anası Sərəncamın, ulu xan nəslinə mənsub olan xanımın rəxt-
xabına soxulan Pəhləvan Məhəmmədin yetimçəsi Məhtabanı, babası yaşında qocanın başını tovlayan sehrkan bir göz qırpımında məmaliklər malikanəsindən rədd etsin!..
- Əgər qoca xan Pəhləvan Məhəmmədin yetim qızı Məhtabanı ilahi eşq ilə, Sənansayağı sevirsə?
- Ola bilməz, əsla ola bilməz, xan!
- Nə üçün ola bilməz, Ərmağan xanım!
- Sənan bütün Ərəbistanı özünə güldürdüyü kimi, sən də külli İranı özünə güldürmək istəyirsən!
- Əgər böyük Allah özü mənim ürəyimə sönməz eşq atəşini doldurubsa?
- Sən cadulanmısan, qoca!
- Mən Allahın əmri, peyğəmbərin şəriəti ilə Pəhləvan Məhəmmədin qızı Məhtabanın kəbinini kəsdirmişəm, onunla izdivaca daxil olmuşam!
- Deməli, şərən kəbin də kəsdirmisən?
- Bəli, mən böyük Xudanın qabağında nə İnamımı, nə də imanını dana bilmərəm!
- Deməli, qoca Məmalik fərzəndi zükür-vəliəhd iştiyaqına düşübdür?
- Tək Tanrının iradəsi ilə düşübdür, bəli!
- Tək Tanrının İradəsi ilə qoca başını itiribdir!
- Əgər qoca öz başını itirməyibsə?
- Qoca başını hökmən itiribdir!
- Nə üçün hökmən, Ərmağan xanım?
- Yetmiş yaşına dolan, əpriyən qocadan fərzənd ola bilməz!.. Nə ünas, nə zükür!
- Əgər ulu Tanrı özü indidən qoca xana övlad müjdəsi verirsə?
- İlahi, mənim atam divanədir! - deyə döşü-başı açıq Ərmağan xanım əllərini yuxarı qaldırdı. - İlahi, sən aqibətindən saxla! İlahi, bu qoca öz doğma
nəvələrindən birisini aparıb ağ-açıq özünə varis edib bunca xəcalət girdabına düşməyə bilməzdimi, Xudaya, sən bizi düşmən şəmatətindən, əğyar tənəsindən,yaman dildən hifz elə!
- Daha qurtardınmı duanı, qız?
- Duam qurtarsam da sinəmdə yanan sözlərimi qurtarmadım, xan!
- Onda sinəndə yanan sözlərini də qurtar, qız!
- Sözlərim budur ki, quru yerdən özünə süni varis düzəltmə, ata!
- Necə quru yerdən sünai varis, qız?
- Mən Məmalikə indidən dedim, bir də məqamında deyərəm. - Ərmağan kinli gözləri ilə dəlicəsinə atasını süzdü, dönüb yorğanına büküldü, onun
hönkürtüsü otağı başina götürdü.
Qapı ağzında pusquda dayanan Həlaku xan oğlu Ərdahanı dirslədi, onlar ayaqlarının ucunda geri çəkildilər. Özünü heç nə eşitməmiş, bilməmiş kimi göstərən qoca Həlaku qohumunun şərəfinə açdırdığı təam süfrəsinin hazırlanması üçün uca səslə sərəncam verdi. Ancaq içəridən qəzəbli çıxan qoca
Məmalik süfrəya meyl etmədən öz nəvələri ilə görüşüb, qohumları ilə salamlaşmadan gədələrinin üstünə qışqırıb atları çəkdirdi, heç bir köməkçi gözləmədən atının belinə qalxıb, həlakular imarətini tərk etdi. Həlaku xan pörtüb tərləyən oğlu Ərdahana müraciətlə:
- Atası bilər, bir də qızı! - deyə ilan başına oxşayan şəhadət barmağını qaldırdı. - Bizə heçcə cürə dəxli yoxdur!..
7
Daşlı yolda dördəm gedən qığılcım qoparan nal səslərindən səksənən Ərmağan öz rəxt-xabından dik atıldı, balaca pəncərənin qabağında müztərib
dayanıb toz burulğanında gedən atasını, onun dövrəsindəki silahlı süvariləri güclə gördü... Deməli, qoca Məmalik qızı Ərmağanın iynəli sözlərini udmamışdı. Deməli, o, dədə-baba düşməni həlakular evində sınmağını istəməmişdi... Qızı gəlin olan, dörd nəvəsi oynaşan imarət qoca Məmalikə pusquda durub, girəvə gözləyən düşmən səngəri kimi görünmüşdü. Məmalikə görə düşmən səngərində dayanmaq olmazdı! Ona öz səngəri, öz istehkamı gərəkdi...
Onların münasibətləri bu məqama çatınca, qoca yeganə qızından da biryolluq əlini üzürdü. Axır yeganə qızı qocanı dinləmir, onun dərdinə qalmır, əksinə, atasının mənliyini düşmən malikanəsində təhqir edib: "özünə süni, qondarma varis düzəldirsən" - deyə onu ana bətnində nəşv-nüma tapan övladını şübhə altına alırdı. Qoca Məmalikə görə indi bir Allah özü onu sındırmamalı, onun mülkünü, əmlakını düşmən həlakulara qismət etməməli, Pəhləvan Məhəmmədin yetimçəsindən ona öz varisini, mütləq oğlan varisini verməlidir!.. Yoxsa Məmalikin gözündə Allah ədalətsiz olar. Fürsəti fövtə verən, yuxudan gec ayılan Məmalikin sümükləri qəbirdə od tutub çırtaçırt yanar, tüstüsü də Savalana doğru dumanlanar...
Məmalik üçün mətləb aydın idi. Ancaq Ərmağan üçün qocanın yeni sevgisi yersiz görünən izafi pərdə idi. Ərmağana elə gəlirdi ki, atasının vücudunda od-atəş deyil, heç cüzi qığılcım da yoxdur. Qocanın ürəyində eşq-məhəbbətdən iz də almamışdır! Atasında hər nə od vardısa, hamısı sönmüşdür, hər nə vardısa, Sərəncam xanımın dəfni ilə məzara getmişdir! Ərmağanın nəzərində yetmiş yaşında qocada nə sevgi, nə eşq-məhəbbət? Bunların hamısı ondan ötrüdür ki, qoca xan Ərmağan xanımı da, onun həlakular sicillisi daşıyan oğul övladlarını da Məmalik mülk-əmvalından binəsib, bibəhrə eləsin, Pəhləvan Məhəmmədin yetirməsindən də olsa, özünə varis düzəldib, Məmalik mülk-malikanəsinə oyuq qoysun!..
Ərmağan xanım balaca pəncərədən yol uzunu burulan toza baxır, atasının elə bu toz içində də itib-batıb, bu dünyadan getməsini istəyirdi. Üstəlik, qocanın indiyə qədər də itib-batıb getməməsinə təəssüf edir, əlini dizinə döyürdü... Əgər qoca Məmalik vaxtında ölüb getsəydi, eybini də özü ilə aparardı.
Ərmağan hiddətlənir, mırıldanırdı. Ərmağan toz içində uzaqlaşan süvarilər baxdıqca daha artıq oyalanırdı: "Bir gör mehmannəvazlıq göstərib özünü xahan kimi gözə soxan çalbığ Həlaku məqamı çatanda mənim üstümə necə şəmatətlər yağdıracaq. Qoca Mamalikin səfil anadan təvəllüd tapan vaxtsız varisinə necə güləcək, üstəlik məni, öz gəlinini gözükölgəli edib, getdikcə günümü göy əskiyə düyəcəkdir! Yəqin Həlaku oğlu Ərdahan da artıq sir-sifəti qırışan Ərmağanın üstünə növrəstə qız gətirib istehza ilə deyəcəkdir: "Sənin atanın əkdiyini biçirik!".
Ərmağan yetim qalan yeddi yaşlı qız kimi hər iki əlini üryan sinəsinə çarpazladı: "Bu yandan da elim carda, o yandan da. Bu Həlaku balalarına gəlincə,
oğullarım da olsa iplərinin üstünə odun yığmaq xam xəyaldır!".
Qızdırmasını vecinə almayan Ərmağan xanım geyinməyə başladı, yıxılıb yatmağı, yetim kimi boynu buruq dayanmağı yersiz saydı. İndi Ərmağan hər iki tərəflə vuruşmağa hazır idi! Burada həlakularla, orada məmaliklərlə. Ərmağana görə Pəhləvan Məhəmmədin yetimçəsi də artıq Məmalik idi!.. Deməli, Ərmağan xanım iki cəbhəyə qarşı tək-tənha vuruşmalı idi. Deyəsən, Ərmağan üçün iki tərəfin də əmlak-əmvalım caynağına keçirmək, oğlunun ikisinə Həlaku əmlak-əmvalını vermək, o biri ikisinə də Məmalik əmlak-əmvalını vermək, nəticədə vahid Ərmağan xanlığı düzəltmək gərək idi: Ərmağanilər!.. Ola bilməzdimi?.. Qadın sicillisi yaramazdımı?.. Olmazdısa, Ərmağan xanım özü başqa bir erkək sicillisi düzəldə bilməzdİmi?
Ərmağan xanımın toz burulğanına baxa-baxa dumanlanan beyni ayazıyırdı... Birinci növbədə onun qarşısında bir düşmən dayanırdı. -O da Allahın qocaya müjdə verdiyi, Pəhləvan Məhəmmədin yetimçəsinin bətnində nəşv-nüma tapmaqda olan kiçicik vücud idi! Əgər bu kiçicik, vücud qocanın dilədiyi kimi oğlan deyil, qız olsa, onda necə?.. Ərmağan onu bacılığa qəbul edərmi? Əsla! Nə oğlan, nə də qız! Yox, əprimiş qocadan, heç bir övlad ola bilməz, oğlan varisi deyil, qız varisi də olsa, heç zaman Həlaku xanın indi susan, məqamı çatanda isə açılan ağzını yummaq olmaz!..
Həlaku xan da, oğlu Ərdahan da, Ərmağanın gözü su içmədiyi böyük oğlu Ərşad da, o qaradinməz oğlu Gürşad da, bəlkə xırdaların ikisi də qoca Məmalikdən söz salıb gülüşəcəklər, çalbığ babanın ürəyindən xəbər verir kimi, şaqqanaq çəkəcəklər.
Belə olan surətdə Ərmağan xanım Məmalik qızı olduğunu unudub dədə-baba düşmənləri sayılan həlakulara qarışacaqdımı? O, həlakuların istehzah hərəkət və söhbətlərini görməzliyə, eşitməməzliyə qoya biləcəkdimi?..
Məmalik qızı Ərmağan xanım getdikcə yaman tutulur, dəmir barmaqlıq arasına salınan dişi canavar kimi dişlərini bir-birinə sürtürdü. O öz sabahı üçün həyəcan keçirirdi. Sabah ona daha tufanlı, çovğunlu, qasırğalı, fırtınalı görünürdü!.. Ona elə gəlirdi ki, nə Həlaku, nə da Məmalikdi. Əli hər iki tərəfdən üzülüb, havadan asılı qalıbdır. Nə məmalikləri istehzaya qoyan holakulara qarışa bilir, nə də dörd oğlumı, burada qoyub Memalik tərəfdən yapışa bilirdi.
Deməli, indidən vaxt-vədəni itirmədən öz qılıncmı itiləmək, elə zəhər suyuna çəkdirmək gərəkdir ki, kimə toxunsa, çürütsün, qəhr etsin!..
Ərmağanın qızaran gözlori genişlənir. Allahın müjdə vcrdiyi qar-daşınamı, bacısmamı - Pəhləvan Məhəmmədin qızı Məhtabanın bədənində düyünlənən düyünü görürdü. "Bax birinci düşmən bu vələdüzzinadır! Budur burada məni dilə-dişə salan. Budur orada məni, mənim övladlarımı əmlak-əmval
vərəsəliyindən məhrum edən! Düşmən - günüdür!.. O günüdür ki, Sərəncamın rəxti-xabına soxulmuşdur! Anamın ruhunu təhqir etmişdir. Bax, gör mərhum Sərəncamın müztərib ruhu necə də mənə yazıq-yazıq baxıb deyir:
- "Niyə sən öz atanı başlı-başına qoyurdun? Niyə sən evlənmək iştiyaqına düşən atanı abırlı bir tərəfa yönəltmirdin, niyə öz vaxtında xalaqızılarının birini xanəmizə gətirmirdin ki, belə bədnamçılıq olmaya?! İndi bax gör, mənim tör- töküntümlə böyüyən, tikəmlə-təamımla boynunu yoğunladıb pəhləvanlıq eləyən Məhəmmədin yetimçəsi barigahımızda necə tovuz kimi sallana-sallana xanımlığa başlayıb? Buna nə deyərlər qız? Məni çərəldib öldürən atanın adını indi nə çağırmaq olar? Külli İranda hansı xan bu qədər üfunətli lehməyə, rüsvayçılıq bataqlığına düşübdür?".
Sanki ana ağlayırdı. Bala isə doğrudan da gözlərindən yaş tökürdü. Ərmağan üşüdüyünə görə çiyinlərinə atdığı zərli çarqatının ucu ilə gözlərini silirdi. O, boğuq-boğuq ağlayır, kinindən ovunmaq bilmirdi. Heç kəs də içəri girmir, onu ovundurmaq istəmirdi. Elə bil ki, bu imarətin içində də bəri başdan iki cəbhə açılmışdı - birində həlakular durmuşdu, birində də Ərmağan tək-tənha dayanmışdı.
Ərmağan xanım, özlüyündə hansı yanı hər necə asıb-kəssə də yenə də zar-zar ağlayır, çırpınırdı. O, indi bir də təzədən qayıdıb yerinə girsinmi, yaxud göz yaşlarını silib dədə-baba düşmənləri halakuların qabağına çıxsınmı? Heç düşmən qabağına gözü yaşlı çıxmaq olar? Bəs necə olsun? Axı, niyə Ərmağan qız doğulurdu ki, ata evindən də köçürüləydi! Özü də axund-üləmanın araya girməsi ilə, əslində əntər Həlakunun qurğusu ilə, Quran qəsəmi ilə Ərmağan köhnə dədə-baba düşməni həlakular evinə gəlin gəlibdir.
İndi də onun uşaqlarından heç biri - nə davakar Ərşad, nə də qaradinməz Gürşad onun yanına qodom qoymurlar, Bəs kiçiklər necə? Görünür, kiçikləri də Həlaku o biri yana ötürüb ki, analarının yanına girib, onu ovundurmasınlar. Qoy dədə-baba düşməni məmaliklər qızının bağrı çatlasın! Əgər bu Ərmağan özü ilə məmaliklər mülkünü dartıb gətirməyəcəkdisə, daha onun bu xanımanda olmağının nə lüzumu?
Ömrü uzunu usta tərpənən çalbığ Həlaku indi də ayrı bir ustalıqla Ərmağanı qoca atasının üstünə yönəltmək istəyirdi. Həlaku xan Məmalik deyən müjdədən hələ xəbərdar olmasa da bilirdi ki, yetmiş yaşlı qocanın evlənməkdən məqsədi nədir. Həm də Həlaku yaxşısını bilirdi ki, cüzi ehtiyatsızlıq edib, Ərmağana toxunan bir söz desə, gəlin mütləq hürküb gedər, öz atası ilə birləşər, bəlkə də Pəhləvan Məhəmmədin qızından doğulan varisə ürək yandırar.
"Qoy biz zahirən bitərəf qalaq!" - deyə Həlaku bu düyünün ancaq Ərmağanın öz əli ilə açılmasını istəyirdi. Əlbəttə, düyün bir deyildi, düyün-düyünə
calanmışdı.
Həddi-zatında düyünlər calana-calana, dəmirə dönə-dönə qılınc kimi itilənir. Ərmağanın əlində getdikcə zəhərli gürzəyə dönür, indidən Məhtabanın bigünah balasının, qaranlıqda qorunan kiçicik xilqətin üstünə yönəlirdi.
Məhtaban görməsə də, bilməsə də Ərmağanın məktubundan, atatıın, qızına olan münasibətindən vəziyyətin gərginliyini duyub, görməyə başlayırdı. O özü də Qurana qəsəm etməklə, bismillah barısını aşa bilməməklə özünü düyünə salmışdı. Bu düyün haçan, necə açılacaqdır?!
Məhtaban ildə bir neçə dəfə atası evinə qonaq gələn, əndərunu biruna, birunu əndəruna qatıb-qarışdıran Ərmağanı təsəvvürünə gətirdiyi kimi, kin-küdurətə dolan Ərmağan da bənizi saralan, geyindiyi xanım libası əynindən torba kimi sallanan, övlad gözlayən Məhtabanı təsəvvürünə gətirirdi. Bu anda iki nəzər sanki bir-birini süzürdü.
Deyəsən Məhtabanın əzəlki gözəlliyi də, cəsarəti də azalırdı. Onun gözlərində qorxaqlıq, acizlik, yazıqlıq, hələ ümidsizlik də sezilirdi. Deməli, quduzlaşan Ərmağan dişi canavar kimi qəsdinə dolduğu qurbanını parçalaya, təkcə ətini yox, onun sür-sümüklərini də gəmirə bilər! Ərmağan sanki qovula-qovula yorulan, gözlərindən qanlı yaş axıdan ceyran üstünə atılırdı!
Ərmağan anası Sərəncamın hikkəsi ilə yad günü üstünə cumurdu. Sanki burada, xan İmarətində heç bir haqqı-hüququ olmayan bir gününün gözlərini çıxarıb, onun öz ovcuna qoyurdu. Sanki Ərmağan bu gününü saçlayıb sürüyür, oyulub yerə tökülən gözlərini də tapdalayırdı:
- Rədd ol burdan öz cəhənnəminə, goruna, səfil! - deyən ana-balanın səsi Məhtabanın qulaqlarında bir-birinə qarışırdı: - Rədd ol, çəkil get, xan xanəsindən!.. Get daha bizim gözümüz sənin kimi bihəyanı görməsin!.. Get, möhkəm bir qəzil çatı götür. Özünü Savalan palıdlarının birindən as! Sən hara, Sərəncam xanımın xallı-xalçalı imarəti, bərli-bəzəkli rəxti-xabı hara? Sən hansı hədd ilə xanımın libasını utanmaz-utanmaz öz əyninə geyibsən?! Sən cadusan, sən iblissən, sən şeytansan! Sən haradan gəlib Pəhləvan Məhəmməd qızının adı ilə buraya soxulubsan? Bəlkə sən heç Pəhləvan Məhəmmədin qızı da deyilsən?!
Axı, o, əncümən də olsa, qeyrətli kişi idi. Bəlkə sən xan evinə dürtülüb, varis doğmaq istəyən cadugərsən, sehrkarsan?!
- Mən Pəhləvan Məhəmmədin qızıyam, nə cadugər, nə də sehrkaram!
- Əsla, biz inana bilmərik ki, Pəhləvan Məhəmmədin qızı belə, nankorluq, nanəciblik edib, hədd-hüdudunu aşsın!
- Mən Pəhləvan Məhəmmədin doğma qızıyam, xanımlar! - deyə vahiməyə düşən Məhtaban üstünə hücum çəkən ana-baladan özünü qorumağa çalışırdı. - Məni bura Qurana qəsəm qılmaq vədim dartıb gətiribdir!
- Nə Qurana qəsəm qılmaq?
- Bəli xan neçə ay əvvəl aylı bir gecədə bizə gəlmişdi.
- Qoca xan aylı, ya qaranlıq gecədə sizə necə gələ bilərdi? Sən cadusan, hamısını özün quraşdırıb düzəldibsən? Biz cadugər sehrkardan doğulan haram
övladın halal xanəmizdə gəzməyinə, hələ dönüb varis, vəliəhd olmağına dözə bilmərik! Biz bütün İran axund-üləmasını çağırıb bura tökərik!
- Elə İran axund-üləmasını özü bizim kəbinimizi kəsibdir, heç mənim razıməndliyimi də almayıbdır!
- Bu yalandır, quru, qara böhtandır! Bu sehrlə sən lap müctəhidin də başım tovlayıb, ağlını oğurlaya bilərsən!
- Mən heç kəsi tovlamamışam, ağlını oğurlamamışam, xanımlar! Əksinə, mənim ürəyim oğurlanıbdır!
- Ürəyim, ürəyim!.. Səndə ürək nə gəzir, Savalandan enən səfilsehrkar?!
- Mən dönə-dönə iqrar edirəm, nə sehrkar, nə də səfiləm! Mən bədbəxtəm, Elə bədbəxtəm ki...
Xəyalında rəqiblərilə deyinən Məhtaban doğrudan da ağlayırdı. Qoca ərinin yolunu gözləyən qız amansız ana-balanın hücumlarına məruz qalmış kimi iztirab keçirirdi. İndi Məhtaban dəmir məngənə arasına alman günahkar kimi sıxılırdı...
Sərəncam xanımın həyulaya çevrilən kölgəsi, hücuma keçən Ərmağanın köz kimi yanan qanlı sifəti Məhtabam boğazlayıb təngnəfəs edirdi. Xan imarətində Məhtabana hava çatmırdı... O, bətnindəki övlad düyününü açmaq, ağır yükdən yapışmaqla bətnindəki düyünü dağıtmaq məqamına çatırdısa, analıq hissi onun qabağını kəsir, aman vermirdi. O, övladının əlindən yapışıb başqa xanlıqları dolaşmalı, palaz-paltar yumaqla uşağını saxlamalı olsa da, özünü analıq istəyindən məhrum edə bilmirdi...
Ərmağan xanım otağın içində vurnuxanda Həlaku babasının gözündən güclə yayman, nə vaxtdan bəri qəzəbə dolan Ərşad anasınm yatdığı otağın qapısını çəkməsinin burnu ilə açıb içəri girdi:
- Gördün də, Ərmağan xanım, neçə saat əvvəl nə boyda ehtiramı yerə çırpıb, müsəlləh gədələrini də götürüb buranı tərk edən bişərəf qocanın nadan oyununu?
- O sənin babandır, biədəb!
- Mən o biədəb qocanı kürəyindən odlu fişənglə nişan alardım!
- Bəs niyə nişan almadın, dərisinə sığmayan Ərşad Həlaku?
- Çünki Həlaku babam mane oldu. Mən atlanıb qocanın ardınca qoşmaq istədim. Ancaq kişi dedi ki, qonağı nə qapıda, nə də yolda atmazlar!
- Sən doğma babanın qatili olub, ona əl qaldırmaq istəyirdin, nəməkbəharam?
- Elə baş töhməti babaya əl qaldırmaq da azdır!.. Onu atının quyruğuna bağlayıb meyitini evinə sürütdürmək gərəkdi!
Ərmağan xanım hiddətlə irəli durub oğlu Ərşadın qabağında dayandı:
- Səndə bu ədavət haradandır, Məmalik babasının duz-çörəyini tapdayan gədə?
- Hər nə olsa da biz həlakular heç kəsinadan hərəkətini udan deyilik!
- Sən nə yaman cilov gəmirirsən, yumurtadan təzə çıxan, babasının pulu ilə geyinib-keçinən qotazlı!
- Mən yumurtadan təzə çıxan qotazlı deyiləm!
- Bəs? nəsən?
- Qüdrətli Qacar horbiyyə dənişgədəsinin zabiti!
- Səni ora indi buradan acıq edib gcdon bədbəxt baban qəbul etdiribdir!
- Mən Tehranda telim alan Qacar zabitləri sırasında Həlaku sicillisindənam!
- Onda mən də Ərdaha xanlığında Məmalik sicillisindənəm! - Ərmağan xanım oğlunun üzünə tutarlı bir şillə çəkdi. - Biədəb həlakular! Siz heç vaxt bizim məmaliklərin daxili işlərinə müdaxilə etməyin!..
8
Qızı Ərmağanın evindən tündməcaz dönən Məmalik xanın qaşqabağı Məhtabanın təsəvvürə gətirdiklərinin, duyub düşündüklərinin çoxunu təsdiq edirdi. Məhtaban nə qədər nəcib hərəkət edib, xanı öz qızının yanına yollamaqda alicənab iş görmüşdüsə, Ərmağan bir o qədər nanəciblik eləmişdi.
Məmalik xanın pirani gülçüyə qarşı rəftarı dəyişmişdi. Xan addımbaşı pirani gülçünün üstünə qışqırıb: "Güllərə pis baxırsan, səni qovacağam!" deyə onu təhqir edirdi. Guya xanın gecikən izdivacına gülçü qoca günahkarmış!..
Guyapirani gülçü, qocaxanı vaxtında ayıltmayıbdır, yaşca özündən kiçik olan Məmalikə ağsaqqallıq etməyibdir, onun başına ağıl qoyub, deməyib ki, "Pəhləvan Məhəmmədin yetimçəsidir, indi ki, gətirmisən, beş-üç günlüyə xidmətində saxla, gecənin bir aləmində qolundan tut, at bayıra!..".
Üstündən neçə gün keçsə də, Məmalik xanın qəzəbi gərəsən niyə soyumurdu? Niyə Məmalik xan əndərunun qulluqçu-qaravaşına söyüş yağdırırdı? Hansı acığa-ədavətə görə isə o, mübaşirlərini, məmurlarını silahlandırıb kəndlərə göndərir, neçə ildən bəri tökülüb qalan vergiləri, böhrələri yığdırırdı. Nə vaxtdan mum kimi yumşalan, Məhtabanın eşqinə giriftar olan, saç-saqqalı nurani görkəm alan Məmalik bunca təbəddülata uğrayıb başqalaşmışdı?!
Qoca xanın bu hərəkətləri Məhtabana əsrarlı görünürdü. Sanki söyülən də, təhqirlərə moruz qalan da Məhtaban idi. Xan, şəxsən Məhtabana güldən ağır bir söz deməsə də, bəzən əzəlki rəftarına qayıdıb Məhtabanın qumral saçlarını tumarlasa da, onun halından əhval tutsa da, Məhtaban yenə də kədərli idi. Məhtabana elə gəlirdi ki, Məmalik xan üzə açılışıb ona bir söz deməsə də, qoca xanda olan bu təbəddülata səbəb ancaq və ancaq Məhtabandır! Əgər bu izdivac olmasaydı. Ərmağan xanım atasını hüzuruna çağırmaz, xan həlakular evindən qəzəbli dönüb qılıncını əlinə almazdı.
Əgər Məhtabanın övladı sağsalamat təvəllüd tapsa, özü də xanın arzu etdiyi kimi oğlan olsa, böyüyüb qocanın yerində varis, vəliəhd qalsa, deməli o da atasının yolu ilə gedəcək, yenə də bu hasarın o biri yanında ah-nalə ərşə bülənd olacaqdır!.. Onda bəlkə xandan sonra uzun ömür sürən Məhtaban özü də Sərəncam xanım kimi bədrəftar və əzazil olacaqdır?!
Məhtaban fikirdən-fikrə düşür, öz-özünə əylənib deyirdi:
- "Mənim oğlum gərək adil olsun, tamam-kamal adil! Yoxsulları ağır vergilərdən xilas etsin! Kəndlərdə camilər tikdirsin, öz tikəsini bismillahla kəsib,
süfrəsini əlhəmdüllahla yığışdırsın! Olmasın varlı xan, olsun ortabab xan! Qoy mənim xan balam rəhmli olsun, özü də Məhəmməd babası kimi şücaətli olsun!
Cır-çolpa xan balalarından cəsarətli olsun! Lap Ərmağanın uşaqlarından bir boy uca olsun! Daha Ərmağanın zabitlik dərsi alan oğlu Ərşad kimi obada it döyən, başıaçıq gəzib rəiyyətə öcəşən, arvad-uşağa nalayiq söz deyən, küçələrdə atım dördnala çapıb, adam basan olmasın!".
Məhtaban öz mühakimələrində bəzən lap irəli gedirdi: "Adı nə olmalıdır, bu tifilin?.. Xan razı olsaydı, tifılin adını Məhəmməd qoyardıq. Axır mənim atam da bivarisdir! Ancaq Pəhləvan Məhəmməd varis axtarmadı, axır varis onun hansı əmval-əmlakına sahib olacaqdır? Ömrünün axırında Təbriz əncümənçilərinə qoşulan, əlinə silah götürüb Qacara qarşı aparılan döyüşlərdə şəhid olan Pəhləvan Məhəmməd kaş öz yurdunda Məhtaban adlı qızını da heç qoymayaydı! Onda bikəs, bipənah qızı belə müşkülə də düşməzdi! Axı, Məhəmmədin nəyinə gərəkmiş Məhtaban kimi başı qovğalı qız?!".
Məhtabanın oğlu olsa, yəqin ki, ondan soruşan da olmazdı ki, uşağın adını nə qoyaq, bu ad sənin xoşuna gəlir, gəlmir, razısan, ya narazısan? Necə ki kəbin kəsdirəndə Məhtabandan rəy soruşan olnıadı. Hələ bəlkə uşağın tərbiyəsi fədai qızına yox, bir mötəbər dayəyə tapşırılacaqdı. "İlahi, bəlkə sən məni də, bətnimdəki balamı da təvəllüd zamanı həlak edəsən? - deyə Məhtaban haldan-hala düşür, hərarətdən uçunmaya keçirdi. - Bəlkə elə bizi həlak etsən yaxşıdır ki, ikimiz də biryolluq xan sərdabasına yox, başı daşsız, ayağı nişansız qəbiristana gedək, orada itib-bataq!".
Məhtaban özimü xan sarayında deyil, zülmət zindanda sayırdı. Nə xanın üzü əzəlki kimi ona güləş görünür, nə də bu ev-eşik onun ürəyinə əzəlki kimi yapışırdı. Gün ötüb, həftə keçib, ay dolandıqca Məhtabanı daha artıq xof basırdı.
O, hansı qaranlıq guşəyə qədəm qoyurdusa, "bismillah" deyirdi. "Bismillah" Məhtabanın dilindən düşmürdü. Məmalik xan isə Məhtabanı gözdən qaçırmırdı.
- Qız sən nə bismillahın quyruğundan tutubsan?
- Xan, xofa düşürəm!
- Xan- evində, hasar içində, keşikçilər qoyduğum vaxtda bu kaşanədə nədən çəkinirsən?
- Hər şeydən qabaq sənin zəhmli qaş-qabağından!
- Qız, mən rəiyyətin, rəncbərin, qıılluqçu-qaravaşın, veyl gülçünün üstünə acıqlanıramsa, bunun sənə nə dəxli?
- Elə bil hamının əvəzində xan mənə acıqlanır, mənə qəzəblənir!..
- Axı, sən xan hərəmi ola-ola təzədən niyə rəiyyətliyə qayıdıb hər cövri-cəfanı üstünə götürmək istəyirsən?
- Heç özüm də bilmirəm, xan!
- Bəlkə səni qara basır, qız?
- Bəli, xan, halım çox pərişandır!
- Bəlkə axundu çağırım sənə dua yazsın?
- Hansı axundu?
- Elə lap bizim kəbinimizi kəsən axundu!
Burulğandan-burulğana düşən Məhtaban birdən-birə yumşalıb rəhmə gələn, gözlərində əzəlki eşq işıltıları görünən xana sığınıb, qaç-qova düşən adam kimi ağır-ağır nəfəs aldı, xanın qəzəbi soyudu, hamilə ananın halına yandı:
- Qız, istəyirsən ki, rəiyyət-rəncbərə, qul-qaravaşa qarşı öz qara-qışqırığımı yığışdırım?
- Yığışdırsan, qulun ollam, xan!
- Qız, mən səni bura nə qul, nə də kəniz gətirmişəm,. - xanın saç-saqqalı müztərib Məhtabana yenə də əzəlki kimi nurani göründü.
- Mən bilirəm ki, bizim izdivacımızı sübut edən qalın kağız, bismillahla başlanan əqdnamə sandıqçadadır!
- Bax, onu möhkəm saxla qız!
- Görək hələ Ənnağan xanım bizə nə buyuracaqdır?!
- Ərmağan xanımın buyurduqları ancaq həlakular üçündür!
- Ərmağan sənin doğma qızındır, xan!
- Doğma qız düşmən yanında öz qoca atasının ehtiramını saxlamalıdır!
- Xan, bütün qovğa və cəncəl mənim üstümdədir!
- Bütün qovğa və cəncəl vərəsəlik üstündədir, qız!
- Nə olar, Məmalik mülkünün yarısını Ərmağana verəndə?
- Həlakulara?
- Nə üçün halakulara, öz nəvələrinizə!
- Bəs o biri yarısı?
- O biri yarısı öz sərəncamınızda qalsın!
- Bəs mənim sərəncamım işləməyəndən sonra kimə qalsın?
- O Xuda təyin edən bir qismətdir!
- Yox, Məhtaban xanım, əsla yox!.. Mənim öz varisim, öz vəliəhdim olacaqdır! - Yumşalan xanın sifətində bir an qəzəb alovları gəzindi.
- Özü də mütləq olacaqdır! Adını da Məmalik qoyacağam!..
- Ax?ı adətə görə sağ adamın adını uşağa qoymazlar, xan!..
- Ancaq dədə-baba düşmənim həlakuların acığına! O nanəcib sicillinin acığına! Qoy bütün həlakular da, Ərmağan da, çalbığ babasına çəkən Ərşad Həlaku da o, nəməkbəharam da görsün ki, xudanın qüdrəti ilə məmaliklərin tüstüsünü Savalana ucaldan vardır!
Qəzəblənmiş Məmalik xanın səsi dəyişdikcə Məhtaban da haldan-hala, təbdən-təbə düşürdü. Bəzən o bilmirdi ki, öz düşündüyü kimi bədbəxtdir, ya qoca ərinin söylədiyi kimi xoşbəxt?! Əgər qocanın söylədiyi kimi xoşbəxtsə, niyə bəs ürəyi açılmır?.. Hətta axund yazan qıyqacı duanı alt köynəyinə tikəndon sonra da yenə xof-qaraltı üstündən çəkilib getmir. Yenə Sərəncam xanımın eybəcər kölgəsi ondan aralanmır. Ərmağan xanımın köz kimi qızaran gözləri
ondan üzülmür. Yenə ana-bala birləşib Məhtabanın üstünə düşürlər. Onlar qaranlıqda deyil, işıqda da Məhtabandan əl çəkmirlər.
Məhtaban hərdən istəyirdi ki, pirani gülçünün komasına getsin, dərdini ona açsın, ya xan əndərunda olmayanda onu öz yanına çağırsın. Ancaq Məhtaban belə bir addım atmağa cürət etmirdi. Axı, Məmalik xanın pirani gülçüyə qarşı qəzəbi soyumurdu. İndi qoca Məhtabana aşpazxanadan xörək-çörək də daşımırdı.
Məmalik xanın qoyduğu qaydaya görə Məhtaban nə əndərun, nə də birun qulluqçu-qaravaşı ilə heç bir əlaqə saxlamamalı, kəlmə kəsməməli idi. Cana doymuş Məhtaban bir gün cəsarətə gəlib xandan soruşdu:
- Xan nə mənzurla məni pünhan saxlayırsınız?
- Çünki, qız, xan qul-qaravaşı çox söz gəzdirən olur!
- Daha nə söz? Onsuz da hamısı aləmə bəllidir!
- Bəli, Allahın əmri, peyğəmbərin şəriəti ilə!
- Bəs onda daha bizim aramızda aydın olmayan nədir, xan?
- Sən sözü az çərlət, qız!
- Nə üçün sözü çərlədirəm?
- Ona görə çərlədirsən ki, bilmirsən bu əndərun-birundan kim Ərmağan Həlakunun casusudur, kim casusu deyildir!
- Xan, əgər siz buyuran kimi isə daha Ərmağanın üstündən altı ay keçən izdivaca nə dəxaləti?
- Birdən içəridən Ərmağana xəbər çatdı, birdən burada içəridə hiylə quruldu, Ərmağan da öz Həlaku oğlanlarını götürüb gəldi?
- Ərmağan öz oğlanlarını götürüb gəlsə, kim bu qapıları onun üzünə bağlaya bilər, xan?
- Nə üçün biz bu qapıları bimürət qızın üzünə bağlaya bilmərik, Məhtaban?
- Bu, sizin xanlıq şəninizə kəsir gətirər! Deyərlər ki, Məmalik xan yeganə qızını öz ata mülkünə qoymur!
- Bu, xanın öz işidir!
- Onda xanı yox, ögey ananı qınayarlar. Deyərlər ki, Ərmağandan kiçik olan analığı - rəiyyət qızı nanəcibliyinə salıb, xan qızı Ərmağanı ata qapısından
geri qaytarıbdır!
- Sən Ərmağanın adını tez-tez təkrar edirsən, Məhtaban!
- Çünki xandan gərək gizli qalmasın ki, nə Ərmağanın, nə də Sərəncamın kölgəsi bir ləhzə məndən əl çəkmir!
- Qız, səni yenə də qara-qura basır?
- Bəli, xan!
- Axund yazan qıyqacı duadan sonra daha əlacımız nədir?
- Özüm də beç bilmirəm, xan! Özüm də naçaram..
- Qız, bəlkə səni Tehrana müalicəyə aparır?
- Əsla, xan!
- Nə üçün, Məhtaban?
- Axı, ikicanlıyam, bu halımda imarətdən kənara çıxmağa utanıram!
- Onda sən öz bari-həmlini yerə qoyandan sonra bir çarə taparıq!
- Görək hələ qəza nə göslərir, xan.
- Mən mütləq Tehrandan mamaça gətirdəcəyəm!
- Tez gətirsəydiniz, bəlkə mənə də qulaq yoldaşı olardı!
- Ancaq qorxuram o mamaça Ərmağanla əlaqə bağlaya, Məhtaban?
- Necə əlaqə, xan?
- Belə əlaqə ki, övladımızın başına bir iş aça!
- Deməli, bizim dərdimiz dərmansızdır, xan?
- Xeyr, Məhtaban, mən mamaçanı tamam öz məqamında gətirdərəm...
- Deməli, xan öz qızı Ərmağandan heç vəchlə arxayın deyil?
- Düzü Məhtaban xanım, xan sarayında daxili düşmən xarici düşməndən çox və qorxuludur!
- Düzü Məhtaban xanım, xan sarayında
- Ərmağan hər yana dönsə, yenə də sizin doğma qızınızdır, xan!
- Ərmağan çoxdan həlakudur!..
Məmalik xan gözlərindən qanlı yaş axıdan Məhtabanın qara kirpiklərini dəsmalla sildi. Ancaq Məhəmməd qızı Məhtabana heç bir təsəlli, toxtaqlıq kömək etmədi, onu öz əzəlki halına qaytara bilmədi. Ərmağanla Sərəncamın qoşalaşmış kölgəsi onu daha şiddətli təqib etməyə, onu bu otaqdan o otağa qovmağa başladı.
Qəribə idi! Məhtaban gözlərini açır, Ərmağanı yanında, çalxaq sümüklü Sərəncamı böyründə duran görür, gözlərini yumur, yenə də onları görürdü...
9
Məmalik xan öz əhdinin üstündə durdu. O, doğum günündən iki həftə əvvəl Tehrandan Qacar sarayına yaxın dairədən saçları xınalanmadan, anadangəlmə şabalıdı olan xarici həkim-mamaça dəvət edib, imarətinə gətiridi. Ərdaba xanı tərəfindən hörmətlə qarşılanan xarici mamaça ilk əvvəl ikicanlı xanımın əhvalını qocadan soruşdu. Məmalik Məhtabanın üzüntülü, ruhi əzablarından xeyli və yana-yana danışdı. Tehrandan toz-torpağa bata-bata gələn mamaça xanım tez-təcili yol libasını dəyişdi, əllərini tər-təmiz yudu, bədənnüma güzgü qabağında dayandı. Xarici xanım şabalıdı saçlarını darayıb, xəstəsinə təsirli görünsün deyə özünü Avropa üsulu ilə artıq səliqə-sahmana salmağa çalışdı.
O, xandan izin alıb Məhtabanla tanış oldu, onun əlindən tutub yataq otağına adlatdı. Həkim-mamaça Məhtabanı dinməz-söyləməz tibbi müayinədən keçirtdi.
Sonra xarici xanım Məhtabandan firəngcə bir neçə söz soruşdu. Məhtaban dinmədi, fars dilinə keçdi, Məhtaban başım buladı. Onu öz ana dilində dindirincə Məhtabanın cavab verdiyini görüb:
- Yaxşı olacaqsan, xanım! - dedi.
Məhtaban gözlərini fərşə dikib qəhərləndi.
- Nə üçün ağlayırsınız, xanım?
- Heç, elə-belə...
- Ağlamaq yaramaz. İndi əsəbiləşmək sizin səhhətinizə ziyandır, xanım!
- Halım xeyli fənadır, həkim!
- Əsla yox! - deyə mamaça cavan xanımın qumral saçlarını tumarladı, doğumdan əvvəl onu toxtatmaq, bacardıqca ruhi sarsıntılarından xilas etmək istədi: - Gərək Şərq xanımları da bizim avropalı xanımlar kimi cəsur olsunlar... Gərək yəqin biləsiniz ki, yer üzündə heç bir əcinnə-filan yoxdur!.. Bunları
yaradan sizin Şərqin xurafatıdır. Ürəyinizdə nə sirr varsa, hamısını mənə açın... Mən həkiməm, mənə hər sözü söyləyə bilərsiniz...
Məhtaban göz yaşlarını yaylığının ucu ilə silincə xarici xanım qırağı zərli dəsmallarından birisini çantasından çıxarıb ona uzatdı:
- Siz gözəl gözlərinizi təmiz dəsmalla silin, xanım! Özü də qəmi, kədəri özünüzdən uzaqlaşdırın! Əgər yanıltmıramsa, təcrübəm gücünə güvənib deyə bilərəm ki, siz xana varis doğacaqsınız... Gör, sizi nə böyük xoşbəxtlik gözləyir!.. O, qoca atasının dizləri üstündo oturub onun qar kimi ağ saqqalını
sığallayacaq, ona yenidən uzun, sağlam ömür bəxş edəcəkdir! Bəlkə xan oğlunun toyunu edib, hələ nəvələrinin də toyunda oynayacaqdır!.. Bəli, bəli! - deyə xarici xanım sözünə davam etdi:
- Şərqlilər çox fikirli olmadıqlarına görə uzun ömür sürürlər. Yüzdən yuxarı! Siz cavansınız, heç nəyə darılmayın. Şərq belədir. Şərqli kişi cavan xanımı yamanca xoşlayır!.. Mən neçə xan evində olmuşam. Xanın yetmiş yaşı, sonuncu xanımının on beş yaşı... Olur xanım, belə də olur. Şərq, müsəlman belədir! - Xarici xanım dönüb Məhtabana yumşaq kürsü göstərdi. Özü də ev sahibəsi kimi başqa bir kürsü çəkib əyləşdi.
- Sizin təvəllüdnamənizə əsasən neçə yaşınız var, gözəl xanım?
- Atamın mis camın qırağında yazdırdığına görə gərək iyirmi beş yaşım olsun?
- Atanız sizin təvəllüdünüzü camın qırağında yazdırmışdır? Təəccüb çox təəccüb! Məgər xanın axundu olmayıb ki, İran adətinə görə isinizi, təvəllüdünüzü Quranın kənarında yazdıra?!
- Xeyr, mənim atamın axundu olmayıb!
- Bəs sizin atanız nə cürə xandır ki, onun axundu olmayıb?
- Mən rəiyyət qızıyam.
- Rəiyyət?! Nə olar, indi bizim Avropada izdivac zamanı kimin hansı zümrəyə mənsub olduğuna etina edən yoxdur... Görünür, Məmalik xan Avropa səyahətində olanda bizim demokratik qaydalardan aşılanıbdır... Fərqi nədir? Siz Şərq nağıllarında rəvayət edildiyi kimi gözəl, Şərqin həqiqətən füsunkar gözəllərindənsiniz. Bax, qaşlar necə qara, gözlər necə ala, kirpiklər ox kimi uzun, bəniz ağ, saçlar da qumral!.. Boy-buxunda da heç bir avropalı qızından aşağı deyilsiniz.
Sarayda hər şeyə öyrənərsiniz, necə deyərlər, gör-götürdür. Xan malikanəsində təlim alarsınız. Zabitəli xanımlardan biri olarsınız. Ömrü boyu bənövşə kimi boynubükük olmaq - daha böyük xan xanımına yaraşmaz! Xarici xanım Məmalik xanın xanımına əməlli-başlı Avropa mühazirəsi oxudu, bu təvəllüddən heç bir fənalıq, qəmginlik gözlənmədiyini elan etdi. Özü də xanı oğul müjdəsi ilə muştuluqlayıb, ondan azı-azı bir kənd qoparacağını bildirdi. Nəhayət, xarici xanım Məhtabanı güldürüb, az da olsa, onun qaşqabağını açdı:
- Nə qədər ki, mən buradayam, nə özünüzdən, nə də balanızdan qorxunuz olmasın, xanım!..
Məhtaban şirindil qonağa hörmət etmək istədi. İstədi ki, üst eyvana çıxıb, on ay əvvəl sübhçağı xanın intizarda dayandığı sütuntu tağbənddən aşpazı səsləsin, tez xörək-çörək bişirilməsini, qonaq üçün ləzzətli təamlar hazırlanmasını tapşırsın. Ancaq çəkindi. Düzü, heç kəs Məhtabana belə hüquq verməmişdi. Bu müddət ərzində Məhtaban Məmalikdən başqa heç bir kəslə kəlmə kəsməmişdi.
Məhtaban pirani gülçüdən savayı heç kimin üzünü də görməmişdi. O, sanki qəfəsdə idi. Düzdür, Məmalik xanın kaşanəsi çox bərli-bəzəkli, Məhtabanın geydiyi paltarlar olduqca zərli-zibalı, daddığı təamlar ləzzətli, hamısı da xan xanımına yaraşan idi, ancaq bütün bu dəbdəbənin içində Məhtabanın müstəqilliyi yox idi, ixtiyaratı məhdud idi. Hər şey xanın fərmanından, sərəncamından asılı idi. Məhtaban öz evlərində istədiyi xörəyi - əriştəni, umacı anasına bişirtdirib, çox ləzzətlə yediyi halda, burada onların birini də dilinə gətirməmişdi.
Məhtabana elə gəlmişdir ki:
- Qız nə əriştə, nə umac? Onlar çoban-çoluq istılığıdır, - deyə Məmalik xan arvadının bu arzusunu eşidincə, əlini əlinə vurub güləcəkdir. Deməli, Məhtabanın öz istədiyini deməyə, yaxud bir kəsə göstəriş verməyə cürəti, ərki çatmırdı. Mamaçadan sonra bir az cürətlənən Məhtaban xanın yanına döndü, tutula-qızara soruşdu:
- Xarici xanım üçün nə hazırladaq, xan?
- Necə nə hazırladaq, qız?
- Xörəkdən, təamdan ərz etmək istəyirəm...
- Nə lazımsa, mən özüm mətbəxə tapşırmışam, sən nigaran qalma!
- Yaxşı, belə olsun, xan!.. Bəs xarici xanım hansı otaqda yatacaq?
- Onu da özüm tapşırmışam, qız! Mənim qonağım, sənin mamaçan kallayı otaqda məskən salacaq!
- Deyəsən, xan, mən o otağı heç görməmişəm?!
- Bəli, o vaxt göstərə bilmədim, indi sən də görərsən.
Məhtaban çəkinə-çəkinə soruşdu:
- Xarici xanım sizə varis bəxş edəndən sonra burada neçə gün qalmalı olacaq?
- Belə şeylərin zəhmətinə qatlaşib, özünü üzmə, - deyə Məmalik xan Məhtabanı öpüb oxşadı. - Sənin Məmalik kimi nökərin olandan sonra heç nəyin qəmini çəkmə, qız! Tək sən balana pərvəriş verən dayənin üstündə göz əl!..
- Mən özüm balamıza pərvəriş vermək niyyətindəyəm, xan.. Siz gərək bu ixtiyaratı mənim əlimdən almayasınız...
- Deməli, siz övladımızı başqasına arxayın olmaq istəmirsiniz?
- Xan, mən qıjıltılı çayda Ərdaha obasının palaz-paltarını yuyan bir qızdım. Yolumdan azmaq istəmirəm, istəyirəm ki, övladımızı özüm bəsləyəm!
- Sən hər vaxt uşağı Ərmağandan gözlərsən, qız! - deyə Məmalik xan açıq qapını örtdü. - Sən hər zaman, hər hansı yaşında övladımızı ondan gözlə!..
Uşağın ögey bacısından, - atasının bivarisliyinə sevinən, Ərdaha xanlığının bütün əmval-əmlakına yiyə durmaq istəyən o pörtdəmişdən körpəmizi gözlə!
- Yəni Ərmağan xanım, bura mübarəkbadlığa gələcəkdir, xan?
- Gecmi, tezmi gələcək!.. Qovsan da, o həlaku casus bu qapıdan əl çəkməyəcək!
- Adam da öz doğma atasının yurdçuluna qəsd edərmi?
- Bu boyda Ərdaha torpağının üstündə edər!.. Düşmən həlakulardan dörd oğul doğan xanım, övladının ikisinin xeyrinə nəyə desən gedər!..
- Unutmayın ki, Ərmağanın oğlanları sizin nəvələrinizdir, xan!
- Həlakular bizim dədə-baba düşmənlərimizdir!
- Təkrar edirəm xan, onda bəs siz öz yeganə qızınızı niyə dədə-baba düşməninizin evinə verirdiniz?
- Onlar axund-üləmanı yığıb Quran qesəmi ilə ağlımı oğurladılar, qız!
- Belə fitnəkarlıq kimin fitvası ilə olubdur?
- Çalbığ Həlakunun hiyləsi ilə! Məqsədi də bizim dədə-baba torpağımızı biryolluq həlakular qəbiləsinə qarışdırmaq, Həlaku xanlığını böyütmək, məmaliklər sərdabəsini yerlə-yeksan etməkdir!
- Daha bu necə Quran qəsəmi, necə qohumluq oldu, xan?
- Mən özüm də bu babətdən yamanca düyünə düşmüşəm, Məhtaban!
- Məni də paltar-palaz yumaqdan əbəs yerə döndərib belə açılmaz düyünə saldınız, xan!
- Dünya dava üstündə bərqərardır, qız! İnnən belə sən tamam ayıq, gözüaçıq ol!
- Yəqin ki, Ərmağan xanım mənim barəmdə da çox naguvara nağıl uydurubdur?..
- Bəli uydurubdur!..
- Onda xanlar arasında düşmənçiliklə qohumluq yamanca bir-birinə qarışıbdır.
- Bəli, bütün İran xanlıqlarında vəziyyət belədir, Məhtaban!
- Siz məni açılmaz müşkülə, çıxılmaz girdaba saldınız, xan!
Məhtaban, xarici xanım söyləyən sayağı bənövşə kimi boynunu bükdü, bir az əvvol az-çox sevinc içində gülən gözlərindən solğunla-şan yanaqlarına hüznlü göz yaşlan süzüldü. Xarici xanım özü də qəhərlənməyə başlayanda o biri otağa keçdi...
10
Məmalik xanın birbaşa Tehrandan öz xanımmın üstünə xarici mamaça gətirmək xəbəri Ərmağanın başında Savalan şimşəyindən də guclü çaxdı. Vücudunda isti cərəyan gozdi. Bıı cərəyan onun qızışan ürəyində qaynadı. Sanki yanar ocağın üstündə qaynayan qazan nəinki hazırlanmağa, hətta od tutub yanmağa, köz rəngi alıb qızarmağa başladı:- Necə xarici xanım, necə firəng həkimi, necə mamaça?".
Ərmağan bilmədi yerin altındadır, ya üstündə!.. Yaxud hava qaranlıqlaşanda, Savalanda ildırımlar oynaşanda həlakular imarətinin külafirəngisindədir? Atası atlanıb gedəndən sonra Ərmağanın ürəyində əmələ gələn yara bir də cırmaqlandı, qanadıldı. Məmalik xanın yeganə qızının gözləri cəllad gözləri kimi ağına qədər qızardı. O, qılınc götürüb kimin boynunu desən vurmağa hazır olan mirqəzəb görkəmini aldı. İndi nəinki Məhtabanı, ya onun bətnindəki körpəni öz qanına qəltan etmək, lap qoca Məmalikin də boynunu vurmaq Ərmağandan ötrü bir qurtum su içmək kimi asan bir şeydi. Yalnız onda Ərmağan xanımın alovlanan ürəyi sərinlərdi:
"Necə yəni o boyda Ərdaha xanlığını öz əlindən çıxarmaq?! Necə yəni Məmalik mülkündə Ərmağan xan olmamaq, bütün Ərdaha mülkünü Pəhləvan Məhəmmədin yetimçəsi Məhtabanın düzdən-əyridən düzəldib meydana qoyduğu varisinə vermək?! Bu, heç ola bilərmi?! Əsla!..".
Ərmağan xanımın başında oynayan şimşək sanki Savalan dağının zirvəsində oynayan şimşaya qarışırdı, Ərmağan arada bir Savalana baxır, xanlara bəla kəsilən, onların təbirincə "qaçaq-quldur" məskəni sayılan Savalan heç də mirqəzəbə çevrilən xanıma havadar durmurdu. Əksinə öz üsyançıları ilə Ərmağana düşmən kəsilirdi. Dağın zirvəsində çaxan şimşəklər Savalan ətəklərini tutur, geniş düzənləri, Həlaku, Məmalik torpağını əhatə edirdi. Ərmağan xanım dəli olmaq dərəcəsinə gəlir, öz-özünə söylənirdi:
- "İldırım olmasın, şimşək çaxmasın, lap bütün dünyanı od-alov tutsun, mən Məmalik mülkünü tutmalıyam! Mən Məmalik ərazisinin bir qarış torpağını belə heç bir varisə verməməliyəm! Yetmiş yaşında qocadan nə varis, necə varis, hansı varis?.. Çoban-çoluqdan, gədə-güdədən özünə varis düzəltmək, səfil-sərgərdan yetimçəni ulu xan qızı Sərəncamın yatağında yatırtmaq, firəng mamaçasını Tehrandan, Qacar sarayının qulağının dibindən çağırmaq, indidən mötəbər şahid düzəltmək ki, Məmalik mülkünün varisi vardır! Qoca tülkünün uzaqgörən fəndgirliyinə baxın! Mən neçə kərə demişəm ki, sən Sərəncam xanımın otağına başqa bir ləçərin qədəm qoymasına cürət edə bilməzsən, qoca! Neçə kərə bəbəyinin içinə söyləmişəm ki, kişi, daha, sənin ələyin ələnib, xəlbirin göydə fırlanır, izdivac iştiyaqına düşüb, aləmi bizə güldürmə. Olan-olmaz beş-üç ilini şərəflə başa vur, abırla öl! Yoxsa əpriyən, titrəyən, bir fincan qəhvəni düz-əməlli dodaqlarına gətirə bilməyən, səpələyib süfrəyə tökən vaxtında ayağa durub oynama!
Başına ağıl qoyanda, sözün düzünü üzünə deyəndə atına minib gədələrinlə qaçırsan?! Ola bilməz, sənin varis niyyətin baş tutmaz! Kaftar!.. San qoca Məmalik heç kəsə, heç vaxt sübut edə bilməzsən ki, bu oğlan Məmalikdir, mülk bunundur! Sən gərək biləsən ki, fədai yetimçəsindən vücuda gətirilən,
Savalandan gələn qaçaq-quldurun pünhani-vücuda gətirdiyi vərəsədən sənə varis ola bilməz!
Firəng mamaçası! Yaxşısı bu idi ki, sən qocalıb əldən düşən çağında özün üçün həkim çağıra idin! O, həkim də səni təpədən dırnağacan müayinə edib həbb-səlatin verəydi ki, daha təngişən nəfəsin əzab-əziyyətlə çiyinlərindən çıxmayaydı! Daha nəinki belə gülünc təvəllüd üçün dava-dərman alaydın! Görünür, bunların hamısı sabahkı məhkəmə üçün sənəd-sübut düzəltmək, gorbagor olandan sonra bizim üçün cəncəl varis qoymaqdan ötrüdür!.. Ay oldu ha!.. Özün öləsən, Məmalik xan! Ay baş tutdu ha!.."
Ərmağan xanım otağına döndü, qapıları bağladı, lampaları yandırınadan polad sandıqçanı açıb bəzəkli mücrünü çıxartdı. O, qızıl qiymətinə əldə etdiyi zəhər dolu şüşəni yoxladı. Şüşə sopsoyuq idi. Şüşə Ərmağanın odlu barmaqlarında buza dönürdü. - Bu zəhərlə Məmaliki oyatılıq etmək olarmı?
Aqibəti necə olar?.. O dünyada cəhənnəm odu məni yandırsa, nə təhər olar?.. Bu sirr qiyamətdə açılsa, nə cavab verərəm?.. Deməzlərmi ata qatili Ənnağan?! Qoy desinlər! Qoy cəhənnəmin zəbanə çəkən alovlarını təmamən mənim üstümə çevirsinlər, yandırıb külümü çıxarsınlar. Sonra külümdən vücudumu düzəldib, bir də təzədən yandırsınlar. Mən yenə məqsədimdən dönməyəcəyəm. Bəli, mən ata qatili olacağam!..
Ərmağan xanım soyuq şüşəni əlləri titrəyə-titrəyə pambığa büküb mücrüyə, atasının bəxş etdiyi daş-qaşın içinə qoydu. O, şüşəni elə ehmalla qoydu ki, heç səs-səmir çıxmadı. Lakin qulaqlarına səs gəldi.
Sanki şüşəni daş-qaşa toxundurdu, şüşə sındı, zəhər səpələnib daş-qaşa çiləndi. Ərmağan əyilib axtardı.Pambığa bükülü kiçicik şüşəni göturdü, dönə-dönə əlində yoxladı, bozaran pəncərəyə tutub diqqətlə şuşəyə, şüşənin içinə baxdı. Az qala gözlərinə inanmadı, əlinə də etibar etmədi. Dönüb kibrit çəkdi, küncdə, dəyirmi stolun üstündəki lampanı yandırdı. Pəncərənin pərdələrini çəkdi.
Avropa səyahəti zamanı hər ehtiyata qarşı əczaçıdan beş özü ağırlığında qızıla əldə etdiyi zəhər şüşəsini asta-asta tərpətdi, çalxadı, zəhər damcıları - əfi ilan zəhərində də çürüdüb tökməyə amadə olan damlalar aralandı, lampa işığında zəhərli əfi görkəmi aldı. Deməli, qoca Məmalik zəhərlənmişdir! Onda Ərmağan gözə kül üfürmək üçün sıx saçlarını yolub, Məhtabanı günahkar tutar ki, sənin Savalan adlı aşnan, ya Savalan ot-əncirindən yığıb-qaynadıb, zəhər düzəldib, şüşəyə tutub gətiribdir, ya da aran ətəklərində əfi ilan öldürüb zəhər damlalarını sənə çatdırıb ki, məzlum Məmaliki tezbazar edəsən. Elə bəri başdan mülkü öz oğlunun adına keçirəsən, Savalan dağında gizlənən Savalanı da özünə xəlvəti xidmətkar götürəsən, barigahda eyş-işrətə baxasan! Olmaz, əsla ola bilməz!..
Ərmağan ölməyincə, onun qəbrinin üstünə yekə sal qaya qoyulmayınca, üstündə uca günbəz qaldırılmayınca, günbəzin kəlləsində kollar bitməyincə sənin doğduğundan Məmalik mülkünə varis ola bilməz! Elə bu zəhəri də mən özüm sizə içirəcəyəm!..
Ərmağan əlindəki şüşəni qəzəblə silkələyəndə şüşə oynadı, lampa cilik-cilik oldu, qalxan alovu Ərmağan payəndaz palazla boğdu, bayırda odlu şimşək çaxdı, güclü gurşad yağışda işıq pərdələrdən içəri keçdi, otaqda közə bənzər dil gəzdi. Ərmağan bütöv bir dünyanı başlı bütünlü itirmiş kimi, pərt olub çöl tərəfə qulaq verdi. Yağışdır, elə yağışdır ki, ucundan tut, göyə çıx! Ərmağan əlinin içində kibrit yandırdı. Guya kibrit yağışa düşəcək, yanmayacaqdı! Ərmağan başqa lampanı yandırdı. Dəyirmi stolun yerə sürüşən, neftə bulaşan örtüyünü götürdü.
Zəhərli şüşə qırıntılarını burnuna apardı. Zəhərin zəhmindən yenə də Ərmağanın gözlərinə qan çiləndi: "Xudaya, son mənim yolumu bağlamaqmı istəyirsən? - Ərmağan daha da qəzəbləndi. Deməli, xudaya, sən istəmirsən ki, mən ata qatili olam? Bilmirəm hansı haqla sən haqsızlıq tərəfində durursan!".
Ərmağan dəhşətə gəldi. Sanki etdiyi cinayətin izini itirmək məqsədi İlə zəhərli şüşənin qırıntılarını bircə-bircə yığdı, ayn bir parçada düyünçələyib bağladı. ''Bəlkə bu şüşə qırıntılarını yuyub təbəxxürdən keçirib yenə də zəhər damcıları düzəltmək mümkün oldu?".
Ərmağan qapını açıb qaravaşı çağırdı:
- Qız Xədicə.
- Bəli, xanım!
- Ay qız, karsan?
- Eşidirəm, xanım!..
- Pədərsüxtə bura gəl!
- Bə çeşm, xanım!
Xədicə gələn kimi Ərmağan onun saçlarından yapışdı:
- Nə vaxtacan sənin işini görəcəyəm?.. Nə vaxtacan sənin əvəzində şüşə silib, lampa yandıracağam?
- Xanım, toran qovuşanda, şimşəklər çaxanda mən gəldim, qapı bağlı idi!
- Döyə bilməzdin qapını?! Dəqqilbab edə bilməzdin?..
- Xanım, dəqqilbab etdim, eşitmədiniz!
Ərmağan xadimə qızın saçından çəkib ayaqları altına saldı. Savalan kəndlərində dəli inək balasını ayaqlayan kimi, Ərmağan da on beş yaşlı nərmə-
nazik qızı ayaqladı, onun qol-qabırğasını qırdı. Sanki o, Məhəmməd qızı Məhtabanı əzib-əzişdirdi. Bir azdan bu inilti-zarıltıyla Tehrandan, zabitlik danişgədəsindən yenicə yay tətilinə gələn Ərşad xan içəri girdi. O, anası ilə ötən küsülülüyü aradan götürmək məqsədi ilə qızın üstünə düşdü. Üç gün əvvəl zorladığı "sirri açsan, dilini dibindən kəsərəm!" - dediyi Xədicənin sümüklərini xurd-xəşil etdi. Ərmağan oğlunu dindirmədi. Ancaq Ərşad ölümcül xadimənin qolundan tutub otaqdan sürüdü:
- Qəm yemə, ana, - deyə o, təkəbbüranə nəzərlə güclə nəfəs alan Xədicəni süzdü. - Ölsə, elə gecə ikən izini itirərik! NƏ babam bilər, nə də atam!..
Xarici xanım ərköyünlüklə xan İmarətində dolanır, heç də əndərunbirunun qayda-qanununu tanımaq istəmirdi. O, üzünə salıb arada Məhtabanı da özü ilə əndərun bağçasına endirirdi. Xarici xanım əndərunda olanda qoca gülçü ilə hey zarafatlaşıb əylənirdi. O, qocadan becərdiyi qızıl güllərin növünü soruşur, ağ əllərinə tikan batmasın deyə dəri əlcək geyib, xoşladığı güldən öz balaca qayçısı ilə kəsib dəstə düzəldirdi. Əlvan güllərin ətri bir-birinə qarışır, xarici xanım məst olunca qoxulayır, sonra da Məhtabanın burnuna tuturdu:
Xanım, qoxulayın, ciyəriəriniz üçün faydalıdır! - deyirdi.
- Məhtaban qızılgül dəstəsini burnuna aparır, güllərin məstedici ətrini udsa da, rahatlana bilmir, sıxılan ürəyi açılmırdı. Xarici xanım xəstəsinə qayğı
göstərib:
- Xanım, mən sizin kədərinizi qovmağa cəhd etdiyim halda, - şabalıdı saçlı başını bulayırdı, - nə üçün özünüz-özünüzü qəsdən uzürsünüz?
- Düzü həkim xanım, özüm də heç baş açmıram, - deyə Məhtaban mamaçasının müqabilində nəzakətlə gülümsəmək istəsə də, bacarmayıb, yazıq
görkəm alırdı.
Xarici xanım saraylarının daxili fitnə-fəsadlarına az-çox bələd olsa da, Məhtabanın dəruni döyüntülərindən baş aça bilmirdi. Onun saysız-hesabsız sorğularına Məhtaban açılışıb cavab verib deyə bilmirdi ki, Ərmağan xanımın anası ilə birləşən məşum kölgəsi onu izləməkdən usanmır, hətta günün günortaçağı güllükdə onu rahat buraxmır.
O, deyə bilmirdi ki, həlakular evinə gəlin gedən Ərmağan namə yazıb öz atasını tələb edib, Məhtaban necə insanlıq göstərib atanın öz qızının yanına getməyini təkid edib, Məmalik xan öz qızının yanından necə dəhşətli xəbərlə qayıdıb...
Məhtaban açılışıb xarici xanıma deyə bilmirdi ki; gərgin doğum günlərində, ölüm-dirim arasında dayandığı vaxtda o, özündən çox bətnində çırpınan, bütün bu çəkişmə-didişməni duymuş kimi vurnuxan balasının taleyi üçün dərd çəkir.
O, firəng mamaçasına deyə bilmirdi ki, ömründə əndərun-birun tanımayan, hicab-örtü nə olduğunu bilməyən, hələ evlərində qız ikən at belinə qalxan, Ərdaha kəndlərində xanlıq eləyən Ərmağan xanım hansı ilan-çəyən yatan yuvanın necə zəhəri xilqətidir!
Məhtaban açılışıb xarici xanıma deyə bilmirdi ki, əgər Ərmağan bu izdivacdan narazıdırsa, atası Məmalik bu narazılıqdan narahatdırsa, qan çanağı kimin başında sınacaqdır?!
Məhtaban açılışmırdı, dərdini açmırdı, bütün bunları xarici xanıma demirdi. Hamısını öz ürəyinə salırdı! Xarici xanımın cidd-cəhdlərinə baxmayaraq Məhtabanın ürəyi dəqiqədən-dəqiqəyə daş yüklənən kimi ağırlaşır, qəfəsə salınmış yaralı quş kimi döyünür, az qala sinəsindən çıxıb qaçmaq istəyirdi!
Ancaq bu ürək sinədən çıxıb qaçmır, ana bətnində döyünən ikinci ürək üçün sızıldayır, ağlayırdı. Ana ürəyi nəinki indiyə qədər olanları, hətta ola biləcək
hadisələri görürmüş kimi için-için ağlayırdı... Əgər Məhtaban Qurana qəsəm qılmaqla taleyə əsir düşməsəydi, bismillahla başlanan əqdnamə ilə zəncirlənib bağlanmasaydı, Məmalik xanda nə azarı vardı?
Əgər Məhtabanın əri üstü unlu bir qoca dəyirmançı olsaydı, dəyirmandan duzsuz, alaçiy fətir gətirər, arvadına verərdi. Arvadı da alaçiy fətiri tikə-tikə kəsər, duza batırıb iştaha ilə yeyər, tale ilə razılaşar, "tanrımın qisməti belədir!" - deyib sınıq-sökük komasında rahatlanardı. Əgər Məhtabanın üstü unlu qoca dəyirmançıdan uşağı olsaydı, özü doğduğu kimi, özü də bələyərdi. Özü cır-cındaya bürüb-büküb, özü döşünə salıb əmizdirərdi. Məhtabanın özünə qalsaydı, xarici, şabalıdısaç mamaça, yaxud dayə nədi, öz uşağını gözündən qırağa qoydu nədi?!
Zəhər şüşəsini hövlündən çalxayıb lampaya çırpıb sındıran, biçarə Xədicənin nahaqdan ölümünə bais olan Ərmağan Həlakunu məhkəməyə çəkən, cəza hökmünü özünə oxuyan hakim harada idi? Bəs niyə görünmürdü? Niyə, əgər varsa, bir adil hakim cınqır çıxarıb demir ki, ağayi Ərşad Həlaku, ay millət zabiti, bəkarətinə toxunduqdan sonra, ananla barışmaq naminə hansı haqla xadimə Xədicənin olan-qalan nəfəsini də kəsib, onu qətlə çatdırdın, meyitini də gecə ikən uzaq bir xəndək altına atıb quyladın? Biçarə qızcığaz Avropanı gözmişdimi? Oradan beş qızıl çəkisinə zəhər almışdımı? Yaxud o binəvanın zəhərdən xəbər-ətəri vardımı?!. Zəhər şüşəsinin sınmağında, zəhərin tökülüb dağılmağında o kimsəsizin günahı nə idi?..
Görünür, Xədicənin günahı bu idi ki, cəmi-cümlətanı üç gün əvvəl Ərşad xan onun nazikcə biləyindən yapışıb çarpayısının üstünə fırlatmışdı, otağının qapısını möhkəmcə bağlayıb, qızcığazın ağzını əli ilə qapamış, bəkarətini zalımcasına pozmuşdu?! Elə buna görə də Ərşad ikitərəfli səy göstərmişdi, üzdə anasına xidmət etmək, əslində isə öz cinayətinin izini itirmək istəmişdi.
Ərşad xanın mülahizəsincə babası Məmalik rəiyyət qızının dadına-tamına baxmışsa, niyə nəvəsi baxmasın! Əgər Ərşadın Məmalik babası qocaldıqca başını itirib, bir kənizi özünə xanım edibsə, daha niyə nəvəsi başını itirib, kənizi sağ qoysun ki, sabah gözdən yayınıb, bir guşədə uşaq doğsun, bələyib balasını qucağına alsın, kəndbəkənd, şəhərbəşəhər İranı dolaşıb desin ki: - "Bu uşaq Həlakudur, buna rəhm edin, bu yazıqcığaza yemək verin, tərəhhümə gəlin, bizi xanənizin guşəsində gecələməyə qoyun!".
Axı, Məhtaban özü belə acı taleli qızlar haqqında az eşitməmişdi. İndiyə qədər onu sağ-səlim saxlayan atasının zəhmi, atası öləndən sonra Pəhləvan Məhəmmədin sayəsi, əlinə silah götürən fədainin kölgəsi idi! Pəhləvanın kölgəsinin qorxusundan bir kəs Məhtabana təcavüz edə bilməmiş, qoluqüvvətli qıza yaxın gələ bilməmişdi. Məhtaban belə böyümüşdü!.. Bəlkə Məhtaban ona söz atan Ərdaha cavanlarından birinin üzünə balaca gülümsəsəydi, qaşqabağını sallayıb palaz-paltarla qıjıltılı çaya tərəf enməsəydi, yaxşı idi?!.
Kaş, Məhtaban qoca xana məhrəm olmaqdan əzəl Quran qəsəmini pozub, daş hasarı aşıb, evlərinə qayıdaydı, heç xan xanımı olub öz ürəyini yeyə-yeyə xarici xanımla bahəm zər-ziba içində "bəxtəvər" görkəmində dolanmayaydı. İçində ilan qıvrılan güllərin arasında gəzməyəydi!..
- Yenə nəyin dərdini çəkirsiniz, Məhtaban xanım?
- Özüm də heç bilmirəm, hörmətli həkim!
- Axır sizə demişəm ki, mən olan yerdə siz heç nəyi özünüzə dərd etməyin!
Xarici xanım güllükdən qayıdıb xan imarətinə girdi, imarətin daxili səliqə- səhmanını öz zövqünə uyğun qurmaq məqsədi ilə başladı.
- Bu nədir, niyə özünüzü belə incidirsiniz? - deyə Məmalik xan çəkinə-çəkinə soruşunca, xarici xanım çəkinmədən gülə-gülə cavab verdi:
- Evinizdə Avropa düzəldirəm, xan!
- Nə Avropa?
- Avropa, Fransa!..
- Şərqdə, Savalanın ətəyində nə Avropa , nə Fransa, xanım?
- Mütərəqqi Avropa, Savalanın ətəyində mütəməddin Fransa! - Xarici xanım Məmalik xanın divardan açıb boşaltdığı, qulluqçu-qaravaşlar vasitəsilə aşağı zirzəmiyə daşıtdırdığı xalı-xalça yerlərini göstərdi: - Bax, buraya Fransadan zövq oxşayan tablolar gətirib asmaq lazımdır! Hələ doğum təntənəsindən sonra xanın yataqxanasına da əl atacağam, gözəl tablolarla, şəkillərlə Avropa düzəldəcəyəm!..
- Nə tablo, necə şəkil, xanım? Bizim evdə necə Avropa düzəldəcəksiniz?
- Biz təcili teleqrafla Parisə sifariş edəcəyik, sizin orada bankda olan pulunuzdan tabloların dəyərini ödəyəcəyik!
- Axır necə, nə təhər, xanım? - deyə məəttəl qalan, ancaq əziz qonağının xatirinə toxunmaq istəməyən Məmalik xan heyrətlə soruşdu.
- Düzü, mən xaricdə olanda siz buyuran o tablolara çox baxmışam, ancaq heç biri Təbriz xalı-xalçasınca mənə yapışmayıbdır!
- Üzr istəyirəm, Məmalik xan! - deyə xarici xanım Ərdaha xanının öz zamanından necə geri qaldığına pərt oldu.
Məmalik xan səhvini başa düşüb, tezcə təshih etməyə çalışdı:
- Axır siz necə buyurursunuz, xanım?.. Bəlkə bir də diqqətlə dinləyəndə xoşumuza gəldi? Mən, zərli çərçivələrin qiyməti barəsində əsla çənə-çürüklük etmək iştiyaqında deyiləm!
- Mən ən çoxu Avropa səliqə-sahmanını, mədəni üsuli tərzini, bəri başdan bizim təvəllüd tapacaq cavan xanın zövqünü nəzərdə tuturam!
- Necə, necə?! - Məmalik xan mamaçanın işarəsini bilsə də, məlul- müşkül dayanan Məhtabanın bulud kimi tutulan qaşqabağını açmaq, xarici xanımın yanında yabanı gorünən Məhəmməd yetimçəsinin üzünü balaca da olsa güldürmək üçün qəsdən sual verdi. Xarici xanım da öz pərtliyini tezcə bir tərəfə
atdı, Məmalikdən xeyli qənimət qoparmaq həvəsi ilə cavab verdi:
- Gələcək xanın, İranın ən mədəni, ən mütərəqqi xanının zövqünü ilk ibtidadan nəfis sənət əsərləri ilə tərbiyə etmək üçün mən deyən mədəni, müasir səliqə-sahman gərəkdir!
- O xan kim ola? - deyə ərköyün uşaq kimi ağzı açıla qalıb, varies həsrəti ilə gülümsəyən Məmalik bilə-bilə yenə xarici xanımdan soruşdu.
Xarici xanım da bilə-bilə üstünü vurmadı:
- Bu böyük xandır! - Utandığından başını gizləməyə yer tapmayan Məhtabana nəzər saldı. - Biz bu xanın yolunu səbirsizliklə gözləyirik! Heç şübhəsiz ki, mədəni mamaçanın əli ilə tutulan xanzadənin çox böyük xan olacağına ümid edə bilərsiniz! O, yəqin vəzir olacaq, sizin öz ibarənizcə desək, sədr-əzəm olacaqdır!..
Məmalik xan daba sözü döndərmədi, söhbət ciddi olsun, ya qeyri-ciddi, onun qırışıq torbalar içində itən gözlərində sevinc yaşları gəzdi. Bütün bu söz-söhbəti özü üçün təhqir sayan Məhtabanın qara kirpiklərində kədərli gilələr dolandı.
Qoca ərlə cavan xanım bir-birinə nəzər salınca, birdən eyni narahatlıq içinə düşdülər, onların hər ikisinin təsəvvüründə köz kimi qızaran, mirqəzəb ruhlu Ərmağan görününcə nəfəslərini güclə dərdilər...
12
Məhtaban barhəmlini yerə qoydu. Xarici mamaça körpəni öz qayda-qanunuilə tutdu. Məmalik xanın əsil arzusunun yerinə yetdiyini, oğlan uşağı doğulduğunu görüncə xarici xanım yerdən göyəcən sevindi. O, əndərundan gətirdiyi cavan xadiməyə ağ xalat geydirdi, onun köməyi ilə körpəni çimizdirib yuyundurdu, yançaqlarını şapalaqlayıb, bir qədər səsləndirib cığıldatdı. Sonra cavan ananı huşa gətirib:
- Xanım, oğlunuz olubdur, - deyə onu təbrik etdi. – Gözünüz aydın, xanın diləyi yerinə yetibdir!
Olan-qalan rəngi də süddüyan sarısı ikimi saralan Məhtaban hər necə ağrı çəksə də, analıq hissi ilə gülümsədi, razıməndlik əlaməti olaraq, təbibinin müqabilində uzun, qara kirpiklərini endirdi.
Mamaça fürsəti fövtə vermədən özünü nizama salıb bir neçə addım o tərəfdə, öz otağında intizarda dayanan xanın qapısını döymədən içəri girdi:
- Xan, müjdəmizə nə verir?
- Həkira nə buyursa?
- Bütün xanlığı!
- Mümkündür, xanım!
- Zarafatsız xan, oğul varisi-vəliəhd müjdəsinə nəqd nə əta edirsiniz?
- Firəng bankında yatan məbləğin on faizini!
- Bəlkə on beş ola, böyük xan?
Xan əlini sağ gözünün üstünə gətirib:
- Bə çeşm, - dedi. - Olsun on beş!
Mamaça isti-isti masa üstündəki qələmə işarə etdi. Xan dediyində durdu. O cibindəki açan çıxarıb xaricdən gətirdiyi polad sandığı açdı, dilim kitabçanı
çıxarıb əskinası andıran etibarnaməni yazıb doldurdu, imza edib şəxsi möhürünü də buraya basdı, dilim vərəqəni kötüyündən qoparıb xarici xanıma təqdim etdi.
Xarici xanım vərəqəni nəzərdən keçirincə gözləri od alıb alışdı, sevincindən vücudu qızışdı, o dünyanı vecinə almadan xanın o üzündən, bu üzündən öpdü, ənnik-kirşanlı üzünü xanın ağ yumşaq saqqalına sürtə-sürtə nazlanıb kəkilli fərə kimi yastılandı:
- Böyük xana başımla söz verirəm ki, onun varisini öz nəzarətim altında böyüdüb, cavan vəliəhdim cah-calalla özünə çatdırım! Ancaq bir şərtlə.
- Nə şərtlə, xanım!
- Şərtin ağırlığını mən öhdəmə götürəcəyəm!
- Bəs yüngülünü kimin öhdəsinə buraxacaqsınız?
- Yüngülünü sizin, Məmalikin!
- Ağır-yüngülü nədən ibarətdir, bilmək olmazmı?
- Ağın budur ki, mənim Parisdə bir mədəni Rəfiqəm var, - deyə xarici xanım dayəliyi mütləq həmin rəfiqəsinə şərt qoydu.
- Məbtaban xanım çox çətin ki, körpəsini gözündən iraq qoya, - deyə Məmalik xan başını aşağı saldı. - Çox çətin ki, Məhəmməd qızı xarici dayəyə razı oldu!
- Axı nə üçün razı olmasın? - Xarici xanım heyrətlə yırğalandı. - İndi Məhtaban Məhəmməd qızı xanım olubdur!.. Onun üçün öz uşağını belə böyütmək əlverişlidir? Qoy cavan xanım bərli-bəzəkli geyinsin. Şərq üslubunda tovuz quşu sayağı sallansm, bizim səxavətli xana uzun ömür bəxş edən səadət gətirsin, onu cavanlaşdırıb daha qocalmağa qoymasın!..
- Sizin rəfiqəniz gəlsə, şərti necə olacaqdır?
- Mənim rəfiqəm çox nəcib xanım, mədəni mürəbbiyədir, - deyə xarici xanım rəfiqəsini vəsf etdi. - Sizin firəng bankında olan məbləğin faizini istəməkdən o yana getməyəcəkdir!
- Oralı-buralı, eləmi, xanım?
- Yəni böyük xan buradakı xərc-məxarici buyurmaq istəyir?
- Əsla! Biz elə də xəsis deyilik. Şərtimiz baş tutsa, sizin rəfiqəniz nəinki oğlumuzun dayə və mürəbbiyəsi, həm də ən əziz qonağımız olacaqdır!
- Onda şərtiniz nədir, böyük xan?
- O sizin fərmayişinizdən asılıdır.
- Fərmayişim belə olar ki, sövdamız baş tutsa, mən sizin xeyrinizə hərəkət edərəm!.. Sizə izafi cəfa olmasın deyə Paris bankındakı məbləğin faizinin yarısını ona verərik!.. Bir qismini də təvəllüd tapan xanın mütərəqqi oyuncağına!..
Məmalik xanın oğlu xəbərindən huşunu itirmək dərəcəsinə gəldiyini görər xarici xanım, rəfiqəsini bir də tərifləyib göyə qaldırdı, onun firəng dilindən başqa üç Avropa dilini - alman, ingilis, ispan dilini bildiyini də əlavə etdi:
- Bəli, mənim rəfiqəm xanzadəyə elə dil açandan bu dilləri də təlim edər! Bütün İran xanları bizim növcavan ən çox dilbilən olar! Beləliklə, şübhəsiz, gələcəkdə taleyini mədəni Avropa ilə bağlayan İranın baş vəziri olar!..
- Mən istəyirəm ki, bizim növcavan Ərdaha mülkünün varisi olsun! - Məmalik xan, ifrata varan xarici xanıma öz əsas məramını bildirdi. - Mənim ümdə məqsədim budur!
- Xeyr, Ərdaha mülkü bizim tərbiyəmizlə böyüyən növcavan xan üçün azlıq edər, - deyə xarici xanım əl-qolunu açdı. - Mənim rəfiqəm ona Firəngistan cahangirliyindən təlim verəcəkdir! O, görəcəkdir ki, öz yerində rahat, firavan yaşamaq üçün qıraqları qarmalamaq, ucqarları çəngələmək zəruridir!..
- Bu, xam xəyaldır, xanım! İran indi öz başını güclə girləyir, təzədən İrana nə cahangirlik?
- Biz xam xəyalı həqiqətə çevirərik. Biz onu mütləq cahangiranə hakim kimi, Napoleon hərbi yürüşləri üzərində tərbiyə edərik! Məmalik malikanəsində
möhkəm-müstəhkəm dayanmaq üçün onun öz yan-yörəsini qorxuya salması zəruridir! Yoxsa, darısqal dairədə növcavan xanı sıxıb suyunu çıxararlar!
Xarici xanım yarızarafat, yarıciddı danışıb güldü. Məmalik xan bir qədər sükut edəndən sonra xarici dayə barəsində başlayan söhbəti maraqlı olsa da vaxtından qabaq saydı. Xarici xanım Məmalik xanın fikri ilə çətin razılaşdı. O, dedi ki, firəng dayəsini Məmalik mülkünə gətirib çıxarmaq azı-azı üç ay çəkər.
- Bəs üç aya qədər bizim, körpəyə kim göz olar?
- Məmalik xan öz varisini Həlaku sicillisinə mənsub qız nəvələrindən xeyli yuxarı mərtəbələrə qaldırıb, dədə-baba düşmənlərinə yanıq vermək üçün
hər nəyə desən razı olduğunu gizlədə bilmədi.
Məmalik istəmədi ki, Avropaya açılan qapı örtülsün, ordan Məmalik malikanəsinə saçıla biləcək işıq qapansın. Fikirləşdi ki, bəlkə də xarici xanımın şərtinə əməl etsin, onun firəng rəfiqəsini şöhrət üçün gətirsin, necə deyərlər, bəri başdan bir verib, o başdan iki qazansın. Onun oğlu Məmalik mülkünün varisi olmaqla, dədə-baba düşmənləri həlakuları xeyli ötsün, məmaliklər sicillisini qaldırıb bütün xanlardan neçə baş uca etsin!
Onda görəsən başqa xanların paxıllığı tutmazdımı? Onlar oturub-durub, hər yanda sulu qəlyan xoruldada-xoruldada deməzdilərmi ki, növcavan Məmalikin zatı qırıqdır? Deməzdilərmi ki bir tərəfi cılda rəiyyətdir? Bəlkə Məmalik mülkünün xanı üçün anasının rəiyyət qızı olması o qədər də irad tutulmasın?
Lakin xarici xanım deyən vəzirlik mənsəbində, baş vəzirlikdə zat-nəcabət nəzərə alınmayacaqdımı?.. Məclisi-İran belə şəxsə səs verib, qol qoyub, əl qovzayıb onun dövlət başında durmasına razı olacaqdımı? Hələ Şahənşah Qacarın Özü "zatı qırığın" baş vəzir olmasına imza atacaqdımı?..
Əvvəllər Məmalikin başına heç belə dolaşıq fikirlər gəlməmişdi. O ancaq öz dədə-baba mülkünün dərdini çəkmişdi. İndi birdən huşu başından oynayan, istəyinin ziddinə iştahası itilənən qoca xan ağır vəziyyətdə olan öz xanımının qapısını açıb onun əhvalını soruşmadan, Avropadan açılacaq qapının dərdini
çəkirdi.
Axır bu mamaça haradan belə tamlı-dadlı bir zadı qocanın damağına damızdırdı ki, indicə-indicə rahatlanan qocanın başı bunca gicəllənsin?
Məmalik xan ağ bığını, ağ saqqalını tumarladı.
- Deyəsən Məmalik xan daxili gərginlik keçirir? - deyə xarici xanım gözlərindən güldü.
- Düz buyurursunuz, xanım, - deyə qoca xan öz tərəddüdünü gizlədə bilmədi. - Düzü ayazıyan beynim dumanlanmağa başlayır!
- Nə üçün?
- Bu firəng dayəsi barədə.
- O barədə heç də həyəcanlanmayın. Vaxt olar yaxşı-yaxşı fikirləşərsiniz!
- Bəs o dayə gəlincə necə olsun? - Xarici xanım ustalıqla geri çəkilincə, Məmalik xan nəyinsə əlindən çıxa biləcəyindən qorxub irəliləyir, həlakuların
acığına öz varisi üçün çox qazanmaq istəyirdi. - Bəlkə biz Məhtaban xanımla bir yaxşıca məsləhətləşib, xanzadənin tərbiyəsini elə lap ibtidaidən, bəri başdan firəng dayəsinin əlinə verək?! Onacan, yəni bizim oğlanın üç aylığınacan özünüz bizdə qonaq qalasınız?
- Bu, mənim üçün çox çətin olar, xan!
- Nə üçün, xanım? Biz sizin qulluğunuzda dura bilmərikmi?
- Çox-çox çətin olar, - deyə Məmalikin nəbzini tutan, onun iştahasını duyan mamaça naz satdı, - başqa tanış-biliş xanların dəvətlərini yerə salıb,
xəcalətdə qala bilmərəm!
- Əgər hamı xanların əvəzində, firəng bankına verdiyim çeki təzələyib on beş faiz əvəzinə, iyirmi beş yazsam, necə?
- Onda ayrıca söhbət edərik, - deyə xarici xanım ustalıqla əl atıb qoca xanın biləyindən tutdu:
- Gedək, gedək, xanımınıza gözaydınlığı verin!..
Xarici xanımla qoca xan Məhtabanın yanına girdilər. Məhtaban tabuta qoyulan ölü kimi sapsarı idi. Xanun ay işığında gördüyü gözəllikdən, onun
köpüklü göldə çimən çağından heç nə qalmamışdı. Sanki Məhtaban nəyi vardısa hamısını əsirgəmədən yanında, ağ örtüklü beşikdə yatan körpəsinə vermişdi. İçəri girincə xan da, mamaça da səssiz durdu. Nə etmək lazım gəldiyini düşünən mamaça yuxulu körpəni beşiyindən qaldırıb, yan otağa keçdi, körpənin üzünü açıb xana təqdim etdi.
Əzəlki halına qayıdan xan körpəni qucağına aldı, gözlərini yuxarı dolandırdı, xarici xanımın Avropa madəniyyəti müqabilində öz müsəlmançılığını büruzə vermədən ürəyində:
- "Xudaya, səd həzar şükür! - dedi. - Daha mənim, dədə-baba düşmənim həlakuların qarşısında parlayan qılıncım vardır! Mənim elə bir qılıncım var ki, gələcəkdə bütün həlakuları kəsə biləcəkdir! Həlakular üçün dörd oğul doğan Ərmağanın özünü də!".
Sanki şadlığından coşan ata ilə uzaqda olan qızı deyil, barışmaz düşmənlər üz-üzə, göz-gözə durdular. Məmalik xan körpəsini bağrına basmaq, ürəyini yarıb içinə qoymaq istəsə də ehmallı tərpəndi, özünü yığışdırıb öz təmkinini pozmaq istəmədi. Dünyanı yorub yortan xarici xanım, dəruni həyəcan keçirən qocaya dəymədi, onu öz körpəsi ilə qoyub zahının yanına döndü, Məhtabanı hüznlə boş beşiyo baxan gördü:
- Xan körpənizi götürdü, siz yatmışdınız!
- Haraya götürdü körpəni? - Vəziyyətinin ağırlığına baxınadan Məhtaban əllərini döşəyə dayayıb çarpayısında oturdu. - Haraya apardı körpəni, xan?
- Xanım, sizin belə tərpənməyiniz, durmağınız əsla yaramaz, - deyə mamaça gülümsəyə-gülümsəyə Məhtabanın çiyinlərindən yapışıb onu öz yumşaq
rəxt-xabında uzatdı. - Siz əsla nigaran olmayın, oğlunuz atasının qucağındadır!
- Atası bir əl boyda körpə ilə necə rəftar edə bilər?
- Düzü, xan bilmir övladını yerə qoysun, ya qanadlandırıb göyə qaldırsın! Düzü, qoca az qala başını itiribdir!
- Xan sevinirmi, xanım?
- Bəli, xanın sevinci intəhasızdır!
- Düzü, mən də belə istəyirəm. Qoy iztirab çəkən qoca ömründə bir kərə sevinsin!
- Bəs siz özünüz necə, xanım? Siz niyə sevinmirsiniz?
- Mən xəstəyəm, xanım!..
- Axı nə üçün?..
Mamaça sözünü qurtarmamış, qoca xan qucağında gözlərini açan körpəyə baxa-baxa içəri girdi. Onu Məhtabanın böyrünə uzatdı, titrəyən dodaqları ilə xanımının saralan yanaqlarından öpdü. Xaricdən dayə dəvət edib-etməmək məsələsini sonraya qoydu. Qoca xana qayıdan cavan atalıq hissi onu daha qəmdən çıxıb ayılmağa, bir insan kimi mərhəmətli olmağa çağırırdı. Düzü, bu halında bilmək olmurdu ki o qoca Məmalikdir, ya Pəhləvan Məhəmmədin cavan kürəkəni...
13
Yetmiş yaşlı Məmalikin oğlu olmaq xəbəri hər yana yayılıb dədə-baba düşməni həlakulara çatdı. Bu xəbərdən bütün həlakuların böyüyündən kiçiyinə sir-sifəti turşudu. Həlaku ilə Məmalikin böyük nəvələri burunlarını bir qarış salladılar. Xırda nəvələr mırıldandılar. Ərmağan xanım qapandığı otaqdan çıxmadı, qana susayan sifətini göstərmədi.
Bu hal qoca Həlakunun xeyli xoşuna gəldi. Yaxşı ki, Məmalik qızı Ərmağan dədə-baba düşməni qayınatasının titrəyən qırışıq sifətini, əsən çal bığlarını, açılıb-yumulan, damarları titrəyən əllərini görmədi. Bəlkə qayınatasının belə övzainə görə Ərmağan xanım inada düşər, adlayıb atasının tayında durar, qoca Məmalikin yetmiş yox, lap yüz yaşı olsun, ona bəraət verər, atasının səngərinə keçərdi. Özü də tərəddüd göstərmədən qılınc siyirib, atasının oğul varisinin keşiyində durar, bu gecikən varisin başından bircə tük əskik olmağa qoymazdı.
Onda daha məmaliklər mülkü həlakular torpağına qarışmaz, yenə dədə-baba düşməni sicillisinin tüstüsü Savalana ucalar, gələcəyinə həlakular göz açmağa macal tapmazlar. Birdən Pəhləvan Məhəmmədin nəvəsi ana babasına oxşasa, onun qolunu qatlayan kas nəinki həlakular torpağında bütün məmləkətdə tapılmaz. Birdən bu əcaib uşaq qalxıb, boy atıb qollu-qanadlı Rüstəm-Zal olar, hər hansı düşmən ondan tük salar. Bəlkə bu çağa pəhləvan, sərkərdə olub öz Məmalik əcdadının intiqamını ögey bacısının həlaku uşaqlarından alar, öz qılıncım onlardan əsirgəməz, hamısını ölüm körpüsündən keçirər, həlakuların başlarını nizələrə taxdırıb kəndbəkənd gəzdirər... Quru küləşə düşən qığılcımdan ya payız xəzanından meşəyə düşən ildırımdan hansı alov desən çıxmaz. Bəli, alov aləmi büruyər, kənd deməz, oba deməz, hamısını yaxıb-yandırar.
Birdən fırəng mamaçasının əli ilə doğulan uşaq başqa bir firəng dayəsinin əli
ilə tərbiyə alar, Avropa dillərini bilər, nəinki şahsevən xanları içərisində, bütün
İran xanları arasında öz fəhm-fərasəti ilə fərqlənər! Yox Pəhləvan Məhəmmədin
yetimçəsindən doğulan bu əcaib uşaq yekəlib, boy atıb qalxa-qalxa süpəhsalar,
vəziri-cəng olar. Hər nə oyun desən bu vələd-xətərdən çıxar! Əslinə dürüstlüklə,
diqqətlə baxanda yetmiş yaşlı qocada nə kişilik?!
Qoca Həlaku bütün bunları öz-özlüyündə götür-qoy etdikcə qəzəbə dolur, qeyzə gəlirdi. "Bəlkə oğlum Ərdahan söyləyən sayaq vaxtında açıq-açığına hərəkət etməyinə dəyərmiş?.. Bəlkə Ərdahanın əli ilə Ərmağanı öz atası Məmalikin üstünə birbaşa ovxalayıb itiləmək gərək imiş?! İtiləmək gərək imiş ki, Ərmağan ilk əzəldən işə qarışaydı uşaq işıqlı dünya üzü görməmiş anası qarışıq rədd ediləydi...".
Bu fikirlə öz otağına çəkilən, gəlini Ərmağandan da ziyadə qan tutan sir- sifətini başqalarından da artıq öz nəvələrindən gizlədən qoca Həlakunun
beynində qanlı mühakimələr gəzinirdi. Çalbığ Həlakunun içəridən qan laxtaları tutan qırışıq sifəti göydəki qara buludlardan da bərk tutulurdu! Birdən sanki bu qara buludlar parçalanır, çalbığın gözlərində ayazıyan göy zolaqlar görünürdü. Həlaku vurnuxa-vurnuxa, öz çal bığlarını dartışdıra-dartışdıra düşünür, gəlini Ərmağanın mütləq bu işə qoşulacağını yəqin edincə, tutqun sifəti açılırdı. Əksinə, birdən gəlininin tərəddüd göstərib, qoca atası tərəfində duracağını gümanına gətirincə, yenə də sifətində odlu şimşəklərdən xəbər verən buludlar toplanır, çöhrəsi kömür kimi qaralırdı.
Həlaku işinin çəmini tapınca vurnuxur, adətinə görə ona ariz olan müşkülatı ayıq başla həll edirdi. O, qızışan başla fərman verməkdən çəkinirdi. Hər necə
qızışsa da onun ustalığı vardır. Qoca Həlakunun məkri onun astalığı və ustalığı ilə müşayiət olunurdu. Çalbığ Həlakuya görə gərək bu iş elə üstüörtülü, ustalıqla olsun ki, heç şeytan da baş açmasın. Gərək Ərmağan atasının süni varisini məqamında boğsun! -deyə çapalayıb vurnuxan Həlaku hər iki əlini qabağa gətirir, sanki qohumunu boğazlayıb, var gücü ilə boğurdu. - Gərək gələcəyinə azacıq aşın duzu olmayan tifil elə bəri başdan biryolluq qəbra qoyulsun!
Onda qoca Məmalik bu zərbəyə bir ləhzə tablamaz, öz-özünə kəlləsini atıb, cəhənnəmə gedər! Biz həlakular da atlanıb yollanarıq Ərdahaya!.. Dizlərimizə
döyə-döyə elə şəbih çıxarıb, elə şaxsey-vaxsey qoparıb, təziyədarlıq edərik ki, görən deyər, bu nə yasdır, xudaya?!
Mərhumu öz ata-babasının sərdabasında dəfn edərik, bununla da Məmalik xanlığı ilə birdəfəlik hesabı çürüdərik! Sonra?.. Sonra o tərəf-bu tərəf nəvələrimiz arasında qalmaqal baş verməzmi?.. Onlar həlakularla məmaliklər kimi qoşunkeşlik edib o tərəf-bu tərəfı od-alova tutmazlarmı? Qoy məmaliklər yerli-dibli olmasınlar. Bizim qədim qəddar düşmənimizin, dədə-baba rəqibimizin yuvaları belə qalmasın. Axır, Məmalikin qızı Ərmağanı hər necə Qurana qəsəm qılsam da, Ərdaha mülkü üçün almışdım!
Görünür, Sərəncam xanımın ölümündən xeyli il sonra əsnəyib ayılan Məmalik özünə varis düzəldib ki, mənim ustalıqla saldığım körpünü uçursun, özü də indidən əcnəbilərlə dostluğa, mehmannəvazlığa girişsin ki, arxası alınmaz qala kimi güclü olsun! Yoxsa Pəhləvan Məhəmmədin yetimçəsi firəng mamaçasız da ötüşə bilər, çox asanlıqla öz yükünü yera qoya bilər, doğduğunu da əski-üsküyə bələyə bilərdi!..
Məhtaban Məhəmməd qızı, palaz-paltar yuduğu çayın kənarında, iydə kollarının dibində də doğub, öz çağasını cır-cında tumanına büküb, Ərdaha kəndinə də dönə bilərdi! Gör, tülkü Məmalik işi nə yerə çatdırıbdır ki, yetimçənin üstünə, oğlunun xidmətinə xarici xanım, firəng mamaçası gətiribdir! Bu xaricilərin də barmağı bir yuvaya ilişdimi, Allah özü aqibətindən saxlasın! Üzünə gülə-gülə, başını pambıqla kəsəcək. Üzünə gülə-gülə var-yoxunu sil-süpür edib, qanını da sümürəcək?.. Səni barmaq kimi lüt-üryan qoyacaqdır! - Pəncərələri örtülən otaqda kürsü üstündə oturmuş çalbığ xan şəhadət barmağını ağzına salıb sümürdü, sonra da çal qaşları örtən gözlərinin qabağında fır-fır fırladı:
- Bax, xarici belə edir! Olmazmı bu işdə mən özüm top-tüfəngə əl atmadan, zor-güc işlətmədan, heç bir od-ocaq qalamadan gülə-gülə tərpənim, öz məqsəd-məramıma məqamında çatım?! Gərək indi daha xaricilərdən öyrənəsən!.. İndi gərək dostluq bürüncəyində gizlənən düşmənçilik qəsdini öz məqamınacan çatdırasan!.. Hamısını da yumşaq-yumşaq, gülə-gülə!..
Bax, elə biri mən Həlaku! Məgər mən Quranı əlimdə qalxan edib, Məmalik qızı, Ənnağanı oğlum Ərdahana əbəs yerə gəlin gətirmişəm?.. Bəli, qohum oluruq, dədə-baba ədavətimizi biryolluq torpağa basdırırıq, özümüz də Quran qəsəmi ilə kürək-kürəyə verib qıraq xanlıqlarla vuruşuruq, qənimət gətiririk - demişəm! Demişəm ki, daha qonşuluqda haçanacan gərək biz bir-birimizi qırıb tərk edək? Haçanacan obalarımızı odlayıb halətdən salaq? Yenə indiyə qədər bir tərəf o biri tərəfi biryolluq bassaydı, dərd yarı idi. Gah bu tərəf, gah o tərəf! Nə Məmalik tərəf biryolluq qırılıb qurtarırdı, nə də həlakular! Arada vergilər batırdı.
Əlinə fürsətdüşən Qacar qoşunu da tirəndazla sinəmizə çökürdü! Əmin-amanlıq yaratmaq bəhanəsi ilə olan-qalanımızı da talan-qarət edirdi... Amma neçə ildi ki, Ərmağan xanım bizə gəlin gələndən çox qulaq-dincliyidir. Az-çox görürük ki, rəiyyət haradadır, rəncbər harada. Kim vergiyə rayic, kim vergiyə cığaldır! Kim ac olsa da xan müqabilində boyun əyib, borcunu ödəyir, kim tox olsa da dörd-nala qalxıb Tanrıya təpik atır, xan anbarına bir dənə darı da vermir.
Düzdür, məmaliklər, həmçinin həlakular tərəfindən Savalan dağına çəkilən, kəndlilərə dil öyrədənlər az deyil. İndinin özündə Təbrizdə başlayan Şeyx Xiyabani ixtilal qovğasına görə o qədər artıbdır ki, Qacar qoşunları da onlarla bacarmır. Biz xanlar birləşib, Savalana silahlı dəstələrimizi yeritsəydik, yaxşı idi! Yoxsa Şahənşah Qacar haçanacan məmləkətdə bu xanı qızışdırıb o xanın üstünə salışdıracaq, o xanı qızışdırıb bu xanın üstünə cumdurub, hər ikisini taqətdən salıb boyunduruğa qoşulası öküzlər kimi qulaqlayacaq?!
Öz-özünə söylənən Həlaku durub Təbriz xalıları üzərində gəzindi, fürsəti fövtə verib işi çətinləşdirmədən qapını açıb oğlunu yanına çağırtdırdı. Ərdahan pörtmüş halda içəri girdi, atasına salam verib, təzim etməyi də unutdu.
- Nə olub belə qaralmısan? - deyə Həlaku oğlunu qabaqladı. - Olmaya naxoşlamısan?
- Xeyr, ata!
- Bəs başına ixtilalçı toplaşan Savalan dağının buludları kimi nə tutulubsan?
- Tutulmaq azdır, ata!
- Nə üçün, nuri-çeşmim?
- Qoca qohumunuz ağayi Məmalik bizə rüsvayçılıq, biqeyrətlik, Savalan dağı ağırlığında töhmət gətiribdir! Mən başımı qovzayıb nəinki adamların üzünə, heç günəşə də baxa bilmirəm!
- Məmalikin əməlindən sənə nə?
- Necə mənə nə? Məgər Məmalik mənim qayınatam deyil? Məgər o bişərəf sənin nəvən Ərşadın, Gurşadın, ya xırdaların babası deyil? Sabah Tehran danişgədəsində sənin sicillini daşıyan Ərşad yad balalarının qabağında başını necə yuxarı qovzaya bilər?
- Öz boynuna dağ boyda yük götürmək nə üçündür?
- Bundan sonra daha nə söhbət ola bilər, xan?
- Bunu belə sənə kim deyibdir, Ərdahan?
- Hamı, nə çox İranda söz gəzdirən dərviş, sail!
- Müxtəsəri hansı dərviş, hansı sail deyib?
- Hər kəsdən əvvəl Ərmağanın özü bütün əhvalatı açıb mənə nağıl edibdir!
- Ərmağan xanım?
- Bəli, heç o da başım daldalamağa yer tapmır! Birun ya əndərun bizə mübarəkbadlıq elədikcə, bilmirik ki, başımızı harada gizləyək?! Hələ teleqraf Tehrandan, ətraf xanlardan, xaricdən istehzalı mübarəkbadlıq gətirəndə gör, nə boyda cəncəl olacaq!.. Harada görünüb ki, yetmiş yaşlı əprimiş qocadan övlad törəsin, varis-vəliəhd vücuda gəlsin? Əgər Sərəncam xanım rəhmətə getməsəydi, qoca bunca başını itirməzdi!
- Sinəndə suzan olan sözlərini qurtardınmı, oğul?
- Məgər deməklə qurtarasıdır, ata?
- Səbəb, səbəb, səbəb?!
- Səbəb budur ki, sən qarşımı almasaydın, indi mən düşmən Məmalikin biqeyrət, bişərəf hərəkəti üstündə xəcalət gölündə belə boğulmazdım! İndi dur,
sabah Tehrana get, görək. Ya bu yanda Şeyxin şüarıyla çalxanan Təbrizə yön al, baxaq. Görəcəksən bütün tacir-tüccar gözlərini qıyıb, rişxəndlə baxırlar. Deyirlər ki, qoca qayınatan Məmalik Ərdaha gədə-güdəsindən, ya Savalanın başıpozuq çoban-çoluğundan, yaxud əndərunda, birunda şələ dartan hambal-humbaldan sənə qayın, uşaqlarına da dayı düzəldibdir!
- Sənə deyənlərin sənəd-sübutu vardırmı? - deyə Həlaku kibrit çəkib sulu qəlyanı yandırdı, kürsüdə əyləşmədən dilim döşəkcənin üstünə sərildi, yarımsöykəli uzanıb, dirsəyini də qotazlı mütəkkəyə verdi. - Elə qurcalanıb oyalanırsan ki, guya atan Həlaku bir nakuvara iş gorüb, səni töhmət-tənə
dənizinə tullayıbdır?!
- Atam, ya qayınatam, əğyar müqabilində nə fərqi?
- Fərqi çox-çoxdur! O Məmalikdir, biz Həlaku! Bütün İran bilir ki, biz haçanın qanlı-bıçaqlısıyıq!.. Bəs onda niyə sən məni öz qanlı-bıçaq düşmənimizlə calaşdırdın, ağıllı ata? Ona görə ki, davasız-şavasız məmaliklər mülkünün sahibi olasan!
- Bəs indi bu qondarma varisdən, yalançı vəliəhddən sonra nə təhər?
- Onu tezliklə aradan götürmək gərəkdir!
- Beşikdəki tifilin üstünə qoşun çəkmək, eləmi, Həlaku xan?
- Yox, əsla yox, Ərdahatı!
- Bəs necə olsun?
- Sənə dönə-dönə demişəm, Ərmağanın əli ilə! - çalbığ qoca qəlyana qullab vurdu, onun tüklü qaşları altında gizlənən hiyləgər gözləri genişləndi. -
Ancaq qızının əli ilə!
- Bəlkə bacısı qardaşının qəsdinə dolmadı?
- Dolacaq!.. Mütləq dolacaq!
- Nə şərtlə, xan?
- O şərtlə ki, sən səbirli ot, bu işə açıq müdaxilə etmə! Öz kinini-küdurətini yenə də bərk-bərk gizlə! Əsil məqsədini büruzə vermə! Qoy qeyrət yükü ancaq Məmalik qızının öz boynuna düşsün!..
- Kişisi dura-dura qeyrət yükü arvadının boynuna düşsün, xan?.. Bu da qeyrətdəndir?
- Dovşanı araba ilə! - Çalbığ Həlaku son günlər tez-tez işlətdiyi misalını yenə də çəkdi. - Düzü, mən elə bayaqdan tək-tənha fikirləşirdim, öz-özümlə əlləşirdim ki, gərək biz də bu xaricilərdən xeyli əməl öyrənək!
- Necə, ata?
- Üzə gülə-gülə! Bəli, biz Ərmağan xanımın atasının üzünə açılışıb, onları acılamayaq! - Çalbığ öz oğluna təlim keçməyində davam Medirdi: - Hələ mən fikirləşirəm ki, gərək biz Məmalik malikanəsinə qucağı qurbanlı yollanaq... Yetimçədən doğulan oğlunun mübarək badlığına!
- Hansı oğlunun mübarəkbadlığına? - Ərdahan acı-acı güldü. - Pəhləvan Məhəmmədin yetimçəsindən doğulan, gədə-güdədən, çoban-çoluqdan, törəyən
zinanın mübarəkbadlığına!
- Bəli, mütləq!.. Biz gədə-güdədən, çoban-çoluqdan düzələn heç bir uşaq tanımırıq. Biz Məmalikin nuri-didəsini təbrik edirik!
- Ərmağan Məmalik mülkünə əsla qədəm qoymaz!
- Biz səbir göstərsək, Ərmağan tablamayacaq!..
- Hansı babətdən, kişi?
- Biz istəyən babətdən, oğul. Gərək Məmalik xan görsün ki, bizim onun işinə heç bir dəxalətimiz yoxdur! Bəli, biz bu işi qızı ilə atasının öhdəsinə
buraxırıq... "İlanı Seyid Əhməd əli ilə!".
- Bəlkə heç Məmalik qızının əlində nə ilan, nə zəhər yoxdur?!
- Ərmağan istəsə, ilan da tapar, sür-sümük çürüdən zəhər də!
- Deyəsən, xarici səyahət zamanı bir şüşə zəhər alıb gətiribmiş!..
Həlaku xan dikəlib döşəkcədə oturdu...
- Bəs necə olub?
- Özü dediyinə görə az əvvəl qurcalananda sındırıbdır!
- Nə üçün qurcalanırmış ki?
- Guya özüno qəsd etmək niyyətində imiş!
- Yox, yox, gəlin əsla özünə qəsd etməsin!.. Sonrasına ikimizlikdə baxarıq!
- Elə bu xəbərin üstündə hirslənən Ərmağan xanım xadimə Xədicəyə acıqlanıb Ərşad da içəri girib diluzunluq eləyən xadimənin qarnına neçə təpik çalıbsa, qız tələf olubdur!
- Nə qədər məndən gizləsəniz də, həmin hal bilmişəm!
- Bəli, Xədicə elə gecə ikən quylanıbdır!
- Bax o varisi də beləcə quylamaq gərəkdir!
- Heç onu xadimə Xədicəsayağı gizli quylamaqmı olar?
- Qoy quylamaq olsun, ya gizli, ya aşkar!.. Qoca Məmalikin oğul varisini quyladınmı, deməli, özü də quylandı!
- Quylayan ancaq Ərmağan olmalıdır, eləmi, Həlaku xan?
- Bəli, bişəkk, bişübhə!.. Qoca sulu qəlyanının müştüyünü damağına alıb, çal bığlarına oxşayan cod qaşlarını zəhmlə endirdi. - Bəli, xaricilərsayağı üzə
gülə-gülə, Qacar qəsrində olan sayaq zəhərləmi, nə iləmi, müxtəsərr!!!
- Bəlkə biz bir yandan zəhər tapıb Ərmağana verək?
- Yüz dəfə demişəm, yüz birinci dəfə də deyirəm, Ərmağanı hürkütmək olmaz!
- Bəs, necə eləyək ki, biz Tehranda, Təbrizdə baş qovzaya bilək?!
- Həm də məmaliklər mülkünü həlakular torpağına tez zamanda ustalıqla qarışdıra bilək! - deyə Həlaku xan döşəkcədən dik ayağa qalxdı. - Ayının yüz
oyunu var, ancaq bir armudun başında!..
- Ata, töhmət yükünü elə aşkara boynumuzdan götürsək, necə? - Hövsələsini yeyə bilməyən Ərdahaq atasından fərqli olaraq nə isə ayrı cürə israr
edirdi. - Qoy, külli İran eşidib bilsin ki, biz həlakular hansı qeyrətin sahibiyik!
- Əsla! - Çalbığ Həlaku qeyzə dolan oğlunu danlamaqda davam etdi: - Güc-zor lap sonuncu işdir. Xaricilər sayağı üzə gülə-gülə Ərmağan öz qardaşını tələfmək üçün zəhər tapmasa da, başqa çarə tapar!.. - Həlaku xan bir əli cod bığlarına apardı. O biri əli ilə də oğlunun ara-sıra çəkdiyi tiryəkcı yanıb qaralan dodaqlarını örtdü. - Bu barədə bir daş altda, bir daş üsdə!..
Məhtabanı körpəsi həlakular ailəsində gedən mübahisədən, başının üstündə tonan qılıncdan xəbərsizdi. Tifil göz açan kimi anası üçün dodaqlarını büzür, ancaq anasını arayırdı. O, səslənər-səslənməz Məhtaban səksənir, onu qayğı ilə beşikdən götürüb, döşlərinə salıb əmizdirirdi. Mehtabanın oğluna məhəbbəti getdikcə artırdı. İndi Məhəmməd qızı üçün dünyada öz körpəsindən əziz bir xilqət yox idi. Körpə öz anasına həyan olur, Məhtabanın vahiməsini qovub uzaqlaşdırırdı.
Məhtaban az qala uca bir dağa söykənən kimi körpəsinə söykənib, güvənir:. Məhtabanın yer üzündə vəfalı havadarı vardı!.. Dodaqlarını ana döşündən çəkmək istəyən balasını seyr etdikcə, Məhtaban zövq alırdı o, deyəsən qocayamı, cavanamı ərə getdiyini də unudurdu. Hələ axırsan, Məmalik xan
Məhtabanın nəzərində cavanlaşırdı. Məhtaban erəkdən arzu edirdi ki, kaş, hansı möcüzə ilə isə qoca Məmalikin ömrü uzun olaydı. Oğluna pərəstar durub, ayağa qaldıraydı, daha Ərmağanın qapazaltısı olmağa qoymayaydı. Ata övladını ərsəyə çatdıraydı Xarici xanım deyən sayağı, Məmalik nəvəsini görməsə də, heç onasa oğlunun toyunu görəydi.
İndi əndəri olmasın, birun olsun, bir bığıburma cavan olmasın, lap yüz cavan olsun, Məhtaban gözünün ucu ilə də baxmazdı.
Məhtaban daha özünü düşünmürdü. O, ancaq körpəsinin başına bir iş gələ biləcəydən qorxurdu. Doğumdan bir neçə gün ötəndən sonra yavaş-yavaş gözəlləşən, dodaqlarına, yanaqlarına qan gələn, gülümsəyəndə ağ dişləri parıldayan, öz ağzını vaxtından əvvəl süni dişlərlə dolduran xarici xanımı heyran qoyan Məhtaban birdən də dəyişirdi. Gözəl-göyçək sifətinə müdhiş sarılıq gəlirdi.
Xəstəsinə göz qoyan xarici xanımı yenə maraq götürürdü:
- Nə olub ki, xanım, öz-özünüzdən bu qədər vahimələnirsiniz?
Məhtaban -başını tərpədirdi:
- Daha mən özüm barədə heç qorxmuram, xanım!
- Bəs kimin üçün qorxursunuz?
- Bax, bu döşümə sığınan günahsız körpə üçün! Məhtabanın alacalanan gözlərində gəzən əsrarlı gilələr uzun kirpiklərindən xəzan yarpaqlarını andıran solğun yanaqlarına axırdı. Xarici xanım isə yanıb yaxılırdı:
- Şərq yamanca ağlağandır, Məhtaban xanım!
- Şərqdə məzlum çoxdur, həkim!
- Siz ki, güclü sərvətli bir xanm xanımısınız, daha məzlum deyilsiniz!
- Mən indi daha məzlumam, həkim!
- Nə üçün?
- Ürəyim azad deyil, xanım, qəfəsdədir! Bu məsum körpədən yana aramsız təlaş içindəyəm, Onu xan qızı yox, rəiyyət qızı doğubdur, obanın palaz-paltarını çayda zoğal dəyənəyi ilə çırpa-çırpa yuyan Məhtaban doğubdur!
- Siz ki, Məmalik xanın qanuni hərəmisiniz?
- Düzdür. Ancaq mən xan qızı deyiləm. İranda söylənən sayaq Qacar sarayına yaxın sicillidən deyiləm!
- Bəlkə ərinizin qocalığından narazısınız?
- Əsla, xanım! O, mənim üçün daha qoca deyil. O, mənim körpəmin atasıdır!
Məhtaban əlini sinəsində uyuyan uşağın üstündə gəzdirdi. Körpə göyümtül gözlərini açdı, xarici xanım cəld onu götürüb, qucağına aldı, uşağa diqqətlə
baxdı:
- Heç Allahın da şübhəsi ola bilməz ki, qoca Məmalikin öz əməlidir, - dedi.
Xarici xanım çiyinlərini ata-ata güldü, körpə dodaqlarını büzəndə anası ağladı, uşağı qar kimi ağ döşlərinin arasına aldı. Ancaq heç vəchlə yenə göz
yaşlarını saxlaya bilmədi...
"Xudaya, sən bu günahsız tifilciyəzi öz pənahında saxla, - deyə Məhtaban xarici xanımdan xəlvəti titrəyə-titrəyə ürəyində yalvardı. - Xudaya, mənim başıma hər müsibət gəlir-gəlsin, təki bu tifilə bir şey olmasın!..".
14
Təvəllüd günündən iki həftə sonra Məhtaban əndərun hamamında yuyundu, ötən günlərini xatırlayıb, qıjıltılı çayın köpüklü gölündə üzən kimi hovuz düzdü...
Soyunub-geyinmək otağında divara vurulmuş güzgü qabağında qumral hörüklərini darayıb hördü, öz gözəlliyinə tamaşa edincə utandı, cold paltarını geyindi. Bir azdan, Məhtaban, yarlı-yaraşıqlı, zərli-zibalı libasında əzəlkindən də gözəl göründü...
Üstü qübbəli qızıl kəmər Məhtabanın belini əzəlkindən də artıq boğdu. Qabarıqsinəsi, doğumundan sonra sifətində peyda olan iztirablı gözəllik Məhtabam xarici xanımın seyrçi gözlərində xeyli füsunkar göstərdi. O, Parisi, o izdihamli şəhərdə tanıyıb-bildiyi məşhur gözəlləri gözlərinin qabağına gətirib, Məhtabanla müqayisə etdi, onların hərəsində az-çox qüsur tapsa da, Məhtabanda heç bir qüsur tapa bilmədi.
Məhtabanın zoğal dəyənəyi tutan, palaz-paltar yuyan əlləri doğumdan sonra zərifləşmişdi. Onun dür-düyün bağlayan barmaqları da xeyli nazilib uzanmış, dırnaqları şadlıq-şənlik əlaməti kimi xınalanmışdı. Xof-vahimə içində çırpınan Məhtaban sanki bütün ağrı-acısını əndərun hamamımda tökmüşdü...
Məhtaban körpəsinin yanına döndü, uşağın uyuduğunu görüb eyvana qalxdı, qoca ərinin haçan dönəcəyini gözləməyə başladı. Məhəmnəd qızı istəyirdi ki, qoca xan onu elə beləcə görsün. Məməlik görsün ki, Məhtaban ona yalnız əzab-əziyyət gətirməmişdir. Axı, Məhtaban heç kəs üçün özünü bəzəyib-düzəməmişdi. Deyəsən aradakı yaş uçurumu düzəlməyə başlamişdı. Məhtaban qoca xana elə alışmışdı ki, əzəlki giley-güzarları üçün utanmağa başlamışdı.
Qoca xan Məhtabanın gözlərinə daha ayrı cür görünürdü. Onun razılıq almadan axunda kəbin kəsdirməyini də, göldə üzən qıza ay işığında oğrun-oğrun tamaşa etməyini də, Məhəmmədin komasına girməyini də, öz yumşaq saqqalını qızın üzünə qoymağını da güzəştə gedirdi. Sanki elə-belə də olmalıymış!
Məhtabana elə gəlirdi ki, xan getdikcə yumşalıb rəhmə gələcəkdir, Məhtabana ixtiyarat verəcəkdir. Məbtaban da xana təsir edəcək, özü kimi kimsəsizlərə pərəstar olacaq, ac-susuzlara ehsan verə biləcəkdir.
Onun xanı başqa xanlardan fərqlənəcək, kəsibkarlıqla məşğul olan rəiyyətə, rəncbərə daha zülm etməyəcək, qalan ömrünü savab işlərə sərf edəcəkdir. Məhtaban özü də uzun müddət bu əndəranda məhlus olub qalmayacaq, bir gün biruna da çıxacaq, öz istədiyi kimi tərpənib izafı yük kimi görünən zərli-zibalı pal-paltarını dəyişəcək. O, daha özünü binın xidmətçilərindən qırağa çakməyəcəkdir. Nə isə, bu əndərun öz əsasından dəyişəcək, burada elə ədalət hökm sürəcəkdir ki, Məhtabanın nağıllarda eşitdikləri bu işlərin müqabilində çox solğun görünəcəkdir...
Tağbənd eyvanında dayanıb, ərinin yolunu gözləyən Məhtaban xəyallar içində xoşallanırdı. O bilirdi ki, xarici xanım körpənin keşiyindədir! Məbtaban arxayın idi ki, mamaçadan onun uşağına zaval toxuna bilməz. O, nə qədər tamahgir olsa da tifil qatili olmaz...
Məhtaban at milçəyi kimi sırtıqlığına salıb bərk-bərk canına daraşmağa başlayan qaraltılan özündən uzağa qovurdu. Xoşbəxt saatlarını bu qaraltılara təslim etmək istəmirdi. Məhtaban gün üzünə həsrət qalan, qaranlıq, rütubətli zindanda çürüyən, azadlıq üçün həsrət çəkən məhbus kimi qənşərə çıxmaq, günəşə qovuşmaq istəyirdi. Məhtaban istəyirdi ki, qoca Məmalik dünya malına həris və aludə olmasın!..
Oğlu olandan sonra deyəsən qoca xanda tərəhhüm hissləri özünü göstərirdi. O, oğulsuz qocalan, ərsiz qarıları nə vaxtdan bəri qalan vergilərdən azad etmək üçün fərman verməyə başlamışdı. Hələ zülmkar məmurlardan bir neçəsini də xidmətdən uzaqlaşdırmışdı. "Belə xasiyyətlə siz ancaq həlakulara yaraşarsınız!" - deyə qoca xan düşməninin bostanına daş atmışdı.
Məmalik xan müəyyən dərəcədə Ərdaha obalarının abadlıq nəqşəsinə girişmişdi. Yol çəkmək, çaylar üstündən körpü salmaq, dolu anbarlardan aclara ehsan etmək onun qarşısında mühüm vəzifə kimi durmuşdu. O, bütün bunların hamısını öz oğlunun şərəfinə edirdi. "Qoy camaat təzə xana dua oxusun!" - deyirdi.
Ərdahanda çox adam doğrudan da körpənin təvəllüdünə şad olur, ağır biyarlardan, üst-üstə qalanan vergilərdən azad olanlar, səxavət süfrələrindən yeyib toxlananlar əllərini göya qaldırıb körpənin ömrünə dua-sona edirdilər.
Onlar sevinirdilər ki, xanzadənin anası öz ömrünü Təbrizdə mücahidlikdə, fədailikdə bağışlayan Səttar xan sərdari-millinin sağ əli sayılan Pəhləvan Məhəmmədin doğma qızıdır. Buna görə də Məmalik xan Ərdaha camaatının nəzərində dəyişib adil olur. "Yetmiş yaşında qocadan nə övlad?" - deyə boşboğazlıq edənlərin ağızlarından vurulurdu. Məmalik barəsində şübhəli şayiələr yayan hərcayilər məclisdən, məəkədən qovulur, bəzən də daşa basılırdı.
Ərdaha adamı elə güman edirdi ki, bu ehsan-ülfət daima davam edəcək, innən belə onlar süd gölündə üzəcəklər. "Xudaya, səd şükür, Xudaya, həzər şükür!" - sədaları cır-cındaya bürünmüş şəxslərin dilindən düşmürdü. Ərdahalılara elə gəlirdi ki, bu yeni xanzadənin ecazkar doğuluşu ilə onların üstünə ağ gün doğubdur. Nədən ki, Ərdaha obalarında gündən-günə zühm azalır, Savalan dağına çəkilənlər çox olmurdu.
At belinə qalxıb ətraf obaları, kəndləri dolaşan qoca Məmalik özü ədalətə, asayişə göz qoyur, rəncbər-rəiyyətlə dil tapır, sanki gözəl Məhtabana deyirdi: "Ürəyindən keçənlərə görə necə əməl edirəm, qız!" - təcrübəli qoca bacardıqca ondan əvvəlki məmaliklərin etdikləri zülmləri zayil etmək, özündən sonra qalacaq cavan xana düşmən qoymaq istəmirdi...
Məmalik xan Ərdaha obalarını dolaşmaqdan dönüb əndərunda atdan düşəndə Məhtabanı tağbənd eyvanda gördü. Xan Məhtabana daha irad tutmadı.
Məhəmməd qızı o qədər gözəlləşmişdi ki... Xan cavanlaşmış kimi içəri pilləkəni üzüyuxan qaça-qaça qalxdı, xarici xanımı içəri dəhlizdə yumşaq kürsüdə əyləşən görüb, özünü bilməməzliyə qoydu, tağbənddə dayanan Məhtabana yanaşdı:
- Salaməleyküm, Məhtaban xanım!
- Əleykəssalam, mərhəmətli xan!
Onlar ikisi də durub bir-birini seyr etdilər. Məhtabanın gözündə xanın qocalığından iz qalmamışdı. Xan onun əri, o da xanın halalı idi. Onlar bir-birinə
elə uyğunlaşıb alışırdılar ki, daha bir-birini gec görəndə darıxmağa başlayırdılar.
Bu hal qoca xana olmazın zövq verirdi. Onun qırışıq yanaqları açılır, gözlərinin ətrafını tutan torbalar çəkilirdi. Məhtabana elə gəlirdi ki, qocanın qar kimi ağ saqqalından nur yağır. Xanın yanaqları da, dodaqları da qana gəlir, hifz edib saxladığı dişləri də ağappaq, işıqlı görünürdü. Elə bil ki, Məhəmməd qızı Məhtaban qocanı cavanlaşdırmış, yaxud o, Məhtabanın gözlərinə cavan görünməyə başlamışdı. Bir də Məhtabanın gözləri cavan axtarırdımı? O, oğlunun atasını necə vardı, elə də istəyirdi!
- Mərhəmətli xan Ərdaha obalarını nə çox dolaşır? - deyə Məhtaban ərinin əlini tutdu. Sanki qocanın zahiri deyil, batini də dəyişdi, hərarəti artıb gənclik ehtirasına calandı.
- Övladımızın şərəfinə xeyli iş-güc görmək qərarına gəlmişəm, - deyə Məmalik xan Ərdaha obalarında apardığı islahatdan, fəqirə-dilənçiyə etdiyi ehsandan, ağır vergilərdən azad etdiyi dullardan danışıb dedi ki, gərək Məhtabana agah olsun ki, körpə onun ürəyinə bir daha tərəhhüm bəxş etmişdir...
- Xudaya, min şükür! - deyə Məhtaban Tanrı qarşısında durduğunu cümanına gətirincə abır-ismət naminə barmaqlarını xanın hərarətli ovcundan çəkdi.
O, içəridən iki yumşaq kürsü götürüb, tağbəndə gətirdi, əndərun eyvana yox, birun eyvana, güllüyə baxan səmtdə oydu. Əvvəlcə xan, sonra da onun xanımı əyləşdi. Onlar bir-biri ilə danışıb, dərdləşmək, öz sevinclərini bölüşdürmək istədilər:
- Deməli, Ərdaha obalarından daha Savalan dağına qaçan yoxdur? - Məhtaban kəndlərdə, obalarda olan vəziyyəti bilmək, eşitdikləri nağılın tədriclə də olsa? həqiqətə çevrilə biləcəyini öyrənmək istəyirdi. - Deməli, oğlumuzun təvəllüdündən sonra Ərdaha elində ayrı aləm yaranır?
- Bəli, mən çalışıram ki, bizim Ərdaha elindən qiyama qalxan, silaha sarılan, Savalana üz tutan olmasın. Savalana qaçanları da geri qaytarmaq, əfv etmək əzmindəyəm!
- Onlar heç Savalandan qayıdarlarmı?
- Mən də güman edirəm ki, çox çətin!.. Çünki bütün xanlıqlardan qaçanlar Savalanda birləşiblər. Özləri də Qacar qoşunlarına qarşı vuruşa hazırlaşıblar! Gümana görə Təbrizə varıb, Şeyxin döyüşən dəstələrinə qoşulacaqlar!
- Onların içində bizim ərdahalılardan da var?
- Düz əlli nəfər, hesablamışam, həlakular tərafindən qaçanlar yüz əllini aşırlar!
- Deməli, Savalana çəkilənlərin əsil qayələri tədriclə Təbrizə yollanmaqdadır?..
- Bəli, yəqin ki, onlar öz qayələrinə dönüklük etməzlər!
- Bu qayənin mənbəyi, necə deyərlər, çeşmənin gözü haradandır?
- Əncümənlərdən! Neçə il qabaq basılan, indi yenə də baş qovzayan əncümənlərdən. Pəhləvan Məhəmmədin mənsub olduğu fədailərdən, mücahidlərdən!
- Deməli, əncümənlər təzədən təşkil tapıb düzəlirlər?
- İran yenə də yanan təndir üstündə qızaran sacdır!
- Aqibəti?
- Gərək məşrutə güclənsin, iş-güc ədalətlə getsin!
- Deməli, bizim xan da başqalaşmışdır?
- Bəli, başqalaşmamaq mümkün deyil, Məhtaban!
- Bəs? onda. Məmalik xanda varis-vərəsə cəhdi nədir?
- Məndən ötrü ilkin Məhtabanın ilahi gözəlliyidir, qız!
- Bəs? sonra?
- Sonra varis-vərəsə cəhdi!
- Gələcəyinə zülm, xanlıq olmayandan sonra daha varis-vərəsəyə nə ehtiyac!
- Nə qədər ki, dədə-baba düşmənimiz həlakular var, o qədər də bizim Məmalik mülkünün öz varis-vərəsəsino, vəliəhdinə ehtiyac vardır!
- Bəlkaxan, biz körpəmizi də götürüb xaricə köçək hə?
- Necə xaricə, qız?
- Firəngstana! Sənin pulun toplanan torpağa!
- Bəs? bu boyda Ərdaha mülkü?
- Gəlirini ora çatdıra bilməzlərmi?
- Dədə-baba düşmənlərimiz həlakular Ərdaha mülkünü bərbad edərlər!
- Deməli, bizim başıdumanlı Savalan daima qiyamçılar yuvası olacaqdır?
- Belə görünür ki, bu zülm durduqca, qiyamçılar da duracaqdır!
- Deməli, bu məmləkətdə ədalət nağıllardadır?
- Bir də indi az-çox Ərdaha torpağında!..
Məmalik oğlunun şərəfinə apardığı islahatı, verdiyi fərmanları, tökdüyü təcbirləri sayıb öz hərəkətində ardıcıl olacağını söylədi. Sonra söhbəti xarici xanımın təklif etdiyi sayaq Firəngistandan, Parisdən dayə-mürəbbi çağırıb-çağırmamaq üstünə gətirdi. Məhtaban isə bu baradə öz etirazını bildirdi.
Eyvandan durub körpəsinin yanına girdi. Xan da xanımının ardınca ayaqlarının ucunda oraya daxil oldu. Ayaq səslərındən oyanan körpə göyümtül gözlərini açdı. Məhtaban qundağı qalbırıb yaxasını araladı, dodağını büzən çağa anasını əmməyə başladı. Qoca xan oğlunun ana südü ilə dolub şişən ovurdlarından və xanımının ağ mərmər sinəsindən öpməyə başladı...
15
Həlaku san marıqda duran yalquzaq kimi kənardan göz qoyur, öz əlaltılarını xəlvəti Məmalik mülkünə göndərir, yeni doğulan varisdən sonra baş verən
islahat və təbəddülatdan xəbərdar olmaq istəyirdi. Onun göndərdiyi əlaltılar da müəyyən yerləri gəzib-dolaşandan sonra dönüb Həlatu xana Ərdaha kəndlərində, obalarında başlanan əcaib işlərdən danışırdılar. Çalbığ Həlaku gözünü yumub digərini açır, öz casuslarını diqqətlə dinləyir, Məmalikin gözlənilməz əliaçıqlığına, səxavətinə heyran edirdi! Həlaku Məmalik mülkündə görünən əcaib işlərə heç də biganə qala bilmirdi:
"Necə yəni İtaətdən çıxan rəiyyətə-rəncbərə bu əndazədə güzəş-tə gedəsən, onları neçə ilin vergilərindən azad edəsən, özünü yaxşı xan kimi qələmə verib, qonşuluğunda olan Həlakunu gözdən salasan? Necə yəni qonşuna, qohumuna badalaq gələsən?.. Obaarası yol çəkdirmək, aca-yalavaca ehsan etmək, çay üstündən körpü saldırmaq, çeşmə düztdirmək, özünü adil, qonşusunu zalım deyə dilə-dişə salmaq ki, baxın, görün rəiyyətə-rəncbərə güzəştə getməyinin adına nə deyirlər?..".
Çalbığ Həlaku uzun təsbehini tez-tez o tərəf-bu tərəfə çevirir, Məmalikin qarasınca deyinməyində, söyüb-söylənməyində davam edirdi: "Sənin yetmiş yaşın ola, oğul təvəllüdündə beynin qızışa, bilməyəsən göy hardadır, yer harda?!. Əgər bu yolla gedilsə, gərək onda külli-İranda hər xan əsil xanlıqdan, özünə görə şahlıqdan çıxa, lat-lüt ola, bir əli ola, bir ağacı? Hərc-mərclik başlaya, İsmayıl oğlu Sattar zamanında olduğu kimi ixtilal dalğalana, papaqaldıqaç düşə, ta Qacarın özünə qədər daş-daşın üstündə durmaya! Hər nə varsa hamısı laxlaya tökülə, İran başdan-başa viran ola! Heç görün xansız, tacirsiz İran dolanarmı?.. Bir çal-çap başlar ki, gəl görəsən! Əlinə silah, balta-dəhrə götürüb Savalana qalxan qarnı aclar Təbrizə qoşub, Şeyx Xiyabani ilə birləşər. Oradan da Tehrana varıb, keçərlər məmləkət başına! İranda hər nə xəzinə varsa, hamısını yerlə yeksan edərlər!..".
Həlaku xan uzun təsbehini çevirib öz-özü ilə danışır, hərdən sulu qəlyanəna güc verir, qırışıq sir-sifəti daha da qırışırdı. Həlakuya görə Məmaliki özbaşına
buraxmaq olmazdı ki, ağlını itirsin, gözünü yenicə açan bir tifilə dua-səna oxutdurmaq üçün ağlına gələn min bir pəstah çıxarsın, əsrlərdən, ulu-ulu
əcdaddan gələn dəbi pozub İran xanlığını kökündən baltalasın. Nədi, nədi, bəs mənim oğlum olub, ya da kişiliyimi itirdiyim çağımda fədai qızından özümə oğul-uşaq düzəltmişəm. Elə bir oğul-uşaq düzəltmişəm ki, mənim varisim- vəliəhdiın olsun, halal qızıma, yaxud onun Həlaku balalarına Məmalik mülkündən bir bıçaq arxası da torpaq düşməsin!.. Guya pədər süxtə Məmalik xan mülkünü də, divar-daşını da özü ilə darta-darta dədə-babasının sərdabasına aparacaq!..
Həlaku xan neçə gün, neçə gecə danışıb-deyinəndən sonra yenə də bu qərara gəldi ki, öz qohumu ilə açıq-açığına ağac-ağaca qoyub, onun daxili işinə müdaxilə etməsin, atı daşlığa sürməsin! Çalbığ xan yenə də öz əvvəlki mətləbinin üstündə dayandı ki, gərək ilan Seyid Əhməd əli ilə tutula!..
Bəli, ümid təkcə Məmalikin öz qızı Ərmağana idi...
Onsuz da Ərmağan atasının əlindən cilov gəmirirdi. Əgər indi Ərmağanın əlində bütün dünyanın zəhəri olsaydı, heç kəsə bir damcı da qıymazdı, hamısını
qoca Məmalikə içdirər, gəbərməşini də xəlvəti xəndəyə atdırıb üstünü qara torpaqla, sal daşla, sonra da Savalanın ətəklərində bitən cir-civirli, tikanlı kol-
koslarla örtdürər, yayın qızmarında aran yerlərin bütün ilanlarını da bu daşqalağın içinə ötürərdi ki, hər nə zəhəriniz varsa, hamısını tökün bişərəf
qocanın çürüyən cənazəsinə!..
Məmalik xan qohumunun açdığı süfrəni ağzıgünə qoyub gedəndən sonra köhnə ədavət təzədən baş qaldırmışdı. Get-gəl bilmərrə kəsilmişdi. Sanki qoca Məmalikin bu yanda Ərmağan adlı qızı, dörd oğlan nəvəsi yox idi!
"İndi nə etmək ki, bu dərin uçurumu üzdən olsa örtüb malalayasan?! Nə etmək ki, izafi hay-küy qoparmadan xaldar ilanı - Ərmağanı atasının imarətinə
keçirmək mümkün olsun? Hansı vasitə ilə, nə yolla? Bəlkə Ərmağan xanım Şah Abbas sayağı təğyir-libas olub avvəlcə atasının birununa girə, oradan da əndərana sürünüb, tədriclə öz zəhərini işə sala, Məmalik xanı da, onun ərusu Məhtabanı da, varis-vərəsəsini də cəhənnəmə yollaya! - Həlaku xan uzun təsbehini də, xor-xor qəlyanını da qırağa qoyub, dərisi qırışan barmaqlarını əzişdirdi.
- Yox, Məmalik hər necə olsa təğyir-libas olan Ərmağanı tanıyır, qəsdinə dolan qızından iti qılıncını əsirgəməz!.. Onda Həlaku tərəf tamam rüsvay olar, Qacara qədər külli-İrana aydın olar ki, haçandan bəri qohumluq pərdəsi altında üstünü qor basan köz yenə də göz qabağında cəhənnəm alovlarına çevrilir, yenə də bu xan, o xan davası düşür, kəndlər, obalar, evlər, adamlar yanmaq qorxusu qarşısında dayanır..."
Ustalaşan, xariciləri təqlid edən Həlakuya çox abad halında olan Məmalik mülkü gərəkdi! Daha başdan-başa od alova tutulan, kömür qoxusu verən torpaq bu çalbığın nəyinə gərəkdi?!
Belə olan surətdə Həlaku üçün Ərmağanı - bəzəkli ilanı içəri ötürmək zərurətdon də artıq zərarət idi! Elə zərurət ki, daha düşmən bu qurğudan duyııq
düşməsin!..
Böyük Məmalik mülkünün oynayıb əlindən çıxdığını, oğlanlarına qalmadığını görən Ərdahan isə alasından icazə almadan gizlicə qazaını qaynatmaq, silahlı yürüşlər düzəldib bacardıqca oranı zəbt etmək istəyirdi Ancaq çalbığ Həlakuya görə içəri əl gərək idi ki, səssiz-səmir siz iş görsün, birinci növbədə varis-vəliəhdi aradan götürsün! Məhəmməd qızı Məhtabanın gözü qabağında beşikdə yuxuya gedən, ya da cavan anasının döşündən süd əmən tifilin başında ildırım çaxmalı idi!..
Həlaku dinməsə də, göz qoyub görürdü ki, Ərmağan necə də hirs-hikkə ilə daş-divarı gəmirir, heç vəchlə sakitlik tapa bilmirdi. Körpə bütün bu qovğalardan xəbərsizdi. Onun qoca atası, cavan anası isə hər şeyi qabaqcadan görür, həlakular evindəki kinin, qəzəbin, hiylə-məkrin hamısını duyub dərk edirdilər.
Belə vaxtda bir-birinin üstünə qoşun çəkmək mümkün idimi? Tərəflər açıq döyüşdən çəkinirdi. Bəlkə qoca Məmalik özü bir cavan cəsarəti ilə cahada gedər, son günlərdə göstərdiyi rəhmdilliyin, əliaçıqlığın və səxavətin hesabına xeyli müsəlləh süvari toplaya bilərdi. Amma o, belə etmirdi, öz körpəsi - varisi ilə əylənirdi, qoca ər öz cavan xanımını əzəlkindən də artıq sevib-oxşayırdı.
Mamaçılıqdan başqa ayrı sövdası baş tutmayan xarici xanım əlinə keçirdiyi bank vərəqəsindən savayı bir qədər də qiymətli xələt-baratla Tehrana yola düşəndən sonra imarətdə Məmalikə mədəniyyət dərsi deyəcək, başına Avropa ağlı qoyacaq, əslində əl-ayağına dolaşacaq bir kəs qalmamışdı. Təkcə Həlaku qohumlar onu narahat edirdi...
Qoca Həlaku zahirən səbir göstərsə də, əslində? cəld tərpənmək istəyir, vaxtı-vədəni itirmək, küləyə verib, bekar oturmaq istəmirdi... Əgər mübarəkbadlıq uzana-uzana ləngisə, Həlaku uduzacaqdı. Həlakuya görə, hər necə ədavət olsa da, qohumlar bir-birinə qarışmalı, dostluq davam etməli, hiylə də öz qaydası ilə işlənməli idi!..
Xeyli vurnuxandan sonra Həlaku xan nəhayət qəti qərara gəldi. Oğlu Ərdahanı hüzuruna çağırdı, onu durmadan qayınatasının evinə yollanmağı, onun oğlunu təbrik etməyi məsləhət gördü.
- Yəni hörmətli xan buyurur ki, dədə-baba düşmənimizə dəxil düşək?
- Nə dədə-baba düşməni, gədə? - Həlaku xan sulu qəlyanın müştuyünü ağzından çıxarıb qırağa tulladı. - Adam da heç Quran qəsəmi ilə başlanan qohumluğu qanlı qələminə verərmi? Özü də kim ola? Sənin qaymatan!
- Görmürsən mənim biqeyrət qayınatam bizim acığımıza necə pəstah çıxarır? Necə özünü yaxşı kişi edib, bizi pis kişi kimi rəiyyət-rəncbərin gözündən
salır?!
- Nəyə görə Məmalik belə səxavətli olub?
- Məhz bizim acığımıza!
- Niyə bizim acığımıza olsun, axı? - Çalbığ Həlaku qırışlar içində itən qonur gözlərini qıydı. - Oğlu olub, kişinin varisi doğulub, şadyanalıq eləyir, daha bunun bizə nə dəxli, baba?
- Bəs, indi biz nə etməliyik, xan?
- Biz də bu şadyanalığa qarışmalıyıq!
- Tutaq ki, belədir, - deyə pəncərəyə söykənən Ərdahan çalbığ Həlakudan soruşdu, - onda biz çox gecikməmişik?!
- Bəli, gecikmişik, ləngimişik!
- Deməli, uduzmuşuq!
- Ancaq necə deyərlər, ziyanın yarısından qayıtmaq da qazancdır, oğul! Gərək biz özümüzü böyük dəbdəbə ilə qohumumuz Məmalikin şadyanalığına
yetirək! Söz düşsə, deyək ki, bəs evimizi tərk edən, süfrəmizi soyuya-soyuya qoyub gedən Məmalikdən qohumluqda bir az incimişdik!..
- Məmalik deməzmi küsmüşdünüz, bəs niyə gəldiniz? Sizə kim ona qənd kəlləsi göndərmişdi?
- Deyərik qohumluqda ürəyimiz durmadı, nəvələrin bizi darıxdırdı, Ərmağan xanım nə yedi, nə içdi. Bizdən rəncidə oldu ki, niyə atamın şad gürıündə belə kütahlıq göstərirsiniz?
- Bəs, bizim bu ağlımız hardaydı, xan?
- Düzü, Ərdahan, mən bu barədə nə müddətdir fikirləşirdim. Gecə-gündüz təsbeh çevirə-çevirə, qəlyan çəkə-çəkə düşünürdüm!
- Deyərlər, nağıl dananı qurda verər, xan!
- Gərək biz elə çevik tərpənək, qiymətli sovqatlarımızı dəvələrə yükləyib, elə karvan düzəldək ki, külli-İranda heç bir xan öz qohumunun mübarəkbadlığına belə dəbdəbə ilə getməmiş olsun!
- Deməli, burada olan-qalan nə varsa, bizim Ərşad Həlakunun qacarilər qumarıdan hər nə tökülüb durubsa, hamısını yığıb-yığışdırıb oraya - babası
Məmalikin malikanəsinə aparaq?
- Oraya aparmasaq, buraya gətirmərik, gədə!
- Birdən Ərmağan buna razı olmadı?
- Biz onu yaxşı-yaxşı başa salarıq, Ərdahan!
- Yəni bütün bunların məğzini əl içi kimi açıb Ərmağana bildirək.
- Əsla! - Həlaku uzun təsbehini dəstələyib cibinə qoydu, sağ dirsəyini qotazlı mütəkkələrə dayayıb ayağa durdu, qapını açıb yan-yörəyə baxdı. Təzədən
bağladı, axırıncı olaraq oğlunu yaxşı-yaxşı başa sal maq istədi ki, Ərmağan ata-oğlun tük aparan iştahasından heç bir sudur sezməməlidir. Çünki Ərmağanın öz iştahası hamıya bəs edəcək, daha biz həlakulara başqa heç nə gərək olmayacaqdır!
- Yəni xan buyurur ki, Ərmağan xanım qardaşının qətlinə gedəcək?
- Bişəkkə, bişübhə!
- Əgər Ərmağan xanım bişərəf Məmalikin ayağına getməkdən boyun qaçırsa?
- Əsla, Ərmağan boyun qaçırmaz!
- Ata, sən çox etiqadla, çox təlimlənən kimi danışırsan!
- Mən bu son həftələrdə öz-özümlə ÇOX məşvərət etmişəm. Gərək qətl gizli olsun, bir halda ki, qohum qətli ola!
Ata-oğul xeyli xısın-xısın danışıb qət etdilər ki, məmurlara əmr-sərəncam verib tədarükə başlasınlar. Ərmağan xanım ərindən soruşdu:
- Yəni ciddən Məmalikin ayağına gedirik?
- Bəli, Həlaku xan əmr edir ki, gərək hamılıqla qohumumuzgilə gedək, kişinin oğul varisini ziyarət və təbrik edək!
- Ancaq elə bu?
- Daha başqa nə mənzurumuz ola bilər, xanım?
- Yəni doğrudan heç bir mənzurunuz yoxdur, Ərdahan?
- İnciyərik Ərmağan xanıra, billah inciyərik... Arada dörd üğlan övladı olan yerdə heç köhnə yaraların qaysağını qopartmaq olar?.. Məqsəd
ancaq mübarəkbadlıqdır!.. Məmalikin oğlu bizim uşaqların dayısıdır!..
- Bu tifil hər kimdən doğulubsa da?!
- Bəli! Daha Allahın sirrinə heç vəchlə çöp salıb qurdalamağına dəyməz, Ərmağan!
Ərmağar xanım məmaliklər tərəfə getməyə, övladlıq borcunu yerinə yetirməyə, qardaşını atıb-tııtmağa hazır olduğunu, kİnli-küdurətli nəfəsini içəridən dərsə də, üzdə şirin dillə bildirdi.
Əpdahan, xanımının yanından çıxdı, onun yolunu intizarla gözləyən Həlakunun yanına girdi, aradakı söz-söhbəti atasına nəql etdi. Ürəyində gülən qoca Həlakunun çiyinləri atdı...
16
Çapar Məmalik xana xəbər gətirdi ki, Həlaku xan öz əyan-əşrəfi ilə, qızınız Ərmağanla, Ərşad, Gurşaddan başqa xırda nəvələrinizlə bahəm xanzadənin
mübarəkbadlığına gəlir. Bu xəbər Məmalik xanın ovqatını qarışdırdı. İndi Məmalik çapara nə desin? Desin ki, birbaş geri dön, öz xanına bildir ki, hansı yolla gəlibsə, o yolla da üztüstə geri dönsün!..
Məmalik Həlaku xanı qəbul etməyib, onu öz yüklü dəvələri ilə geri qaytara bilərdi. Bu, aydındı, heç kesə də dəxli yox idi. Ancaq icma qarşısında özünün
yeganə qızını qapıdan qaytarmaq, atasının belindən gələn körpə qardaşının mübarəkbadlığına gələn böyük övladını evinə buraxmamaq müşküldən də
müşkül idi!.. Onda Məmalik xan dilə-ağıza düşərdi, deyərdilər ki, qocanın başı doğrudan da xarab olub. Başqa xanlar arasında müxtəlif şayiələr yayılardı!
Üstəlik özünün bir cüt xırda nəvələrini də məyus etmək Məmalik üçün qeyri-mümkün idi! Bu xırdalar Həlaku sicillisini daşısalar da, Məmalikin özü üçün də az-azacıq əziz deyildilər! Onlar hələ məsum uşaqlar idi, nə ədəbaz Ərşada, nə də qaradinməz Gurşada bənzəmirdilər. Xırda nəvələr Məmalik babanı Həlakudan da artıq sevirdilər. Onlar Məmaliki az gördüklərindən qəribsəyirdilər.
Düzünə qalsa, Məmalik dədə-baba düşməni Həlaku sicillisini sevməsə də, bu xırda nəvələrinin məhəbbətini ürəyində gəzdirməmiş deyildi!.. Bütün həlakuları geri qaytarmaq, Məmalik üçün xırda nəvələrini də qapıdan qovmaq demək idi. "Bəs indi bu müşkülatı necə həll etmək?!".
Məmalik xan atının dıraqlarından tər axan, şişpapaq, eşməbığ, müsəlləh çapara etina etmədən əndəruna döndü, körpənin beşiyini asta-asta yırğalayıb, ona həzin layla çalan, ancaq hansı hisslə isə qəm dəryasına qərq olan Məhtabana üz tutdu:
- Yenə sənə nə olubdur, qız?
- Xan, ürəyim birdən qısıldı!
- Bu daha ruzigar olmadı ki!.. - Məmalik xan Məhtabana irad tutdu, amma onun qəlbinə toxunmaq istəmədiyindən tez də sözünün ahəngini dəyişdi. - Sən lap ağlar-gülər Savalan baharına dönmüsən, qız!
- Kaş biz də bu daş hasarlı tağbəndli sarayda yox, Savalanda olaydıq, xan!
- Onda qiyamçılar sənin qocanı Savalanın ən uca palıdından başıaşağı asardılar!
- Mən sənə sədəmə toxunmağa qoymazdım! - O, müti mehribançılıqla ərini süzdü. - Mən sinəmi sinə süpər edərdim! Onlar fədai qızını adlamazdılar!
- Sən şirin nağıl danışırsan, qız! - qoca ər cavan xanımının pərişan saçlarını sığalladı, o üz-bu üzündən də öpdü. - Sən mənim məbədgahım, Məkkəm, Mədinəmsən, Məhtaban! - Xan dərindən köks ötürdü. - Səd heyif ki, bizim nəşəmizi xaləldar etməyə gəlirlər...
- Kimlər?
- Həlakular!
- Yəni onlar yenə də bizim Ərdaha eli ilə qanlı savaşa girişmək həvəsindədirlər?
- Savaş olsaydı, nə vardı ki! -qocaxan nəfəsini dərib bir qədər də qeyzlə əlavə etdi: - Onda ölən meydani-cəngdə ölər, qalan da ağ-aşkara sağ-
salamat qalardı!
- Yox, xan əsla, yox! - deyə sanki Məhtaban qanlı ədavətin arasına girdi, - qoy qan tökülməsin, xan! Daha Ərdaha ilə həlakular arasında, o tərəfdən, bu tərəfdən gələn qoşunlar arasında qanlı döyüşlər olmasın, xan!
- Qoşunlarımız üz-üzə gəlsəydi, bundan yaxşı idi!..
- Xeyr, sən adil ol, qoy əbəs yerə qan axıdılmasın!..
- Axır, qız, açıq müharibə gizli davadan xeyli asandır, bunca üzücü-yorucu deyil!
- Sən sözlü adama oxşayırsan, xan!
- Bəli! - Məmalik xan çaparın gətirdiyi bəd xəbəri xanımından gizlətmədi, ondan bir söz soruşmadan öz-özünə söyləndi: - Bircə Ərmağanın iki balacası olmasaydı, düşmən həlakuların hamısını üzüqoylu qaytarardım!
- Xan, heç qonağı da qapıdan, ya yarı yoldan qaytararlarmı?
- Əgər ürəyin istəmirsə, onda necə?
- Canını dişinə tutmalı olsan da, gərək öz paxırını açmayasan, qonaqdan da əqdəm, doğma qızını qapıdan qovmayasan!
Mahtaban Ərmağanın gəlişinə razı olmasa da, qocasını qınadı, xeyli söz-söhbətdən sonra onlar istər-istəməz həlakuların yolunu gözləməli oldular. Ancaq Məmalik bu barədə heç kəsə bir sərəncam vermədi...
- Xan, bəs istiqbal üçün sərəncamınız?
- Nə istiqbal, nə sərəncam, qız?
- Bəlkə darvazadan başlayıb imarətin qapısına qədər payəndaz döşəsinlər, hə?
- Yox, qız, mən daha bacardıqca ürəyimin səsinə qulaq asmaq istəyirəm, mümkün olduqca riyakarlığa yol vermək istəmirəm!
- Siz ki, qohumlarınızı qəbul edirsiniz!
- Məcburam, qız, məcburam!.. -Məmalikin çuxura düşən xırdaca gözləri qəzəblə ağardı. - El içində məcburam! Leyk boğazdan yuxarı, dilucu!..
- Xan, bu lap ağ-aşkara soyuqluq olar, qohumlar küsüb gedərlər!
- Belə qohumlar birdətfəlik küsüb xarabalarına dönsələr yaxşıdır!
- Axır, xan, biz danışdıq ki, arada ədavət olmasın, bica yerə günahsız qan tökülməsin?.. Bir də siz öz xələfinizə görə fəqir-füqəraya ehsan verməyə, rəiyyətə-rəncbərə güzəştə getməyə, oğlunuzun şərəfinə bol-bol süfrələr açdırmağa, sülh yolunu tutmağa başlamısınız!
- Ancaq öz xanlığımda, öz xanlığım üçün!
- Xan, axı, siz xanların ədavəti fəqir-fuqəraya, rəiyyətə, rəncbərə qan bahasına başa gəlir!
- Mən onu indi daha yaxşı başa düşürəm!
- Əgər ürəkdən belə isə onda böyük xanı yeganə oğlunun başına and verirəm ki, bir daha Savalan ətəyində tüfənglərin işə salınmasına yol verilməsin!..
- Bə çeşm, xanım! - sanki qoca xan tonqalların ordan-burdan qalxan alovlarını tapdayıb söndürməyə çalışdı. - Mən yeganə oğlumuzun, xırda Məmalikin qıvrım saçlı başına and içirəm ki, qonaq düşmən də olsa, özümü səbirli, təmkinli aparmağa çalışacağam!
- Xan, onda buyurun yola fərş döşəsinlər!
- Həlakular buna layiq deyil, qız!
- Nəvələrinizin, qızınızın qədəmlərinə fərş döşəsinlər!
- Onlar da çoxdan həlakudur!..
- Xan dəqiqədə bir öz əqidəsinin ziddinə gedib burulğanlarda boğulmasın!
- Xeyr, mən aylı gecədə, ayna göldə öz cananımı görəndən bəri dəyişməyə, düzü başqa xan olmağa başlamışam!
- Əsla! Xan hər necə ciddi-cəhd etsə də, öz zülmkar xanlıq fitrət və təbiətindən biryolluq çıxa bilmir!
- Görünür, fədai qızı Məhtaban Məmalik xanla açıq-aşkar qaşıq döyüşünə girişibdir!
- Bəli, xan, rəiyyətinki ancaq ağac qaşıqdır, savaş düşəndə onunla da döyüşə bilir!
- Mənim ağıllı xanımım, mənim kamallı Məhtabanım!.. Mən heç güman etməzdim ki, Məhəmməd yetimçəsi belə tədbirli olsun. Xan birdən ürəyinə xof düşmüş kimi hər iki əlini göyə qaldırdı. - Xudaya, son bizim xanımanımızı dağıtma!.. Xudaya, sən bizim əmlak-əmvalıınızı qohum cildində bizə gələn, mübarəkbadlıq üçün təşrif gətirən, ancaq əslində dədə-baba düşmənimiz olan həlakulara qismət eləmə!..
- Xanın oğul varisi, öz oğlu vəliəhdi var!
- Xudaya, sən bizim oğlumuzu öz amanında saxla!..
Xanın səsi titrədi...
- Siz ağlayırsınız, xan?! Özünüz hər vaxt məni qınayırdınız?!
- Qocalıq ağladır, qız! Ömrün vəfasızlığı, qolların qüvvətsizliyi ağladır! Bu həlakularla döyüşdə qol-qanadımızın qırılmağı məni kövrəldib ağladır? Xudaya, sən bizim İranı nə qədər ziddiyyətli yaradıb san, mən biçarəni də onun içində!.. Bax, əgər mənim ürəyim balaca tifilim üçün nanə yarpağı kimi əsirsə, həlakular qanına qarışan qırçınsaç, səkkiz-on yaşlı nəvələrim üçün də eləcə əsir... Qızım Ərmağanı isə heç görmək istəmirəm. Çünki Ərmağan indi əsil
həlakulardan yüzqat bedtər olubdur...
Məhtaban öz otağına girdi, oyanıb dodaqlarını sovuran körpəsini götürüb, göz yaşları axıdan xanın qucağına qoydu. Qoca qundağı görən kimi ovundu.
- Mənim Tanrım! - deyə o, dizləri üstə düşüb körpəni titrəyən əllərində başından uca qaldırdı. - Xudaya, mən qocalmışam, səndən sonuncu Məmalik varisini boya-başa çatdırmaq üçün möhlət istəyirəm!..
Gözlərindən bir gilə də olsa yaş axmayan, ancaq ürəyi qopmaq dərəcəsinə gələn Məhtaban bu heyrətamiz ziddiyyətin qarşısında mat qaldı. Nə körpəsini qocasının əlindən ala bildi, nə də qocasının qolundan tutub ayağa qaldıra bildi.
O, özlüyündə: "Xudaya, xan evinin çölü necə şəşəli, içərisi necə ilan-əqrəbli imiş!" - deyə üzüstə çarpayıya düşdü.
17
Həlaku xan öz gözləri ilə Məmaliki görməsə də, pişvaza çıxan olmadığından onun necə qeyzləndiyini təsəvvürünə gətirirdi. Məhəbbət mütəqabil olduğu kimi, nifrət də mütəqabildir. Madam ki, az çox müvazinət tapan qohumluq pərdəsi son zamanlar bunca tənəzzülə düşmüşdü, deməli, dədə-baba düşmənçiliyi qarşı-qarşıya dura bilər, mübarəkbadlıq əvəzinə, dava-şava başlaya bilərdi. Yenə də döyüş təbilləri çalınar, beşikdəki körpələrin zəhr bağırları yarılardı.
İndiki gör-görüşün, mübarəkbadlığın qanlı qalmaqala çevrilməsi çalbığ Həlaku üçün də heç də faydalı deyildi. Çünki açıq savaş qohumluq körpüsünü tamam uçurar, müqabil düşməni vaxtından əvvəl ayıq salardı. Buna görə də Həlaku xan qohumunun evində hər necə soyuq sifət görsə də, çalışıb üzə vurmamalı idi; "Dilin altında zəhər damlaları gizlənsə də, gərək dilin ucundan bal axsın!.. ",
Hər iki xanlığın kəndlərindən, obalarından keçərkən göz qoyunca görünurdü ki, şirəsi sorulub, cecəsi çıxarılan kəndlərin, obaların cırcındalı sakinləri necə də yol kənarına çıxıb səf düzəldiblər, qorxu içində, istər-istəməz əllərini döşlərinə aparıb Həlaku qafiləsinə baş əyirlər... Ürəkdə isə onu qohumu tərəfə qarğışla ötürürlər. Onlar bu xanların heç birisini görmək istəməsə də, yenə də sevinirdilər ki, nə yaxşı bu qoca xanlar vuruşmurlar, nə yaxşı ki, az-az da olsa görüşürlər, nə yaxşı ki, bizim daldalanmağa dəyəmiz, qışda bürünüb yatmağa mitilimiz vardır!
Yoxsa iyirmi ildən artıq davam edən bu qohumluq arada olmasaydı, yəqin ki, tez-tez dava düşər, arada qan sel kimi axardı. Bəli, camaat dincliyi qənimət bilir, bunu Allahın onlara göstərdiyi böyük rəhm sayırdı...
İki xanlığın arasındakı qohumluğun zahiri tərəfi belə idi. Batini tərəfi isə, bilindiyi kimi, bambaşqa idi. Xanlardan heç biri ziyafət süfrəsindo sayıqlığını əldən qoymur, çayların rənginə diqqət yetirir, bəzən də şübhələndikləri fıncanları soyuya-soyuya qoyurdular. Nə Məmalik, nə Həlaku bunu üzə vurmur, dildə deyib-gülür, içəridə isə bir-birini aldatmağa cəhd edirdilər...
Bir-birinin evində gecələyəndə də qapını daldan bağlayır, qorxudan pəncərə qabağında yatmırdılar...
Xan evi ilə ilan yuvası arasındakı fərq yalnız bunda idi ki, adi ilan yuvası balaca, buradakı ilan yuvası isə böyükdü, bir-neçə mərtəbəli imarətdi!..
Məhtaban bütün bu əsrarı özü üçün aydınlaşdırırdı. Ürəyi onu bu ilan yuvalarının qapı-pəncərələrini açıb havasını dəyişdirməyə, bacardıqca qocasını da insaf, ədalət, mürüvvət uğrunda səfərbərliyə almağa çağırırdı. Məhtaban heç vaxt Ərmağan kimi olmaq istəmirdi. O, iyirmi beş yaşına qədər başqa aləmdə boy almışdı. Xan saraymda beşikdən başlayan dedi-qodunun, didişmə-çəkişmənin heç birini görməmişdi. Lakin xanlığın necə namərdlik yuvası olduğunu duymamış deyildi.
Gənc ana öz qoca ərinin necə didişmə-çəkişməyə düşəcəyini düşününcə varından yox olur, olmazın nigarançılıq keçirirdi:
- Xan, indi quruyub-qalmaqdan nə çıxar? - deyə gör-gorüş vaxtı yaxınlaşınca Məhtabanın vücudunda buzlu üşütmə gəzinirdi. - Nə cür olsa, yenə qonağı ləyaqət və ehtiramla qarşılamaq vacibdəndir!
- Sən mənə kin-küdurəti bir qırağa qoyub, qarı düşmənimlə ülfətə girməyimi təklif edirsən, qız?
- Bəli, xan, qarşında diz üstə dayanıb yalvarıram, elə də üstünü vurub ağarlmayın, qonağı gülərüzlə qarşılayın, mümkün qədər də tez yola salın!..
- Mənim məqsədim onları bir-iki gündən artıq burada saxlamaq deyildi!
- Qoy üç-dörd gün olsun, xan! Ancaq qohumluq pərdəsi yırtılmasın, özü də gərək həftələrlə uzanmasın, onların dönüşü elə də çox təxirə salınmasın.
- Əlbəttə, əlbəttə, gərək bacardıqca düşmən evimizdən tezcə rədd olsun ki, daha gözümüzə tikan batmasm!
- Birdən xan... - deyə Məbtaban titrəməyə başlayan soyuq barmaqların ovuşdurub-əzişdirdi, - birdən xan, qızız Ərmağan xanın sarayda aləmi bir-birinə
vurdu, onda necə?!.
Qoca xan qızışdı:
- Onda mən Ərmağanın saçlarından yapışıb barigahdan bayıra ataram!
- Yox, xan, elə də ağ-açıq ədavət yaramaz! - deyə od-alov arasında qalan Məhtaban yalvarmağa başladı. - Yaramaz ki, ağ-açığına ata öz qızı ilə belə bəd
rəftara keçib, göz görəsi - ağac-ağaca qoysun!
- Ərmağanın əli ilə qoca Həlaku bizim hamımızı zəhərlədə bilər! deyə qoca xan qıvrılıb-açıldı. - Dədə-baba ədusi çal-cod pədər süxtə hər cinayətə
desən gedə bilər!
- Xudaya, mən bilmirəm bunca amansızlıq nə üstündədir? - Məhtaban gözlərini gəzdirdi, - bu qədər qovğa noyo görədir, nə üstündədir?
- Hamısı Ərdaha mülkünün vərəsəliyi üstündə!
- Şükür ki, gec də olsa sizin varisiniz, vəliəhdiniz daha vardır, xan!..
- İşdir, zəhərdən sovuşsaq da, - deyə qoca xan ehtiyatla söyləndi, işdir, düşmənçilik bu tərəfindən adlasa belə o biri tərəfindən iti bir qılımcın mənim varisimin başı üstündən necə asılacağını indidən görürəm!
Məhtaban qanı qaçan, buza dönən əllərini göyə qaldırdı:
- Aman Allah, xan imarəti necə ölüm və faciə səhnəsi iraiş?!
- Qtz, sən bunca üşütmoya düşmə! - deyə qoca xan qılıncm qəbzəsinə əl atır kimi qcyzə gəldi, - mən hələ ölməmişəm!..
- Xan, bəlkə mən körpərai də gotürüb buradan Mohəmmədin köhnə koraasına çəkilim, ya bilinməz bir guşedə yenə da palaz-paltar yumaqla məşğul olub, sizin varisinizi böyüdüm? Sonra məqatnmda əmanəti sizə çatdırıb, ayaqlarım tutduqca qaçıb uzaqlaşım?.. Bəlkə mənəm müqəssİr?.. Bəlkə sizİn
varisiniz bir xan qızından olsaydı, ədavət belə tez təzələnməzdi?.. Onda xanımımz tərəfdən də sizə kömək duran, havadar çıxan olardı!.. İndi siz təksiniz, indi sizin xanzadələrdən yardımçınız, köməkçiniz yoxdur!
- İndi rnənim oğlum vardır!
- O, sizin İsmayıl qurbanımızdır, xan!
- Bil ki, İsmayıl Beytullahda qurban kəsilmədi, qız!..
- Mən qorxuram, xan, qorxuram, sizin oğlunuz qurban kəsilsin, - Məhtaban bilmirdi ağlasınmı, yaxud dəlicəsinə gülsünmü?.. - Mən qorxuram ki, mənim ürəyimə damıb ki, səmum körpəmizi solduracaqdır!.. İlahi, mən onu niyə doğurdum?.. İlahİ, öz beşiyində arxayın-arxayın, mışıl-mışıl yatan körpə hardan bilsin ki, onun başında qanlı qovğa vardır?.. Hardan bilsin ki, onun bacısı ilə atasının arasında bunca qılınc-qılınca qanlı ədavət başlayıbdır?.. Hardan bilsin ki, iki xan arasında ədavətlə qohumluq bunca eybəcər halında bir-birinə qarışıbdır?.. Xudaya, sən bir gör ki, xan evində xan oğlu doğulmaqdansa, çoban evində çoban oğlu olmaq nə qədər də asan imiş!.. Çoban balası boy atıb ayaq tutunca quzularla oynaşır, amma xan balası göz açmamış, ona qurd-yalquzaq gözləri zillənir! İlahi İranın nə xanlığında, nə də rəiyyət-rəncbərliyində bir sakit güzəran vardır, ilahi!
Məhtaban birdən hıçqıra-hıçqıra ağladı. Məmalik özü də bu açıq həqiqətin müqabilində etiraz etmədi, dönüb əndəruna çıxdı, titrəyən əlini torbalanan gözlərinə gətirdi, tor-top olan süvari bir dəstənin tozun içi ilə yumarlanıb gəldiyini gördü. Bir qədərdən Həlakunun müsəlləh dəstəsi bir neçə yüklü dəvə
ilə özünü yetirdi... Onlar atlarından düşüncə Məmalik tərəfin adamları öz xanlarının sərəncamını gözləmədən qohum-qonaqların atlarının zaqqasından
tutdular, ehtiram göstərib Həlaku tərəfə təzim etdilər. Sifəti turşuyub, ovqatı təlx olan Məmalik özü də ondəruna baxan tağbənddən enib qohumların qarşısına çıxdı. Hər iki qoca qucaqlaşdı.
- Biz hamılıqca ziyadə şadıq! - deyə çalbığ Həlaku ucadan elan etdi. - Biz balaca Məmalikin təvəllüdü münasibəti ilə mübarəkbadlığa gəlmişik!..
Qoca Məmalik, çalbığ Həlakunun hiyləgərliyi müqabilində hiyləyə keçdi:
- Özü də bir qədər... ləng... gəlmişik, belə deyilmi, Həlaku?!
- Xeyr, əsla Məmalik! - deyə Həlaku bacardıqca özünü onda qoymayıb, qohumunun qolundan tutdu, atdan düşüb, o biri yanda dayanan geyimli-kecimli Ərmağana tərəf çəkdi. - Biz məhz xanzadənin qırxının çıxmağını gözləmişik.
- Biz heç xanzadənin qırxının nə vaxt çıxdığını da bilməmişik!
- Çünki fərəh içindəsiniz. Ancaq biz necə sevinsək də hesabı düz saxlamışıq, bu gün qırx birinci gündür ki, Məmalik mülkünün mübarək xanzadəsi işıqlı dünyaya gəlibdir və bizim intizarlı gözlərimizi güldürübdür!
Çalbığ Həlaku üzünə salıb ata ilə qızını güclə görüşdürdü:
- Belə şad günümüzdə gərək bir küsünü bir kənara qoyub, vahid ailə daxilində təmamən barışaq, Məmalik!
Məmalik xan, çalbığ Həlakunun müqabilində borclu qalmaq istəməyib:
- Qapıya gələn qonağı qovmaq, ya rəncidə salmaq, məmaliklər sicillisində olmayıbdır! - deyə cavab verdi. Çalbığ rəncidəliklə yırğalandı:
- Məgər ki, biz həlakularda belə bir biədəblik olubdur?!
- Bəli, danmağına dəyməz, olubdur!
- Biz elə həm onun üçün də xan, hüzurunuza üzr istəməyə dəxil düşüb, yalvarmağa, həmin günahımızı mərd-mərdanə öz boynumuza almağa gəlmişik!
- Siz kimlə belə tövbə-əstəğfarə gəlmisiniz?
- Öz gəlinimiz Ərmağanla, bir də iki babanın iki nəvəsi ilə!
- Bəs, qalan iki nəvəmiz?
- Onlar sizin yeznə Ərdabanla evdə qalıblar ki, birdən Savalan başıpozuqlan aşağı şığıyıb evimizə, imarətimizə bir xətər-zad toxundurarlar!..
- Necə xətər-zad toxundurarlar?
- Düzü, indi Məmalik bizim qədim İran yenə də qaynar qazan qapağına dönübdür.
- Necə qaynar qazan qapağına?
- Belə qaynar qazan qapağına ki, bu yan Təbrizdə Şeyxin şurişi başlayıbdır, yuxarı Tehranda Qacar xanədanına rəxnə düşübdür! Belə görünür ki, İranda yeni bir papaqaldıqaç başlayacaqdır!
- Həm də görünür ki, köhnə üsul ilə məmləkəti idarə etmək də xeyli müşkül olacaqdır...
- Belə də görünür ki, şahənşahlıqdan fəzlə İrana daha güclü və müstəqil xanlıq-şahlıq vacibdir ki, ixtilalçı savalançılar kimilərini daha mətin qantada
saxlamaq mümkün olsun! Yoxsa gədə-güdələr gündə burnumuza duzlu su dolduracaqlar! - deyə öz ümdə bığlarını eşə-eşə xırda nəvələrini də gətirdi.
Məmalik xırdalarla görüşüncə küvrəldi, əyilib hər ikisinin üzündən öpdü:
- Mənim nuri-didələrim!
- Bax, görürsənmi, bizim büzürg xanın mərhəmətli ürəyini! - deyə Həlaku gəlini Ərmağana qocanın yaşaran gozlərini göstərdi. - Qohumluq, qan qarışıqlığı, xüsusən ortalıqda nəvə olmaqlığı belədir ha!
Ərmağan başını əyib təsdiq etdi, irəliyə gəlib atasının qolundan ikiəlli undu:
- Ata öz qonaqlarına icazə verərmi əndəruna daxil olsunlar?
- Nayə görə möhtərəm qonaqlar belə tələsirlər?
- Qardaşımızı görmək, xan fərzəndini ziyarət etmək üçün!
- Rəiyyət qızından olan oğlanı qardaşlığa qəbul edən varmı?
- Sidq səmimiyyətim üçün, həm də evimizdəki naguvara rəftarımıza görə, ürəkdən peşmançılıq çəkib bir Allahın müqabilində dönə-dönə Quran-məcidə
qəsəm qila bilərəm, ata!
- Ay Məmalik, ay Məmalik! - deyə Həlaku qoca qohumuna cavab verməyə macal vermədən öz şişpapaqlı başını buladı. - Bəyəm, neçə yol Qurana əl basıb, qəsəm qılarlar? - Bununla da Həlaku öz qohumuna dedi ki, bəs şübhəyə yer yoxdur, onların ürəyi əl içi kimi açıqdır. Məmalikin gümanına gedən dədə-baba ədavətindən onların ürəklərində də daha iz-toz qalmayıbdır. - Gərəkdir ki, şübhəni qovasan, şeytanı tapdayıb, içəri qurdu öldürəsən! - deyə Həlaku çalbığların əsdirə-əsdirə davam edib, qohumunu qabaqlayıb qınadı. - Düz tamam iyirmi ildən artıqdır ki, külli-İran xanları bizim ayrılmaz qohumluğumuza qibtə edirlər və heç bir düşmənin də yan-yörədən qıcanan dişləri bizə batmır!..
Məmalik xan istədi ki, "əlbəttə-əlbəttə" - deyib təsdiq etsin. ancaq bu barədə ürəyinin ziddinə çıxıb dinmədi. Ərmağan atasını ən dəruna çəkdi.
Məmalikin xırda nəvələri onlardan üzülmədi. Həlaku öz əyanları ilə birun tərəfdən ərklə imarətə qalxdı.
Məmalik xan qızının, nəvələrinin qabağına düşüb, balaca qapını açdı, onları içəridən güllüyə keçirdi.
- Ata, sizin növrəstə xanımınız, əndərun aləmində də olsa, mehmannəvazlıq göstərib qarşımıza çıxmır, - deyə Ərmağan bir an əvvəlki andırın ziddinə olaraq qızarıb bozardı, ancaq tezcə də sinəsində alovlanan kini gizləməyə cəhd etdi. Atası isə qızının üzünə baxmadan yenə də atmacalı cavab verdi:
- Məhəmməd qızı Məhtaban, daba Ərmağan xanım kimi xan qızı deyildir ki, istiqbala çıxmağı, əziz qonaqları necə şirin dillə qarşılamağı bilsin!..
- Barı əziz atamız bir az əzəlki Quran qəsəmindən sonra da olsa, bizi həlakuların yanında sancmasın! - deyə Ərmağan işarə ilə atasına bildirdi ki, onun
sevimli nəvələri hər necə xırda olsalar da, həm də Həlaku nəvələridir. Bilər-bilməz tünd danışıqları onlar burada Həlakuya, orada da Ərdahana, Ərşada, hətta qaradinməz Gurşada belə çatdıra bilərlər. Ban elə olsun ki, ata ilə qızının arasında olan ixtilaf bacardıqca pünhani olsun, bacardıqca başqaları bilməsinlər. - Əziz atamdan acizanə rica edirəm kİ, məni assa da, kəssə də, tənhalıqda, təklikdə assın-kəssin!.. - deyə Ərmağan atasını ciddən xəbərdar etdi...
Məmalik tərəddüd içində ayaq saxladı. Ərmağan ətrafa hər necə diqqətlə göz gəzdirib, sözlü adam kimi boylansa da, atasının ömründə xoşlayıb, əhvalından razı olmadığı Sərəncamın adını dilinə gətirmədi. Demədi ki, bura anamın güzargahı idi. Bəs anam yuxarı imarətdə yox, bu birmərtəbəli otaqda keçinibdir!.. Ənnağan da qayınatası Həlaku kimi belə nəticəyə gəlmişdi ki, burada nə edəcəksə, pünhani edəcəkdi, məqamına qədər üzə açılışmayacaqdır, sinəsində gizlənən kin-küdurətini bünızə verməyəcəkdir!..
Ata ilə qızı əndərundan yuxarıya, imarətə qalxdılar. Məmalik, xanım otağının qapısını açdı:
- İzin olarmı?!
- Xan buyursun!..
Ərmağan xanım öz balaca qardaşını görməyə təşrif gətiribdir, Məhtaban!..
- Buyursunlar! - deyə bənizi saralan, həyəcandan sinəsi qalxıb-enən Məhtaban yana çəkildi. Ərmağan xanım göz gəzdirə-gəzdirə içəri girib, beşiyin örtüyünü götürdü. Ata bir, ana ayrı qardaşınını mışıltısını dərindən dinləyib, onun məsum sifətini süzdü. Ərmağanın xırda uşaqlarının körpəliyi ilə bu körpənin arasında nə qədər də bənzəyiş və müşabihət var idi!..
Ərmağan dönüb Məhəmməd qızı Məhtabanın boynunu bərk-bərk qucaqladı:
- Mən çox şadam, Məhtaban xanım!..
- Mən İsə çox günahkaram Ərmağan xanım!
- Niyə, nə üçün?
- Naguvara iş görmüşəm, xanım! İstər-istəməz Sərəncam xanımın yerinə günü gəlmişəm!
- Əsla! - deyə Məmalik, etiraza qalxmışdı. - Məhtabanı mən özüm gətirmişəm!
- Nəticəsinə mən şadam... Mən qoca atamın oğul yurdculu Məmalik atanı bağrıma basıram! - deyə Ərmağan beşiyi tərpədib körpəni oyatdı, qundağı ikiəlli qaldırıb, qucağına götürdü. Bir atanın iki övladının gözləri bir-birinə sataşdı. Bu gözlərin birisi məkrlə, birisi də məsumluqla dolu idi...
- Ata, indi sənin iki balan var! - deyə Ərmağan qalib gələn övladlıq hissi ilə hıçqıra-hıçqıra ağladı. - İndi bizim hər hansı düşmənimizə qarşı dura biləcək,
məqamında layiqli cavab verə biləcək oğlumuz, varisimiz vardır!..
18
Necə deyərlər, çalbığ Həlakunun aşığı alçı durmuşdu. Onun kefi kök, damağı da çağ idi. Artıq gəlini Ərmağanı - xaldar ilanı ustalıq və məharətlə atasının evinə ötürmüşdü. Ağla çətin sığa bilən əfi ilan artıq Məmalikin evinin içində idi...
Adi ilanla bu ilanın fərqi bu idi ki, adi ilan küncdə-bucaqda gizləndiyi, girəvəsi düşüncə çalıb zəhərlərini cəld töküb bir qırağa çəkildiyi halda, bu ilanın heç də küncdə-bucaqda gizlənməyə ehtiyacı yox idi. Gctdikcə Ərmağan öz atasının evində qol-qanad açır, deyəsən tezcə də Sərəncamsayağı əmr, sərəncam verməyə də başlayırdı! Ərmağan xanımın fərmanı ilə qoca xidmətkarlar, məmurlar, darğalar, əşrəflər mübaşirlər işə-gücə qoşulur, bu yanda qoyun kəsilir, o biri yanda aşpazxanada ləziz təamlar hazırlanıb, süfrələr sahmana salmırdı.
Məhtaban isə gərdək dalında gizlənən utancaq gəlin kimi aşkara çıxmır, hələ ki, heç kos də onu təm-təraqla aşkara çıxartmaq, ev sahibəsini mübarəkbadlığa gələn əyan heyətinin qoca başçısı çalbığ Həlakuya pişnəhad etmək istəmirdi. Həlaku xan isə ÖZ növbəsində ədəb gözləyir, Məhtaban xanımı görmək üçün can atmırdı. O, Məmalikin qaşqabaqlı olub-olmadığına fikir vermir, sahibkarın necə turş-təlx sifətdə olduğunu görmürmüş kimi, üslünü də vurmurdu. Həlaku xan tərəfindən, yaxud Məmalik xan tərəfindən burada cəm olan əyan-əşrəf də yeyib-içməyə keçir, Çalbığ həlaku bic-bic göz vurub, şirin-şirin söhbət edir, deyib-gülür, olmazın şadyanalıq göstərirdi.
Çalbığ Həlaku təvəllüd tapan xanzadəyə Məmalik mülkünə bitişik kəndlərdən bir mədaxillisini bağışlamaq barədə möhürlü qərar göndərəcəyini vəd edir, sevincinin intəhasız olduğunu mötəbər məclisdə nümayiş etdirirdi.
- Bu qohumluq ki var ağalar, hər ikimizin xoşbəxtliyidir, - deyə Həlaku tutqunsifət Məmaliki süzüb, arada heç bir buğz yox imiş kimi, ortada dolaşan
oğlan nəvələrinə işarə edirdi. - Bax, bizim xırdaların burunları daima bu Məmalik baba üçün göynəyir!..
- Mən özüm də heç bu xırdaları az istəmirəm!
- Bəs, Ərşad, Gurşad necə, xan?
- Ərşad ayrı, Gurşad da ayrıdır!..
- Necə yəni Məmalik babası, Ərşad ayrı, Gurşad ayrıdır?
- Ərşad azğın gədədir!
- Bəs, Gurşad nəvən necə?!
- O, baş tapılası Həlaku deyildir!
- Yox babası, əsla yox! Hər meyvənin bir təmi, bir dadı vardır! - deyə çalbığ özünə çəkən Ərşadı igidlikdə tərifləyib Gurşadı da başıdolu oğlan olmaqda nəzmə çəkib, qohumluğun necə bəhrə verdiyini tərif edir, Məmaliklə necə canbir qəlbdə olduğunu sübut üçün az qala qırışıq dərisindon çıxırdı. Lakin çalbığ nə qədər səy göstərib, yaxınlıq etsə də, Məmalik də bu oyunun necə oynanıldığını duyurdu. O, duyurdu ki, Həlaku necə də gözaltı onun imarətinə, imarətinin içinə, mətbəxdən gələn ləziz təamlarına, eninə-uzununa salınan bərli-bəzəkli süfrəsinə, Avropadan gətirilən gözqamaşdırıcı qab-qacağına müştəri gözü ilə baxır, heç bir şeyi nəzərindən qaçırmır, yedikcə də iştahası açılır... Çalbığ süfrəyə düzülən, fasiləsiz gətirilən təamlardan belə acgöz-acgöz yeyir, kəndli-kəsəkli bütün Məmalik mülkünü dirigözlü udmaq istəyirdi. Sanki qırışıqsifət Həlaku çox nataraz əjdahadır, nəfəsi cəhənnəm körüyündən də güclüdür! Sanki bu əjdaha hər şeyi udmaq, öz mədəsində həzm etmək istəyir...
Doğrudan da çalbığ necə iştaha ilə yeyib-içib, deyib-gülüb, özünü Məmalik qohumunun evində xahan göstərsə də, təvəllüd tapan oğlu varisi barəsində öz təlatümlü sevincini izhar etsə də, özünü canı od tutub yanan göstərsə də, yenə onun əsil iştahası ayrı idi! Onun acıxan iştahası özünün ən qədim dədə-baba düşməninin, bu düşmənin sonuncu qocasının ölümünü öz gözləri ilə görmək idi, məmaliklərin sonuncu qocasını öz dədə-baba sərdabasında dəfn etmək idi!
Dönüb çaylı-çəmənli, meşəli-ormanlı, bağlı-bağatlı, əkənək-biçənəkli Məmalik mülkünü öz torpağına qarışdırmaq, nə varsa hamısını diri gözlü udmaq idi!..
Hamısının biryolluq Həlaku xanlığına bitişdirmək, yüz-yüz ilin ara sərhəddini biryolluq itirmək, daha qəvi xanlıq yaratmaq idi! Hələlik bu qədər! Sonra boy atan həlaku qardaşları arasında nə olacaq, nə olmayacaqdı, çalbığ özü də bilmirdi. Ancaq girəvəçi Həlakunun birinci vəzifəsi pilə kimi yumşaldıqda xaricilərsayağı üzə gülə-gülə öz işini-gücünü görmək idi, ölüncə cəhənnəminə- goruna arxayınca çıxıb getmək idi.
Həlaku xana elə gəlirdi ki, artıq vaxt çatıbdır, öz ürək arzusuna qovuşmaq üçün vədə yetibdir. Dəmhadəmdir, bu arzu elə də uzun çəkməyəcəkdir. Qoca Məmalik nə qədər çalıxıb-çapalasa, atılıb-düşsə, girəvəsi düşünca onun güvəndiyi varisi də öz qızı Ərmağanın əli ilə aradan çıxanlacaqdır. Sonrasını da sonra düşünmək, yüz ölçüb bir biçmək olar... Ən amansız düşmən gülə-gülə Məmalik evinə girmişdi, çalmaq qəsdinə dolan ilan imarətinin içinə
ötürülmüşdü.
- Biz cəsarət edib Məmalik xanı gələn həftəyə öz xanəmizə mehman dəvət etmək əzmində olsaq, - deyə Həlaku yanında əyləşən qohumunu dirsəyi ilə tərpətdi - büzürg xan biz bəndeyihəqirin təklifinə necə baxar?
- Düzü, Həlaku, bu tezlikdə heç yana tərpənmərəm, sizə də gələ bilmərəm!
-Niyə, nəyə görə, büzürg xan? Bax, xanımınızı da, mübarəkbadlığa gəldiyimiz oğlunuzu da, sizin bu mötəbər əşraflərinizi də götürüb nə üçün bizim
xanəmizə bir həftəliyə qonaq gələ bilməzsiniz?
- Çünki kiçik xanı bu tezlikdə tərpətmək olmaz!
- Şəxsən büzürg xan, özü bizə buyurub təşrif gətirsə necədir?
- Büzürg xan kiçik xanı bircə an gözdən qoymaq istəmir!
- Məhtaban xanım büzürg xanın vəliəhdinə baxa bilməzmi?
- Xeyr, gərək büzürg xan özü vəliəhdinə göz olsun!
- Bəs, onda, həqiqətən haçan bizə buyura bilərsiniz Məmalik?
- Demək çətindir, Həlaku!
- Nə üçün? - Həlaku tərəfin əşrəfləri də çalbığın işarəsi ilə bu söhbətə müdaxilə edib, ağanın təklifinə rədd cavabı verildiyinə görə rəncidə olduqlarını
bildirdilər.
- Gərək sizin əlaqəniz möhkəm olsun ki, iki xanlığın da arası o nisbətdə möhkəm olsun! - deyə səslər bir-birinə qarışdı.
- Bəli, gərək belə olsun ki, siz tərəfdən biz tərəfə, biz tərəfdən siz tərəfə qaçan, yaxud Təbrizdə başlanan Şeyxin şurişi zamanında Savalan dağına gündən-günə çəkilib qalxan, yolundan-rizindən azıb-təzən rəiyyət-rəncbər hər iki tərəfin güclü əli ilə biryolluq cilovlansın!..
- Mən daha öz tərəfimin hər cürə azıb-təzməyinə xitam vermək qərarına gəlmişəm, ağalar!
- Nə ilə, Məmalik? - deyə Həlaku sinəsində baş qaldıran kin-küdurətini gizlədib gülə-gülə soruşdu:
- Yoxsa siz büzürg xan, elə güman edirsiniz ki, rəiyyətə, rəncbərə güzəştə getməklə, onlara ehsan etməklə gözləri doyacaqdır? Əsla!.. Son büzürg xan tərəhhüm göstərib bu gün bu vergidə güzəştə gedəcəksən, sabah o səndən başqa vergidən əl çəkməyini tələb edəcəkdir, sabah o vergini də güzəştə gedəndə başqa vergidən xilas olmağını istəyəcəkdir. Ta o qədər ki, mənim əziz qohumum büzürg xan, öz xanlığından əl üzüb müflis düşəsən! Ta öz dədə-baba imarətini Tehran-Təbriz tacirinə satıb ucqar bir yanda özünə sövmiə- daxma tikəsən!
Həlaku xan, "büzürg xan, büzürg xan, büzürg baba" - deyə Məmaliki yumşaltmaq, əslində onıın saqqızlığını oğurlamaq istəyirdi. Məmalik isə həlakularla olan qədim ədavəti unutmur, dədə-baba düşməninin yağlı dilinə inanmır, qohumluq bürüncəyində gələn düşmənlə sazişə girmir, ancaq onlara "durun buradan itilin, gedin!" də demirdi. Qohumluq cildində evinin içinə dürtülən düşməni qovmaq Məmalik üçün sangər səngərə duran düşmənlə atışmaqdan da çətin idi. Lakin o, birdən də üzə gəlib açılışmaq, Həlaku tərəfin hamısını buradan yerli-dibli qovmaq istəsə də, yenə də tərəddüd göstərib müəyyən qərara gələ bilmədiyini duyurdu: - Necə olar? Yaxşı olar, yaman olar? Məhtaban nə deyər, nə deməz?".
Əlbəttə, Məhtaban hər iki xanlıq arasında əmin-amanlıq, sülh-saziş istəyirdi, bacardığı qədər də bu uğurda çalışırdı. Məhtaban əsla istəmirdi ki, köhnə ədavət bir də gürzə kimi baş qovzasın, təzədən qan sel kimi axsın! Bəlkə Məhtaban belə bir qanlı qovğada öz qoca ərini itirməkdən qorxurdu?
Bəli, Məhtaban həm də öz qoca ərini belə qoşun keşlikdə itirməkdən çəkinirdi! O ərinin qohumsuz-qardaşsız olduğunu düşünürdü, arxasız, kimsəsiz olduğunun da dərdini çəkirdi. İndi Məmalikin arxası, söykənəcəyi, gözünün işığı kim idi? Yalnız qundaqda olan, acanda dodaqlarını büzən, anasının
doşündə doyandan sonra göyümtül gözlərini döyə-döyə uyuyan tifil idi, körpə idi!..
İndi bu körpə tifildən biri deyil, bir neçəsi olsa kimə, necə havadar çıxa bilərdi? Demək, Məmalik ağlına, şüuruna müraciət edincə köhnə düşmənçiliyi
Həlakunun üzünə vurmamalı, heç cür ağartmamalı idi! Bir halda ki, Həlaku qohumluqdan söz salıb hər iki babanın birgə nəvələrindən danışırdı. Hələ çalbığ qundağa da kənd bağışlayır, özünü qohumunun qarşısında səxavət sahibi və fədakar göstərirdi.
- Xudaya, sən məni aydın şüurdan, ağıldan, mühakimədən məhrum etmə! - deyə Məmalik üzə açılışmasa, içəridə narahatçılıq keçirməyində də davam
edirdi. - Xudaya, beəo kələfsayağı dolaşıq vəziyyətdə mən oğlumun anası Məhəmməd qızı Məhtabandan məsəva kimlə sirdaşlıq edib, dərdləşə bilərəm? Sən özün mənə havadar ol, Xudaya! - Sanki Məmalik dizləri üstə düşüb, tək Tanrısının uzun ətəyindən sallaşırdı. - Havadar ol ki, Xudaya, evimizin içərisinə dürtülən düşmən durub buradan çox tez rədd olsun, bizi sakit buraxsın... İndi ya uzağı iki-üç günə yeyib-içəndən sonra bunlar sürüküb öz xarabalarına qayıtsınlar!.. - Məmaliki fikir götürürdü. - Bu çalbığ murdar öz əyan- əşrəfi ilə qayıdacaqdır, ancaq Ərmağan necə? Məhtaban deyib, təkid etdiyi kimi, ata qapısını heç öz qızının üzünə bağlamaqmı olar?!
Məmalik üçün indi hər bir addım daha müşkül görünürdü! O, bilmİrdi Ərmağanla bu gün olmasa da sabahına necə rəftar eləsin? O, bilmirdi sabahına
darvaza qapılarını deyil, öz xanlıq sərhəddini həlakuların üzünə bağlasınmı, dönüb uca hayqırtı i!ə qızına da desinmi: - "Sənin burada heç bir alıb-verəcəyin, heç bir haqqın-hüququn yoxdur!".
Məmalikin hökmranlıq duyğuları belə qərar verməyi ona əmr etsə də, atalıq ürəyi "yox, yox" - deyə dayanıb dururdu. Ərmağanın öz balaca qardaşını sinəsinə basdığı zaman Məmalikin qulağına səmimi kimi gəlan hıçqırtıları hələ do qocanı çaşdırırdı? "Bəlko? Bəlkə Ər-mağanın Qurana qəsəmi doğrudur, qız peşman olubdur? Mən də əbəs yerə şəkkə-şübhəyə düşürəm? Bəlkə qocalıq ağlımı çaşdırıb, məni dolaşdırıbdır?.. Bəlkə?.. Bəlkə?..".
"Bəlkələr" həddan ziyadə çoxalır, getdikcə Məmalik xanın beynini doldurub, az qala bir xəşil tavasına döndərirdi! Lakin əslində Həlaku tərəf hər nə cildə desən girir, hansı sifətə desən düşür, hansı hiyləyə desən əl atır, hansı xəyanətə desən gedirdi... Ərmağan - xanın öz qızı Ərmağan necə?! Bəlkə Ərmağan da bu təzə varisə görə öz oğullarının xeyrinə xəyanatə gedəcəkdi?.. Bəlkə o, atasının kürəyinə zəhərli xəncər saplayıb, rəzalət bataqlığına düşəcəkdi? Ərmağan bilirdi ki, körpə olmasın, nə olsun, Məhtabandan olmasın, hansı fala baxan, ələk toxuyan qaraçı qızından olsun, Məmalik oğlunu sevir, uşağı işığı azalan gözlərinin nuru sayır. Bəs onda övlad öz atasının yurdunu kor qoymaq qəsdinə dolardımı?
Kim bilir, bəlkə Ərmağan Ərdaha mülkünün üstündə nəinki öz qoca atasının yurdunu kor qoyar, hətta qocanın iki gözünü də öz əli ilə çıxarıb, atasını çanaqlama kor edərdi!.. Bəlke? Bəlkə?.. Bəlkə Ərmağan bunca alçağa enməz, zir-zibilli, üfunədi çamırlığa düşüb üzməz, özünü əbədi lənətlə damğalamazdı? Damğalar içində ömür sürmək, damğalı dünyadan getmək istəməzdi? Bir də axır alçaq xəyanəti bu dünyada heç kəs mədh etməmişdir?!
Xəyanət gizli olsun, ya hər necə, uca səslə lənətlənmişdir! Xəyanət xan sarayında olsun, ya şah sarayında, min-min lənətlə damğalanmışdır. Açıq qatil bir cəzalansa, bir söyülüb bir nifrət edilsə, gizli qatil min cəzalanıb min söyülüb, min nifrət edilmişdir! Demək, xəyanətə getmək, gizli sui-qəsdə qədəm qoymaq ata qatili, qardaş qatili olmaq dəhşətdir!".
Qonaqlarını rahatlayan, yan otaqda xanımını, körpəsini yuxuya verincə xudmani otağına çəkilən Məmalik artıq vücuduna qor dolan adam kimi eşələnir,
hər necə etsə də, yata bilmirdi. Onun gözlərində cüzi çimir də qaçırdı. Məmalik düşünürdü, hey düşünürdü. Çapalayıb düşünürdü. "İndi qoca Məmalik nə etsin.
İndi o öz yerindən durub tər köynək halında Məhtaban yatan otağa keçsinmi?.. Xanımının yorğanını astaca qaldrıb, bu gözəl xilqətə sığınsınmı? Əlini
Məhtabanın tər vücudunda gəzdirib gərginləşən əsəbiliyini azacıq da olsa qovub körpə uşaq kimi uyumağa çalışsınmı?".
Yox. Məmalik belə hərəkət edərdisə, öz mühakiməsində vurub heç yana çıxara bilməzdi! Axır qohumlar arasında qohumluqdan da artıq dədə-baba
düşmənçiliyi var idi! Özü də gizli ədavət, həllediməz, açılmaq bilməyən düyünlər var idi!.. Məmalik bu müşkül düyünləri açmaq üçün vurnuxurdu. O,
günü sabah qızı Ərmağanla rəftarını aydınlaşdırmaq, müəyyənləşdirmək istəyirdi. O, bilmirdi ki, doğma qızını da düşmən həlakulara qatıb-qarışdırıb acılasınmı?.. Öz xırda sevimli nəvələrini də qışqıra-qışqıra, sübhün gözü açılar-açılmaz başqalarına qatıb öz qapısından birkərəlik qovsunmu?!
Qocanın gözləri qaranlıq içində böyüyür, onun təsəvvüründə əzrailsifət Sərəncam xanım gəlincə, kaftarlaşmaqdan da artıq ifritələşib məlunlaşan xanımı nəzərindən qovub, Məhtabanın xəyalıyla əylənib, ovunmaq istəyirdi. Qoca Məmalik bir ildən artıq idi ki, hər necə kəşməkəşdə də olsa, yenə də ürəklə
ömür-gün keçirirdi. O, Məhtabanla keçirdiyi vaxtının tək bircə gününü deyil, saat-saniyəsini belə yadından çıxara bilmirdi. Məbtabanla həmin aylı gecədən, ağ köpüklü göldən başlamış indiyə qədər olan əzablı, eyni zamanda zövq-səfa dəmlərini qoca unuda bilmirdi.
O, öz məşuqəsindən ayrı düşən bir gənc kimi Məhtabanla cavanlaşır, zəhər dilli, zəhrimar xasiyyətli Sərəncamın xəstə, ya özünü xəstəliyə qoyduğu vaxtlarını deyil, həm də cavanlıq çağlarını yad etdikcə qocalırdı; Ərmağan xanım da bu damcı o damcıya bənzəyən sayağında öz anasına bənzəmişdi! Zahiri görünüşü cəhətindən qız nə qədər öz atasına oxşasa da, daxili cəhətdən bir o qədər anasının eyni, bəlkə də bir xeyli artıq idi!.. Ancaq, Məmalikin cavanlıq çağlarının öz qızında təcəssüm tapan cizgiləri necə? Bax bu cizgiləri, özünü, öz evindən qovmaqmı olardı?
Məmalik gah təlatümlü tərəddüddən çıxıb belə qərara gəlir, gah da dönüb oğul-uşaqlı böyük qızı ilə körpə oğlunun birləşən qara saçlarının arasından qalxan hıçqırtılarını təsəvvürünə gətirincə, dolaşığa düşüb qalırdı. Qocanın təsəvvüründə, xəyalında bir kiçicik nöqtə böyüyə-böyüyə dağa çevrilir, hətta qanadlarını ətrafa gərən nəhəng Savalan dağı kimi onun gözlərinin qabağında dayanıb dururdu...
Görünür, Məmalik ciddən düşünməli, qaranlıq gecəni sabaha çatdırınca müəyyən nəticəyə gəlməli, günü sabahdan öz qonaqlarını xoş sifətlə salamlayıb, necə istirahət etdiniz? - deyə soruşmalı, yaxud bu qonaqlara turş-təlx sifət göstərib bütün gecəni yatmadığından, yuxusuzluğundan, narahatlığından
şikayətlənməli, birdən-birə olmasa da, yavaş-yavaş söhbəti açıb, söz güləşdirə-güləşdirə, dava-dalaş üçün zəmin hazırlamalı, Həlaku qohumunu incidib, acılayıb, onunla birbaşa atı daşlığa sürməli, gözü görmək istəmədiyi yalquzağı; birinci növbədə qart köpəyi buradan qovmalı, düşmən həlakuları biryolluq uzaqlaşdırmalı, onlar aralanınca, öz adamlarına əmr edib qonaqlarının kürəklərinə fişənglərdən dolu kimi yağdırmalı idi!
Belə olardısa, onda bəs Məmalikin sevdiyi xırda nəvələri - İldırım, Şümşad necə? Bunların da ardınca güllə yağdırıb, həlakulardır -deyə fərq qoymalımı?
Lənət sənə kor şeytan! - deyə Məmalikin yaşaran gözlərində məhəbbət duyğuları ilə qəzəb qığılcımları bir-birinə qarışıb imtizac edirdi!
Bir gör açıq düşmənçilik nə qədər də asan, qohumluqla qarışan düşmənçilik nə qədər də çətin imiş?! Axır, İranın bir çox xanları qohumluq deyil, hər nəyə qarışan düşmənçilik olsa, yenə də məqamı gələndə xudpəsəndlik göstərir, amansız olurlar? Onlar nəinki qızlarını qapılarından qovurlar, yeri düşəndə doğma oğullarının da gözlərini çıxartdırıb, başlarını kəsdirdilər!
Bəs, onda Məmalik həmin xanların birisi, öz qəzəbli əcdadının qoca varisi deyilmi? Bəs onda bu qoca Məmalikin qabağını kəsən kimdi, nəçidi, nə karədi? Görünür, ən ümdəsi Məmalikin qabağını qılınc kimi kəsən gözəl Məhtabanın sülh sazişi naminə dönə-dönə etdiyi israr, təkiddi. Qoca öz hərəkətində kimi ötüb adlasa, sözünü sındırsa da, Məhəmməd qızı Məhtabanı ötüb adlaya bilmir, onun sözünü sındıra bilmirdi!
İndi də qoca aylı gecədə, köpüklü göldə çiməndə Məhtabana tamaşa edib sevdiyi qız yığışıb Ərdahaya gedəndə onun qum üstündə qalan ləpirlərinə öz saqqalını dəlicəsinə sərib: "Mənim məbədgahım, mənim Məkkəm, Mədinəm, mənim qibləgahım" söylədiyi kimi, yenə də Məhəmməd qızını eynən sevirdi, onun yolunda hər nə cövr-cəfaya desən gedib təhəmmül edirdi...
Məhtaban Məhəmməd qızının tapşırıqları Məmalik xandan ötrü ən ali hakimin çıxardığı hökm idi, ən ali məclisin qəbul etdiyi qərar idi... Kaş! Kaş, Məhtaban da Məmalik deyən, əri istəyən kimi həlakulara qarşı düşməncəsinə duraydı! Onda hər ikisi birləşib, barışmaz düşməni öz imarətlərindən yaxşıca kürüyərdilər. Lakin Məhtaban da. Məmalikin özü də evlərinə dürtülən düşmənin alçaq qəsdini az-çox duysalar da, yenə şəkk-şübhəyə düşdüklərini gümanlarına gətirməmiş deyildilər.
Məhtaban isə ardıcıl sülh sazişi istəyir, qan-qovğa istəmir, odlaq-yanğın istəmir, beş yaşından tutmuş gördüyü, eşitdiyi, yüz-yüz günahsız insanın əbəs ölümünü istəmirdi, Məhtaban indi də unutmadığı, xatırladığı min- min adamın yenə də dərbədər düşüb, dalı şələli didərgin dolanmağını istəmirdi.
O, xan-xan davasına zidd idi, düşmən idi! İndi Məmalik neca etsin, necə tərpənsin? Bəlkə o, yerindən durub o biri otağa keçsin, bir də körpəsini bidar
edib Məhtabanla yaxşı-yaxşı aydın danışıb məsləhətləşsin?!
19
Məmalik qulaq verincə, yatdığı otağın qapısı arxasında, enli dəhlizdə döşənən Təbriz fərşi üzərində asta hərəkət edən ayaq səsləri eşitdi: "Bu kim olsun belə? - deyə qoca qulaq verməyə başladı. - Ərmağan olmasın?! Ərmağan xanım Məhəmməd qızı ilə mənim otağının arasında dolaşmasın?! Qulaq verib, qaranlıqda bizim nəfəslərimizi belə dinləməsin? Röyada ola bilən danışıqlarımızı eşidib bilmək istəməsin?! İlahi, sən özün şahidsən ki, Ərmağanın anası Sərəncam xanım da bax, belə idi! O, hey gendən mənə göz qoyur, danışıqlarıma da gizlicə qulaq verirdi. Guya aşkara gördükləri, eşitdikləri az idi, gizli qulaq verdikləri, gördükləri hesabda idi! Arada bir məna olsun, olmasın, ciddi söz-sov olsun, olmasın?!".
Doğrudan da xan qızı Sərəncam xanımın peşəsi gizlindən qulaq asmaq, gizlindən güdmək idi! Elə bil ki, Sərəncamın canı güdməkdə, bütün zövqü də xəlvəti qulaq verib, xəlvəti eşitməkdə idi! Aşkar işdən Sərəncam xanımın zəhləsi gedərdi! Bir də Sərəncam göz açandan öz anasını gizlicə güdən, onu da öz ərinə xəlvəti qulaq verən, göz qoyan görmüşdü!
Məmalik əzazil Sərəncamı xatırladıqca, Ərmağanın gəlişi ilə arvadının kabusu barigahda dolaşdıqca, Məmalikin təsəvvüründə illər uzunu canını xirtdəyinə yığan xan qızının pəstahları canlanır, kişinin əsəbləri yay kirişi kimi dartınırdı: "Bax, ravayət edənlər deyərdilər ki, o Sərəncam xanımın anası məluna da hey Sərəncam xanımın atasını beləcə, mən sayaqda yay gününün üzülməz kölgəsi kimi təqib edirmiş!.."
Bəli, həqiqətən xan imarətlərində salon və saraylarında güdükçülük bir həyula kimi gəzər, iblis kölgə kimi hey süründükcə sürünərdi... Sərəncam xanım da ata evindən əri evinə böyük cehizlə birlikdə güdükçü həyulası gətirmişdi.
Həmin güdükçü-həyula Məmalik xanın imarətində qanad açmağa, şəhpər yaymağa başlamışdı. Doğrudan da yataq otağından alt köynəyində sürüşüb çıxan, üstləri açılatı uşaqlarının üstünü örtməyə macal tapmayan Ərmağan xanım öz anası Sərəncam sayağı elə həmin bu gecədən burada daha yamanca bir güdükçülüyə girişmişdi!.. Elə bil ki, nş vaxtdan ölən, sümükləri də sürməyə çevrilib sərəncam xanım öz yerində tablamayıb, qəbirdən dik qalxıb, qızını da dümsükləyib onunla gecə güdükçülüyünə qoşulmuşdu.
- Qız, gəlmişkən yatma, güd! Gör ki, sənin allahsız atan nə növi pəstahdadır!
- Sən lap arxayın ol, ana! - deyə sanki Ərmağan kürəyində gəzən öz qızını güdən anasının həyulasından özünü xilas edə bilmirdi... İki güdükçü bir
can, bir qəlb kimi fərş döşənən dəhlizdə xısın-xısın danışa-danışa, bir-biri ilə itələşə-itələşə dolaşırdı. Bu güdükçülər qoca Məmalikin dilsiz düşüncələrini belə duymaq, hər necə olur-olsun qocanın ürəyində olanları alıb bilmək istəyirdilər:
- Qız, sən rəxt-xabıma günü gətirən, piş əz vəqt məni çərlədib, oğul varisi doğmadığıma, doğa bilmədiyimə görə hey danlayıb, nəzərindən salan bu bimürvət atayın danışıqlarını eşidirsənmi?
- Axır, atam heç nə danışmır, ana!
- Danışır qız, danışır. Sən... bir... qapıdan qulaq... ver... gör necə danışır?.. Onun bütün sirrini mən daim Öz ürəyindən çalardım!
Ərmağan xanım anasının - həyulanın israr və təkidi ilə oğran addımlarla atası yatan otağın qapısına yanaşıb, içəri qulaq verdi. Nə bir mışıltı, nə səs-səmir... sükut!..
- Qız, dön bu yana, günü qapısını güd! Ərmağan dönüb, sağ qulağını Məhəmməd qızı Məhtabanın qapısına dayadı. Deyəsən körpə mışıltısını da eşitdi. -Qız, qapını itələ!
- Nə üçün, ana?
- Gününün gədəsini boğ!
- Necə boğum, ana?
- Boğ, öz yanına qoy!
- Mənası?.. Necə yəni?
- Yəni sabah açılanda eşidən kəs bilsin ki, uşaq öz anasının altında qalıbdır!
- Deməzlərmi bəs niyə indiyə qədər uşaq öz anasının altında qalmayıb, ancaq həlakular mehman gələn gecə qalıb?
- Yəqinən deyən də tapılar ki, bəs biçarə Məhəmməd qızı gündüz hədsiz dərəcədə əlləşib-vuruşub, Həlaku qonaqlarına göstərdiyi xidmətlərinə görə
yorulub, gecəni daş kimi düşübdür... Dayəsiz gəda qızı yuxulu-yuxulu çağasının yanına alıb əmizdirib, ölü yuxusuna gedincə, pəhləvan qızının qovuna bənzər ip- iri döşü körpəsinin ağzında qalıb, uşağı boğubdur!
- Bəs, Sərəncam xanım ərz ola, onda baxan, görən kəslər barmaq izi olub- olmadığını seçməzlərmi?
- Qız, sən sözü az çərlət!.. - deyə Sərəncam xanımın ifritə həyulası qızının bunca tərəddüd göstərib, sözləri çək-çevir etdiyinə görə çəmkirirdi, - qız san
çağanın ağzına balış bas!
- Axır, hərçənd olsa, qardaşımdır?
- O tifil sənin balalarının düşmənidir! O, fədai Məhəmmədin, cəhənnəmi-mücahidin xətərnak nəvəsidir!
Anasının özü kimi, özündən də ötkəm həyulası qarşısında, dişi-dişinə sürtünən, istər-istəməz uçunmaya düşən Ərmağan öz tərəddüdünü gizlədə bilmir, qapı arxasında sərxoşsayağı ləngər vururdu:
- Atası ki... hər yana... dönsə özcə atamdır!
- Atamdır, özcə atamdır! - Həyulanın iri-iri dişləri quruyan çənəsinin dəhşətli mənzərəsində bütün eybəcərliyi ilə qıcanırdı. - O bicvələ düzzina, heç də sənin əpriyən atandan deyildir, qız!
Sanki Ərmağan daha güclü dəlil-sübut istəyirdi:
- Axı, mən yandığıma görə bir zaman desəm də, indi sən Sərəncam xanım hansı bir əsasa görə belə danışırsan?
- Çünki atan, hələ altmış yaşına yetişmədən heydən düşüb kirdarını itirib, kişiliyini qeyb etmişdi, - deyə Sərəncamın həyulası kişisinə şər-böhtan atıb,
uğuna-uğuna istehza ilə gülürdü. - Yoxsa, yetmiş yaşında Məmalikdə Məhəmməd salavatullahın merac möcüzəsi baş vermişdir?
- Son rəxt-xabına dürtülən günüyə görə məni bunca acıdıb, intiqama itələyirsən, yaxud tamam doğru deyirsən, ana?
Sanki Sərəncam xanımın çalxaq sümüklü həyulası qızının qulaqlarında çır-çır çığırırdı:
- Atara Ərşad xanın pak ruhuna and içirəm, qız!
Ərmağan xanlığının qapısına yan aldı:
- Əgər belə isə görünür onda həlakular evində dolaşan söz-söhbət, elə də mənim öz şəkk-şübhəm başdan-başa doğrudur!
- Doğrudan da doğrudur! - deyə həyulanın quru əli qızını dümsükləyirdi.
- Mən sənə əmr edirəm, Ərmağan! Sən qapını aç, içəri gir, işini işlət!
- Əgər pəhləvan qızı oyaq olarsa? - Ərmağan asanlıqla qardaşının qətlinə iqdam etmək istəmir, piylənən dizləri titrəyirdi. O, nə qapını açıb içəri girə bilir,
nə də geri çəkilib, ildırımla Şümşad yatan otağa dönüb, öz yatağma girə bilirdi. - Əgər mücahid qızı yatmamış, balasına görə hərasan gözləri qapıya zillənmiş olarsa, necə?
- Deyərsən, ürəyim tablamadı, qardaşıma baş çəkməyə gəldim!
- Əgər mən körpəyə qəsd edəndə Məhəmməd qızı yaxamdan yapışarsa?
- Yaxanı Məhəmməd qızının əlindan cəld qurtarıb elə sürətlə qeybə çəkilərsən ki, nəinki Məhtaban, heç şeytan da baş açmaz!
- Məhtaban baş açıb, sabahına sirri qocasına açarsa?
- Onda atana deyərsən ki, əcinnələrin kölgəsi sənin Məhtabanın basıbdır.
- Sərəncamın həyulası eynən eybəcərcəsinə istehza ilə gülürdü. - Əgər atan qoca deyilsə, onda kişilikdən zərrəcə də hiss-həvəs varsa, nə üçün gözəl xanımdan iraq düşüb, bu biri otaqda tək-tənha yatıbdır? - Sərəncamın həyulası qızının qulaqlarında xıx-xıx xıxıldayırdı. - Əgər o çağa, tifil quraşdırma, qondarma deyilsə, niyə sənin bişərəf atan Məmalik onu öz gözündən bir divar uzağa qoyubdur?
Özündən də artıq həyulanın bir an bel üzülmədiyini, dediklərində inadla dayanıb, təkidən israr etdiyini qızışan vücudunda duyan Ərmağan tərpəndi, nəhayət, bunca israrın müqabilində Məhtaban yatan otağın qapısını çiyni ilə itələdi.
- Qız, güc göstər, təkan ver!
- Qapı açılmaq istəmir, ana!
Sanki Sərəncam xanımın həyulası bütün sümüklərinin gücünü cəm edib, irəli cumdu, qızı Ərmağanla bir daha birləşdi. Onlar hər ikisi birdən qapıya hər necə təkan versələr də, qapını tərpədib aça bilmədilər. Çünki hər hansı ehtiyata qarşı Məhəmməd qızı Məhtaban arxadan qapını möhkəmcə bağlamışdı. Hər hansı qəvi pəhləvan gəlsə belə ta bu qapını döyməsə, Məhtabanı oyadıb yatağından qaldırmasa, çox çətin ki, bu qapını aça bilərdi!..
Ərmağan geri çəkildi, güdükçü həyulası ondan üzülmədi... Ancaq Ərmağanı öz uşaqları - ildırımla Şümşad yatan otağa ötürüncə geri çəkildi. Xofdan uçunmaya düşən Ərmağan tez, cəld paltarını soyunub, bircə-bircə atdı, yerinə girdi, yorğanına bürünsə də, gözlərini qapıya zillədi. Ərmağan öz uşaqlarının belə yorğun düşdüklərinə, necə yatıb, necə ucadan mışıldadıqlarına fikir vermədi.
Atası da, qızı da bütün gecəni çox narahat keçirdi. Sübhün gözü açılar-açılmaz bir-birindən xəbərsiz eyni dəqiqə içində rəxtxabdan qalxdılar, geyindilər, yuyundular. Hər ikisi bir-birini görmək istədi:
- "Görüm gecə güdübdürmü?". "Görüm atam necə güddüyümü, duyubdurmu?".
Ata-bala bir-birinin ovzaini müşahidə etmək sir-sifətindən ürəyinin gizli sirlərini oxumaq üçün can atırdı. Nəhayət, bütün gecəni bidar keçirən Məmalik qızı Ərmağam otağına dəvət edib, qapını bağladı, onlar bir-birinin üzünə diqqətlə baxdılar.
- Mən bilmirəm... - qoca dünən fürsət tapıb yenə bilmədiklərini bu gün günəşin tülü edən zamanında qızına demək, pərdəni tərpədib, oradan-buradan da olsa yırtmaq istədi. - Mən bilmirəm orada, ədu evində öz atasını təhqir edəndən sonra Ərmağan xanım hansı üzlə həlakuları da götürüb atasının evinə gəlibdir?
- Dünən söylədim ki, məhz böyük xandan üzr istəyib, əfv olunmağımızı diləmək üçün gəlmişəm, - deyə Ərmağan atasının müqabilində ustalıqla məkrə keçib, anası Sərəncamın həyulasıyla necə birləşdiyini, dəhlizdə dayandığını, qapılara qulaq verdiyini gizləyib, özünü Mömünə xatun kimi göstərməyə başladı.
- Bir xudam özü əcəb bilir ki, neçə vaxtdır ki, ata qəlbinə toxunduğumun necə əzab-əziyyətini çəkirəm! O, zamandan yuxum ərşə çakilibdir!.. Deyirəm ilahi, mən necə nankor övladam ki, nurani atamın ilahi eşqinə dəxalət edib, onun qəlbinə toxunuram? Mən necə bəndəyəm ki, pirani atamın ayaqlarına səcdəyə düşməyə borclu olduğum halda, evimdə qəbahət göstərib, onun üzünə qabardım, öz naguvara sözlərimlə onun müqəddəs ruhunu incidib, azğınlıqla təhqir etdim? - Ərmağan qızaran gözlərində qaynayan "qanlı göz yaşlarını" silə-silə davam etdi.
- İndi mən asi məxluq Allahın dərgahında dizləri üstə düşüb, Qurana and içib, kərratla tövbə-əstəxfər etməya hazıram! Hazıram bəyan edira ki, mən sizin izdivaca da, qardaş təvəllüdünə də qəlbən-sidqən razıyam!
- İnanan daşa dönsün, Ərmağan xanım!
- Bir dəfə yox, min dəfə Qurana qəsəm qıla bilərəm, ata! – Onda buyur! - deyə Mamalik xan rəfdən meşin cildli Quranı götürüb, naxışlı örtüyünü qaldırdı, Avropadan gətirilən dəyirmi masanın üstünə qoydu:
- Onda birbaşa buyur, Ərmağan xanım, göz-gözə Allahın Quranına qəsəm qıl ki, atam Məmalikə dediklərimdə zərrəcə də olsa yalan və riyakarlıq yoxdur!
Buyur Qurana qəsəm qıl ki, mən Ərmağan Məmalik xanın Pəhləvan Məhəmmədin qızı Məhtabanla izdivacına ürəkdən razıyam! Va bu izdivacın bəhrəsində atamın belindən gələn oğlunu və Allahın əmri, peyğəmbərin şəriəti ilə bağlanan əqdnaməni yəni kəsilən kəbini doğru-düzgün sayıram! Pak-
müqəddəs təvəllüdə cüzi də olsa, iştibah etmirəm!
Ərmağan xanım hər necə qalarsa da, onu dara qısnayan atasının qarşısında özünü cəmləşdirdi, daxili həyəcanını, üşütməsini gizlədib, əlini yuxarı qaldırıb Quranın üstündə saxladı, atasının dediklərini təkrar edib, əlini meşin cildli Quranın üstünə qoydu:
- Xudam göndərən bu Qurana əyani surətdə qəsəm qılıram, ata! -onun üzü qanla dolub, gözləri qan çanağına çevrildi. - Bəs niyə sidq-dildən Qurana qəsəm qılan Ərmağan xanım belə təğyir tapıb, həyəcanla ovza alır? - Məmalik qızını amir xan nəzəri ilə süzdü. - Sidq ürəklə Qurana and iç, qız! Yoxsa səni divardan asılan qılıncla iki şaqqa edərəm!!. - Sidq ürəklə böyük xanın qarşısında Qurana and içirəm! - Bəs niyə onda sifətin qan rəngi alır?
- Çün Qurana dönə-dönə qəsəm qılandan sonra da atam məni şübhəli nəzərlə süzür, - deyə yenə Ərmağan içəridən qara qan dolan sifətini gizlətmək üçün, uşaq kimi ayaqlarını döyə-döyə zırın-zırın ağladı. Xofla rica arasında qalan Məmalik xan Mohtaban Məhəmməd qızını söhbət gedən otağa səslədi. Ərmağan öz təntənəli andım bir daha göz yaşları uiçində təkrar edib:
- Ata! - deyə boğuq səslə qışqırdı:
- Sən məni Allahın divanına az çək! - Əgər andında məkrdən zərrəcə iz-toz yoxsa, - deyə Məmalik də əlini yuxarıya qaldırdı, - onda Allah divanına çəkilməkdən bak etmə, özün də müqəddəs ruhla, təzədən Məhtaban Məhəmməd qızı ilə sidqən, qəlbən görüş! - Mən Xuda qarşısında söylədiyim sayaq kərratla Qurana qəsəm qılıb, sidq dildən atamın cavan zövcəsi ilə ülfət bağlayıram. Bu izdivacdan doğulan qardaşımı da sidqən təbrik edirəm! Orada,
həlakular evində söylədiklərimin, bica yerə atamı təhqir etdiklərimin əzab-əziyyətini çəkirəm! - Ərmağan özündən on beş yaş kiçik olan analığını qucaqlayıb göz yaşları tökə-tökə o üz bu üzündən öpdü. Məhtaban da ağladı.
Məmalik xan o biri otağa keçib beşikdə uyuyan körpəni gotürüb yuxulu-yuxulu gətirdi. Ərmağan yenə də qardaşını bağrına basıb:
- Uşaqlarımın aslan dayısı, - deyə çağanı oxşadı. - Xudaya, səd həzar şükür!..
Körpə gözlərini geniş açdı. Ərmağan atasının gözlərinə bənzəyən gözlərdən çəkinib, tezcə də uşağı anasına uzatdı:
- Mən ulu Tanrıdan atamın yurdculu körpə Məmalikə sağ-salamat boya- başa çatmaq, Məmalik imarətinin tüstüsünü Savalana ucaltmaqlıq diləyirəm!..
Ərmağan belə cəza-fəzə ilə meşin cildli Qurana dönə-dönə qəsəm qılandan sonra Məhəmnəd qızı Məhtabanın dəruni dünyasında təzadlı çarpışmalar başladı.
Gorünür, Ərmağan xanım öz qoca atasını həlakular evində təhqir etməkdən peşman olubdur!.. Ərmağan tövbə edib öz bihədd günahını yumaq qərarına gəlibdir? Yoxsa ayrı cürə Ərmağan xanım hansı cəsarətlə Allah göndərən Qurana əl basıb, qəsəm qıla bilər, öz peşmançılığını bildirib, odlu göz yaşlarını
sel kimi yanaqlarına axıda bilərdi? Əgar Ərmağan riyakarlıqla Quranı qəsəm qılıbsa, ürəyində bir, dilində başqa adam olubsa, deməli, onun cəzasını Allah özü verəcək, Qurana yalandan qəsəm qılan oğrular sayağında kömür kimi qaralacaq, bir cəhənnəmlik kimi torpağa gömülüb, qəbiristanlığın qırağında məluna qəbrini qabardacaqdır!..".
Məhtaban Məhəmməd qızı bismillahla başlanan əqdnamənin, qart-qalın kəbin kağızının sehrli tilsiminə düşüb, xan evində bunca ruhi əzab-əziyyətə məruz qaldığı halda, Ərmağan xanım hansı ağızla yalandan Qurana qəsən qılıb, məkr yolunu tuta bilər, iblis olduğu halda, Allahın müqabilində mələk donunda gizlənə bilər? - deyən Məhtaban belə qənaətəgəldi ki, daha onların övladı deyəsən amandadır! - İndi hər bir vəchlə Məhtaban özünü iştibah girdabından çıxarmağa cəhd etməlidir! -Demək, Ərmağan tərəfindən nə ana, nə də körpəsinə zaval toxuna bilməz! Əgər içəri açarı əlinə alan Ərmağan xanım körpəyə zaval toxundurmaq qəsdinə dolarsa, onda Allahın ecazı ilə əlləri quruyar, ayaqları şil- şikəst, gözləri kor, qulaqları da kar olar! Hələ dili də tutulub, nitqi də batar!
Təbarək-təala görk üçün Ərmağan Həlakunu icmaya göstərib deyər ki: bəs yalandan mənim Quranıma qəsəm qilanın aqibəti ilin, belə olur!..".
Nə isə fikri dolanan, Quran haqqında olan rəvayətlərə inanan Məhtaban, Həlaku qolumlara burada olanda da, onlar Məmalik bərgahını tərk edib, öz
evlərinə dönəndə də özünü inandırırdı ki, gərək onun körpəsinə heç bir zaval toxunmasın! Bir də belə məsum körpə ilə kimin nə ədavəti ola bilər?..
Daha o boyda Həlaku tərəf durub südəmər çağaya cinayət əliqaldırarmı? Quran qəsəmindən sonra əgər körpəyə qəsd edən, əl qaldıran olarsa, Allah-taala mütləq görər, qatili öz yerində daşa döndərər göydən göndərdiyi Quranın kəramətini külli-aləmə göstərər!
Məhtabanın ürəyində inam yaranandan sonra da şəkk-şübhə baş qaldırırdı: niyə Məhtabanın ürəyi Ərmağana qızmaq istədiyi halda, qıza bilmir?.. Niyə Məmalik qızı Ərmağan öz qardaşım bu otaqdan o otağa keçirincə, Məhtabanın ürəyi oğlunun üstündə əsirdi?.. Bəlkə Məhtaban qəzanın qədərindən qaçmaq istəsə də, qaça bilmirdi?
Məhtaban hər necə özünü sakitləşdirmək istəsə də, aram tapa bilmir, Quran andına inanan ürəyi birdən inanmamağa, çalınıb-çapalamağa başlayırdı...
Məhtabanın müztərib ürəyi eyni anda həm xatircəmlik içində fərəhlənir, həm də ağlayırdı...
Niyə ürək güldüyü an içində də kədərlənir, fərəh içində qanlı göz yaşları axıdırdı? Ola bilməzdimi bu qədər üzüntülü ruhi əzabdansa, qızıl qəfəs içində çırpına-çırpına, vurnuxa-vurnuxa yaşamaqdansa, Məhtaban öz körpəsini qucağına götürüb buradan qaçaydı, yeddi ağac uzaqlaşaydı, dırmana-dırmana Savalan dağına qalxıb, arayıb-axtarıb, qiyamçıları tapaydı, onlara pənah gəlirdiyini bildirib, bütün əhvalatı açıb söyləyəydi, körpəsini də onların amanına
təslim edəydi? Onda qiyamçılardan birisi qalxıb, "İlanın ağına da lənət, qarasına da" deməzdimi? Söyləməzdimi, "İlandan olan ilan olar". "Qurd balasını nə qədər bəsləsən də qurd olar" sözləri onların dilində dolanmazdımı? Bəlkə xan balasına sədəmə toxunduran da tapılardı? Onda bəs adı dillərdə dastan olan pəhləvan fədainin babalıq haqqı? Savalan qiyamçıları bu adı-sanı nəzərə almazdılarmı?
Bəlkə nəzərə almayan da olardı?.. Bəlkə onlar iki yana bölünüb tərəf-tərəfdə olardılar?.. Bəlkə də onların arasında çəkişmə düşər, Savalanda da gərəksiz nifaq başlardı?..
Görünür, biçarə Məhtaban hər necə çalışıb-çapalasa də, sarsıntılı ruhi əzab- əziyyətdən çıxa bilmirdi!..
Birdən də inamsızlıq hissləri Məhtabanın ürəyindən çəkilir, onun şübhə ilə dolu ürəyində inam duyğuları qalib gəlirdi. Məhtabanın tutulan sifəti açılıb ayazıyır, gözəlliyi cilvələnirdı. Qara gözlər qaynayır, ağ dişlər təbəssüm içində cərgələnir, yanaqlar allanır... Məhtaban bəxtəvər ana kimi körpəsini götürüb bağrına basır, döndərib atıb-tutur, sevirdi, oxşayırdı, özü də bilmirdi bu sözlər ona haradan gəlirdi?..
An ötüncə Məhtabanın söz çeşməsi quruyub kasadlaşır, körpəsini oxşamağa söz tapmırdı... Oğlunun yazıqlaşan üzünə yazıq-yazıq baxırdı Körpə sapsarı saralır, şaxtaya düşən xəzan yarpağı kimi solub-soluxşuyur, sanki hansı səmum küləyi isə çağanı çalıb uzaqlaşdırır, Məhtabanın qucağı qurıı qalırdı... Məhtaban qaralan gözləri ilə dəhşətli düşüncələr girdabına baxırdı; "Körpə yoxdur?".
Məhtaban qollarını tərpədincə, uyuyan körpə gözlərini açır, sanki dilsiz uşaq anasının iztirablarına şərik olub ağlayırdı. Körpə iniltili səslə, yanıxa-yanıxa naçar ağlayırdı. Məhtabanın ağ, mərmər sinəsi sanki qızmar şişlə çalı-çarpaz dağlanırdı. Elə bil ağ sinədə dağ-düyün qalırdı: - "Xudaya, məni hey qaraltılı aləmlərə aparıb, dəli-divanəmi etmək istəiyrsən?".
Müztərib Məhtaban körpəsini beşiyə qoyunca, əllərini göy səmtinə qaldırır, dərgah qapısında durub yalvarır, dönüb səcdəyə düşür, Quran dərsi aldığı zaman öyrəndiyi öyətərdən oxuyur, canamaz açıb, namaz qılır, Tanrıya dəxil düşüb, onun damənindən tutub: "Qoy Ərmağanın Quran qəsəmi mənim beynimə batsın!" - deyə acizanə iltimas edirdi.
Məhtaban iltimas edirdi ki, tək Tanrı onun tez-tez şəkkşübhə ilə dolan ürəyinə özü nüfuz edib, şəkk-şübhə burulğanlarından çıxarsın, Məhtaban Məhəmməd qızı Ərmağan Məmalik qızına etibar edib inansın, sakitləşib adi insan halına dönsün, qoca ərinin istirahətini pozmasın, onun ehtiramını şükranə qəbul etsin arvadının üzüntülü iztirablarına nəzər yetirən, özü də dönüb iztirab girdablarına düşən qocaya aman versin:
- Nə oldu yenə də, Məhtaban, bunca çalpaşıqdasan? - deyə xan soruşunca Məhtaban cavab verdi:
- Düzü, xan, ürəyimə dolan iştibah heç də mənə göz açmağa imkan vermir!
- Yenə də nə iştibah, qız?
- Ancaq oğlumuzdan yana, xan!
- Gördünmü uşağın bacısı Ərmağan necə peşman olduğunu tövbə- əstəğfərlə bildirdi, Qurana qəsəm qıldı? Daha bundan sonra biz niyə ona cani kimi baxıb, gecmi-tezmi Həlaku gəlini Ərmağanın əli ilə oğlumuzun qətlə çatdırılacağını gümanımıza gətirək?
- Bilmirəm xan, özüm də baş tapmıram ki, niyə divanə olmuşam?.. Bir də xan, bilmirəm sən niyə asayişini pozurdun? Niyə sən rəiyyət qızı ilə, kimsəsiz-
kimsəsiz, pənahsız-pərəstarsız qızla izdivaca girirdin?.. Bilmirəm nə üçün sən öz qoca taleyini mən biçarənin üstündə sınaqdan çıxarmaq həvəsinə düşürdün? Nədən ötrü sən böyük xan, özünə müqabil olan xanlar arasında rəva görülə bilən bir xanımla evlənmirdin ki, sənin övladının da dağ boyda arxası olaydı?!
Yenə də Məhtaban qanlı göz yaşlarını saxlaya bilmirdi. Onun gözləri əbədi qaynayan qızıl çeşməyə çevrilirdi. Məhtaban daha ağlama yanda da ağlayır, güləndə də, kiriyəndə də, danışanda da ağlayır, hətta yatıb yuxuya gedəndə də ağlayırdı. Xan yenə də dərin fikrə gedirdi: "Bəlkə günü sabahdan Tehrandan həkim çağırım, Məhtabanın dərdini ona açım? Ya bəlkə Məhtabanı götürüb Avropaya aparım, orada pünhani müalicə etdirim? Onda əhvalatı duyan İran xanları gülüb-gülüb deməzlərmi, Məmalikin özü qoca çağında dəli-divanə olubdur ki, fədai qızı Məhtaban öz cununlaşan qocasını Avropa müalicəxanasına aparıbdır?! Yox, elə də, belə də işimiz müşkülraqdır!..".
Xanın ürəyi üşütma içində olduğu halda Məhtabanı inandırmaq istəyirdi ki, buradan əkilən, xırda nəvələrinə qədər götürüb, əlləri ətəklərindən uzun gedən çalbığ Həlaku hər necə qurğuya iqdam edib, hər necə dürlü-düyünlü tələlər qurmaq əzmində olsa da, atasının müqabilində Qurana qəsəm qılan Ərmağan gərək öz qardaşına qəsd etmək fikrinə düşməsin:
- Sən yəqinmi edirsən, xan?
- Güman edirəm, Məhtaban!
- Niyə bəs güman?
- Çün özüm də şəkkdən-şübhədən tamam-kamal xilas ola bilmirəm!
- Bəs, onda böyük xan, biz ikimiz də bu dünyada nəyə qail olub, nəyə inanaq?
- İstər-istəməz Qurana!..
- Böyük xan, niyə istər-istəməz? Söyləyin ki, mütləq Qurana! Söyləyin ki, gərək biz Qurana qəsəm qılan Ərmağana tamam-kamal öz ürəyimiz kimi inanaq! İnanaq ki, Ərmağan Məmalik qızından cumbulu Məmalikə zaval toxunmaz!
- Bəlkə elə bir savaş salım ki, Ərmağan Həlaku da buradan biryolluq rədd olub getsin, ata evinə bir daha qayıtmasın.
- Onda dədə-baba ədavətiniz ağ-aşkara güclənər, xanlıqlar arasında olmazın dava düşüb od-alov başlar!
- Sən nədən bilirsən ki, ata ila qızının ixtilafına görə çalbığ Həlaku qoşunkeşliyə qurşanar?
- Mən gendən də olsa, sulu qəlyan çəkən o qoca qurda, çalbığ Həlakuya göy qoyurdum!
- O, qoca qurdda, çalbığ Həlakuda hansı qəsd olduğunu duyurdun?..
- Bir yırtıcılıq, amansız hiyləgərlik, məqamı çatınca dönüb-qayıtmaz yalquzaqlıq!
- Sən belə yırtıcı yalquzağı harada görmüsən, qız?
- Quzularımızı Savalanın ətəklərində otaranda görmüşəm, xan!
- O yalquzaqlar quzulara nə etdilər?
- Bir gun ikisi töküldü, hərəsi birini qapıb qaçdı?
- Qaldı neçəsi?
- Heç neçəsi! Məhəmməd pəhləvanın bir qoyunu var idi, iki də quzusu!..
- Deməli, Həlaku qurğusuyla, qızımız Ərmağan da bizim quzumuzu qəfildən qapa bilər?
- Ürəyim Ərmağanın əli ilə edilə biləcək xəyanət üçün bəri başdan şəhadət verir!
- Belə çıxır ki, sən də Ərmağanın Quran qəsəminə inana bilmirsən, şəkk gətirib, şübhə edirsən?
- Bəli, ürəyim belə şəhadət verir, xan!..
- Mənim də ürəyimdə əbədi arxayınlıqdan iz-əlamət yoxdur, Məhtaban! Yuxularım da göyə çəkilibdir, gözlərimə də çimir gəlmir, az qala özüm də divanə oluram!
- Mən istərdim ki, böyük xan, öz kiçik övladına sahib durub məni azad buraxaydı!
- Qız, xan divanə olsa, kəbinli arvadını haraya azad buraxa bilər?!
- Siz mənim talağımı həmin axunda geri oxutduran, xan!
- Mən belə müfariqətə əsla tablamaram, Məhtaban! Mən qoca Məmalik qırılmaz zəncirdə saxlanası bir dəli-divanə olaram!
- Siz özünüzü ələ alarsınız, xan! Siz dediyiniz firəng dayəsini Tehrana qayıdan xarici xanımın vasitəsilə Firəngistandan Ərdahaya dəvət edib, övladınızı
təlimləndirib böyüdə bilərsiniz!..
- Bəs, sən, Məhtaban?
- Mən səfil-sərgərdan da olsa dolanaram, bacarsam, başqa-başqa yerlərdə zoğal dəyənəyindən yapışıb, daha möhkəm çırpa-çırpa, palaz-paltar yumaqla
məşğul olaram, xan!..
- Deməzlərmi, divanə Məmalikin xanımı səfil-sərgərdan dolanır? Deməzlərmi Məhtaban yenə də zoğal dəyənəyini çırpa-çırpa palazpaltar yuyur?
- Mən özümü də, üzümü də gizlərəm, xan! Heç yerdə, heç kəsə, heç nə bildirmərəm, xan!
- Birdan Həlaku casuslarından birisi bildi, Həlaku da İsrafilin surunu götürüb İrana çaldı?
- Belə şur çalınsa, mən dərhal özümü həlak edib, sizi İran şəmatətindən xilas edərəm, xan!
- İlahi ağ köpüklü göldən başlayan məhəbbətə mən yenə də qibləgahım kimi səcdə edirəm, - deyə qoca Məmalik Məhəmməd qızı Məhtabanın kobudluqdan çıxan, nə vaxtdan bəri zəifləyib, zərifləşən, artıq çoxdan daş-qaş içində parıldaşan barmaqlarından tutub, qar kimi ağaran dümağ saqqalından üzüyuxarı qaldırdı. - Qız, Məbtaban, mən səndə ömrüm uzunu axtardığım zəngin qəlb tapmışam! Bəlkə doğrudan da sən deyən sayaq da biz özümüzü divanəliyə qoyub, cəncəlli xanlığı tərk edək? - O, tezcə sözünü döndərdi : - Yox, yox, həlakulara görə tərk etməyək, - deyə qəzəbləndi. - Biz ara yolları bağlayaq, dərin-dərin xəndəklər açdıraq, köhnə səngərləri təmir etdirək!
- Demək, bu pərişan halımızda həlakulara müharibə elan edəsiniz, xan?
- Nə olsun, Məhtaban, qoy açıq müharibə olsun! Qoy açıq cəng-cidal olsun! Xan sərdabasında yatan Keyqubadın qəbrinə and içirəm ki, qaynayan qanımı vücudumda saxlamaqda acizəm!
- Nə üçün böyük xan bunca coşur?
- Çün, gözə görünməyən cəng-cidəl, gözə görünən cəng-cidaldan çox-çox əzablıdır!
- Başqalarının günahı nədi, xan?.. Rəiyyətin-rəncbərin təqsiri nədi? Siz xanlar irəli durub qabaq-qənşər ki, vuruşmayacaqsınız, atışmayacaqsınız!
- Mən bu dəfə birinci cərgəyə keçib, qabağa duracağam, qabaq-qənşər vuruşacağam, qız! İnan, eşqimə and içirəm! Bu qoca vaxtımda mən yağı düşmənim həlakulara qarşı səngərə girəcəyəm, odlu gülləni düşmənin başına Savalan dolusu kimi yağdıracağam!
- Oğlunuzla, yeznəniz Ərdahanla atışacaqsınız?
- Atışacağam, bəli, Ərdahan olmasın, Allah olsun atışacağam!
- Birdən sizin odlu fişənglərinizdən nəvələriniz yetim, qızınız da dul qaldı?
- Nəvələrim yetim, qızım dul?
- Belə olsa, ya sənin fişəngindən, ya başqa məmalikçilər gülləsindən belə bir xətər baş versə?..
- Qız, bəlkə səbirlə Allahın Quranına qayıdaq?.. Bəlkə Allah nazil edən Qurana inanaq? Sən deyən sayağı ağ-açıq ədavətə, qana-qiyamətə getməyək? Öz
balamızı daxili cəngi-cidaldan qoruyub, başini sağ-salamat saxlayaq? Qoy Quran qəsəmini pozan kəsi Əli zülfüqarı kəssin! - Məmalik xan tərəddüd içində sarsıldı. - İlahi, mənim beynim yenə də yerindən oynayır! - Başı qızışan, ağlını itirmək dərəcəsinə gələn xan hər iki əli ilə böyük bir müqaviməti qırıb, maneəni rədd edir kimi əl-qolunu oynatdı. Sonra da tez-cəld gedib körpə oğlunu beşikdən götürdü, onu (ərpədib oyatdı, oyanan uşaq ağlamadan gözlərini döyə-döyə atasının gözlərinə zillədi.
- Mən də Qurana qasam qılıram, Məhəmməd qızı Məhtaban, mən də bunsuz yaşamayacağam!..
- Qoy, Quran öz hikmət və ecazı ilə səni də, körpəni da hifz etsin, bir tək mən Məhəmməd qızından masəvə!
- Yox, yox hər üçümüzü! - Məmalik qoca bir əli ilə körpəsini tutub, o biri əlini də Məhtabana gətirdi, sanki qoca ağ saçlı sinəsini süpər edib ana-balanı
onların üstünə gələn dağ uçqunlarından qorumağa cəhd etdi...
21
Ərmağan xanım özünü kücürləyib, Allaha asi kəsilib hiyləgərcəsinə Qurana qəsəm qılsa da, heç bir vəchlə daxilən sakitləşə bilmirdi. O, iki daşqın, bulanlıq çayın arasında qaldığını görürdü. Ərmağan üçün öz niyyətini yerinə yetirmək, qoca Məmalikin oğul varisindən məhrum etmək xeyli müəmmalı görünürdü! Əgər Ərmağan öz atasını oğul varisindən məhrum edərdisə, Məmalik sicillisi yer üzündən silinər, mülkü də dədə-baba düşməni həlakular torpağına qarışardı!
Belə olduqda həlakular sicillisi, yəni Ərmağanın öz Ərşad-Gurşadı və İldırım-Şümşadı vahid xanlığa varis olardılar...
Əgər Ərmağan atasını Məhtaban doğan oğul varisindən məhrum etməzdisə, onda fədai qızından doğulan ögey varis yavaş-yavaş qalxar, atasının əmlak- əmvalına sahib durar, bəlkə də ögey anadan olan qardaş nə ögey bacısını, nə də onun Ərşad-Gurşadını və İldırım-Şümşadını öz dövrəsinə qoyardı?.. O nə ögey bacısına, nə də ögey bacısının oğlanlarına ürək qızdırar, onlara məmaliklərin dədə-baba düşməni həlakular kimi baxardı!..
Hələ bəlkə üstəlik anası Məhəmməd qızı Məhtaban xanımın fitvası ilə əzəlkilərdən artıq düşmənçiliyə başlayıb, həlakuların üstünə qanlı-qovğalı qoşun da çəkərdi. Onda üstü qaysaqlanan dərin yara açılar, köhnə ədavət təzələnər, qanlı qovğadan Ərmağanın oğlanlarından - birincisi Ərşad, ikincisi Gurşad, üçüncüsü İldırım, dördüncüsü Şümşad qanlarına qəltan edilərdilər?!
Belə mülahizəyə gəlincə, öz qoca atasının oğul varisini qətlə çatdırmaq çətin, çatdırmamaq da çətin idi! Qardaşını dinc buraxmaq çətin, buraxmamaq daha çətin idi İndi belə təlatümlü dənizdə qol-qanad çalan Ərmağan öz Quran qəsəminə əməl etsinmi?.. Yaxud girəvəsinə salıb südəmər tifili birbaş qətlə çatdırsınmı? Qoca Məmalikin gözünü Məhəmməd qızı Məhtaban doğan varisdən üzsünmü?..
Ərmağan üçün indiyə qədər xeyli asan görünən iş xeyli çətin görünürdü! Elə də çətin, belə də çətin! Quran andını pozmaq çətin, pozmamaq, xətərnak törəməni sabahına, gələcəyinə başlı-başına buraxmaq daha çətin idi! "Əgər Quran andını pozaramsa, onda Quran mənə çox tezcə qənim olmazmı?" - deyə ziddiyyətlə dolu vəziyyət içində çapalayan, lehmli burulğanlar içində boğulan Ərmağan tutulub-qaralır, bilmirdi nə etsin və necə etsin?
- Əgər Quran andım pozaramsa, dilim tutulub, nitqim batmazmı? - deyə Ərmağan çırpmırdı, - özüm də yanıb-yanıb külə-kəsəyə dönmərəmmi? Onda qoca hər iki övladından - birisi qırx yaşlı qızımdan, biri də yeni doğulan oğlundan binəsib olmazmı?.. Onda qocanın özünün də bağrı çatlamazmı? Onda dədə-baba düşmənimiz çalbığ Həlaku, onun doğma oğlu - mənim ərim Ərdahan bu mülkü də o mülkə qatıb, toy-nağaranın gurultusunu Savalana qaldırmazlarmı?".
Ərmağanın dəruni aləmində sual-suala bağlanıb, düyünlənə-düyünlənə gəlir, Ərmağan bilmirdi nə etsin? Bilmirdi irəliyə dursun, geriyə çəkilsin?.. Bilmirdi yana yayınsın, qabağa Ötsün? O, bilmirdi beyninə dolan dolaşıqdan, boynuna yıxılan yükdən necə qurtarsın?
Ərmağan xanım qoca Həlakunun qafiləsindən qopub, atası evində qalandan bəri hey gecəli-gündüzlü beləcə düyünlü ziddiyyətlər içində çalışıb-vurnuxub düşünür, özünü də, üzünü də gizləyə-gizləyə düşünürdü! O, birdən balaca qardaşını əlinə götürüb sevir, üstündən neçə ay ötən uşağı atıb-tuturdu! Birdən də Ərmağan öz əlinə iynə götürüb balaca Məmalikə yaraşıqlı paltar da tikirdi!
Bəzən də o kin-küdurətini unutmuş kimi, Məhtabana ilıq sudan tökdürüb sevə- sevə qardaşını çimizdirir, uşağın ət tutan yançalarına şappıldada şappıldada vururdu. O, atasının müqabilində qara qıvrım saçlı, göyümtül gözlü, gülüncə ovurdları çalalanan, şahmayı balıq kimi pəhmayılaşıb partlayan, əldə çətin duran, "huv-huvla" qanadlanan, səs-küy salıb, qışqırıq qoparan qardaşını qıdıqlayır, uşağa şaqqa çəkdirib güldürür, qolları üstə dolayısına uzandırıb dırnağından təpəsinə qədər öpüb-öpüb, qaytarıb ağ mələfənin üstünə sərir, az qala onu fədai qızı Məhtabana etibar etmirdi...
Ərmağan uşağı Məhtabanın əlindən almaq, dilindən atasına iltizam verib, öhdəsinə götürmək, - Ya orada böyüsün, ya burada! - deyə aparıb öz oğlanlarına qatmaq, pərvəriş verib saxlamaq istəyirdi. Belə vaxtlarda Məhtaban da, qoca Məmalik də keçirdikləri iztirablardan, düşdükləri şübhələrdən yana utanır, bilmirdilər ki, başlarını harada gizlədib,
Quran qəsəminə əməl edən Ərmağanın həyəcan keçirən gözlərindən necə gizlənsinlər? Onlar dönüb öz şəkk- şübhələrinin xəcalətini çəkir, az qala "Mömünə Xatunun" üzünə baxa bilmir, qaçıb hansı küncdə-bucaqda isə gizlənmək, çağıranda da uşaq kimi səsini içinə salıb, cınqır belə çıxarmaq istəmirdilər...
Birdən bu etibarın üstündən bir neçə gün ötüncə, Ərmağanın belə hüdudsuz canfəşanlığı onların hər ikisini yenə dərin şübhələra salırdı. Yenə də gah belə, yenə də gah elə!..
"Əgər Ərmağan xanımın hərəkətləri riyadırsa, bəs ehtiraslı səmimiyyətləri nədir? Əgər onun hərəkətləri səmimidirsə, bu necə ehtiraslı riyakarlıqdır ki, dürüstünü təyin edə bilmirik?" - deyə ər də, arvad da naçar qalırdı. İşə girişən Ərmağan isə qızışıb şiddətlənir, az qala körpəni yemək istəyirdi. O, körpədən üzülmür, onu ardı-arası kəsmək bilməyən öpməkdən doya bilmirdi.
Bəzən Ərmağan öz hisslərində uzaqlara gedir, uşağı öz oğlanları kimi, oğlanlarının körpəliyində olduğu kimi, bəlkə daha da artıq sevib, öpüb istəyirdi. Ərmağan qaynar körpəni dırnaqlarına qədər, qara saçlarının qıvırcıqlarına qədər dəlicəsinə öpür-öpürdü. Pişik balasını istədiyindən yeyən kimi, az qala o da qardaşını gəmirib yemək istəyirdi! Ənnağanın hədsiz öpüşündən uşağın bədənində göylük, göyümtüllük qalırdı. Bu hiss o hissə qarışırdı. İşin içindən
xəbərdar olan kəs deyərdi:
- "Deyəsən, Ərmağan körpə qardaşının qəsdinə dolmaqdan qayıdacaq, dönəcəkdir?". Bir də başqa bilən kəs deyərdi:
- "Deyəsən, yox, Ərmağan dünyadan dönsə də, körpə qardaşının qəsdinə dolmaqdan qayıtmayacaq, dönməyəcəkdir?!".
Qurana qəsəm qılıb uşağın atasını, anasını inandırmağa cəhd edən Ərmağan görünür, uşağı da inandıra-inandıra qətlə çatdırmaq qərarına gəlirdi. Uşağı oynatmaq, Öpə-öpə qızışmaq, onu qətlə çatdırmaq üçün öz-özünü qızışdırmaq demək deyildimi?! Nifrət-məhəbbət bir yerə toplana bilərdimi? Burada qətl hissi ilə qeyri-qətl hissi bir-birinə qarışmırdımı? Doğmalıqla ögeylik duyğuları çırpışıb-çırpışmırdımı?..
Qoca ata ilə cavan ana Ərmağanın hərəkətlərinə göz qoyur, əcaib, əsrarlı aləmin qarşısında donub qalırdılar: "Ərmağan xanım qardaşını sevirmi,
sevmirmi?!" Baxanda, fikir verəndə Ərmağan balaca Məmaliki sevir, onu qucağına alıb əndoruna düşür, buradan da biruna çıxarıb hərləyir, güllükdə gəzdirir, qaytarıb gətirir. Uşağın dərdinə, oduna qalır, uşaq dodaqlarını büzdükcə, Ərmağan öz əli ilə Məhtabanın sinəsini açıb körpəni Məhəmməd
qızının döşləri arasına salır, onun necə ovurdları şişə-şişə əmdiyinə tamaşa edir, uşaq doyub dönüncə, onu tərpədib anasının döşündə güldürürdü.
Yaşlı bacı ilə körpə qardaş istər-istəməz bir-birinə isnişib-alışırdı. Onların bir-birini tanıyan, bir-birinə zillənən gözləri birdən elə mehribanlıqla süzüb zillənirdi ki, arada olan ögeeylik silinib zayıl olub gedirdi. Səmimiyyət - qeyri-səmimiyyət! Sevgi və nifrət!..
Ərmağanın gözlərinə alışan körpə birdən qızartı gəzən gözlərdən vahimələnib çəkinir, üzünü döndərib zar-zar ağlayırdı. Birdən də həmin Ərmağanın məhəbbət içində gizlənən nifrət dolu gözləri dilsiz-ağızsız körpəyə hansı ecazlasa nüfuz edir, Ərmağan özü də duymadan qardaşına can atırdı... Az qala birdən də körpə hamısını duyurdu, alırdı, qızğın məhəbbətin içində ərimək istəyən, ancaq əriyib itə bilməyən zəhərli hissləri sezirdi. Körpənin gözləri bu vaxt Ərmağana elə naçar, elo yazıq-yazıq zillənirdi ki, Ərmağan xanım təpədən-dırnağa sarsılırdı.
Onun ürpəşən cod tükləri qalxıb biz-biz olurdu...
Ərmağan dincəlmək bəhanəsi ilə ona ayrılan otağa çəkilir, əllərini ovuşdurub, ətli barmaqlarını sıxıb-sındırır, cəld həlakular evinə dönmək, yır-yığış etmək, düşmən yuvasını tərk edib, uşaqlıqda oynayıb, əyləndiyi ata evinə dönmək istəyirdi. Ərmağan ata cehizindən əl çəkmək, dörd oğlunun dördünü də orada qoymaq istəyirdi. Lakin Çalbığ Həlakunun tələbedici, amir, hiyləgər gözləri dinmədən, dodaq tərpətmədən Ərmağana əmr edir, gəlinini çaşdırırdı.
Sanki qarı düşmən orada yox, burada Ərmağanın boynunun kökündə dayanır, istər-istəməz zəhərli ilan mələk donunda gəzirdi. Bu ilan qoca Məmalikin də, cavan Məhtabanın da ürəyinə asta-asta ustalıqla girirdi.
Bəli, ev sahiblərinin qılığına girən ilan Məmalikin sərvətlə dolu imarətində gəzib dolanır, gizlənmir, gündən-günə, həftədən-həftəyə, aydan-aya özünə etibar qazanır, dərindən-dərinə yol alırdı. Birdən qoca ata da, cavan ana da körpəni tamam unudur, onu bacısının himayəsinə buraxıb öz iş-gücləri ilə məşğul olurdular. Qoca xan cavan oğlana çevrilib yenə də Məhtabana aylı gecədə, köpüklü göldə çimdiyi zaman cövlana qalxan atəşin eşqini elan cedirdi! Açılmaz düyünlər, çal-keçir cəhətlər bir-birinə qarışır, kələf kimi dolaşırdı!.. Sanki Məmalikin böyük barigahının özü belə sehrlə, düyünlə dolurdu!
"Bu məqamda daha necə olsun?".
Ərmağan yorulmuşdu! Ya o, qardaşına qarşı sui-qəsd niyyətindən birdəfəlik əl çəkməli, yaxud bu sui-qəsdi dayanmadan yerinə yetirməlidir! Ərmağan çalışdığı müddət ərzində bir neçə dəfə ata evindən Həlaku evinə yol edə-edə gedib-gəlmişdi. Çalbığ Həlaku oğlu Ərdahana göz basmış, dediklərində inadla dayanmış, xoş rəftar yağlı sözlərdən başqa ya beləsinə, ya eləsinə Ərmağana işarəli, bədxah bir söz çaldırmamışdı.
Çalbığ Həlaku bilmişdi ki, Ərmağanın işinə cüzi müdaxilə etmək, onun çarpışan hisslərini məmaliklər tərəfindən qaytarıb; həlakular əleyhinə çevirmək deməkdir.
- Ata, sən Ərmağanın get-gəlindən baş açmırsan?
- Açıram baş, Ərdahan!
- Ərmağan öz qəsdini uzada-uzada bizi aldatmasın?
- Ta məqamınacan gözləmək vacibdir, Ərdahan!
- Birdən biz deyən olmadı, onda necə xan?
- Ərmağanın vurnuxmağı heç də bica deyildir, Ərdahan!
- Səncə, aqibəti necə olacaqdır?
- Səbir, səbir, Ərdahan! Bu işdə ancaq səbir gərakdir! Ərmağan nəyi isə qət edib qurtarmaqdadır!
- Daha bu oyun gərək elə də uzana-uzana uzanmasın, xan!
- Səbir, səbir, Ərdahan! Təkrar edirəm: "Dovşanı araba ilə!".
Bu söhbət atası ilə oğlunun arasında pünhan gedir, ər arvaddan, arvad da ərindən özünü gizləyir, heç kəs heç nə büruzə vermirdi. Sanki şahə qalxan
düşmənçilik dalğaları yatmışdı, təlatüm dayanmışdı, ləpələr isə gülürdü. Əslində dalğa da, təlatüm də içəri, düşmənçilik dənizinin aşağı axarlarına, sualtı
burulğanlarına keçmişdi... Çalbığ Həlaku gözləyirdi, gəlini Ərmağanın duruş gətirmədən etdiyi gediş-gəlişinin nəticəsini gözləyirdi. Çalbığ duyurdu ki, gəlini Ərmağanın səbir kasası aşıb-daşmışdır, daha tökülməlidir!..
Ərmağan isə özünün son dönüşündə vurub bir yana çıxarmalı idi! Gediş-gəliş, iki xanlıq arasını ərişarğac etmək, zınqırovlu faytonu toza batırmaq dövrü qurtarmışdı.
Ərmağan gözləsə də, balaca Məmalik bir yerdə durub gözləmir, böyüyür, bəlkə də atası Məmalikdən də artıq, babası Pəhləvan Məhəmmədin böyüdüyü inkişaf sürəti ilə böyüyürdü. Artıq uşaq səkkizi ötüb, doqquz ayına girirdi. İndi necə olsun?..
Gərək Ərmağan ya bu yanlıq etsin, ya o yanlıq! Ya qatillik etsin, ya adillik göstərsin! Ya Ərmağan öz qardaşını qətlə çatdırıb, bu fidanı kökündən, rişəsindən qoparıb açan çiçəyi amansızcasına əzib-əzişdirib bir qırağa atsın, yaxud daha bu çiçəkləyən fidanı özbaşına buraxıb ona toxunmasın, bir çırtma belə uşağa vurmasın, ona heç bir sədəmə toxundurmasın!..
Ərmağan son dönüşündə əzəlkilərinə nisbətən atası evində daha artıq əyləşib-əylənməli oldu. Bax, bu dəfə! Əgər bu dəfə də Ərmağan buradan qayıdıb, Həlaku torpağına gedərdisə, bəlkə bir il deyil, iki-üç ildən sonra belə buraya dönməzdi. O, özünü də, qatil qəsdini də özündən gizləyəcəkdi, bəlkə də dönüb öz qatillik qəsdinə nifrət edəcəkdi! Yenə peşmançılıq hisslərinə qapıldığı, Quran qəsəmindən qorxduğu vaxtlarda olduğu kimi, çaharidəh məsumu ziyarət etmək barəsində əri Ərdahanla olan söhbətinə dönəcəkdi:
- Qız, son söyləyən çaharidəh məsumu ziyarəti biz xanların yox, ancaq rəncbərin-rəiyyətin, qara camaatın işidir. Xan belə icbari mükəlləfiyyətdən azaddır!
- Niyə, Ərdaha? Məgər xan olan kəs Məhəmməd ümməti deyilmi? Məgər xan olan kəs din-islamdan bu qədər iraqdır?
- Yox, qız, xan ehsan verməklə çaharidəh məsumu öz qapısında qazana bilər! Daha xan piyada zəvvar olub, at üstündə nehrə kimi çalxana-çalxana, sərin bulaqlı Savalandan isti Ərəbistanın otsuz-susuz qumlu səhralarına ləhüyə-ləhliyə gedə bilməz!
- Bəlkə deyirəm, ilkini böyrümüzdən başlayaq, yaxına, İmam Rza ziyarətinə, Xorasana, Məşhədə gedək, Ərdahan!
- Məşədi Ərdahan, Məşədi Ərmağan olaq!
- Məşədi Ərdahan, Məşədi Ərmağan olanda nə olar?
- Onda gərək Həlaku hökmdarlığını bir yana, şallağı, şəmşiri də başqa bir yana tolazlayıb, uzun zikr təsbehini əlimizə götürüb, sabahdan axşamacan o üz-bu üzə salavat çevirək?
- Salavat çevirəndə nə olar, Ərdahan?
- O olar ki, qoca Həlaku hirslənəndə, ya bir məsələni qət edəndə üsür təsbehini götürüb dünya müşkülatına baxar! Biz isə sağ ikən qocanı təqlid edə bilmərik! Gər biz dindarlığa qurşansaq, onda çalbığ qoca şaqqa çəkib çox ucadan bizə gülər! Mənə deyər ki, boyuna xam ip tutum, ay Məşədi Ərdahan! Səngərdə yatmaq əvəzinə, yan-yörədən torpaq qoparıb, xanlığa qatıb-qarışdırmaq müqabilində xülyaya uyub, behişti bu dünyada satın almaq iştiyaqına düşübsünüz!
- Axır ziyarət həvəsində olmaqlığı bu üzüstə yozmaq nə üçündür, Ərdahan?
- Onunçün ki, xan olan kəs cəng-cidalda at bağrı çatlatmalıdır! Məşhəd, Kərbəla, Məkkə yolunu at belində mürgüləyə-mürgüləyə gəzib dolanmamalıdır!
- Demək belə çıxır ki islamlıq - rəiyyət-rəncbər üçündür?
- Bəli mütləqa! Çün büzürg olan Xuda öz ağır yükünü onların boynuna yıxıbdır!
- Bəlkə o dünyada yenə də onlar əzab-əziyyətdə, xanlar isə kef-damaqda olacaqlar, əzizim Ərdahan?
- Daha naşı xan öz dəstinə xarici, rezin kəmərini götürüb, zığa-zımrığa bulana-bulana behişt gülüstanını sulamayacaq ki?
- Bəlkə xan olan kəs bu behişti bu dünyada gördüyündən adil Allahın izni ilə o dünyada cəhənnəmi oldu, onda bəs necə?
- Necə o dünyada xan olan kəs cəhənnəmi oldu, Ərmağan xanım? Bəs xanın şühədayi-Kərbəla üçün saxladığı saysız-hesabsız təziyələr? Bəs xanın hər məhərrəmdə, aşurada, ümumən qırx günlük təziyədarlığı?
- Onda belə çıxır ki, başına döyən də, ağköynək olub başını yaran da, özünü qanına qəltan edən də rəiyyət-rəncbər olur!
- Bəs sən nə güman edirsən, xanım? Heç eşidibsənmi, şahənşahlardan tək bircəciyi olsun bircə dəfə ağköynək olub, dəstə başında tullanıb qırxılan başını yarıbdır?
- Bəlkə də şah başını qırxdırıb, ağköynək olub, dəstə başında başını yarmayıbdır!..
- Daha onda xan niyə dəstebaşı olub, dastə başında tullana-tullana gedib "Heydər-Səftər" - deyib başını yarsın. Ərmağan xanım?"
- Yəni belə çıxır ki, xan da gərək şah kimi hərəkət etsin?
- Əlbəttə, əlbəttə! Baxanda biz İranda şahıq, Qacar isə Tehranda şahənşah!.. Nə üçün böyük şah rəva görməyəni kiçik şah özünə rəva görsün?
- İndi Həlaku oğlu Ərdahanı biz necə başa düşək?
- Həlaku oğlu Ərdahanı siz elə başa düşün ki, gərək hər bir xan qılınc-qalxan gücünə qalxıb şahənşah dərəcəsinə çatsın, çün şahənşah olmaq bizim hamımızın iştiyaqındadır!
- Necə, nə minval ilə şahənşah olmaq dərəcəsinə çatmaq ola bilər, Ərdahan xan?
- Böyüyə-böyüyə! Mal-mülkünü artıra-artıra gedib şahənşah olmasında, gərək vəzir-cəng iştiyaqında olasan!
Ərmağan xanım əri Ərdahanla olan son söhbətini xatırlayınca, xanlığın nə olduğunu, onun qanlı çaydan necə keçdiyini daha dərindən sörürdü. Ərmağanda xan idi, xan qızı idi, xan kimi hərəkət etməli idi! Ərmağan xanım dörd xanzadə anası idi! Ona indi ürəyiyumşaqlıq yox, ürəyidaşlıq gərək idi! Yoxsa ürəyiyumşaq xan cır-cındalı rəiyyətə, rəncbərə qarışar, onda da başına daş düşərdi! Xan olan kəsdən gərək rəiyyət-rəncbər, qulluqçu-qaravaş qorxsun, tir-tirtitrəyib tük salsın, zağ-zağ əssin...
"Bəlkə mənim atam xanlıqdan çıxıb rəiyyətə, rəncbərə qovuşubdur? - Özünü zamanın eniş-yoxuşuna salan Ərmağan xanım, öz əslinə, kökünə dönmək istəyirdi. - Bəlkə də rəiyyət-rəncbərlə qan qovuşdurmaq bizim yetmiş yaşlı qocanın beynini qatışdırıbdır?".
Ərmağan xanım son vaxtlar bir-birindən daha təzadlı saatlar keçirəndən sonra qəti qərara gəldi ki, qəsəm qıldığı Quran onun ürəyini partladıb, bağrını çatlatsa da, lap dirigözlü cəhənnəm kürəsinə düşüb dönə-dönə yansa da, bu kürədə onun sür-sümüyü kösövə, kömürə dönsə də heç bir ögey qardaş Məmalik barigahında olmamalıdır! Məhəmməd qızı Məhtabanın doğduğu dəcəlxata sözsüz-sovsuz barigahdan rədd edilməli, izi-tozu da yer üzündən silinməlidir!
Yüz bir oyundan, hiylə-məkrdən sonra Ərmağan xanım qardaşının qətlinə qətnamə yazıb, qol çəkdi. Cücənin başı üzərinda xəlvəti hərlənən çalağan kimi Ərmağan da öz Məmalik qardaşının başı üzərində hərlənməyə, yer altında gizlənən, çalacağı canlının üstündən gözünü çəkməyən əfi ilan kimi uşağı
gözdən qoymamağa başladı. Qardaş qatili olmağını qət edən Ərmağan xanımın gözləri də əfi İlan gözlərinə dönürdü.
O, aynada özünü görəndən sonra ilan gözlərini atasından da, əhtabandan da, hətta ağlayıb, inləyib zarıyan uşaqdan da gizləyirdi. Çalbığ Həlakunun qarasifətli Ərmağan gəlini daha özünü gözə verməkdən çəkinir, bacardıqca gizlənirdi.
Ərmağan üçün işi uzada-uzada uzatmaq, gözləyə-gözləyə fürsəti vermək olmazdı! Ərmağan xanım hər hansı Quran qəsəmini hər cəsarətlə olsa pozub, öz hakim bayrağını Məmalik mülkündə etməli idi! Qoy ürəyiyumşaq adam cəhənnəmə getsin, qoy cəhənnəm oduna düşsün, cəhənnəm kürələrində yansın, qardaşı olmasın, gözünün işığı olsun, Ərmağan bu göyümtül gözlü uşağa əl qaldırmalı, bir cüt işığı söndürməli idi! Məhəmməd qızı Məhtabandan olan uşaq, vaxtsız banlayan beçə, qətlə çatdırılmalı idi!
Ərmağan qətiyyətlə qardaşını dinməz-söyləməz beşikdən yuxulu halında yavaşca götürüb, öz yataq otağına çəkildi. Balaca Məmalik bütün çarpışmalardan bixəbər mışıl-mışıl yatırdı... Əgər balaca Məmalik oyansaydı, dursaydı, bacısının qorxunc gözlərindən qorxacaqdı, ağlayıb, qışqırıb anasını, qoca atasını öz harayına çağıracaqdı! Bu dəfə Ərmağan Həlakunun sui-qəsdi pozulsa, həmişəlik pozulacaqdı! Ərmağan öz əzəlki cildində, sir-sifətində deyildi. Ərmağanın sifəti də, cildi də cəllad sifəti, cəllad cildi idi!
O öz lalə libasını geyimnişdi ki, üstünə çilənən qan bilinməsin, qan quruyunca ləkələr görünməsin! "Ax, zəhər şüşəsi, sən niyə sındın? Sən niyə dağıldın?.. Sən niyə bica yerə töküldün?.. Ax, tək bircə damcı da olsa, qalaydın, qalaydın!.." Bəlkə indi Ərmağan bu halında hər üç adamı cəld zəhərlər, cani arvad nəfəsini dərər, qan örtən gözlərini varisi olduğu ata əmval-əmlakına gəzdirərdi!.. Bəli, Ərmağan Həlaku öz qəsdini yerinə yetirər, qocanı da, arvadını da uşağım da yer üzündən göz qırpımında götürərdi!
Onda kimdi dirini qoyub, ölüyə havadar çıxan! Ölüblər, ölsünlər!..
Qoca xan biqeyrətlik, bişərəflik yükü altında əzildiyindən, özünə süni varis düzəldib rüsvayi-cahan olduğundan, durub arvadını da, zinadan əmələ gətən oğlunu da, özünü də, amansızcasına zəhərləyibdir. Qəzəbə dolan xan şəmadət yükü altında əzilmək istəmədiyindən öz-özündən amansız intiqam alıbdır!..
Kimdir İranda Ərmağan Həlakunu məhkəməyə çəkən? O hansı məhkəmə, hansı hakimdir ki, bu məmləkətdə gurul-gurul rüşvət almaya, külli miqdarda qazanc götürüb, bigünah qanun üstünü basdırmaya?!. Qoca qocalmışdı, öləcək idi, daha qurdla qiyamətə getməyəcəkdi ki?!. Vaxtında ölüm şərbətini içmək şərtdən deyilmi?! Vaxtında ölməmək, öz gözlərini döyə-döyə qalmaq, bədbəxtliyə, rüsvayçılığa, şərəfsizliyə düşmək deyildimi?
İndi Ərmağanın qolları üstündə bixəbər yatan körpə kimə oxşayır? Bunda qoca atasından nişan vardırmı? - Ərmağan mirqəzəb zəhmi ilə öz qurbanlığına baxırdı.
- Bəli, vardır, özü də az-azacıq yox, çox-çox vardır! Xarici xanım deyən kimi, burnu, dodağı, qaşı, sir-sifəti qoca Məmalikin özüdür!.. Ərmağanın öz uşaqlığıdır! Axır Ərmağan da sirsifətdən anası Sərəncama deyil, xanın özünə, bütün cizgiləri ilə onun cavanlıq çağlarına oxşayırdı... Necə, necə olsun?..
İndi Ərmağan özünə, öz uşaqlığına əl qaldırsınmı? öz-özünü öldürsünmü?.. Quran. bəs Quran? Quran Ərmağam yandırıb qaraltmazmı? Onun əllərini, qollarını şil-şikəst etməzmi?..
Ərmağan qan çanağına dönən gözlərini gəzdirib, əsim-əsim əsən, tir-tir titrəyən əli ilə yaxasında gizlətdiyi nazik iynəni çəkib çıxartdı, birdən qardaşınını yumşaq əmgəyinə yeritdi! Uşaq beynində səslənən xırçıltıya gözlərini açıb qatilinin üzünə baxdı. Qatil qardaşının ağzını da, üzünü də, gözlərini də sol əli ilə qapayıb, sağ əli ilə iynəni dərinlərə işlətdi. Sonra da o, qurbanlığını beşiyinə qaytarıb, dişi canavar addımı ilə səssiz-səmirsiz otağından çıxdı.
Ərmağan Həlaku ardınca qapını örtüb, andərun güllüyünə düşdü. Özünü az-az toxtadınca, pirani gülçünü hüzuruna çağırıb, Sərancamın güllüyünü suvartmağa başladı:
- Əcəb də etdin, qız! - deyə sanki Sərəncamın səsi sağ ikən inşa etdirdiyi birmərtəbəli tağbənddən çıxırdı. - Əcəbdən də əcəb etdin! - Həyula səslənir,
həmin gecə qaranlıq dəhlizdə güdükçü olduğundan da artıq qızının qulağına məlun, məşum səsi ilə doldururdu. - Mənim rəxt-xabıma soxulan Məhəmməd qızına belə bir cəza gərəkdi! - Yox, yox, Sərəncam xanımın əcaib həyulası qızının qulağından üzülmək istəmirdi. - Qoy əncümənçi Məhəmmədin nəvəsinə qalan əmvali-əmlak sənin bətnindən doğulan xan balalarına - Ərşadla, Gurşada, İldırımla Şümşada qalsın!.. Qoca atan yetmişində sərsəmləyibdir!.. Qoy qoca aşiqə belə bir zərbə dəysin, ağır əmud onun belini qırsın!..
Ərmağan xanım anası həyulanı - kabusu görməmək, onun amir və aramsız səsini eşitməmək üçün xaricdən gətirilən rezin borunu pirani bağbanın əlindən alıb, güllüyü sulamaqla Sərəncamın xıxıltısı altında zəbanə çəkən cəhənnəm kürələrini söndürməyə çalışdı.
22
Ərmağan Həlaku, öz cinayətkar əməliyyatını başa çatdırıb, tələsik addımlarla güllüyə düşər-düşməz, başqa otaqlarda səliqə-sahman yaradan Məhtabanın ürəyi iynələnən kimi sancdı. Məhtaban səndələyincə, divara söykəndi, xan imarəti onun gözündə zülmət zindana çevrildi. "Xudaya, bu nə haldır məndə?" - deyə gözləri qaraldı. Məhtaban divardan tuta-tuta yeriyib oğlunu yatırtdığı otağın qapısını ehmallıca açdı. İçəriyə qulaq verdi. Səs-səmir yox idi. O, istədi beşiyin örtüyünü qaldırsın, ancaq nə isə qaldırmadı, daha düzü, titrəyən əli gəlmədi.
Məhtaban bilmədi bu hal uşağı ayıltmağa qıymamaqdandırmı, yaxud onun öz mübhəm xofundan? Məhtaban ömründə görmədiyi ən ağır hal keçirincə, qayıdıb güc-bəla çarpayısına sərildi. Onun soyuyan sifəti ilin bütün fəsillərindi Savalan dağının zirvlərində üst-üstə qalaqlanan qardan da betər ağarıb göyərdi. Sonra da tədriclə saraldı. Məhtaban bihuş halında əllərini yana sərib, ağır-ağır nəfəsini dərdi...
Hələ də səs-sədanın çıxmadığını görən Ərmağan xanım, güllüyü sulamaqdan qayıtdı, cəld çamadanını götürdü, özünü anasının yuyunduğu əndərun hamamın güzgülü gözünə saldı. O, güzgü qabağında durub diqqətlə üst-başına baxdı. Ona elə gəldi ki, qardaşının əmgəyindən onun üstünə qan çilənibdir.
Lalə libasında iz buraxılıbdır. Əslində, bu cəlladın nə əlində, nə də üstündə qan izi yox idi. Onun qan tutan gözlərinə öz üst-başı qana bulaşan kimi görünürdü. Qardaş qatili dişi cəllad cəld soyunub, əynində olan bütün pal-paltarını bir qırağa atdı. Özü də xaricdən gətirilən süzgəci açıb, hərlənə-hərlənə çimməyə başladı.
Qatil qadın qanlı əlləri iLƏ, qan çilənən kimi görünən kötül ayaqlarını, piy bürüyən budlarını, üzüyuxarı qalxıb, qabaran cod saçlarını tez-tez, dönə-dönə yuyub, sabunlamağa, qaynar suda yancaqlarını döyəcləyib, yay girişi kimi dartınıb, bir-birindən aralanmaq istəyən əsəblərini ovundurub sakitləşdirməyə, bacardıqca özünü ələ alıb toxtatmağa çalışdı. Guya ki, bu cəlladın heç bir cinayətdən, qətldən xəbəri yoxdur, nə vaxtdandır ki, hamamdadır, çimməkdə, yuyulmaqda, Quran qəsəməni yerinə yetirməkdə, qurşandığı namazını qılmaq üçün qüsl edib paklanmaqdadır!
Ərmağan Həlaku əndərun hamamda xeyli yuyunandan, dönə-dönə sabunlanıb salavatlanandan sonra mərmər otağa çıxdı qətfə ilə qurulandı, güzgüdə gözlərinə baxdı. Onun gözləri dopdolu qara qan çanağı idi ki, durmuşdu. O gözlərini soyuq su ilə xeyli yudu, təkrar güzgüyə baxdı, qanı çəkilməyən qan çanağı yuyulmaqla da təmizlənmədi. Deməli, qardaş qanının izi üryan bacısının bədənindən də getməmişdir!
Vahimə, xof Ərmağana güc gəldi. O, qətfə ilə vücudunu örtüb, buradaca, xalça üzərində dizləri üstə düşdü, tək tanrısına yalvarmağa, quran qəsəmini xaincəsinə pozduğuna görə xudasının ətəklərindən tutub yalvarmağa başladı.
- Xudaya, bu qətl vacib, zəruri idi, - deyə hər bir ehtiyata qarşı Avropadan zəhər gətirən, zəhər şüşəsini bilmədən əlindən salıb sındıran, xadimə Xədicənin Ərşad Həlaku tərəfindən təpiklənib öldürülməsinə səbəb olan xanım yalvarmağa başladı:
- Xudaya, səfil-sərgərdan Məhəmməd qızı Məhtaban, ruhu məndən üzülməyən mərhumə anamın rəxt-xabına sehrkarlıqla dürtülmüşdü. Xudaya, o, yetmiş yaşlı qocanı əməlbaz xanların şəmadətində qoymuşdu. Xudaya, son özün bilirsən ki, necə də mən çalbığ Həlakunun üzünə çıxa bilmirdim... Çıxanda da elə bilirdim ki, qayınatam Həlakunun çal bığları codlaşanda, atamın ünvanına “bişərəf”, “biqeyrət” - deyə söyüş üstündən söyüş yağdırır.
Xudaya, o uşağın mənim atama nə qədər müşahibəti olsa da, yenə mənim o uşağın yetmiş yaşlı qocadan olmasına dərin iştibahım var idi!.. Özün də bilirsən bu uşaq şahənşah üzünə ağ olan fədai, əncümənçi qızının xəyanətindən vücuda gəlmişdir!.. Xudaya, mən sənin Quranına qəsəm qılmasaydım, tərəddüd keçirə-keçirə girəvəni əlimə keçirə bilməz, el şəmadətindən xilas olmaq üçün öz qəsdimi yerinə yetirə bilməz, məmaliklər sicillisini bişərəflik bataqlığından dartıb çıxara bilməzdim! Zinadan olan yaşayıb böyüyər, məmalik sicillisini əldə dəstəvuz edib, qəsbkarlıq göstərər, bütün əmval-əmlaka qeyri-şəri sahib durub, min cürə fisqi-ficur törədər, iki xanlıq arasında bir də təzədən qanlı ədavət başlardı!
Xudaya, sən özün də qətlə çatdırmalı nalayiq fərdin qətlini vacib və əlzəm sayırsan. Sənin neçə-neçə qazin şəri ehkamla ölüm fitvası veribdir və verir. Nə qədər sənin müctəhidin asilərin ölümünə qol qoyubdur və qoyur... Mən qocanın gözlərini öz qəsdimdən yayındırıb, Məhəmməd qızının qılığına girməsəydim, fitnə-fəsada səbəbkar olacaq zina gövhərini öz vaxtında yer üzündən götürə bilməzdim...
Ərmağan Həlaku dərgah qarşısında öz qatilliyinə bəraət verib dümağ paltarını geyindi, dümağ yaylığını başına örtdü, dümağ başmaqlarını ayaqlarna aldı, dönüb əynindən çıxardığı qan rəngli pal-paltarını bircə-bircə götürüb, hovuza tulladı. Ərmağan qayıdıb diqqətlə hovuza baxdı. Sanki hovuz qanla ləbaləb dolmuşdu, yaxud hər hansı bir qəssab pal-paltarını çıxarıb, hovuza atmışdı. Ərmağan xanım yavaşca hovuzu açıb, suyunu axıtdı, yenidən hovuzun aşağı gözünü tutub üstdən su buraxdı yenə də hovuz həmin-həmin qanla doldu:
- Bu Quran xofu Allah qəzəbidirmi?! - deyə Ərmağan Allaha da acıqlanıb qeyzlə özünə sığal-tumar verdi, göydəki Allahın da gözləri qabağında ona da kələk gəlib, mələk cildində əndəruna çıxdı. İçəridə güzgülü hamamın hovuzunda qoyduğu əlbisəsini yumağı, hər nə varsa hamısını tərtəmiz sıxıb sərməyi, qurudub ütüləməyi Sərəncam xanımın qoca qulluqçusuna tapşırdı. Ancaq ağ donlu mələk qan çanağına dönən gözlərini gizləyə bilmədi. Baxan kəs güman edərdi ki, bəs Ərmağan xanım qapalı hamamda çimdiyinə görə öz gözlərini isti buxarda ütüb bu kökə salıbdır?! Bəzi kəs də şübhəyə düşərdi ki, nə isə bir hadisə olub gec-tez üstü açılacaqdır!
Müəyyən kəsin də ürəyinə dammamış olmazdı ki, bəs Ərmağan xanımın bunca həlakularla məmaliklər arasını ərşi-arğac gedib-gəlməkliyi əbəsdən deyildir!..
23
Sübhün gözü açılmadan kəndlərə çıxan, yenə də rəncbər-rəiyyətlə rəhmdilliklə rəftar edən, əlillərə ehsan paylayan Məmalik xan da ürəyinin Məhtabanın ürəyi kimi birdən eyni an içində sancdığını hiss edincə, atının belinə qalxıb üstünün süvariləri ilə dinməz-söyləməz geri döndü, göydəki gün əyilər-əyilməz, özünü bərigahına yetirdi. Xan atından düşüb birbaş Məhtabanın otağına qalxdı, onun ölü düşdüyünü görüb, heyrət etdi:
- Sənə nə bəla üz veribdir, qız?
- Daha axırımdır, xan!
- Bəs, körpən? Bizim balaca Məmalikimiz?
- O, səssiz-səmirsiz yatıbdır!
- Çoxdanmı?
-Xeyir olar!
Nə isə qocaya əyan olmuş kımi həyəcanlı səslə xəbər aldı:
- Bəs, niyə körpəmizin yuxusu uzun çəksin?
- Düzü, beşiyinə yanaşdım, tərpətmək istədim, tərpədə bilmədim!
- Nə üçün?
- Əlim gəlmədi, xan!
- Qıymadın, ya necə?
- Heç özüm də sustalmağımın səbəbini dərk etmirəm, xan! Qoca ər, gənc xanımının çarpayısının qırağında həm məlul, həm də cəsarətsiz əyləşdi:
- Mənim də ürəyim Daşbulaq obasında sıxılıb əzilmişdir, Məhtaban!
Məhtaban da durdu, əzik-üzük olan libasında çarpayı üstündə əyləşdi;
- Sən də Savalan qarı kimi ağarıbsan, xan!
- Bir bədbəxtlik olmasınmı, Xudaya?
- Sanki onlar ikisi də baş verən bədbəxtliyi görürdülər. Ancaq görməkdən, müəyyən etməkdən çəkinirdilər:
- Götür, körpəmizi qaldır beşikdən, Məhtaban!
- Sən özün dur, götür uşağı, qaldır, xan!
- Mənim tozlu saqqalımdan vahiməyə düşüb qorxmazmı?
- Xan, oğlunuz sizə alışıbdır, - deyə Məhtaban çarpayıdan yerə düşüncə, hıçqırıb otaq dolusu ağladı, onun İniltili səsi imarəti götürdü... Xan çarpayının qırağından qalxdı, beşiyin Örtüyünü atıb balaca Məmaliki qucağına qaldırdı. Uşaq buzdan da soyuq idi. Onun dodaqlarının qanı qaçmışdı. Yanaqları çovğuna düşən bahar gülü kimi solmuşdu, əl-ayağı da uzanmışdı,
- Oğlum, körpəm! - deyə qoca xan vahiməli səslə qışqırdı:
- Xudaya, mən nə qədər də bədbəxtəm! - Onun qışqırıqlar içində itən gözləri genişləndi, dönüb oğlunun meyitini Məhtabana uzatdı.
- Sal döşünə, qız, sal döşünə, Məhtaban, qoy körpən sonuncu dəfə ana südü əmsin! - Qoca xan doğrudan da şivən qopardı.
- Xudaya, sən bizim basaratımızı Quran qəsəmi ilə gör necə bağladın? Düşmən də göz görə düşmənçiliyini etdi!.. Xudaya, gör sənin Quranın necə bizi aldadıb, tiryək kimi yuxuya apardı!..
- Məhtaban, sal döşünə balanı! Bəlkə oğlun ecazla əmdi, bəlkə külli-aləmi yaradan Allahın mən zülmkar xana yox, sən fəqirə rəhmi gəldi?..
Məhtaban oğlunu alıb döşlərinə gətirincə uşağın ağ papağını başından qaldırdı, qıvrım saçlarının arasını axtarıb gəzdi. Arada az-azacıq, güclə seçilən qan izini, qurayub-quramayan damlacıqları gördü:
- Xudaya, bu dəhşət nədən ola?.. Bəlkə daraq dişindon bədbəxtin başında qalan yara izləridir?.. Nə ola, Xudaya? Xudaya, nə uzun, əzablı yuxudur?..
Xudaya, nə vaxt mənim qorxulu yuxularımın axırı olacaqdır? Xudaya, mən Məhəmməd qızı Məhtaban, haçanacan əzab çəkəcəyəm?
Məhtaban buz parçasına dönən oğlunu qaytarıb, qoca xanın qolları üstünə qoydu, ər-arvad baş-başa verib hönkür-hönkür ağlaşdılar.
Əndərun hamamında yuyunandan sonra özünü cəmləşdirən Ərmağan Həlaku tezcə köhnə məmurları tor-top edib, öz fərmanını elan etdi və onun icazəsi olmadan heç kəsin əndəruna buraxılmamasını tapşırdı.
İşin nə yerdə olduğunu duyan Ərmağan Həlakuya xidmət etməyə tələsən əyan-əşrəf elə bu andan hökmranlığı əlinə götürən xanım Həlakunun qarşısında quyruq buladılar, onun bir sözünü iki etməməyə and içdilər. Bir azdan əyan-əşrəf bihuş olan xanla xanımını itələyə-itələyə kənar otağa keçirib, kiçicik cənazədən araladılar. Təbir cayizsə, qoca ilə arvadını xan evində həbs etdilər...
Ərmağanın sərəncamına görə, toran düşüb qaranlıq qovuşanda məqtulu qəbiristanlığa aparıb quyladılar. Heç kəs, heç cür səs-səmir çıxarmadı. Özünü Ərmağana müqərrəb sayan baş əşrəf bir qıraqda dayanıb, izafı dil tərpədən şəxsi ölüm cızası ilə təhdid etdi. Baş əşrəfin başına toplanan xidmətkarlar daha günü keçən xana etina etmədən, dörd oğul anası Ənnağana xidmət etməyə caiz bildilər. Özü də baş verən qəzanı tək Tanrının iradəsinə isnad etdilər. Üstəlik qətlə çatdırılan tifilin ünvanına da çox şəbədə dedilər, dilsiz-ağızsız uşağın üstünə ağlasığmaz iftira-böhtan yağdırdılar:
- Əcəb də oldu ki, daima başımızı aşağı edə biləcək bicdən ərdalılara xan olmadı! - deyən mübaşirlər, məmurlar, hap-haplayan qart köpəklər, hürüşüb-
hürüşdülər, ac qurdlar kimi ağız-ağıza ulaşdilar.
Elə bu andan taqətdən düşən qoca xanı da, Məhtabanı da qaralayıb közdən saldılar, Pəhlovan Mohəmmədin fədailiyini də, məşrutəçiliyini də, əncümənçiliyini də yamanlayıb, onun xatirəsini də nallıdaban başmaqlarının altına alıb, Ərmağan Həlakunun müqabilində atıla-düşə tapdadilar, onlar qoca xanın öz başını itirdiyini dönə-dönə deyib, çiyinləri ata-ata gülüşdülər, qarınlarını tuta-tuta atlanıb-düşdülər.
Nəhayət Ərmağanın göz ağartması qarşısında güclə kiriyib, əl-əl üstündə dayandılar, yeni xanın hər bir sözünə iki dəfə "Bə çeşm!" deyib, bütün əmr-sərəncamını, verəcəyi hər növ formanı sözsüz-sovsuz yerinə yetirəcəklərinə, tenlənə-təmtəraqla Qurana qəsəm qılıb, Ərmağan Həlakunun qarşısında keçəpapaq, uzunbirçək başlarını əydilər...
24
Lakin bu səs-səmir heç də içəridə qalmadı. Savalana qalxan qiyamçılardan Ərdahanın həm təzə, həm də köhnə əşrəf və mübaşirlərinə xəbər yetişdi ki, bəs əgərləri siz Pəhləvan Məhəmmədin qızı Məhtabanın başından bircə tük əskik etsəniz, öz keçəpapaq, uzunbirçək başınızı cidada bilin!..
Baş əşrəfin tapşırığına görə bu xəbəri Ənnağandan gizlədilər, tülkü kimi qorxduqlarını yeni hökmdara bildirmədilər...
- İndi nə olsun, ağalar? - deyə Ərmağan başına toplaşan əşrəfəyanın fikrini bilmək istədi. Onlar qoca xanla, onun xanımı Məbtabanla necə rəftar etməyi Ərmağanın öz öhdəsinə buraxıb, onun heç bir sərəncamına zidd çıxmayacaqlarını bir ağızdan izhar etdilər.
Ərmağan xan əri Ərdahana sifariş göndərdi ki, bəs durmayın, yas bəhanəsi ilə də olsa gəlin!.. Ancaq o tərəfdən heç bir adam gəlmədi, cavab da qayıtmadı. Çün çalbığ Həlaku heç bir kəsi, o cümlədən Ərdahanı da Məmalik mülkünə buraxmadı:
- Ta məqamınacan bizim heç bir işdən xəbərimiz yoxdur, baba! - deyə Həlaku öz qara-qırışıq əlini çal bığının gah bu tayında, gah da o biri tayında gəzdirdi, - bizim kiçicik bir tifilin qətlinə heç bir dəxalətimiz yoxdur!
- Bəlkə ağa, öz müsəlləh süvarilərimizi də götürüb gedək, Məmalik mülkünü tezcə işğal edək? - Ərdahan arvadına bel bağlaya bilmədiyinə görə,
atasına işarə etdi, döşünün atdığını gizləyə bilmədi. - Bəlkə heç qoymayaq bu isti qismət soyuya, xan!
- Əsla, qəta, Ərdahan! - çalbığ Həlaku şəhadət barmağını cilov gəmirib, baş aparan Ərdahanın üstünə bərk-bərk silkələdi. – İşğalsız da Məmalik mülkü Həlaku xanlığına qarışıb qurtarıbdır, gədə!
- Bəlkə xan, sənin gəlinin Ərmağan dönüklük etdi, onda necə?
- Dörd oğlunun boynunu burada fərmanda qoyan Ərmağan orada beç bir dönüklük iqtidarında ola bilməz, oğlan!
Gah özünə gələn, gah da özünü itirən Məmalik oğlu öldürülənin beşinci axşamı qızın! yanına çağırdı. Ərmağan atasının cibindən düşən aylı gecə dəsmalını götürüb, gözlərini silə-silə qocanın yanına gəldi:
- Daha ağlamaq nə üçün, Ərmağan xanım? - qoca qotazlı mütəkkələrdə güc-bəla dirsəkləndi. - Siz həlakular ki, öz məqsəd, məramınıza çatdınız!
- Mən Məmalik qızı Ərmağan ancaq atamın halına ağlayıram! -Mənim daha nə halım, Ərmağan xanım?.. Artıq hər şey sizin əlinizdədir, siz həlakularındır!
Məmalik bir az da mütəkkələrdə qalxıb gözlərini güclə genişləndirdi.
- Sən qardaş qatilisən!
- Sübut? Sübut?..
- Bunu mən özüm də əcəb bilirdim!
- Bəs onda niyə varisinə göz olub, düşmənindən qorumurdun?
- Sənin Quran qəsəmini bunca amansız pozub, qardaş qatili olacağına da çətin inanırdım!
- Niyə də çətin inanırdın?.. Madam ki, dünya görmüş qoca şübhə etmişdi, niyə düşməninə uduzurdu? Niyə girəvəsini marıqda duran, girəvə gözləyən dədə-baba düşməni Həlaku tərəfə verirdi?
- Mən binəva hər necə çapalasam da, öz atalıq hisslərimə əsir düşürdüm, son mülayim rəftarına görə öz doğma qızıma, qardaşını əlindən qoymayan, onun nazı ilə oynayan övladıma, sir-sifətdə özümə bənzəyən balama Quran qəsəmindən sonra hər necə şəkk-şübhə etsəm də, inanmağa başlamışdım...
- Məgər Məmalik, düşmən ocağına ərə verdiyi qızı Ərmağandan doğulan dörd oğulun dördünün də Həlaku sicillisinə mənsub olduğunu dərk etmirdimi?
- Dərk edirdim, hamısını da əcəb bilirdim!.. Ancaq görünür, get-gedə qocalıq mənim beynimi kütləşdirib basaratımı da bağlayıbdır!
- Bəlkə Məmalikin basaratını ərş-əlada bərqərar olan ulu Tanrı özü doğru-dürüstünə bağlayıbdır?
- Ulu Tanrı belə qətlə kömək edərdisə, mən asi kəsilib ona, "Yoxsan, yoxsan, yoxsan!" - deyərdim!..
- Qoca xan qızışmasın, aqibəti betər olar! - Ərmağan atasına yaxın əyləşdi. - Gərək sirr qalmasın ki, sənin qızın cəsur oğul qətiyyəti ilə sənin xan şərəfini əğyar şəmadətindən xilas edibdir!
- Nə əğyar, qız? Hansı əğyar şamadətindən, Ərmağan Həlaku?
- Guya ki, əfəl qocanın hər iki qulağına birdən girvənkə-girvənkə pambıq tıxanıbdır?
- Nə pambıq, necə girvənkə-girvənkə?
- O girvənkə-girvənkə pambıq ki, Məmalik xan, külli-İran ancaq bir səndən danışırdı. - Ərmağan əlinə qılınc götürən cəllad görkəmi alıb, onun özünü öldürmək əzmində olduğunu nümayiş etdirdi. - Gərək sən qoca gec də olsa qulaqlarından tıxacları çıxarıb, əlinin içi kimi əcəb biləsən ki, hamı hey oturub-durub bir ağızdan, özləri də gizlətmədən, utanmadan, çəkinmədən heç kəsdən bak etmədən, gur-gurrah səslə deyirdilər ki, yetmiş yaşlı, əpriyib, əfəlliyən xan vərəsə vücuda gətirməyə qüdrətsizdir, qadir deyildir. Mənsə bu batman ağırlığında zəhərli sözləri əzəl başdan, o zaman yanıma gəldiyin gündən sənə demişdim!.. Lakin sən qoca xan öz doğma qızını dinləməyib yerindən dingildədin, at belinə qalxıb süvarilərini də götürüb toz içində tozlana-tozlana itdin!
- Onda da, indi də sidqi-dil ilə Qurana qəsəm qılıram ki, bu batman ağırlığında zəhərli sözlər başdan-başa yalandır, qara böhtandır! – Qoca qımzanıb döşəkcədə bardaş qurdu. - Məndə, Məhtabanın eşqi ilə gənclik iqtidan, cavanlıq atəşi nümayan idi!
- Nümayan idi? - dey giravəni əlinə keçirən, xanlıq ixtiyaratını öz dəstəsində toplayan Ərmağan atasını qılıncdan qabaq tənəli sözləri ilə məhv etmək istəyirdi. - İndi bəs necə, xan həzrətləri?.. İndi bəlkə səni təzədən bir ev küncündə un çuvalına tay olan çirkin bir xan qızıyla, ya dul, doğar bir qəşəng
xanımla bir də evləndirək?.. Görən onda sən deyən Allahın izni ilə səndən hansı övlad-vərəsə vücuda gəlir?..
Əgər belə bir möcüzə baş verərsə, onda mən öz caniliyimi, əli qanlı qatil oldıığumu icma qarşısında etiraf edib, öz əlimlə boğazıma kəndir keçirib Allah
divanında asılaram! Qoy vahid Allahın cəzası daha təxirə düşüb, axirət dünyasına qalmasın! Qoy dünya üzündə hər kəsin müqabilində aşkar olsun, külli-İran bu qəziyyəni eşidib-bilsin!.. Bilməyən, gözləri ila görməyən kəs də eşidib anlasın ki, qardaş qatili Ərmağan Məmalik qızı Quranın hökmü ilə küili-
kainatı yaradan Allah divanına necə cəsarətlə getdi. Necə öz ləl-cavahiratlı boğazını samanları gorünən kəndirdən keçirdi!
- Sən necə, nə təhər söyləsən də, mənim belimi qırıbsan, qız! -deyə taqətdən düşən xan zarıyan səslə asta-asta danışır, bəzən də az qala qızının necə
amansız qatil olduğunu unudur, birdən də atalıq giley-güzarına keçirdi. - Sən, Ərmağan mənim belimə ağır əmud endirdin, namərd bala! İndi sənin atan öz gözünün qabağında tərpənə bilmir!.. Budur, bax, gör sənin öz gözünün qabağında mənim ol-ayağım necə də tir-tir titrəyir! Budur, zəifləyən, sarsıyan
vücudumda iflic - Ölüm əlaməti görünür!
- Nə üçün, əziz, möhtərəm xan öz qoca canına bunca cövr-cəfa verib özünə əbəsdən qəsd edir? - deyə istehzalı, iynəli sözlərindən əl çəkib tərksilah olmaq istəməyən Ərmağan, ağına-bozuna baxmadan Məmaliki qılınclayırdı, - nə üçün qoca bu qədər iniltili iztirablar keçirir?
- Çün, mənim son sevincimi namərdlik və hiyləgərliklə əlimdən aldın, məni varisdən məhrum qıldın!.. Sən mənim girəvəmi dadə-baba düşmənimizin əlinə keçirdin, Ərmağan Həlaku!
Ərmağanın gözləri yenə də qoşa qan çanağı kimi közərdi:
- Bəs necə! - deyə o, ayağa atılıb çalbığ Həlaku ədasıyla atasını təhdid etdi, əgər çox cəza-fəza göstərərsə, aqibətinin heçə-puça gedəcəyini söylədi. - Bəs necə, Məmalik ağa?.. Mənim xan qızı anam Sərəncamın yatağı sənin üçün küçələrdən gətirilən səfil-sərgərdan bir qızla boş-boşuna da olsa əylənmək üçün əyyaşlıq məvası deyüdi!!!. Sənin anan, mənim də xanımım Sərəncam özünün bitib-tükənməz əfi ilan zəhəri ilə mənim ömrümü-günümü çürütmüşdü! - Məmalik acıdan-acı günlərinə görə qanlı ah çəkdi. Hətta sənin anan məni tiryəkə də məcbur etmişdi!
- İndi sən tiryəksiz-hoqqasız, ayıq başınla dur, keç o tərəfə! - deyə Ərmağan sapsan saralan, gücsüzlükləşib heydən, hərəkəldən düşən, yaraşıqlı ağ saqqalı yana əyilən qocanı başmağın burnu ilə tərpətdi. - Qalx, qoca! Qalx, məxmər döşəkcədən, qotazlı mütəkkələrdən! Yapış litrəyən əllərinlə o cadugərİn, sehrkarın qolundan, çıxar ləçəri əndərundan, aparıb birundan keçir, xan darvazasından bayıra tulla!
- O, nə cadugər, nə sehrkar... nə də ləçərdir! - deyə gücsüzləşən xan məxmər döşəkcədən durmaq, nə vaxtdan bəri hiyləgər, xatakar düşmənə dönən qızıyla döş-döşə dayanmaq istəsə də büdrəyib, məxmər mütəkkələrdə bənd aldı.
- Sən belə saxtakar, süni bəraətinlə, öz qırıq-quruq çərən-pərənlərinlə, izafı inilti, sızıltılarınla, qalxıb-yıxılmağınla mənim qətiyyətlə dolan qeyrətli
ürəyimi heç də pilə kimi yumşalda bilməzsən! - Ərmagan güclənən səslə qocanın yıxılısına qışqırdı.
- Çün, mən bilirəm ki, sən bütün vücudunla sehrlənmisən, cadulanmısan, qoca! Sənin indi mütəkkələrdə yaşaran gözlərinə elə gəlibdir, şirin röya kimi elə görünübdür!
- Heç... ola bilməz!.. - Qoca hər iki titrək əli ilə rədd edirdi. - Əsla, ola bilməz, Həlaku!
- Əgər sən miskin qoca belə sehrlənib, əfsunlanıb, cadulanmasaydın, - deyə Ərmağan öz qurğuşun ağırlığı ilə atasının başının üstünü alıb dişləri qıcana-
qıcana yırğalandı. – Sən daha bunca özünə əldən qoyub, bu rəzalətdən o rəzalətə, bu gölməçədən o gölməçəyə, bu bataqdan o batağa, bu üfunətdən o üfunətə düşməzdin! Son azan-təzən gedə-güdədən, Savalan ətəyinin ney çalan, cır-cında içində itən çoban-çoluğundan Özünə əmval-əmlak varisi, böyük Ərdaha xanlığına vəliəhd düzəltməzdin!.
Ərmağanın bunca amansızlığı atasını təpəsindən dırnağına sarsıtdı, o avazımış halında sərilə qaldı... Ərmağan isə atasına hücum edib, onu bişərəflikdə müttəhim edir, qoca vaxtında oyanan eşqini təhqir edirdi. Qocanın əsəbləri yay kirişi kimi dartılır, fikri-xəyalı dəyişib dolanırdı: - "Bu nə haldır? - deyə gözləri süzülən qoca dərin burulğana düşən sayağında boğulurdu. - Bu nə faciəli röyadır, Allah?".
Məmalik, gözləri ilə görsə belə, çox çətin inanırdı ki, qız da atasına qarşı belə amansız olar, bir həramı kimi onun girəvəsini kəsə bilər. Qoca çox çətin inanırdı ki, ana ayrı olsa da, öz ata bir qardaşını, məsum, günahsız uşağı, bütün bu çarpışmalardan bixəbər körpəni ata bir bacısı məkr, hiylə yolları ilə oynada- oynada, güldürə-güldürə, öpə-öpə qətlə çatdıra bilər!..
Ən ümdəsi, sir-sifəti avazıyan, ağ saqqalı əzilib pəjmürdələşən qoca, öz gec oyanan eşqi ilə Məhəmməd qızı Məhtabanı özünə zövcə etməklə, pak bir qızı, gözəl bir xilqəti istər-istəməz bədbəxt etməkdə özünü günahkar sayırdı. İndi qoca başının üstünü alan, xanlıq ixtiyaratını əlinə keçirən qızının qarşısında nə edə bilərdi? Əgər o, Məhtabandan əl çəkərdisə, bəlkə də bu zalım qız azacıq da olsa, rəhmə gəlib, ələ keçirdiyi xanlıq ixtiyaratını atasına qaytarmasa da bir küncdə, guşədə, bir otaqçada atasının azalan ömrünü başa vurmağına aman verər?
Əgər ixtiyaratı əlindən gedən qoca Məmalik, Məhəmməd qızı Məhtabanı indiyə qədər ikiəlli tutduğu kimi, ömrünün axırına, nəfəsinin sonuna qədər tutarsa, qeyri-mütəqabil də olsa çarpışma davam edəcək, Ərmağan atasının ölüsündən də əl çəkməyəcəkdir, qoca yenə də dardan asılı qalacaqdı. O,
Məhtabanı tutsunmu, buraxsınmı? Öz taleyini bundan belə də yasa batan ana ilə bağlasınmı, oğlu ölən ana ilə birləşib, həlakulara qarşı dursunmu?
- "Xudaya, Xudaya!" - deyə cismən taqətdən düşsə də, ruhi əzab keçirən xan belə bir ağır zamanında da o tərəfə keçə bilmədi, bu tərəfdə dayandı. O, oğlunun ölümündən də, Əhdaha xanlığının dədə-baba düşməni həlakulara qalmadığından da artıq Məhəmməd qızı ilə öz taleyini yenə də axırıncı dəfə bağladı. Aylı gecədə, ağ köpüklü göldə çimən Məhtabanın gözəlliyi qoca xanı kişiliyə səslədi.
O gücsüz də olsa, müqavimət göstərmək, Məhtabana ər olmaq, olan-qalan gücü ilə onu çəkib çirkablıqdan çıxarmaq, yenə də Məhtabanı ay nuruna qərq etmək istədi. Məmalik bacarmasa belə, buna cəhd etdi, tərəddüd göstərmədən Məhtabanın tayında durdu, Sərəncam qızına təslim düşməkdənsə, Məhəmməd qızı ilə zindana düşməyi, onunla birlikdə çürüməyi özü üçün üstün tutdu. Qoca üçün bu ayaqda hər nə vardısa hamısı getdi, ancaq bir tək Məhtaban qaldı. Son nəfəsinda də olsa belə, Məhtabanı atmaq, öz eşqinə xain çıxmaq qoca xana ardan da artıq ar gəldi!
Qoca məxmər mütəkkələrdə dirsəkləndi, ağ saçı ağ saqqalma qarışan məcnuni başını dikəltdi, güc-bəla özünü cəmləşdirib dədə-baba düşməni həlakular müvəkkili Ərmağanın qarşısında qaynayan göz yaşlarını qurutmağa, az qala ağlayan gözlərini oyub-oyub çıxarmağa cəhd etdi:
- Məhəmmod qızı Məhtaban müqəddəsdir, özü də daim əndərunda olmuşdur! - deyə qocanın kinli gözlərində düşmənə qarşı qığılcım zərrələri
parladı. - Sən bircə anlığa düşmən deyil, mənim qızım olsaydın, bilərdin, yox imanınla yəqin edərdin ki, Məhəmməd qızı biruna çıxmayıbdır, əndərundan başqa biranda olan kəslə göz-gözə dayanmayıbdır!
Ərmağan başının üstünü aldığı qocanın olan-qalan şaxını sındırmaq, öz cəlladlığına bəraət verib Sərəncamın günüsünü ləkələyib, kömürdən də artıq qaraltmaq əzmində oldu:
- Sən öz imarətini tərk edib, Ərdaha kəndlərinə gedəndə, cır-cındalı əşxas qarşısında öz hatəmtal səxavətini, öz beyinsiz, başsız əfsanəvi islahatlarını göstərmək üçün yollananda, bir az da o yana Savalan ətəyi meşə-tala obalarına varıb, eşqin topuğuna vurub səni dana kimi dingildədəndə bu sehrkar sənin əndərun islehkamını birun üzünə aça bilməzdimi?
Mirqəzəbdən də artıq mirqəzəbləşən, ürəyində olan övladlıq duyğu məhəbbətindən əz əsər qalmayan, atasının üstündə öz üstünlüyünü hakim əda ilə göstərən Ərmağan ixtiyaratı əlindən oynayıb gedən, getdikcə gücsüzləşən, məxmər mütəkkələr sərilib, dilim döşəkcədə məzlumlaşan qocanı dönə-dönə
istehzaya qoyub şəhadətə yox, çeçələ barmağına dolamaqdan bihədd zövq aldığı üçün mövru pişik siçanla oynayan sayağında o da ağ tükləri qabarıb-qalxan ikinci qurbanlığıyla - atasıyla oynayırdı:
- Atəşin xanım Məhəmməd qızı Məhtaban öz yanına bir qollu-qanadlı, yekəpər gədə, eşqində suzan olan, çiyinləri çürcənəkli bir Savalan çoban-çoluğunu buraxa bilməzdimi? Özü sübhün alaqaranlığında onu xan qızı Sərəncam xanımın zərli-zibalı rəxt-xabından qaldırıb, xan imarətindən əlaltı qaçıra bilməzdimi?
Ərmağan xanım açılıb üryanlaşan, itilənib qatilləşən zəhmi ilə anasmın yatağına dürtülən Məhəmməd qızı Məhtabanı amansız günü rəhmsizliyi ilə qılınclamağında davam edir, əl saxlayıb, azacıq da olsa durmurdu. Bolkə də bundan belə daha dura da bilmir, şəmadət fişəngini şiləyirdi?
- Bunu isə İranda hamı, hər qeyrətli ağa dil-boğaz qoymadan deyir, gözü olan kəs də görür, qulağı olan kəs də eşidir!
- Külli-İranda heç bir düşmən bunca qara-qura quraşdırıb, mənim ünvanıma bunca rəhmsiz böhtan yağdıra bilməzdi.
- Əgər indinin özündə də mən ətrafda əl-əl üstə müntəzir dayanan əyan-əşrəfə əmr edib... - Ərmağan nallı başmaqlarını döşəməyə döyür, sanki Sərəncam həyulanını itiləməsi ilə qocanı qılıncdan keçirirdi. - Əgər mən qeyrətli-şərəfli Ərmağan xanım, tək bircə gündə yüz-yüz şahidi gətirib, sən qocanı sürtülən, susuz üzünə dirətsəm, onlar da dli-boğaza qoymadan sənin üzünə durub, düm- düzünü desələr, necədir, ağayi biqeyrət?
- Mən onda axırıncı kərə Xudaya üz tutub, iltimas edərəm ki, olan-qalan gücümü cəm edib, hər iki əlimlə bir qılınc tutub, yalançı dilləri dibindən kəsə
bilim!..
- Əgər bu sözlari sənin qanını qeyb edən üzünə, quruyan gözlərinin içinə, balacalaşan bəbəyinin ortasına şahənşah Qacar özü desə, necə?
- Şahənşah Qacarın bu İran viranələrində daha ayrı dərdi-çora yoxdurmu?
- Əgər sən özün belə düşkün çağında öz başını ağlasığmaz dərəcəsində itirmisənsə, - deyə Ərmağan xanım usanıb-yorulmaz rişxənd və istehzah əda ilə
gücünü göstərmək mənasında yır-yır yırğalandı. Dişi cəllad qana susamışkən qan içmək, çimdiyi əndərun hamamın hovuzunu yenə də qanla doldurmaq istədi.
Hələ burada da dayanıb, durmamaq - irəliyə ötmək, Məmalik tərəfdarlarına divan tutmaq, gözünə şübhəli dəyən şəxslərə əl qatmaq istədi. - Əgər sən qoca müsünn çağında, şərəfətli xanlar sərdabasına təşrif aparmaq, orada təziyədarlıqla əzanlar altında, yasinlər avazıyla dəfn olunmaq istəyirsənsə, daha əbəs inadına nə ad vermək olar? Əgər sən özün-özünü ömrünün bu dövründə rüsvayi-cahan edib, dilə-dişə salıbsansa, daha biçarə Qacar müdam qulaqlarını barmaqları ilə tıxayıb, lal-kar ola bilməz ki!
- Bu başdan-başa uydurmadır, qondarmadır, Həlaku! - deyə əli yerdən- göydən üzülən qocanın miskinləşən gözlərində yenə də kin göründü. - Bu bizim ata-baba düşmənimiz həlakuların külli-İranda yaydıqları şayiədir, ərdahalılar deyən sayağında başdan-başa şər-şəbədədir!
- Son təpədən-dırnağa sehrlənib, çürümüsən, qoca! - deyə Ərmağan əlini- əlinə vura-vura şaqqa çəkib, qah-qahla güldü. - Gör, sən cavan cadugər əlində necə də qıfılbəndə düşüb, dəstigir olmusan, biçarə Məmalik!.. Yoxsa yetmişində kişi nədi, özünü bunca bərri-biyabanda ah-nalə qoparan Məcnun kökünə saldı nədi?
- Mən yoxdan-yox Xuda qarşısında təkrarən izhar edirəm, - deyə qoca xan titrəyən başını qaldırıb, pak eşqini müdafiədən üzülmək istəmədi. - O, qız heç zaman sehrkar olmayıbdır, deyildir! O, Pəhləvan Məhəmmədin qeyrətli qızıdır! Bir zaman Ərdaha elinin Rüstəm Zalı sayılan basılmaz mərdin alicənab
övladıdır.
- Sənin özün yaşda qayınatan, Rüstəm Zal adlandırdığı o qarnı açıq gəda yoluq bir rəiyyət idi, həqir bir bəndə idi!
- O igid idi! - xan yarıcan da olsa, döşəkcənin üstündə dikəldi, - o bizim düşmənə qalan Ərdaha elinin namidar pəhləvanı idi!
- O, əncümənçi, ixtilalçı, məşrutəçi idi! - deyə Ərmağan Həlaku düşməninin döşünə yeridi. - Sən bax, bu kor gözlərini aç, gör ki, bütün inadınla son nəfəsində də öz miskin taleyini hansı əncümənçi, ixtilalçı, məşrutəçi dələduzlarla bağlayırsan!
- Əncümənçi, ixtilalçı, məşrutəçilər qeyrətli adamlardır! - Ömrünün son saatında, Ərdaha torpağı oyanıb əlindən çıxdığı zamanında belə qənaətə gələn Məmalik öz Həlaku düşməni ilə sinəbəsinə durdu.
- Onlar sizin kimi namərd, kəmfursət deyillər. Onlar məkrə gedib, yalandan Qurana qəsəm qılan həlakulardan min qismət nəcib şəxslərdir, şərəfli qəhrəmanlardır!
Ərmağan qocanı yoxlayıb:
- Bəs sən özün, - deyə yırğalana-yırğalana Məmaliki də yırğalayıb, onun ağaran saç-saqqalını gülə-gülə dəlicəsinə qarışdırdı, sən özün qaradağlı Səttar üstünə, mücahidçilər, əncümənçilər, məşrutəçilər üzərinə yürüş edən şahənşah ləşkərinə tərəfdar durub "cahad, cahad!" - deyə car çəkənlərdən deyildinmi? Mən hələ sənin islamı cahada çağıran avazını eşidirəm!
- İndi anlayıram ki, o mənim necə bağışlanmaz qələtimdir!
Ərmağan qan içində qaynayan gözlərini gülə-gülə qıydı:
- İndi bəs əncümən olsa, necə? İndi Təbrizdə başqa bir qərargah düzəlsə, necə?
- Taqətim olsa, tərəddüdsüz... - nəfəsi təngişən qoca titrəyən əlləri ilə saç- saqqalını düzəldə-düzəldə davam etdi.
- Bəli, tamam tərəddüdsüz düşmənə qalan əmval-əmlakımdan əl çəkib, Təbrizə yollanıb baş qaldıran millət mücahidlərinə qoşulardım!
- Görünür, son qurdla qiyamətə getmək iştiyaqındasan! - deyə Ərmağan yenə də şaqqaşaqla güldü, - başımızı aşağı edən, tikan olub gözümüzə batan
qoca!..
- Sən ata haqq-hüququna təcavüz edən, dədə düşmənimizin xatakar casususan! - xan az-az dirçələn səslə bar-bar bağırıb öz qatil qızını gözətlənmədən səksəndirdi.
Ancaq Ərmağan qətiyyətlə nallı başmaqlarını döşəmədə bərkidib, oynağa qalxıb dəliləşən qanlı gözləri ilə güldü:
- Sən də şəxsən ixtilaçılara, qiyamçılara, üsyançılara, əncümənçilərə, məşrutəçilərə, mücahidlərə qoşulmaq əzmində olan dönüksən!
- Görünür, sən mənim yeganə oğlumu əlimdən almaqla, - deyə qoca qızının gözlərindən "ata qatili" fərmanını da oxuyunca, bar-bar bağırdı.
- İndi də mənim üstümə düşüb, həlakular xeyrinə məni də həlak etmək əzmindəsən!..
- Xofa düşüb, titrətmə tutma, xan! - deyə Ərmağan məkrlə öz daxilini gizləməyə cəhd edib, nifrət bəslədiyi qocanı döşəkcədən qırağa itələdi.
- Bu gün-sabah axirət aləminə köçəsi qocaya çox çətin ki, mən əl qaldıram...
- Qardaşına əl qaldıran bişübhə atasına da əlini qaldırmaqdan çəkinməyəcəkdir!
Sərəncamın - gordan qayıdan çalxaq sümüklü həyulanın diksindirici dürtməsi ilə Ərmağan öz dediklərini sübuta çatdırmaq, qocanın beyninə yeridib, burada nəqşləndirmək məqsədi ilə qarayaxalıq göstərib, qara-qışqırıq qopardı.
- O zina mənim qardaşım deyildir, Məmalik! O, sənin süni varisin idi, qıraqdantutma cövhər idi, daha bunu çək-çövürə dəyməz, bibeyin qoca!..
- Sən bu böhtanı saqqız kimi az çeynə, qatil qız! - deyə öz övladından dözülməz dil yarası yeyən, ciyəri parçalanmağa başlayan qoca bütün girəvələri
qaçırdığı, bütün fürsəti fövtə verib, qılıncının qəbzəsini buraxdığı üçün gömgöy göynədi. Məmalikin sümükləri yanıb-yanıb cız-cız cızıldadı. - Sən sinəsinə oğul dağı çəkilən atanın alnına bişərəflik damğasını zorla, güclə vurub dönə-dönə isbat edib, ban onu qeyrətli xanlar sərdabasına sənin ulu əcdadının məqbərəsinə bihörmət göndərmə, kəmfürsət, namərd övlad!
- Əgər bu damğa çox-çoxdan, səfil-sərgərdan yetimçəni darta-darta xan barigahma gotİrdiyi gündən biqeyrət atamın alnımn düz ortasında, bax, bu
görünən yerində damğalanıbsa? - Ərmağan ruh kimi dayanan, hansı ecazla isə ayaq üstə duran, son nəfəsində Məhtabandan əl üzməyib, onu dolu kimi dalbadal yağdırılan iftira atəşlərindən qoruyan, aylı gecənin ağ köpüklü gölünə qanlı qara ləkələr düşməyə qoymayan, gözlərini yumana qədər sinəsini Məhəmməd qızına sipər edən qoca dayandıqca, Ərmağanın heybətli sir-sifəti cəhənnəm kürəsi kimi közərirdi. O, aman-iman bilmədən hələ də inad göstərib Məhtabanı qorqanan qocanın üstünə düşürdü. - Əgər karlaşan atanın tutulan qulaqlarının dibindən uzaqda da yox, öz imarətinin birununda bunca ünvanına bayquşsayağı biintəha, sərəvdə gəzirsə? Əgər el-oba, Ərdaha, cümlə-cahan, ta sənin Firəngistan dostlarına qədər çox-çoxdan sənə məktub göndərməkdən imtina edib, üz göndəriblərsə?.. Əgər bütün şərəfli şəxslər qocanın qulaqlarının dibini zəfəranlanımş hesab edirlərsə?
- Sən dəhşətdən də dəhşətsən, Ərmağan!
- Şərəfini xilas etmək naminə mən sənə, - Ərmağan məkrlə səsini bir az endirdi, guya mildəyən sərkərdəyə rəhmdillik göstərdi, - öz qoca atama qeyrətli bir övlad kimi axırıncı dəfə qəti əmr edirəm: keçsin biri otağa, Məhtaban ləçərin, xarabalar bayquşunun qolundan yapışıb, bayıra atsın! - Ərmağan gözlərinə ölüm kölgəsi çökən atasını yaxalayib silkəledi, darta-darta gətirib, Məhəmməd qızı Məhtaban qapandığı otağa itələdi. Özü də qapını yarıaçıq qoyub, yanovunda dayandı. Məmalik sınıq qədəmlə Məhtabana yanaşdı:
- Taleyimiz çox yamanca zəbun oldu, - deyə ayaq üstə titrəyib bütün vücudu ilə səndələyincə, sir-sifəti gül kimi solan Məhtabana söykəndi. - İndi mənim... nə qolumda... gücüm... nə dizimdə taqətim... na də əlimdə... ixtiyaratım vardır...
26
Məhtaban Məhəmməd qızı hər necə düşmən mühasirəsinə düşüb. öldürülən körpəsinin kədərinə batsa da, ona söykənən qocaya dayaq durdu. O, ümidi üzülən, amansız övladının əlində dəstigir olub, həlakulara əsir düşən xam atmaq istəmədi.
- Mən ayaq üstə sənə söykəli keçinirəm, qız, - Məmalik şikayətləndi. - Sən mənim cənazəmi haraya sürüyə bilərsən?
- Düz Savalana! - Məhəmməd qızının səsi cəngə gedən cəngavər səsi kimi cingildədi. - Savalan dağma!.. Əgər xan keçinərsə, mən onu Savalanın ən uca bir təlində (hündür, axar-baxarlı yer - red), axar-baxarında dəfn edərəm! Qoy Savalan qartalları həlakular həlak edən fələkzadənin məzarına salama ensinlər!
- Sən tilsim qızı, tilsim biçarə qocanı yenəmi əfsunlamaq istəyirsən? - deyə qeyz-qəzəbə dolan Ərmağan Məhtabanın qolundan tutub, çöl tərəfə çəkdi. - Dur itil bu barigahdan, ləçər bihəya!
- Əlini məndən çək, Ərmağan Həlaku!
- Nə səbəbə gərək mən əlimi səndən çəkəm, Məhtaban Məmalik?
- Çün mən matəmdən çıxmayan, məsum körpənin yasını saxlayan anayam!
- Sənin məsum adlandırdığın körpənin... - Ənnağan bir ana kimi an içində sarsılsa da, cinayətkar ruhu ilə davam etdi: - əslində sənin, sən Məhəmməd qızının bic doğduğu oğlanın, əldən düşən, yenə də sənin sehrinlə tək sənə söykənən bu biçarə qocaya nə dəxli?
- Qurana qəsəm qılıram! - oğlunun ölümündən artıq Ərmağanın bunca inadkarlıq göstərdiyini görən Məhtaban yanıb-yaxılmaqla, bədbəxt balasının məzarda belə ləkələnməsinə qarşı üsyankar ana səsini qaldırıb, sonuncu kərə Allahın ehkamına and içdi: - O məsum körpə mənə söykənən, indi ixtiyaratı əlindən alınan bu qocanın doğma balası idi!
- Sən bizim gözlərimizə bir də təzədən kül üfürməkmi istəyirsən?
- Mən külli-aləm qarşısında həqiqəti elan etmək istəyirəm!
- Yoxsa sən bu sürtük çaylaq daşına dönən ismətsiz üzünə salıb, - Ərmağan sarayda, mühasirə içində belə təslim olmayan Məhtabanın üstünə hiddətindən xırıldayan səsini qaldırdı. - Yoxsa sən biqeyrət, binamus üzünə salıb qoca xanın şəri-halalı olduğu İran qarşısında dan qanun və şəriət qələminə verib, azman elli Məmalik mülkünə, Ərdaha elinə vərəsəmi durmaq istəyirsən?
- Nə indi, nə də əzəl Məmalik mülkü mənim gözümdə çürük qozca da olmayıbdır, xanım Ərmağan!
- Bəs, onda hansı iştiyaqa görə buraya dürtülmüşdün?! Xanı özüylə Savalana dartan, bağ başında dəfn edən sehrkar?!
- Məni ancaq Quran qəsəmi dolaşdırmışdı, - deyə sanki Məhtaban nu xan sarayında bəstələyən zəncirə əl atıb, tökmə dəmir halqalarını ir-bir qırmağa girişirdi. - Daha mən Həlaku xanım kimi Quranı ayaqlarımın altına atıb tapdaya bilməmişdim!..
- Sən mənim indi-indi durulan qanımı qaraltma, cadugər! - deyə aşdan- ayağa yalan danışan, yalan danışa-danışa da özünü inandırıb oğrultmağa cidd- cəhd edən Ərmağan xırıldamaqdan da artıq boğula-boğula davara etdi. - Sən məni öz bihəya üzünlə daha dəli-divanə tmə, fədai balası!
- Əgər Quran qəsəmi qılmaqsız da səndə zərrəcə vicdan, bir iynə lduzunca insaf-mürüvvət vardırsa, - deyə Məhtaban, oğlunun qatilini əhşərə çəkib, onun qanlı ləkələrlə dolan ürəyini əzib-əzişdirdi, həqiqət şilləsini Ərmağanın üzünə dalbadal ilişdirdi. - Gərək indi-indiqanada qalxan, sən Allahsız bacısının əlləri üstündə qağazlanıb quğuldayan qardaşına qatil olduğun üçün gərək tövbə edib peşman olasan, tüstülənib yanasan, ya tüstün təpəndən çıxa!
- Sən məni bu qoca sayağında cadulaya bilməzsən, Məhəmməd qızı! - Ərmağan Həlaku üstünə çökən, getdikcə artan xofu, vahiməni özündən qovur
kimi, sanki damar-duman qaralan əlləri ilə onu boğazlayıb boğan hoyulaları, dəhşətə dönən Sərəncamın kabusunu iki əli ilə rədd etməyə, fikrindən-
xəyalından silməyə çalışırdı. - Əgər mənim bir bici qətlə çatdırmaqda günahım varsa, elə mən bu dünyada da öz günahımın cəzasını çəkərəm!..
- Bu dünyanı bilmərəm! - Məhtaban gözlərini, qabağında boğulmağa başlayan qatilə qarğıdı, - ancaq o dünyada cəhənnəm olmasa da, gərək Xuda özü
bir tək sənin üçün yaratsın!
Məngənə arasına alınıb, ruhi əzablar içində sıxılan Ərmağan boğulduqca, daha artıq cəllada çevrilirdi. O, fəqir, məhzun Məhtabanın belə üzə durmağına, cəsarətlə çarpışmağına, məntiqlə vuruşmağına çətin inanırdı. Ərmağan boğulduğuna görə gözlərinə güclü qan gəlir, didələrini tez-tez silirdi...
O, atasının ayaq üstə tablamayıb, fərşə döşəndiyini də görmürdü. Nəhayət, təkətəklikdə, pəhləvan qızı ilə cəngcidaldan dönməyən, sür-sümüklü Sərəncamın - həyulanın təkidi ilə onun günüsünü tapdayıb, öz başından rədd etmək istəyən Ərmağan var qüvvəsini toplayıb, təkrarən Məhəmməd qızı Məhtabanın qolundan tutdu, onu Məmalik barigahından qovub, izini-tozunu itirmək istədi. Məhəmməd qızı Məhtaban öz atasının meydan titrədən məğrur nərəsini çəkdi.
- Mən özüm, heç bir kəssiz, heç bir müqavimətsiz mənim bədbəxt balama məzar qazan cəhənnəm məvasını tamamən tərk edəcəyəm!
- Gər səndə zərrəcə qeyrət qalıbsa, nəinki cəhənnəm məvasını gərək biryolluq tərk edəsən, gərək bu uzun boğazını Sərəncam xanımın ata malı daş-
qaşından təmizləyəsən, müqabilində möhkəm kəndirə keçirib Savalanın uca bir palıdının yoğun qanadında üzüaşağı asasan!..
- Yox, daha heç yox! - Məhəmməd qızının bütün vücudu rəşəyə gəldi. - Daha mən heç də bu ədalətsiz dünyanı boş-boşuna tərk etməyəcəyəm!
- Yoxsa indi də külli-İranı dolanıb, fərş üstünə döşənən miskin Məmaliki şərəfsizlikdə rüsvay edəcəksən?
- Mən qətlə çatdırdığın tifilimin qanını tələb edəcəyəm!
- Kimdən? - Ərmağan hər necə ağır vəziyyət keçirsə də, xanlıq iştiyaqı ilə şövqə gəlmək, öz boğulmağını ötüb keçmək, keçirdiyi ağır vəziyyətdən özünü
xilas etmək, nə vaxtdan qazdığı, dibi görünməyən dərin quyuya düşmək istəmirdi. - Kimdən, kimdən tələb edəcəksən?
- Başsız qalan məmləkətin şahından, Qacarından!.. Şahənşahın özündən!.. Onun özündən əmgəyi iynələnən oğlumun qanını istəyəcəyəm!.. Görəkşahənşah özü külli-İran qarşısında Ərmağan Həlakunu Öz yox olan ədalət məhkoməsino necə çəkəcək?! - Məhtaban sanki otaqda deyil, uca təl üstə qalxmışdı. - Əgər külli-İranda belə adil məhkəmə varsa, qoy şərəflə şərəfsizliyi, qeyrətlə qeyrətsizliyi, namusla namussuzluğu külli-aləm qarşısında aydın etsin!.. Qoy şahənşah özü oğul yası içində matəmə batan ananı şəri ərinin evindən qovan, artıq günahsız qan tutduğuna görə boğulan Ərmağanı dünya, aləm qarşısında rüsvayi-cahan etsin! - Məhtabanın şəhadət barmağı titrəmədən hisli keçəyə çevrilən Ərmağanın üstünə uzanırdı.
- Mən yamaqlı boğçaya büküb yadigar saxladığım, atam Məhəmmədin qırağı zəncirəli, qırmızı pəhləvan köynəyini geyəcəyəm!.. Mən İranı addım-addım, qarış-qarış gəzib, dolanıb, necə aldandığımı, necə bismillahla başlanan əqdnamə ilə buxovlanıb acizlik göstərdiyimi, hamısını yerbəyer, cabəca, hər nə varsa, hamısını örtüb-pərdələmədən nağıl edəcəyəm! - Birdən, özü də gözləmədən Məhtabanın qəzəbli gözlərində analığın məhzun-müztərib göz yaşları gəzindi. - Mən kulli-İrana haray salıb, beşiyi məzara çevrilən bigünah tifilimin qanını iddia edəcəyəm!.. Mən məsum körpəmin qanını külli-İrandan iddia edəcəyəm! Mən gözlərimdən getməyən, mənim indi qupqura quruyan döşlərimdən özünə ilıq süd istəyən oğlu üçün o qədər şuriş salacağam ki, tain ki, zülmət zindanxanaların dəmir qapıları taybatay açılsın! Ta əli taziyanəli zindançıların qulaq pərdələri yırtılsın!
Məhtaban əl atıb küncdəki sandıqçanı hirslə çəkdi, bismillahla başlanan, göz yaşlarının izləri getməyən kəbin kağızını çıxarıb tikə-tikə cırdı, otaq dolusu səpələdi. Qırıntıların çoxu halı özündə olmayan, fərşə sərilən qoca xanın əyilən saqqalına səpələndi. Məhtaban dönüb əynində hər nə libas vardısa, hamısını bircə-bircə çıxarıb, keçə kimi qaralan Ərmağanın başına çırpdı, özünü unudan kimi lüt-üryan qaldı. Kömürdən də qat-qat betərləşib qaralan Ərmağan Həlaku hər necə boğulsa iblis xırıltısıyla xırıldadı:
- Məmalik xan, özünə gəl!.. Qırışıq torbalar içində sönməyə başlayan gözlərini aç, gör ki, bismillahla başlanan əqdnaməni cırıq-cırıq edib sənın saqqalına səpələyən özünü ana bülbül edib üryanlaşdıran xanımın necədir?
Məhtaban Məhəmməd qızı boğazından boğulan, istehza içində dişləri ağaran Ərmağan Həlakunu heç cür saya salmadan bir zaman soyunub sandıqda saxladığı cır-cındasını bircə-bircə götürüb geyindi. Ərmağan isə xırıltı içində hayqırdı:
- İndi, qoca... sən ilahi, məcnuni eşqinə bax!.. Gör... hansı cındırlı pirə tapınmısan!.. - Ərmağan fərşə sərilən qocanın qolundan qapıb qaldırmaq istədi.
- Qız, əh-va-lım... pəri-şan-dır... - qoca zarıdı. - Mən bivəfa cahandan ə-limi üzü-rəmm!..
- Yoxsa bu cadu sənin ürəyini çalıb özüylə Savalana aparmaq istəyir? - Ərmağan Həlaku xofdan-xofa düşüb, üşütmə üstündən üşütmə keçirirdi. - İndi
mən, rütbə-mənsəb gözləyən müsəlləh məmurlara əmr edib sən sehrkarın - fədaiqızının dilini kəsdirərəm!..
- Daha növbə mənimdir! - Məhtaban irəli durdu, boğulmağım gizləməyə cəhd edən Ərmağanı analığın qadir zəhmi, pəhləvan cəsarəti ilə yaxaladı. - İntiqam növbəsi daha Məhtaban Məhəmməd qızınındır!..
- Bəlkə sən... bu qiyafənlə... Savalana... çəkilən çoban-çoluq aşnana, sehrkarlara, cadugərlərə... qovuşmaq əzmindəsən, cındırlı pir?!
- Orada nə sənin kimi sehrkar, nə də qardaş qatili cəllad vardır! - Məhtaban öz kör-köhnə paltarından səngərə girmiş kimi atəş açmağa başladı. - Oraya, Savalana çəkilənlər mənim kimi məhkumlar və məzlumlardır!
Ərmağan boğula-boğula, dili dolaşa-dolaşa gülür, acı, qəzəbli dillə söylənirdi:
- Orada acından köpük qusanlar, yalavaclıqdan sitildəyənlər içində azadlığa çıxarsan!..
- Görünür, mənim yolum bir tək orayadır, xanım Həlaku!
- Əlbəttə, əzəldən orayadı! - Ərmağan boğulub güldü, gülüb boğuldu:
- Çün, itqursağı yağ götürməz, yetimçə!..
- Ədəb gözlə, canı boğazına çıxan, Ərdaha mülkü üstündə qardaşını qətl edib, bihədd günahına görə boğulan Ərmağan Həlaku!.. - Məhtaban qəzəblə hayqırınca, Ərmağan qarala-boğula kükrədə: - Sənin yolun Savalana yox... Zülmət zin-dana-dır!..
Ərmağan hər necə ağır vəziyyətdə olsa da, qanrılıb döndü... Kor-kobud geyiminə girən Məhtaban isə cəld dönüb qədimdən qalan divarları tutan xan
silahlarını gözdən keçirdi, sonuncu silah sayılan beşaçılanı, fişəng dolu kəməri götürdü. O, düşmən girinə keçməsin deyə çevikcə başqa yandan darısqal
pilləkəni düşüb, əndəruna çıxdı, darvazanı bağlı, əli silahlı məmurları marıqda görüncə, biruna qayıtdı. Üzünə bismillahla bağlanan barını üzüyuxarı dırmanıb o biri tərəfə aşdı...
Müti olan müsəllah məmurlara Məhtabanı dəstigir edib zülmət zindana salmaq barədə fənnan verən Ərmağan Həlaku boğula-boğula geri döndü. Məhəmməd qızı Məhtabanı görmədi. Ərmağan yerə sərilən qocanı yaxaladı:
- Sən özünü mərizliyə qoyub məşuqəni qaçırmaqla günahını mənim divanımın qarşısında qanınla yuyacaqsan!
Ərmağan Həlaku qocanı qaldırıb, boğula-boğula da olsa, bərk-bərk silkələyib bütün güc və zəhmlə divara çırpdı. Başı əzilən, beyni oynayan ağ saqqalı al
qanına bulaşan, ürək telləri qırılan qoca qızının qədəmlərinə düşdü.
- Sənə, sənə nə oldıı? - deyə qan çanağına dönən gözləri dəhşətlə oynayan Ərmağan boğuq səslə soruşa-soruşa qocanın qolundan tutub qaldırmaq istəyincə, isti meyili üstünə hücuma keçən gördü. Ərmağan səndələyib yıxıldı. Atanın titrəyən isti əlləri hansı ecazlasa qalxıb, qatil qızının boğazına kilidləndi.
Ərmağanın qan çanağına dönən gözləri hərlənib kəlləsinə çıxdı. O, nəşə çevrilən qocanın əlindən öz boğazını güclə çıxardı... Duruş gətirməyən Ərmağan dönüb sərsərisayağı qaçdı.
- Qoy hamısı həlakulara... qalsın! - deyə Ərmağanın mühib və dəli-divanə səsi xan barigahım başına aldı. - Qoy indi hər nə varsa... Hammısı... dədə-baba düşmənlərimizə qalsın!..
Daş divarı cəsarətlə aşan Məhəmməd qızı Məhtaban əlində odlu silah komalarına yetişdi, özünün dediyi kimi, cəld yamaqlı boğçanı açıb pəhləvan atasının qıraqları zəncirəli qırmızı köynəyini üstdən geyindi. Dayanmadan Ərdaha obasından çıxıb, üzüaşağı qıjıltılı çaya sallandı... Ay işığında qıvrıla-
qıvrıla üzdüyü ağ köpüklü gölün yanından ötdü, qəbiristanlıq tərəfə yol aldı...
Bədirlənən ay işığında saqqız ağacları ilə əhatə olunan xan sərdabasını gəzib dolandı, təzə uşaq məzarından iz-əsər tapmadı... Məhtaban, xan sərdabasından dönüb, qəbiristanlığın yoxsul qisminə yönəldi, uçuq-sökük qəbirlərin arasında, kiçicik uşaq məzarını tapdı... Məhtaban, iki il əvvəl qonum-qonşunun palaz-paltarını qıjıltılı çayda yuduğu zaman arada bir yorulunca zoğal dəyənəyinə söykənən kimi, əlinə aldığı odlu silahına söykəndi... Təzə torpaq qoxusu verən xırdaca məzarın üzərinə əyildi... Bu dəfə o, intiqam naminə bismillahla başlanan Qurana qəsəm qılmadı, əmgəyi iynələnən oğlunun qıvrım saçları arasından gözlərinə dəyən qan laxtalarına and içdi..
And içdi ki, daha dayanmadan Savalana qalxıb, ixtilalçılara qarışsın, fədai Məhəmmədin dağ-döş yolunu tutub, Təbrizə varsın, Xiyabani qiyamına qoşulsun!..
Göy göl,
İstisu, iyul-avqust, 1962
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər