Əkrəm Əylisli. Ətirşah Masan - ROMAN-REPORTAJ
Tarix: 21-03-2026, 16:16
Əkrəm Əylisli 1937-ci ildə Ordubad rayonunun Əylis kəndində dünyaya gəlib. Nasir, dramaturq, tərcüməçi kimi fəaliyyət göstərən Əkrəm Əylisli həm də Azərbaycan ədəbiyyatında hekayə ustası kimi tanınır. Onun əsərləri həyatının mürəkkəb və zəngin mənzərəsini əks etdirir, gözəllik və çətinliklərini təsvir edir. 2012-ci ildə dərc edilmiş “Daş yuxular” promanı Azərbaycanda yazıçıya təzyiqlərə rəvac verib. Bundan sonra, o, Azərbaycan Prezidenti İlham Əliyevin 7 fevral 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Prezidentinin fərdi təqaüdündən və “Xalq yazıçısı” fəxri adından məhrum edilib. Onun “Daş yuxular”əsəri ölkədə qadağan olunub. Əkrəm Əylisli dünyanın ədəbi çevrələrində qəbul edilən yazıçılardandır. Azərbaycandakı təzyiqlərə baxmayaraq, onun cəsarəti qlobal ədəbi dairələrdə intellektual azadlığın və yaradıcılıq dözümlüyünün simvolu kimi qəbul edilir.
Civilazerbaijan.com Əkrəm Əylislinin “Ətirşah Masan” əsərini təqdim edir:
Əkrəm Əylisli
ƏTİRŞAH MASAN
roman-reportaj
BIRINCI FƏSIL
I
"YA ƏHRİMAN - RAHİMİN ADİL ALLAH!"
Bu yazını, elə öz dilimdən də, bu sözlərlə başlasaydım, məni buna görə yəqin ki, qınayan olmazdı. Ancaq Allaha müraciətin bütün formalarını məqbul hesab eləsəm də, sizə bəri başdan deməliyəm ki, mən Allaha (öz adımdan) bu üslubda və bu məzmun-da heç vaxt müraciət eləməmişəm. Və belə bir müraciət formasının dini nöqteyi-nəzərdən nə dərəcədə məqbul və ya qeyri-məqbul olmağı barədə də fikir söyləməkdə acizəm.
Mən bu yazını, əvvəla, ona görə bu dualı sözlərlə başlayıram ki, bu sözlər bu yazının baş qəhrəmanı Ətirşah Masana məxsusdur və ikincisi, ona görə ki, neçə-neçə onilliklər boyunca - hər səhər sübh tezdən və hər axşam qaş qaralan ərəfədə - Masan öz ətirşahlarına qulluq eləməyə məhz bu sozlərlə başlamışdı: "Ya Əhriman-Rahimin Adil Allah!".
Ətirşah bizim yerdə ən çox yayılmış dibçək gülü idi və ətirşahı olmayan ev bu mahalda çətin tapılardı. Dünyadan cavan getmiş anası Şəfiqənin şağlığında Masanın dədə-baba evində də, yaz-qış qıpqırmızı çiçək açan 5 dibçək sapsağlam ətirşah kolu vardı. Ancaq atasının - əsli-kökü bu mahaldan olmayan - təzə arvadı Zabitə, elə gəldiyi gündən o beş dibçək ətirşaha büsbütün qənim kəsildi. Dedi: "Bunun yarpağından sabun iyi gəlir". Və o Zabitə ikicə həftənin içində Masanın ata evində ətirşahın kökünü birdəfəlik kəsdi.
Elə o Zabitəylə yola getmədiyinə görə də, hələ heç 15 yaşı tamam olmamış, atası qavalçalan Hop-hop Həsən, özünün böyük bacısı Axsaq Tavabın bircə kəlmə sözü ilə, Masanı tələm-tələsik ərə verib asanca başından elədi və o dilucu sövdələşmədən vur-tut bircə gün sonra, gecə Tavab arvad Masanın əlindən tutub, onu, oğlu Yədullaya arvad eləmək üçün, öz evinə gəlin apardı.
Tavabın dediyinə görə, o zaman Yədullanın düz 35 yaşı vardı. Ancaq kənddə belə bir söz-söhbət də gəzirdi ki, Tavab arvad, kəndin ərlik qızlarını çaşdırmaq üçün, oğlunun yaşını qəsdən gizlədir. Əslində, Yədullanın yaşını 4-5 il geriyə atmağın, nisgilli ana ürəyini sovutmaqdan savayı, başqa bir əhəmiyyəti, əlbəttə, yox idi. Fakt buydu ki, Yədullanın əsl evlənmək vaxtı çoxdan keçmişdi və bu da aydın məsələydi ki, Masanın öz ögey anası Zabitəylə yola getməməyi Tavabın öz oğlunu evləndirməyinə yol açmışdı.
Əgər belə bir münasibət düşməsəydi, heç bir eyibi, şikəstliyi olmayan Masan kimi bir qızın Yədullaya arvad olmağı, söz yox ki, belə asanlıqla baş tuta bilməzdi. Və təkcə ona görə yox ki, Yədullanın əsl evlənmək yaşı çoxdan ötüb keçmişdi, həm də ona görə ki, Yədulla¬da sinəgir, yəni astma naxoşluğu vardı. Buna görə də (Tavabın qulağından uzaq!) Yədullaya YIRTIQ YƏDULLA deyirdilər. Əslində, biz tərəflərdə, "yırtıq" sözünü, adətən, qrijalı adamlara aid eləyirlər. Ancaq Yədullanın yırtığının yanında o qrija bəlkə də çox sadə bir şey idi.
Yədullanın yırtığı - onun sümükləri görünən arıq sinəsinin, deyəsən, tən ortasındaydı. Daha doğrusu, Yədullanın döş qəfəsində - sümüklə dərinin arasında elə bil qupquru qarğıdan-qamışdan bir zil səsli tütək qayırıb qoymuşdular və o tütəkdən, ara-sıra, olduqca qəribə bir səs çıxırdı.
Bu evə gəlin gəldiyi günəcən o Yədullanı Masan, cəmi bircə dəfə, bir dəli-xay çılpaq atın belində görmüşdü.( o zaman Masanın 5-6 yaşı olardı).Dopdoğmaca bibisi Tavabı isə Masan (buna inanmaq nə qədər çətin olsa da) ilk dəfə elə o gün, Tavab aryad o birdəqiqəlik ayaqüstü elçiliyə gələndə gördü.Yaxın qohumluqda bu cür soyuqluğun bir səbəbi Tavabın yaşadığı evin uzaqlığında-ucqarlığında və üstəlik, onun bir tikə çörəkdən ötrü kəfşəndə, çöl-bayırda günuzunu əlləşməyindəydisə, o biri səbəbi yəqin ki, qardaşı Hop-Hop Həsənin də kasıb və imkansız olmağındaydı.
O mənada ki, qavalçalan Hop-hop Həsən bacısından uzaq dolanmağa məcbur idi, çünki ayda-ildə birtoyda qaval çalıb, qəpik-quruş qazanmaqla iki ailəni dolandırmaq, əlbəttə, mümkün olan iş deyildi.
Tavabın əri Kənkan Əliqulu hələ cavan ikən öz xatalı peşəsinin güdazına getmişdi: uçub üstünə gəlmiş su quyusunun daş-torpağı altından bir gün onun meyidini çıxarmışdılar.
O vaxtdan neçə müddətdi ki, Tavabla oğlu, ana-bala, mülkədar Hacı Qurbanəlinin kəndin "Çaylaq" deyilən yerindəki - taxılı, bağ-bostanı düşmən gözü çıxaran - böyük təsərrüfatında səhərdən axşamacan əlləşib, bir qarın ac, bir qarın tox , birtəhər dolanırdılar. Və Masan bundan da pis dolanmağa, inan ki, razı olardı - təki Yədullaya , ürəyində, azca mehr-məhəbbət olaydı, heç olmasa bir günlüyə, bircə saatlığa inanaydı ki, 10 il, 15 il bundan sonra elə bir vaxt gələcək ki, Yədullanın üzünü görəndə bir damcı sevinə biləcək, onun altında uzananda sifətini yana çevirib, dişini-dişinə qısmayacaq...
Və Yədullaya arvad olduğu ilk dövrlərdə Masan peşmançılığın və çıxılmazlığın elə bir müdhiş və məşəqqətli ruh düşkünlüyünü keçirmişdi ki, hətta hər gün yatıb-durduğu otağın lap qabaq-qənşərindəcə Tavabın arxın qırağında yan-yana düzdüyü 6 dibçək ətirşahdan bircəciyinin də nə bircə yarpağını görmüşdü, nə də o qədər ətirşahın bircə çiçəyinin iyi bir dəfə Masanın bumuna dəymişdi. Sonra vaxt keçdi, məqam gəldi (o məqam həqiqətən tarixi məqam idi!) o müdhiş və məşəqqətli ruh düşkünlüyünün boğucu havasında - günlərin bir günü dibçəkdəki ətir-şahların sanki özü Masanı haylayıb çağırdı və o məşəqqətin labüd intiharından da onu o 6 dibçək ətirşah qurtardı.
O günün əvvəlini Allah heç kəsə göstərməsin: səhər, yerindən durandan, dünya-aləm Masanın başına dolanırdı. Masan ölmək istəyirdi, ancaq ölmək üçün hər hansı bir hərəkət eləməyə - neft tapıb üstünə tökməyə, ip tapıb boğazına keçirməyə də Masanın canında güc-qüvvət, qəlbində taqət-təpər yox idi. Və heç gözləmədiyi bir halda ovqatının birdən-birə necə dəyişməyindən danışanda - indinin özündə də Ətirşah Masan anası Şəfiqəni yadına salıb, hərdən hönkür-hönkür ağlayırdı.
Özünün dediyinə görə, o gün Masan, əvvəlcə, anasının - qara paltar geyib - dağın uca bir yerində oturduğunu, sonra onun ordan uça-uça birbaş qızına tərəf gəldiyini açıq-aşkar görmüşdü. Ətirşah dibçəklərinin lap bircə addımlığınacan, geydiyi o qara libasda, Şəfiqə öz şəklində, öz boyunda-buxununda olmuşdu.Oradaca birdən qeybə çəkilmişdi. Və bu vaxt bir ətirşah kolunun üstündə Masan bir ağappaq kəpənəyin Şəfiqənin səsi ilə bu sözləri dediyini eşitmişdi: "Qızım, qızılım Masan! Ölmək sevdasını çıxart basin-dan, onun sərəncamı Allahın əlindədir. Bundan sonra sən hələ çox ömür sürəcəksən. Biri-birindən gözəl günlər görəcəksən...
Yədullaya rəhmin galsin: xəstədir, şikəstdir, onun ömründən nə qalıb ki,... Qaynananın üzünə asi olma, onun da fərmanı pis yazılıb: Tavabı Hacı Qurbanəlinin kəfşənində bir qara ilan vuracaq... İndi səbrli ol ki, qızım, sonra peşman olmayasan. Tez ol, di dur ayağa. Dur, o ətirşahlara su ver. O ifritə Zabitənin acığına artır o güllərin sayını... O güllər bir vaxt sənin dadına çatacaq. Adına şan-şöhrət gətirəcəkdi.
Ətirşah Masanın indi dediyinə görə, o gün o AĞAPPAQ KƏPƏNƏK hətta ətirşahı artırmağın təhər-töhərini də, Şəfiqənin dililə, Masana yerli-yataqlı söyləmişdi: ətirşahın torpağını hardan və nə miqdar götürməyin, zoğu (təzə şitili) ətirşah kolunun harasından və necə qopartmağın, təzə şitili nə cür güdara elə-məyin və onu gündə neçə dəfə və necə suvarmağın bütün sirlərini, hələ (üstəlik) güllərə hər dəfə qulluq eləyəndə Allahın adını hansı sözlərlə yada salmağın lazım olduğunu da, öz dediyinə görə, Masana elə o gün, bir ağappaq kəpənəyin cildinə girmiş anası Şəfiqə öyrətmişdi.
O gün o ətirşahları suvara-suvara Masan özünü öldürmək fikrindən birdəfə-lik vaz keçmişdi. O günün ertəsindən başlayaraq, ondan-bundan, ordan-burdan köhnə vedrə, qazan, badya, satıl tapıb, Tavabın o 6 kol ətirşahından - sonralar şan-şöhrəti bütün mahalda dilə-ağıza düşəcək - 107 sayda ətirşah cənnəti ya-ratmışdı.
...İndi - bu gerçək nağılın qələmə alındığı - bizim başıbəlalı XX əsrimizin 2000-ci ilinin o kədərli son payızında, o 107 kol ətirşahdan savayı, Ətirşah Masanın 90-dan artıq yaşı, neçə dəfə ağır cinayətlər törətdiyinə görə 30 ildən bəri türmələrdə can çürüdən ( ikinci əri Qəzənfərdən törəmə) ASLAN adlı yeganə övladı, neçə illərdən bəri üzünü bir dəfə də görmədiyi (beləsinə gəlin demək mümkündürsə) SOLMAZ adlı gəlini, bir də o Solmazın bir vaxt gətirib, bu qapıya azdırıb getdiyi - indi Bakıda adı-sanı, evi-eşiyi olan SÜLÜ (Sürəyya) adlı bir tək nəvəsi vardı.
Bundan savayı - bu dünyada Ətirşah Masana simsar sayıla biləcək - biri ögey, o biri doğma iki qardaşından qalan oğlanlardı: HƏBİB və ƏLƏDDİN. Doğma qardaşından olan Ələddinin yaşı indi yəqin ki, 50-ni keçmiş olardı, ögey qar-daşının oğlu Həbib isə Ələddindən xeyli kiçik idi.
Qumar oynadığına və hərdənbir nəşə çəkdiyinə görə bir vaxt bu kənddə Ələddinə qız verən olmadı. 20-25 yaşınacan onun bir ayağı Bakıda - alverdə, bir ayağı burda - kənddə oldu. Sonra küsüb, acıq eləyib, tamam yoxa çıxdı. İndi, nə zamandan bəriydi ki, Ələddin bu həndəvərdə bir dəfə də görsənməmişdi. Deyilənə görə, Moskvadaydı. Özünün də yaxşı qazancı vardı. Ancaq Ələddinin orda evlənib-evlənmədiyini kənddə bilən yox idi.
Hər halda, yaxşı ki, o Həbib vardı. Həm (ögey də olsa) qardaş yadigarı, həm də, eyni bir hasarın o biri yanında, yaxın qonşu.
Düzdür, sinninin bu ahıl çağın-da da Ətirşah Masanın kimsədən umacağı bir şey yox idi. Ancaq bir məhrəm adamın yaxında olmağının insana nə ziyanı ola bilərdi?! )
Təsərrüfat işlərində bir o qədər də əli olmayan Həbib özünə uzaq dağ kəndlərinin birindən arvad alıb gətirməkdə elə əvvəlcədən ağıllı tərpənmişdi. Bel belləsin, su suvarsın, ot biçsin, kərdi-külə əksin - Həbibin arvadı SÜSƏNBƏRİN əlindən bu işlərin hamısı gəlirdi. Düzdür, bir azca yanşaqlığı, sözbazlığı da vardı, ancaq yaxşı xasiyyətləri daha çoxdu. Ev-eşiyin ən ağır işlərində Masana əl tutmağa Süsənbər həmişə can-başla hazır idi.
Qaynanası Tavabın cavanlığını Masan, təbii ki, görməmişdi. Ancaq bu dünyanın belə-belə baməzə işləri də olur: hərdən Ətirşah Masana elə gəlirdi ki, o Süsənbər eynilə Tavabın cavanlığıdır. Bəlkə ona görə ki, Süsənbərin səsi də, Tavabın səsi kimi, qart səs idi. Arıqlıqda, zirəklikdə və çalışqanlıqda da Süsənbər o Tavabın xalis kopyasıydı. Və çox güman ki, elə bu səbəbdən də Ətirşah Ma¬san, hərdən çaşıb, Süsənbərə gah “Tavab" deyirdi, gah "bibi" deyirdi. Ancaq bu fakt Ətirşah Masanın yaddaşının zəifləməsinə və ya zehninin korşalmasına əsla dəlalət eləmirdi. Və elə sözümüzün canı da burasındadır ki, bu saat 90-dan çox yaşı olan Ətirşah Masanda inanılmaz dərəcədə güclü və çevik yaddaş vardı.
II
AĞ DAYÇA
Masanın bu evə gəlin gəlməyindən azı 75 il keçirdi. Ancaq sən insandakı yaddaşın gücünə, qüdrətina bax ki, indi - bu boyda, bu boyda, bu miqdarda vaxt keçəndən sonra da - bu evə qadəm qoyduğu - o gecənin bəlkə də hər saniyəsi ən adi, ən xırdaca detalına – təfərrüatıncan, Ətirşah Masanın hələ də yadındaydı.
Yay idi, yayın əvvəlləriydi, ilin bərk istiləri hələ düşməməşdi. Onlar (Masanla Tavab) qızın atası evindən bu səmtə yola döşəndə hələ ay da çıxmamışdı və pıtraq ulduzlann gümüşü parıltısında yalnız ən uca dağlann təpəsi müxtəsərcə işıqh görünürdü. Hop-hop Həsənin evindən ta buracan - qaranlıq, uzun yolu Masanın əlindən bərk-bərk yapışan Tavab gəlib öz həyatinə yetişəndə qızın əlini axır ki, buraxdı. Həyətdən, eşiktərəfdən baxanda eynilə Masanın ata evinə bənzəyən - biri böyük, o biri xırda - iki otaqdan və uzunsov dar dəhlizdən ibarət palçıq tikilinin qapısı qabağında durmuş Yədullanın xırdaca gözləri, uzaqdan-uzağa, pişik gözü kimi, işım-işım işarırdı və içəridən, pəncərənin qabağından çırağın zəif işığı gəlirdi.
Hələ Tavabla Masan o qapının ağzına çatmamış Yədulla cəld hərəkətlə cumub içəri dürtüldü. Sonra Tavabla Masan da o qaranlıq dəhlizə girdilər. Qapıları üz-üzə baxan iki otaqdan birinin - böyük otağın - torpaq döşəməsinin tən ortasında, həsir üstdə yorğan-döşək salınmışdı. Yədulla o yorğan-döşəyin yanında çiynini divara dirəyib oturmuşdu. Tavab yeddilik neft çırağının işığını püfləyib söndürdü: "Neft heyifdi, - dedi - indicə Ay çıxacaq". Və qapını bərk-bərk örtüb, o biri otaqda yatmağa getdi.
Tavab gedən kimi Yədulla, şalvarlı-köynəkli, döşəyin üstünə sərildi. "Di gəl, dayıqızı, - dedi, gəl yanıma". Və Masanın əlindən yapışıb, qızı ehmalca döşəyin üstünə yıxdı. Masan Yədullaya heç bir müqavimət göstərmədi, hətta qıçlarını özü aralayıb, çılpaq canını, necə var, Yədullanın ixtiyarına buraxdı. Və Yədullanın onun qıçlarının arasında neynədiyini bir müddət Masan heç anlaya da bilmədi. Sonra Yədulla dikəlib oturdu. Masan, gözüyumulu, eləcə - xeyli vaxt arxası üstə uzalı qaldı. Sonra gözlərini açıb gördü ki, Ay çıxıb. Gördü ki, həyətdə ağappaq ay işığı var və xırdaca uşaq kimi birdən yerindən sıçrayıb:
- Mən həyətə gedirəm! - dedi.
- Nədi, çişin var? - Yədulla pərt səslə utana-utana soruşdu.
Bayaq, özxoşuna, qıçlarını aralamağının hədsiz xəcalətini indi çəkən və üstəlik, ayıb saydığı bu hərəkətin nəticəsiz qalmağından da instinktiv sarsıntı keçirən Masan hirsli-hirsli:
-Hə, işəməyim var! - dedi. Qəsdən beləcə - açıq-saçıq dedi və qışqırıb, elə ucadan dedi ki, sanki bunu o biri otaqda yatan Tavaba da mütləq eşitdirmək istəyirdi.
Hələ lap uşaqlıq çağlarından kəndin ən qəşəng qızlarını xəyalına gətirib, aktiv onanizmlə məşğul olan və bu son 10-15 ildə qızdan-qadından almaq istədiyi ləzzətin əvəzini dişi atlardan, ulaqlardan çıxmağa vərdiş eləyən Yədulla indi - gözləmədiyi bir halda düşdüyü vəziyyətin pərt ovqatı içində çaşıb qalmışdı. Masanın o cür ucadan qışqırmağı Yədullanı bir az da çaşdırdı. Yədulla dili dolaşa-dolaşa:
- Ayaqyolu o başdadı, - dedi, - cır armudun yanındadı. Ancaq bu tərəfdə - sumaqlıqda da eləyə bilərsən... İstəyirsən, mən də gəlim...
-Yox, sən gəlmə... Gəlmə, gəlmə!.. - Bu dəfə Masan, beş yaşlı uşaq kimi ayaqlarını yerə döyə-döyə, bir az da bərkdən qışqırıb, qaçaraq özünü həyətə saldı.
Dağların, qayaların o qədər uca, o dərəcədə qorxulu - vahiməli olduğunu Masan o çağacan heç vaxt görməmişdi. Çöl-bayır, ağac-budaq – Ayın gur işığında - nəfəsini içəri çəkib, sanki nəsə dəhşətli bir əhvalatın indicə baş verəcəyini gözləyirdi.
Su başına çıxmağa ehtiyacı olduğunu az əvvəl doğrudan da zənn eləyən Masan sumaqlıqda bir azca oturub, qupquruca ayağa qalxdı.
Tavabın vahiməli xorultusu evdən aralıda da eşidilirdi. Uzaqda - Masanın dədə-baba məhəlləsində - qonşu həyətdəki tanış it, həmişəki tanış səsi ilə yenə tənbəl-tənbəl hürürdü. Və Masan bilirdi ki, o məhəlləyə bir də qayıtmayacaq, o qonşu həyəti və o həyətdə hər gecə həvəssiz-həvəssiz hürən o tənbəl itin üzünü bir də heç vaxt görməyəcək.
Ancaq o uzaq, aylı gecə, o qərib həyətdə Masan təzəcə qədəm qoyduğu ər evində də çox qala bilməyəcəyinə ürəkdən əmin idi. Masana qalsa, o gecəni lap səhərəcən o həyətdə, o Ayın işığında oturardı - bir də heç vaxt o evə, Yədullanın yanına qayıtmazdı. Ancaq Masanın o həyətdə heç yarım saat oturmağa da cəsarəti çatmadı. Qorxdu ki, Tavab işi bilib həyətə çıxar və onu döyə-döyə aparıb təzədən Yədullanın yanına salar. Amma Masan otağa qayıdanda, Yədulla ayaqlarını uzadıb, kəmali-səliqə ilə yatırdı və onun sinəsindəki "tütəkdən", xalis Man fısıltısına bənzəyən, qorxunc və qəribə səs çıxırdı.
O səsi eşidəndə Masan az qaldı ki, gedib Tavabı yuxudan oyatsın. Ancaq o səs bir azdan kəsildi. M'asan dizlərini qucaqlayıb, döşəyin bir qırağında bir müddət dinməz-söyləməz oturdu və eləcə, oturduğu yerdə, nə vaxt yatıb - yuxu-lamağından da xəbəri olmadı. Və səhərin alatoranında Masan yuxulu gözlərini zorla açıb, Tavabın əl-qolunu ölçə-ölçə dediyi sözləri eşitdi:
- Durun, tez olun, səhərdi!... Eşikdə su qoymuşam, gedin hər yerinizi yaxşı-yaxşı yuyun.
Yədulla anasının səsini eşidən kimi, yerindən sıçrayıb, həyətə cumdu. Onun dalınca Masan da durub, kirimişcə otaqdan çıxdı. Və bundan bir azca keçəndən sonra, Tavab evdə, döşəyin üstünə açdığı (rəngi ağdan çox sarıya çalan) köh-nə mələfəni əlində yellədə-yellədə özünü eşiyə saldı:
- Bu nədi, əfəl köpəyoğlu! Bəs sən o yorğan-döşəkdə səhərəcən neynəmisən?.. Kül sənin kişi başına, o ağ dayça səndə hal qoyub ki, qaymaq kimi qıznan kef çəkəsən...
"Ağ dayça" məsələsini Masan əlbəəl başa düşdü, çünki bir çox kişilərin dişi atlarla, ulaqlarla, hətta keçilərlə də cinsi əlaqədə olmağı o zaman bizim kənddə, böyükdən-kiçiyə, hamıya malum idi. Düzdür, keçi ilə cinsi əlaqə hələ əyyami-qədimdən bu mahalda haram sayılırdı, ancaq atla ulağın haram olmağı barədə, hələ ki, heç kəs heç nə demirdi. Və madam ki, demirdilər, bundan belə bir nə¬ticə çıxarmaq olardı ki, kəndin seksual tələbatının tarazlaşdırılmasında bu işin özünəməxsus rolu və əhəmiyyəti vardı. Başqa sözlə: kənddəki qadın potensialı kəndin kişi qisminin seksual tələbatının tam ödənilməsinə bəs eləmirdi.
Bu yerdə, Ətirşah Masanın ömürlük yadında qalacaq bir hadisə də baş verdi: Masanı bir qəribə gülmək tutdu. Söz yox, nəyə güldüyünü heç özü də bilmirdi. Bəlkə Tavabın (rəngi ağdan çox qaraya çalan) o "dünyagörmüş" mələfəni əlində bayraq kimi yellətməyi gülməliydi. Bəlkə Yədullanın, yekə kişi ola-ola, anasının qabağında qorxaq uşaq kimi büzüşüb durmağına gülməmək mümkün deyildi...
Hər halda, dünyanın - ölümdən də betər - o təhqiramiz çıxılmazlığında da Masan özündə gülməyə güc tapa bildi. Və üstəlik, öz dəli gülüşü ilə, oğlunun "əfəlliyindən" hədsiz dərəcədə qeyzlənmiş Tavabı da güldürə bildi. Və elə o gülməklə də Tavabın hirsi soyudu. Tavab arvad əlindəki mələfəni bir tərəfə tullayıb:
-Yaxşı, gedin çimin, - dedi. - Zəhmət çəkib su isitmişəm. Çimərsiz, sonra o işi də görərsiz mən gələnəcən. Mən kəfşənə sünbül başağına gedirəm. Qarannıq düşəndə gələcəyəm.
Ancaq o "ağ dayçanın" söhbəti , deyəsən, öz işini görmüşdü. Tavab , darvaza qapısından çıxar-çıxmaz, Yədulla Masana arxadan təpinib, elə həyətdəcə Tavabın dediyi "o işə" girişdi. Və bir azdan Masana elə gəldi ki, bir mülayim (adı bəlli) maye ilə birgə Yədullanın sinəsindəki, ilan fısıltısına bənzəyən, o eybəcər səs də həmişəlik içinə doldu.
Tavab suladığı iki arpa lavaşını və bişirdiyi 4 dənə yumurtanı dəhlizdəki tax-çaya qoymuşdu. Yədulla, öz işini görəndən sonra, heç əl-üzünü də yumamış, iki yumurtanı soyub, bir lavaşın içinə qoydu, yumurtaya duz səpib, lavaşı dürməklədi, Masana heç bir söz demədən darvaza qapısına tərəf getdi və qapıdan eşiyə çıxandan sonra hasarın o tayından qışqırıb:
-Hacı Qurbanəlinin xırmanına gedirəm, - dedi. - Axşama yarma aş» bişirərsən.
Yədulla gedəndən sonra Masan, gözləri darvaza qapısında, bir müddət key kimi quruyub qaldı, sonra, gözlərini darvazadan çəkib gördü ki, yerdə, ayağının altında üç-dörd damcı qapqara qan var və həyətdən torpaq gətirib, qanın üstü-nü örtdü. Və elə bu vaxt birdən Masanın ağlına gəldi ki, bu dünyanın işini bilmək olmaz: birdən Tavab onun bu evə qız gəlməyindən şübhələnər.
Buna görə əvvəlcə Masan Tavabın bayaq əlində yellətdiyi nimdaş mələfəni aparıb döşəyin üstünə sərdi, sonra həsirin altından bir yoğun saman çöpü götürdü və o çöplə bumunu əlləşdirə-əlləşdirə oradan güc-bəla qan çıxara bildi. Burnunun qanı ilə Masan mələfənin lazım olan yerini müxtəsərcə qana boyadı, sonra burnunu ¬tutub həyətə qaçdı və o həyətdə, ta günortayacan, Masanın burnunun qanı kəsilmək bilmədi.
Sonra Masan Tavabın səhər qızdırdığı mülayim su ilə öz canını ciddi-cəhd ilə Yədulladan yuyub təmizlədi. Dəhlizdəki çoxlu sayda taxçaların birindən bir torta quru yarma tapıb, axşama xörək bişirdi. Axşam Tavab, hələ işıq ikən, dalına şələlədiyi dolu sünbül kisəsi ilə tövşüyə-tövşüyə qayıdıb gəldi və elə gələn kimi də o sünbülü döyüb, şədərədən, xəlbirdən keçirib, aparıb dəhlizdəki dən çuvalının içinə boşaltdı.
Q gecə Tavab, xırda otaqda, Masana da öz yanında yer saldı, çünki bu kəndin dəyişməz- canunlarından biri də buydu ki, bəylə gəlinin yatağa girməyinin birinci gecasinoan sonra heç olmasa bir gecə onlar ayrı-ayrı yatmalıydılar.
III
QUDUZ QƏZƏNFƏR
Masanın bu evə gəlin gəlməyindən cəmi ikicə ay sonra (sentyabr ayının ortalarında) elə o Hacı Qurbanəlinin kəfşənindəcə, baraması hələ yazda dərilmiş quaı kol-kosun içindən bir qapqara ox ilanı çıxıb, Tavabı baş barmağından ne-cə çaldısa, yazaq arvadın ölüsü elə oradaca - o kol-kosun yanında qaldı.
Tavabı elə o Hacı Qurbanəlinin həyətində də yuyub kəfənlədilər. Ona cəmi üçcə gün məciis saxlayıb, yaşı xətm elədilər və bundan sonra Masan Yırtıq Yə-dulia ilə bir damın altında tək qaldı.
Ancaq o vaxt Masanın heç vecinə də deyildi ki, bu dünyada Yədulla adlı bir adam var, ya yoxdur. Onda Masan öz ətirşahları ilə əlləşməyə artıq o dərəcədə öyrəşmişdi kir dünyanın bundan savayı bütün işiəri Masana mənasız və maraq-sız görünürdü. Bircə bunu demək kifayətdir ki, Tavabın öldüyü o ərəfədə, cəmi qırx-qırx beş gönün içində, Masan o altı kol ətirşahın sayını artıq iyirmi beşə çat-dırmışdı.
Bu, əlbəttə, yaradıcılıq idi: qanşqanın yuva qurmağı, arının şan toxumağı ki¬mi, sözün ən bakirə mənasında yaradıcılıq idi və kim bilir, bəlkə Mikelanjelonun "Məhşər günü" və Bethovenin "Appasionata"sı da - bir vaxt Masanın varlığına hakim kəsilən o ruhi vəziyyətin - çıxılmazlıq ovqatının oxşar əzablarından doğulmuşdu və bunu kim deyə bilər ki, bir nigaran ananın - bir ağappaq kəpənəyin səsiylə - bir gün dil açıb danışmağı, məsələn, "Karamazov qardaşlarının müəllifi üçün ilkin ilham mənbəyi ola bilməzdi...
Tavabın vəfatından sonra Masan 34 yaşınacan Yədulla ilə bir yerdə yaşadı və söz yox ki, hərdən onun üçün könüllü-könülsüz, "Ağ dayça" da oldu. Ancaq Masan, min bir fənd işlədib, Yədullaya uşaq doğmadı. Çünki eyni vaxtda həm o ətirşahları becərmək. həm də sevmədiyi xəstə bir kişinin belindən gəiən uşağı böyüdüb-bəstəmək, Masanın instinktiv etiqadına görə, heç cür Allahın istəyincə ola bilməzdi.
Müharibənin başlanmağına düz bir həftə qalanda (o vaxt Yədulla kolxozun ilxısını otarırdı) günün batmağına xeyli qalmış kəndin cavanlarından biri Yədullanı dalına alıb, gətirib həyətin ortasında otun üstünə uzatdı və elə oradaca - o otun üstündə Yədulla, ciyərinin qanını qusa-qusa, canını Cənabi Cəbrayıla təhvil verdi. Və bundan təxminən bir ay sonra (Yədullanın hələ heç qırxı da çıxmamış) kolxoz massivinin gecə qarovulçusu Quduz Qəzənfər, gecənin bir aləmində, Ətirşah Masanın qapısını döydü.
Qəzənfər Masanın yaşıdı idi. Uşaqlıqdan bir küçədə böyüyüb, bir yerdə oynamışdılar. Və elə o vaxtdan da Qəzənfərin yeri Masanın ürəyində qalmışdı. Və o gecə qorxa-qorxa darvazaya yaxınlaşıb, qapının arxasından Qəzənfərin səsi-ni eşidəndə Masan qətiyyən təəccüblənmədi. Çünki Qəzənfərin o qapnı döyəcəyi günü ürəyinin bir yerində Masan həmişə gözləmişdi.
Elə uşaqlıqda da Qəzənfər, dalaşqanlığı, əzazilliyi ilə yaşıdlarının, tay-tuşlarının hamısından seçilirdi. Buna görə də o vaxt ona "Dəli Qəzənfər" deyirdilər. İndiki "Quduz" ləqəbini isə Qəzənfər kolxozun qarovulçusu olduğu son bir-iki ildə - gündüzlər evində yatıb, gecələr kolxoz təsərrüfatını talamağa girişən - çölün otunu, yoncasını, odununu, mer-meyvəsini xımır-xımır öz evinə daşıyan adamlardan dörd-beşini oğurluq üstə tutub, bəs deyincə döydüyünə görə qazanmışdı. Kənddə Qəzənfərə "Qurd Qəzənfər", "Qızmış Qəzənfər" deyənlər də vardı. Və o gecə Masanın evinə də Qəzənfər guya kolxoz malının təəssübkeşi kimi gəlmişdi.
İçəri girən kimi başladı ki: bəs sənin həyətində üç cüt bir tək ərik ağacı var, de görüm o qədər əriyi hardan yığıb damında qurudursan?.. Çoxdan həsrətini çəkdiyi - qüvvətli, canlı-cüssəli bir kişi ilə kişisiz, kimsəsiz bir yerdə, gecənin o vədəsində, üz-üzə, nəfəs-nəfəsə dayanmağın sehrli həzzi içində Masan bir müddət susub durdu.
Sonra Masandan bir dəli gülmək qopdu və sən demə, Qəzənfərə də elə bu lazım idi: "Sənin o ağ canıva qurban olum, Masan, - dedi, -axı mən səndən yana ölürəm...". Masanı uşaq kimi qucağına alıb, aparıb arxın kənarında çimin üstünə uzatdı. Və o isti yay gecəsi o sərin çimin üstündə Ma¬san - anadan qız doğulanların taleyinə Allahın öz əmrilə yazılan - ən şirin qadınlıq qismətinin dadını-ləzzətini, ömründə ilk dəfə hiss elədi. Və bundan can dolusu məmnunluq, qürur duydu.
O gecədən başlayaraq, ta 1942-ci ilin bir çiskinli-yağışlı yaz səhərinəcən Qəzənfər gündüzü öz evində yatıb, gecənin heç olmasa bir neçə saatını həmişə Masanla keçirdi. Bundan kənd camaatı, söz yox ki, xəbərsiz deyildi. Ancaq Masanla Qəzənfərin bu atəşin eşq dastanını kənddə bir o qədərdə dilə-dişə sal-madılar: kimisi Qəzənfərin qəzəbindən qorxdu, kimisi də, zalım ögey ana fitvası ilə, uşaq ikən aldadılıb, yaşlı, xəstə bir kişiyə zorla ərə verilmiş Masanı haqlı sayıb, onun bu əməlinə ad qoymağı Allahın öz öhdəsinə buraxmağı lazım bildi.
Hətta Masanın Qəzənfərdən uşaq doğacağını biləndə də kənd heç bir əlahiddə narahatlıq keçirmədi. Bu işin nisgilli tərəfi bircə bu oldu ki, Qəzənfər öz oğul balasının üzünü heç vaxt görmədi. 1942-ci ilin o çiskinli-yağışlı yaz səhəri Qəzənfər darvaza qapısının ağzından Masanı çağırdı və heç içəriyə də girmədən, elə oradanca: "Getdim, - dedi,
- Masan, mən də getdim... Oğlan olsa, adın Asian qoyarsan, qız olsa, özün bi-lərsən. Xanımnazdan savayı (Xanımnaz Qəzənfərin qanuni arvadıydı) nə ad istəyirsən qoy"...
Doğmağına bir-iki ay qalan - ağırayaq Masan özünü darvazaya yetirəndə Qəzənfər oradan xeyli uzaqlaşmışdı: addımlarını, əsgərsayağı, ağır-ağır ata-ata, çiynində "veş-meşoğu", küçəaşağı gedirdi. Və yazın narın, soyuq yağışın-da o darvaza qapısında soyuqdan əsə-əsə Masan Qəzənfərin uca qədd-qamətinə və ağır, kişiyana yerişinə çox tamaşa elədi: sanki ürəyinə dammışdı ki, bu gedən bir də heç vaxt qayıtmayacaq.
IV
ASLAN
O ilin ilkin yayında Masan, çəkisi 5 kiloya yaxın, bir möcüzə oğlan üşağı doğdu və uşağı, sözün hərfi mənasında, gül içində böyütdü.
O illərdə Masan öz ətirşahlarının sayını artıq 70-ə çatdırmışdı. Onları uzunsov həyət boyunca yan-yana düzmüşdü. Hələ kəndin köhnə dülgəri Məşədi Məhəmmədi evinə çağırtdırıb, öz ətirşah cənnətinin içində, yatmağa, dincəlməyə bir qəşəng taxta çarpayı da düzəltdirmişdi. Və o çarpayının üstündə illər uzunu Masan öz körpə Aslanına layla demişdi, nağıl demişdi.
O illərdə Masanın həyatında bir möcüzə də baş verdi: kənd sovetinin katibi
- başının küt ağrısından həmişə şikayət eləyən - SALDAT SƏKİNƏ, "xatqın dərd-sərini bilmək üçün" yenə kəndi evbəev gəzib-dolananda bir gün öz ağrıyan başını Ətirşah Masanın da həyətinə soxdu.
Saldat Səkinə Masanla hal-əhval tutdu, Aslanı qucağına alıb, oynadıb-əzizlədi və o taxta çarpayının üstündə 5-10 dəqiqə oturub dincini alandan sonra gedib bütün kəndə car çəkməyə başladı ki, bəs Masanın ətirşahları xalis başağrısı dərmanıdır və kimin başı ağrıyır, getsin orda onca dəqiqə o ətirşahların ha-vasın alsın. çünki Səkinənin dediyinə görə, onun başının ağrısı o gündən, o saatdan etibarən birdəfəlik kəsmişdi.
Elə o vaxtdan - Aslanın körpəliyindən - Ətirşah Masanın həyətinə hər yerdən axın başlandı. Baş ağrısından, ürək çatışmazlığından, can təzyiqindən, yuxusuzluqdan, şəkərli diabetdən şikayəti olan qız-gəlin, arvad-uşaq lap uzaq dağ
kəndlərindən də dəstə-dəstə axışıb gəlirdi, o ətirşahların arasında, o taxta çarpayıda növbə ilə bir saat, yarım saat uzanıb yatırdılar və möcüzə burasındaydı ki, o xəstələrin böyük əksəriyyəti dünyanın təbabət təcrübəsində heç vaxt görün-məmiş bu, mollasız-həkimsiz, iynəsiz-dərmansız müalicədən həqiqətən şəfa tapırdı.
Başqa kəndlərdən, uzaq yol gələnlər çörəyi, qəndi, çayı, hətta samovar odununu da çox vaxt özlərilə gətirirdilər. Masan da, öz növbəsində, qapısına pənah gətirənlərə əlindən gələni əsirgəmirdi: samovarı özü saJırdı, stəkan-nəlbəkini, qab-qaşığı özü yuyurdu, hələ həyətindəki ağacların meyvasindən nübar eləmək istəyənlərin də heç vaxt könlünə dəymirdi və bütün əziyyətlərinin müqabilində o, heç vaxt heç kəsdən pul almırdı. Əgər Aslan olmasaydı. bəlkə Masan o adam-ların gətirdiyi payı da götürməzdi: 5-6 yumurta, bir banka qatıq, bir şüşə doşab, bir-iki qac pendir, bir-iki təndir, ya sac lavaşı.. Bu şeylərdən Masan imtina et-mirdi və bu hesaba Aslan o ağır müharibə illərində, başqa uşaqlara baxmış, demək olar ki, yağ-bal içində böyüyürdü.
Ancaq Aslan Masan üçün bala olmadı, bəla oldu. Hələ 5-6 yaşa çatanda tərslikdə, davakarlıqda atası Qəzənfəri də vurub keçdi. Küçədə tay-tuşlarına, məktəbdə müəllimlərinə qan uddurdu. Xüsusilə də o 'Tarzan" kinosu çıxandan sonra Aslan "au,au!" - deyə-deyə, kolxoz bağlarındakı ən uca ağacları, budaq-budaq, özünə yol-yolaq eləyəndə düz üç il sərasər Masanın nə gecəsi, nə gün-düzü oldu.
Aslanın əsgərlik vaxtı çatanda Masan sevindi: fikirləşdi ki, bəlkə orda oğlunun burnu ovular, ağlı başına gələr. Ancaq orda Aslan əsgərlik eləmədi, əsgər getməyinin hələ birinci ayında öz komandirinə əl qaldırıb, türməyə düşdü - 2 il əsgərlik eləmək əvəzinə 4 il türmədə yatıb, qayıdıb gəldi.
Kənddə Aslan, adını sovxoza yazdırıb, bir neçə il də orda-burda avaralandı. Sonra gedib qonşu kənddə dağ mədənində işə girdi. O mədəndə kassir işləyən Solmazı da Aslan elə o vaxt alıb, o kənddə, bir müddət, ailəli yaşadı. Sonra xəbər çıxdı ki, Aslan mədənin baş mühəndisinin Solmazla əlaqədə olmağından şübhələnib, günlərin bir günü o mühəndisə yeddi bıçaq yarası vurub... Elə o gündən də Aslan türməyə düşmüşdü. Sonra, deyilənə görə, elə o türmədə ola-ola, 5-6 il bundan qabaq, Aslan daha bir ağır cinayət törətmişdi. Və Aslanın bir vaxt türmədən çıxacağına daha heç bir ümid yeri qalmamışdı.
Aslan arvadı Solmazı cəmi bircə dəfə bizim kəndə gətirmişdi... Və onlar düz bir ay Masanın evində deyə-gülə rahat yaşamışdılar. Sonra - Aslanın türməyə düşməyindən bəlkə heç bir ay da keçməmiş - Solmaz ikinci dəfə bizim kəndə gəldi.
Tək gəlmişdi. Özü də dağları, təpələri aşıb, pay-piyada gəlmişdi. Solmaz küçə qapısından içəri girib, heç bir salam-kəlamsız:
- Oğlundan qız doğmuşam, - dedi. - Adın nə qoyum?
Masan dinmədi, çünki bu boyda həyasızlığı Solmazdan gözləmirdi: adamın yeganə övladının türməyə düşməyinə bais olasan, özün də gəlib deyəsən ki, oğlundan uşaq doğmuşam.
- Anan qalır? - Masan handan-hana xəbər aldı. Solmaz Masanın sualından bir şey başa düşmədi.
-Yox, - dedi, - hardan qalır ki... Anam on ildi rəhmətə gedib.
- O da sənin tayın idi?
- Nə mənada?
-Elə o mənada... - Masan bic-bic güldü.
- Yaxşı, qoy görək. Məndə taxsır olmayıb. Taxsır öz oğlunda olub.
- Oğlum sənə demişdi ki, get onun-bunun altına gir?
- Mən heç kəsin altına-zadına girməmişəm. - Solmaz əl-qolunu ölçə-ölçə de¬di. - Bura da ona görə gəlməmişəm ki, sənnən ağız-ağıza verəm. Ağbirçək adamsan, uşağın nənəsisən. Dedim bəlkə arzun-zadın olar... De görüm, anamı niyə soruşursan?
- Anan gorbagorun adı vandı?
- Məni niyə ələ salırsan? Bəyəm adsız da adam olur?
- Niyə olmur? Arvad verəyən olandan sonra adı da üstündə olur. Ona ayrı ad nə lazımdı ki? - Masanın səsi titrəyirdi, ancaq var gücü ilə özünü ələ almağa çalışırdı.
- Onda mən getdim, sağ ol! - Solmaz qapıdanca donüb getdi.
- Get, anan adı batmışın adın qoy qoduğuva. - Masan Solmazın dalınca qışqırıb dedi. - Ana gəzən ağacları bala budaq-budaq gəzər.
Anası Sürəyyanın adını qızına qoymaq Solmazın yatsa , yuxusuna da girməzdi. Ancaq o gün, axşamtərəfi, gəldiyi dağlı-təpəli yolları tək-tənha geri qayıdanda, ağlına nə gəldisə, elə o yoldaca Solmaz qızının adını Sürəyya qoymağı qərarlaşdırdı.
Bundan sonra Solmazın biz tərəflərə beş il ayağı dəymədi. Və günlərin bir günü beş yaşlı bir qız uşağı, darvaza qapısından qaça-qaça həyətə girib, "na¬na! nənə!" - deyə-deyə Masanın üstünə yüyürəndə Masan o saatca bildi ki, burada nəsə əngəlli bir iş var.
Solmaz darvazanın ağzında dayanmışdı:
- Al, saxla oğlunun matahını. - dedi. - Mən gedirəm şəhərdə iş tapım özümə. Ancaq nəvənnən yaxşı göz-qulaq ol. Qız deyil, bəladı köpəyin qızı. Bir dəyqə gözdən qoymaq olmur: elədiyin barmaqlayıb qaşına-gözünə yaxır. - Və Sol¬maz bu dəfə də elə o darvazanın ağzındanca dönüb getdi və o getməklə də ilim-ilim itdi.
V
12 YAŞIN SEKSUALLIĞI
Solmaz düz deyirmiş: "elədiyini qaşına-gözünə yaxmaq" peşəsinin üstündə Sürəyyanı bir gün Masan da tutdu: qız barmağını öz nəcisinə batırıb, ciddi-cəhd ilə qaşlarına yaxırdı və bu murdar əməlinə görə sevincdən gözləri gülürdü.
Nəvəsinin bu naqisliyini Masan, çətinliklə olsa da, tədricən tərgitdirə bildi. Bunun dalınca qızda başqa bir xasiyyət peyda oldu: Sürəyya divarın torpağını dırnağıyla qaşıyıb, ovuc-ovuc yeyirdi. Bu azarı qızın canından çıxartmaq üçün onun dil-dodağını Masan, dönə-dönə, acı bibərlə yandırmalı oldu. Sonra qızda bir azar da tapıldı: yaş meyvə ağacda ola-ola, Sülü xəlvətcə dama dırmaşıb, Masanın damda qurutduğu mer-meyvəni -tutu, alçanı, əriyi, bir ac canavar kimi, süpürləyib yeyirdi. Ancaq bu əmələ görə Ətirşah Masan nəvəsini heç vaxt tənbeh eləmədi: fikirləşdi ki, divarın torpağını qaşıyıb yeməkdənsə, qoy uşaq o quru mer-meyvəni yesin.
...Nəvəsinin tək bircə əməlindən Masanın heç vaxt xəbəri olmadı: Sülünün (12 yaşında!) gecələr nənəsini yuxuya verib, həyətdəki fındıqlıqda Həbiblə görüşüb-öpüşməyindən!..
12 yaşın seksuallığı bəlkə bir o qədər də təəccüblü deyil. Ancaq təəccüblü burasıdır ki, hələ 4-5 yaşda ikən Sülü qadın-kişi münasibətlərində nəyin nə olduğunu yaxşı bilirdi. Və hələ heç səkkiz yaşı olmamış, Masanın qardaşı oğlu Ələddini öz erkən şorgözlüyü ilə cinnəndirib, az qala divara dırmaşdırmağı (bundan sonra yüz il yaşasa da) Sülünün yadından heç vaxt çıxmayacaqdı... O vaxt Ələddinin yaşı 25-dən az olmazdı. Yaz idi, iydələrin, bir də heyvaların çiçək açan vaxtıydı. Ələddin həyətin otunu biçib, özünü fındıqlığın kölgəliyinə ve¬rib, şirin-şirin yatırdı. Və Sülünün gic ağlına birdən-birə nə yerləşdisə, gedib özünü Ələddinin qıçlarının arasına dürtdü...
O nəyin iyiydi, Allah, Ələddindən gəlirdi!.. Bal iyiydi, gül iyiydi, bəlkə iydələrin, heyvaların çiçəyinin iyiydi - həyətin təzəcə biçilmiş otunun iyinə qarışıb, açıq sinəsinin zil qara tükləri görünən Ələddinin canına-ciyərinə hopmuşdu... Yuxudan kal_ayılıb Sülünü qıçlarının arasında görəndə Ələddin bir müddət gördüyünə inana bilmədi: onun qıçlarının arasında Sülü, açıq-aşkar ər-arvad haqq-hesabının oyununu çıxarırdı. Ələddin Sülünü qamarlayıb top kimi özündən kənara tulladı. Sülü yerə dəyib, durub qaçdı. Sonra Ələddin də ayağa durdu: "Vay dədəm vay, uşaqda əmələ bax - de¬di. Üzünü o başda - eyvanın qabağında samovarla əlləşən bibisi Masana sarı tutub dedi. Və heç çaya da oturmadan, elə o ayaqla da küçə qapısını açıb, öz-özünə hirsli-hirsli deyinə-deyinə, çıxıb getdi.
O hadisədən sonra Sülü bir-iki dəfə də Ələddini yalnız uzaqdan-uzağa görə bildi. Daha Ələddin kənddə-kəsəkdə heç vaxt Sülünün gözünə dəymədi. Ancaq təzəcə biçilmiş ot iyinin iydə, heyva çiçəyinin iyinə qarışmış o qəribə KİŞİ İYI bu dünyada həmişəlik qaldı. Və sanki o iyi bu dünyadan doyunca almaqdan ötrü Sülü, hələ - 12 yaşı tamam olar-olmaz, həyətdəki fındıqlıqda, özündən 5-6 yaş böyük Həbiblə hər gecə görüşə tələsdi.
O zaman Sülü öz yaşıdlarından, olsa-olsa, boyunun uzunluğu, bir də süstlüyü, adamayovuşmazlığı ilə fərqlənirdi. Ancaq gecələr o fındıq kollarının arasında Sülü içindən od püskürən qaynar vulkana dönürdü: Həbibi didirdi, dişləyirdi. onun qarnını, döşünü pişik kimi cırmaqlayırdı. Bircə "o yerindən" savayı, Sülü öz canını nə ki var Həbibin ixtiyarına verirdi.
Gecələr, o fındıq kollarının arasında, söz yox, Həbib də bekar durmurdu. Sülünün qırmızı dodaqlarını öpə-öpə: "Sənnən, Sülü, buğda qovurğasının iyi gəlir-deyirdi. Ancaq Sülü bilirdi ki, o iv buğda qovurğasının iyi deyil, bu gün axşam-çağı damda yediyi tut qurusunun iyidir.
Bir dəfə, axşamın alatoran vaxtı, Sülü elə o tut qurusunu yemək üçün Masa-nın gözündən yayınıb, xəlvətcə dama dırmaşanda ordan Həbibi elə bir iş üstdə gördü ki, fcnumu yazmağa da, düzü, əlim gəlmir: öz həyətlərinin lap aşağı basin-da, iki həyəti biri-birindən ayıran alçaq daş hasarın o biri yanındakı iydələrin da-lında Həbib bir xırdaca ağ çəpişin belini qucaqlayıb, onunla açıq-aşkar cinsi əlaqədə idi. Ömründə ilk dəfə gördüyü o seksual reallıqdan Sülü birdən-birə elə qorxdu, elə həyəcanlandı ki, üşütməli-qızdırmalı adam kimi, durduğu yerdəcə" əsməyə, titrəməyə başladı. Sonra Sülü gözlərini yumub özünü bir anlığa o çə-pişin yerində hiss elədi və elə o andaca Sülünün ürəyi keçdi: qızcığaz damın or-tasındaca tir-tap yerə sərildi.
Bundan sonra bir də heç vaxt Sülü, özünü yuxululuğa vurub, Masanın nə vaxt xoruldayacağını gözləmədi. Sülü o fındıqlığa bir də heç vaxt getmədi. Və bir gecə Sürəyya Həbibə bir qəzəbli namə yazıb, yazdığı kağızın üstünə (samovarın qırnasından!) bir damcı da "göz yaşı" saldı ki, bəlkə Həbib öz əməlindən utana: "Ey dönük, vəfasız insan. Adını yazmıram, bu ada nifrət edirəm. Əclaf, vicdansız, satqın adamların hamısına nifrət edirəm. Utan yerə gir. Başını qaldırıb bir də mənim üzümə baxma. Sən mənim müqəddəs eşqimi bir qotur keçiyə satdın"... Məkubun sonundakı şer isə ona dəlalət edirdi ki, bizim yerdə insanların çoxusu anadan şair doğulur:
"Sən mənim eşqimi çırpdın daşlara,
Baxmadın gözümdən axan yaşlara.
Qalsın qulağımda bu iki kəlmə,
Ölsəm məzarımın üstünə gəlmə".
Deyilənə görə, haçansa, hansı bir qəzetdəsə Həbibin şəklini və şerlərini görəndə Sürəyyanın bir dəfə də ürəyi keçmişdi. Ancaq o vaxt Həbib kənddə deyil-di, Bakıda, Universitetin filologiya fakültəsində təhsil alırdı.
VI
ADİL MÜƏLLİM
O vaxtdan etibarən Sürəyya da, atəşin bir həvəslə şer yazmağa başladı və onun kitab oxumaq həvəsi də elə o dövrdə birdən-birə peyda oldu: ya hər gün, ya bir gün ara Sülü dərsdən sonra özünü kitabxanaya verirdi, götürdüyü kitab bərk xoşuna gələndə onu Sülü bir gecədə oxuyub qurtarırdı. Və nəvəsinin bu yeni aludəçiliyinə Masan heç vaxt mane olmurdu: fikirləşirdi ki, belə xatalı uşağın öz azar-bezarını elə evdə söndürməyi yaxşıdır - yoxsa gedib çöldə-bayırda daha pis əmələ qurşana bilər.
Öz şerlərini Sülü məktəbdə müəllimlərə göstərirdi. (Kəndin ədəbiyyat müəllimləri Sülünün şerlərini çox bəyənirdilər). Məktəbin təntənəli tədbirlərində, öz şerini oxumaq üçün, son vaxtlar Sülüyə də həmişə söz verirdilər. Öz şerlərini Sülü "paçka-paçka", Bakıya - redaksiyalara göndərirdi. Ancaq kənddə otura-otura, Bakının qəzet-jurnal bolluğunda artıq özünə yer eləməkdə olan Həbiblə yarışmaq çox çətin idi. Xüsusilə də Həbibin iri bir poeması HƏBİB HƏSRƏT imzası ilə ayrıca kitab halında nəşr olunandan sonra (onda Sürəyya 9-cu sinifdə oxuyurdu) Sülünün hirsi-hikkəsi yerə-göyə sığmırdı.
Ancaq o poemanın söhbətini salmaqda mənim məqsədim təkcə Sülünün necə bir şöhrətpərəst məxluq olduğunu bir daha yada salmaqdan ibarət deyil. Burada, bizim bu gerçək nağılımızda bundan sonra baş verəcək əhvalatlara az da olsa işıq sala biləcək başqa bir ciddi məqam da var. Bu məqam ondan ibarətdir ki, Həbib Həsrətin indicə adını çəkdiyimiz poemasının baş qəhrəmanı bizim kənddə, elə o vaxtlar da əfsanəyə çevrilməkdə olan ADİL MUƏLLİM idi. Və mən o Adil müəllimin acı taleyinin üstündən sükutla keçsəm, qorxuram ki, bunu heç vaxt özümə bağışlamayam.
Adil müəllim - üzügülər, istiqanlı cavan oğlan idi. Onu heç vaxt heç yerdə fikirli, qaşqabaqlı görməzdin. Qara kostyumda, ağappaq ütülü köynəkdə və açıq bənövşəyi rəngli qalstukda - Adil müəllim məktəbə elə bil konsertə, teatra gələrdi və dediyi riyaziyyat dərsini də, az qala nəğmə dərsi kimi, elə şən keçirərdi ki, onun sinfə girməyi bütün uşaqlar üçün həmişə toy-bayram olardı... Adil müəllim Bakıda institutu təzəcə bitirib gəlmişdi və hələ, lap təzəlikcə, evlənmişdi.
Bir gün xəbər yayıldı ki, Adil müəllim öz əlaçı şagirdi, hələ 8-ci sinifdə oxuyan Məlahətə bir könüldən min könülə aşiq olub və o Məlahətin özü də Adil müəllimin eşqindən dəli-divanədir. Müəllimin öz şagirdinə, şagirdin öz müəlliminə vurulmağı elə bir fövqəladə hadisə deyildi, bizdə belə şeylər əvvəllər də çox olmuşdu. Bu işin əsas gözlənilməzliyi o oldu ki, Adil müəllimin təzəcə aldığı arvadı Şövkət bu işdən xəbər tutan kimi, üstünə neft töküb, gecəykən özünü yandırdı. Buna görə milisdən-prokurorluqdan - ordan-burdan tökülüşüb gələnlər çox oldu.
Onlar, əvvəl, Şövkətin ən yaxın adamlarını - ata-anasını, bacı-qardaşını Kənd Sovetinə çağırtdırıb, hamısı ilə təkbətək söhbət elədilər. Sonra kənddə bəlkə yüzdən çox özgə adamları da dindirib, Adil müəllimi cinayətə cəlb etmək üçün camaatın dilindən söz çəkməyə çalışdılar. Ancaq heç kəs (hətta Şövkətin ata-anası da) bizim kənddə hamı üçün yad olan o adamların Adil müəllimi incitməyinə razı olmadı. Hətta Şövkətin atası ƏYYUB kişi, bilə-bilə, özü öz qızına belə bir şər də atdı: guya elə uşaqlıqda da Şövkətin hərdənbir dəlilik tutması olurmuş və öz qızını ərə verəndə o, bunu guya Adil müəllimə deyibmiş.
O hadisəyə görə Adil müəllimi məktəbdən uzaqlaşdırmaq da heç kəsin fikrində yox idi. Ancaq Adil müəllimin özü o əhvalatdan sonra bir də heç vaxt məktəbə ayaq basmadı. Bundan sonra Adil müəllim heç evdən eşiyə də çıxmadı. Və əgər o Adil müəllim evdən eşiyə çıxsaydı da, yəqin ki, kənddə çox adam onu tanıya bilməzdi. Saçları - ağappaq, qar kimi, üzünün tükü uzanıb, döşünəcən sallanmışdı. O hadisədən sonra Adil müəllimin sifətində özündən heç nə qalmamışdı. Təkcə iri, qapqara gözləri özününküydü.
Bizim bu gerçək nağılın qələmə alındığı məlum 2000 - ci ilin o qəmli son payızında Adil müəllimin yaşı 60-ı keçmiş olardı. Sonralar evlənməmişdi, eləcə -tək-tənha ömür sürürdü. Atası xarrat Məhəmmədin sənətini işə salıb, camaata ( hər kəsə öz materialından) qapı-pəncərə düzəldirdi və kasıb, kimsəsiz adam-lardan o qapı-pəncərənin haqqını da heç vaxt almırdı. Dünyadan əlini üzüb, öz aləminə qapılmış Adil müəllim min ilin qocasına bənzəyirdi. Ancaq qəribə burasındaydı ki, Adil müəllimdə kəndin xəyalpərəst qızlarını, qadınlarını özünə çəkən kişilik cazibəsi hələ qalırdı və o xəyalpərəst qız-gəlinin çoxusu - Adil müəllimin o ağappaq saç-saqqalına bir dəfə sığal çəkmək üçün - bəlkə lap öz şirin canım da qurban verərdi.
... İnsan əfsanəsiz yaşaya bilmir. Adif müəllim kənddə hamı üçün canlı əfsanəydi. Nənəsinin dilindən gündə bir neçə dəfə "Ya Əhriman - Rahimin Adil Al¬lah" sözlərini eşidən Sülüyə isə bir vaxt elə gəlirdi ki, o Adil müəllim elə Allahın şəxsən özüdür. Yəni Allah Adil müəllimin adıdır və yaxud Allahın adı Adir. Sonralar Adil müəllimə həsr edəcəyi şerində Sürəyya öz uşaqlığının bu maraqlı epizodunu belə xatırlayacaqdı:
"Dağlar, düzlər lalədən don geyəndə,
Göy üzündə günün üzü gülərdi.
Masan nənəm " Adil Allah" deyəndə
Gözlərimin önünə sən gələrdin".
İKİNCİ FƏSİL
VII
CİNS ŞALVAR
Sülünün məktəbi bitirdiyi il Həbib də universiteti bitirib, yayın ortalarında kəndə qayıtdı. O günlər Sürəyyanın uçmağa təkcə qanadı çatışmırdı, çünki onun düşündüyünə görə, Həbib Bakıdan qayıtmamalıydı və əgər qayıtmışdısa deməli, Sülüyə görə - onunla evlənmək üçün qayıtmışdı. Və evlənib ər-arvad olandan sonra bu dəfə onlar Bakıya bir yerdə gedəcəkdilər.
O günJərdə SüLü, gecə-gündüz, aynanın qabağından əl çəkmədi, hətta bi cins şalvar da tapıb, əyninə keçirdi ki, özünün şəhər qızlarından əskik otmadığını Həbibə qandıra bilsin. Ancaq Həbib Sülüyə məhəl qoymadı, ondan hə vəch ilə yayınmağa çalışdı. Bibisi Ətirşah Masanla həmişəki kimi mehriban olsa da, Sülüyə qarşı ozünü çox soyuq və laqeyd apardı.
Ətirşah Masan, hələ lap xırda vaxtından, Həbibi çox istəyirdi. Sülünün Həbibə ərə getməyə hazırlaşdığını çoxdan və yaxşı bilsə də, bu işə əl qatmağ ürək eləmirdi, çünki Sülüdən kiməsə arvad olacağına Masan bir o qədər də inanmırdı. Hərdən Sülünün öz yanındaca Masan Həbibə sataşırdı: "Ədə, şair Həsrət, bə sən bu qızı nə vaxt alacaqsan?" - deyirdi. Ancaq bu sözləri Masa Həbibi şirnikləndirmək üçün demirdi. Istəyirdi Həbib öz dililə desin ki, o, Sülünü heç vaxt almayacaq, bunu qız da eşitsin və Həbibdən gözünü çəksin.
Rayonun Maarif şöbəsində Həbibin şair olmağını heç kəs saya salmadı. Bizim kəndin məktəbində üç-dörd ali təhsilli ədəbiyyat müəllimi olduğuna görə Həbibi lap uzaq dağ kəndlərinin birində ibtidai məktəbə müdir təyin elədilər. Məktəbin açılmağına bir həftə qalanda Həbib bibisi ilə şirin-şirin görüşüb-öpüşüb (Sülüyə də ağızucu "sağ ol" deyib) o uzaq dağ kəndinə yola düşdü. Bundan sonra bir müddət Sürəyya evdə-eşikdə quzu kimi dolandı, nənəsinin hər sözü nə, tapşırığına "bəli", "baş üstə" deyirdi.
Düzdür, Masan öz ətirşahlarına heç kəs yaxın qoymurdu: güllərin suyunu da özü tökürdü, gübrəsini-peyinini də özü ve- rirdi. Ancaq çeşmədən su gətirməkdə və Masanın at-eşşək saxlayan evləri qapı-qapı gəzib, xüsusi səylə topladığı seçmə peyini duru çay suyu ilə qarışdırıb həll eləməkdə hərdən Sülünün də nənəsinə az-çox köməyi dəyirdi. Və məsəl burasındadır ki, əwəllər könülsüz, başdansovdu gördüyü bu işləri indi Sürəyyə həvəslə, can-başla görürdü: özünü Masana bəyəndirmək istəyirdi ki, Masan da öz növbəsində, onu Həbibə bəyəndirsin.
Adına Göytəpə deyilən o uzaq dağ kəndindən Həbib məktəblərdə yay təti başlayanda qayıtdı. Ancaq, Sürəyyaya görə, o, heç qayıtmasa yaxşıydı. Çünki o dağ kəndində Həbib evlənmişdi, özü ilə hamilə Süsənbəri də gətirmişdi. Və bundan sonra Həbib daha o kənddə işləməyəcəkdi: ona rayon mərkəzində ay bir iş verəcəkdilər.
Bu dərdə Sülü, bircə Allah bilir ki hansı səbrin, hansı gözəgörünməz gücür qüvvətin sayəsində necə tab gətirə bildi. Və bu əhvalatdan sonra Sülü bir də dəyişdi. Ancaq bu dəyişmək bundan qabaqkı dəyişməkdən deyildi, onun tamamilə əksinəydi. İndi Sülü ev-eşikdə heç bir işə əl vurmurdu, Masanın üzünə dururdu, sözünü eşitmirdi. Sanki qız olmağını da büsbütün unutmuşdu: özünün cir şalvarında, əlləri ciblərində, Sülü kəndin küçə-bacasında, dükan-bazarında lovğa-lovğa gəzişəndə baxan deyərdi ki, bu, elə doğrudan da qız deyil - bir qızmış burnuyelli oğlan uşağıdır ki, təkcə dodağının siqareti çatışmır.
Eləcə lovğa-lovğa gəzə-gəzə Sülü kəndin bu başından vurub o başından çıxırdı və küçələrdə qeybət qıran, çeşmələrdə qab-qacaq, pal-paltar yuyan qızlara, arvadlara (o vaxt hələ təzəcə dəbə düşən) qəribə "kitab sözləri" deyirdi: "rəzil imperiya", "vəhşi erməni", "mənfur 70 il", "milli azadlıq", "xalqın qəzəbi" və sair və ilaxır. Sürəyya o qızları, qadınları "öz hüquqları uğrunda" mübarizə; qalxmağa səsləyirdi. "70 illik imperiya dövründə" onları "əsarət buxovunda" saxlayan kişiləri yerində oturutmaq üçün kəndin bütün qız-qadınlarını "yumruq kimi birləşməyə" çağırırdı.
Həbibin adını heç yerdə çəkməsə də, "xalqın həyatında uzaq düşmüş bəzi dönük ziyalılar"dan danışanda ürəyində Sülü, söz yox məhz Həbiblə haqq-hesab çürüdürdü və Ieksik cəhətdən daha doğru olan: "bəzi kişilər biz qadınları heç it yerinə də qoymur" cümləsini Sürəyya, bir qayda olaraq, "bəzi kişilər bizi qotur keçidən də aşağı tutur" şəklində deyirdi və bunu necə deyirdisə, "Həbib-keçi" münasibətləri barədə heç bir məlumatı olmayan bəzi kövrək xasiyyətli qəlbiqırıq qızlar, qadınlar gözlərinin gur yaşını sel kimi axıdıb, sonra, cani-dildən fınxıra-fınxıra, çarğatlarının ucu ilə burunlarının suyunu silirdilər. Və burası da xalis möcüzəydi ki, bu sayaq atəşin nitqlərdən sonra Sülünün qulağına, həmişə, qəribə - uzaq və şirin bir səs dəyirdi: "Səndən , Sülü, buğda qovurğasının iyi gəlir"...
Kənd camaatı Sürəyyadan açıq-aşkar qorxmağa başlamışdı. Hətta Sülünün sözlərindən heç xoşu gəlməyənlər də o sözləri eşitməyə sanki məhkum edilmişdilər: Sülüyə bir kəlmə söz deməyə heç kəsin cürəti çatmırdı və Sülü də, işin bu yerdə olduğunu görüb, əsasən Mirzə Xəzərin "Azadlıq" radiosundan eşitdiyi yeni-yeni vahiməli sözlərlə öz repertuarını günbəgün genişləndirərək, heç bir maneəsiz-filansız, birbaşa irəliyə - sonunu heç kəsin görmədiyi məchul bir məkana doğru gedirdi.
Və indi, hətta Kənd Sovetinin qabağında da Sülü: "bizim çörəyimizi yeyib, bizi bəyənməyən nankor ruslar"dan, "dünyanın doqquz iqlim şəraitinin cəmləşdiyi bərəkətli torpağımıza göz dikən bədxah ermənilər"dən ucadan və odlu-alovlu danışmaqdan qətiyyən qorxmurdu. Və məsələnin ən maraqlı tərəfi bu idi ki, bu işi Sürəyyaya heç kəs tapşırmamışdı.
Sülünün həyatının əsas dönüş məqamı elə həmin ilin noyabrında başlandı. O gün rayon mərkəzindəki raykom binasının qabağında Xalq Cəbhəsinin izdihamlı mitinqi gedirdi və o mitinqi Böyük Bəyin ən yaxın silahdaşlarından olan -şair Aslan Ağrıdağ (metrikasında: Ruslan Ağayev) aparırdı. O izdihamı yarıb, tribunaya çatanacan Sürəyyanın bəlkə beş dəfə təri dabanından çıxdı, ancaq orada Sülünü heç, bir dəqiqə də gözlətmədilər. Aslan Ağrıdağ qızı görən kimi: "Buyurun, buyurun, xanım!" - deyib, Sürəyyaya söz verdi.
O gün o izdihamlı mitinqdə Sülünün söylədiyi nitqi bütövlükdə kağıza köçürməyi lazım bilmirəm, çünki o zaman Sülü öz repertuarında hələ ki, heç bir ciddi dəyişiklik eləməmişdi və rayon mərkəzindəki o nitqində də Sürəyyanın dedikləri, mahiyyətcə, MİRZƏ XƏZƏRİN "Azadlıq" radiosundan dediklərinin bir növ imitasiyası idi. Ancaq Sülünün öz nitqinin sonunda bədahətən dediyi bir bənd şeri - istəsəm də, istəməsəm də - oxucunun nəzərinə çatdırmalıyam, çünki məhz o bir bənd şer o günkü mitinqə toplaşanları az qala dəlilik dərəcəsində cxışdurub, bir alovlu-nəşəli ehtizaza gətirmişdi:
"Qoy çağlasın, qoy gurlasın haqqın səsi,
İmperyaya ölüm desin millətimin iradəsi.
Haydı, əngin üfüqlərdə azadlığı görənlərim,
Haydı,mənim igidlərim, haydı, mənim ərənlərim".
Və bu dördcə misra şer raykomun daş binasını, inanın ki, dibindən silkələdi. Yerbəyerdən səslər ucaldı:
-Vətənin qeyrətli qızlarına eşq olsun!
- Heç bilirsiz, kimdi bu qız? Ətirşah Masanın nəvəsidi.
- Yaşasın Ətirşah Masan!
- Yaşasın Əbülfəz Elçibəy! -Yaşasın Aslan Ağrıdağ!
-Satqın erməni dığası Vəziryana ar olsun!
- Ar olsun! Ar olsun! Ar olsun!..
Mitinqin axırında Aslan Ağrıdağ Sürəyyaya yaxınlaşıb, onu təbrik elədi. "Siz çox böyük şairsiniz, hətta məndən də böyüksünüz" - dedi və yoluna düzəlib bir qədər gedəndən sonra bir də geri dönüb, əlavə elədi: "Bakıya gəlin, xanım. “ "Azadlıq" meydanına. Orda bizə lazım olacaqsız".
Sülünün - türmədə yatan atası - Aslandan savayı Bakıda nə bir kimsəsi vardı, nə orada yaşamağa yeri vardı. Və Sülü o Bakıya bəlkə də heç vaxt getməyacəkdi, ancaq həmin ərəfədə Sürəyyanın həyatında yeni bir gözlənüməz hadisə baş verdi: Sülü həyətdə oturub, Cəfər Cabbarlının “Od gəlini”ni bəlkə onuncu dəfə oxuduğu yerdə Həbibgilin həyətindəki radioda öz səsini eşitdi.
"AZADLIQ" radiosunda, bu günlərdə rayon mərkəzində keçirilən, o möhtəşəm mitinqin tent yazısını verirdilər. Həmin mitinqdəki çıxışını və o çıxışın axınnda bədahətən dediyi o dörd misra şeri eşidəndə bu dünya Sülünün nəzərində birdən-birə necə dəyişdi, Allah!.. Sanki həyətin ağacları bir az da yaşıllaşdı, işığın işığı art-dı. Hətta bayaqdan hasarın üstündə atılıb-düşən qarğanın həmişəki zəhlətökən qart səsi də Sülünün qulağına bu dəfə bülbül səsi kimi şirin gəldi.
O gecə Sürəyya sevincindən səhərəcən yata bilmədi. Sübh tezdən, hələ hava işıqlanar-işıqlanmaz durub həyətə çıxdı. Və tez də həyətdən qayıdıb, hələ yatmaqda olan nənəsinin basının üstünü kəsdirib, lap ucadan:
- MƏN GEDİRƏM! - dedi.
Ətirşah Masan yuxulu-yuxulu da öz danışıq üslubuna xəyanət eləmədi. Gözlərini açıb:
- Yox a, bəlkə getməyəsən? - dedi. - Qalıb qonağımız olasan?
- Anam Bakıdadı. Dünən adresin tapmışam. Anamın yanına gedirəm.
Sülü yalan deyirdi və Masan da gözəl bilirdi ki, nəvəsi yalan deyir. Və Masan onu da gözəl bilirdi ki, bu qızın beyninə bir şey yerləşdisə, onu heç Əzrayıl da fikrindən döndərə bilməz.
- Hə də, vacibdi, gərək gedəsən. - Masan dedi. - Burda tək-təkinə əziyyətin çox olur. Orda ana-bala əl-ələ verib, yıxarsız bu hökuməti... Kül olsun belə hökumətin başına - iki qəhbənin öhdəsindən gələ bilmir.
- Ağzını təmiz saxla! - Nənəsinin ovqatından gözü su içməyən Sülü bu sözləri olduqca astadan - qorxa-qorxa dedi. Sonra cəsarətini toplayıb, ucadan soruşdu:
- Pensiya pulları hardadı? .
Hələ altı-yeddi il bundan qabaq kənd sovetinin katibi SALDAT SƏKINƏ öz şəxsi təşəbbüsü və rayon rəhbərliyinin razılığı ilə Ətirşah Masana kolxozçu pensiyası düzəltmişdi. Masanın ətirşahlarından müalicə almağa gələnlərin hesabına - evin bütün azuqəsi kənardan gəldiyinə görə o pulların, demək olar ki, ha-mısını Sülü həmişə özünə, öz əyin-başına xərcləmişdi. O puldan nə qalırdısa, hamısı evin yuxarı başında, qədim sandığın üstünə yığılmış ehtiyat yorğan-döşəyin arasındakı mücrünün içindəydi. O mücrünü Masan orda ona görə gizlətmişdi ki, Sülü artıq dərəcədə bədxərclik eləməsin. İndi qızın, dil-dodağı əsə-əsə, o pulun harda olduğunu soruşmağı Ətirşah Masanın heç xoşuna gəlmədi. Sülünü cinnəndirmək üçün:
- Pulu neynirsən? - dedi. - Həna alıb, Keçi bəyin saqqalına yaxacaqsan?
-Bax e, bir buna bax! Bu da Elçibəyi bəyənmir! - Sülü yanıqlı-yanıqlı söyləndi. - Çox görmüşük sənin kimi imperya nökərlərini. Gəllik hakimiyyətə, onda bilərsən ki, keçi kimdi, adam kimdi. - Və o "KEÇİ" sözündən Sülünün canında soyuq, sazaqlı bir külək əsdi.
Masan cəld hərəkətlə yerindən qalxdı. Yorğan-döşəyin arasından mücrünü çıxarıb, aparıb pəncərənin qabağına qoydu.
- Götür, itaparan olsun! - dedi. Və çarğatını başına salıb, qapıya tərəf gedə-gedə, birdən ayaq saxlayıb, Sülünü bir də cırnatmaq istədi. - Bəlkə bir az da keçi piyi verim aparasan?
-Keçi piyin neynirəm ki? - "Keçi" sözündən Sülünün yenə əti ürpəşdı.
- Verərsən o Mirzə Xəzər dəyyusa, sürtər boğazına - erməniynən müsəlmanı bir az da bərk qızışdırar... Tfu! Tfu!.. - Masan bir dəfə sağ tərəfinə, bir dəfə sol tərəfinə tüpürdü. - Görürəm, o şeytan törəməsi bu milləti erməniyə qırdırmasa əl çəkməyəcək.
Masanın daha da tündləşdiyini görən Sülü nənəsinə cavab qaytarmaqdan ehtiyat elədi... O, yığışıb hazır vəziyyətdə həyətə çıxanda Masan öz ətirşahları-nın sehrli kainatında yenə sidq-ürəkdən münəccimlik eləyirdi. Nənəsini saymadığını nümayişkaranə bir şəkildə göstərə-göstərə Sülü birbaşa darvaza qapısına tərəf addımladı. Hətta qapını açıb küçəyə də çıxdı. Ancaq getmədi. Gedə bilmədi. Və bir azdan Masan gördü ki, Sülü sumkasını qapının dalında qoyub, gözlərinin yaşını axıda-axıda sürətlə ona tərəf gəlir.
Sürəyya nənəsinin boynuna sarılıb, gözlərinin yaşı ilə onun da üz-gözünü islatdı. Sülünün ağladığını ilk dəfə görən Masan da kövrəldi, hətta Sülünün sarışın saçlarına əlinin ucu ilə bir-iki dəfə sığal da çəkdi. Ancaq o qüssəli ayrılıq məqamında da Masan öz danışıq ədasına yenə sadiq qaldı:
- Yaxşı, zırıldama , - dedi, - yeri get, yoldan qalma, Gedən gedəcək. Gedəni saxlamaq olmaz. Ancaq bir yaxşı məsəl də var, Sülü: toyuq gedər, poxun aparar.
IX
AZADLIQ MEYDANI
Bakının Sabunçu vağzalında qatardan düşəndən sonra Sürəyya gedəcəyi yeri çox da axtarası olmadı. Çünki "Azadlıq" meydani bir az aralıda olsa da, ora-dan gələn səs vağzalın yanında da lap yaxşı eşidilirdi.
Günortadan xeyli keçmişdi, ancaq axşama da hələ çox qalırdı.Hava bir azca tutqun idi, bulanıq idi - kənddəki kimi duru və aydın deyildi. Ancaq buranın havası kəndin havasından xeyli yumşaq idi, mülayim idi.
Və o gün, sumkası çiynində, vağzaldan çıxanda, minlərlə yad adamın içində, birdən-birə gözünə sataşan tanış və doğma bir sifəti Sülü heç vaxt unuda bilməyəcəkdi: "Vay, Cabbarlı!.. Cəfər Cabbarlı!"- Cabbarlının vağzal meydanın-dakı heykəlini görəndə öz böyük heyrətini məhz bu sözlərlə ifadə etməyi də Sü-rəyyanın həmişə yadında qalacaqdı.
Sülü o heykəli tez tanımağından nə qədər qürrələndisə, bir o qədər də o heykəlin məhz Cəfər Cabbarlının heykəli olmağına sevindi. Çünki Sülü Cabbarlının kəndin kitabxanasında olan bütün kitablarını oxumuşdu və üstəlik, o kitabların bəzisinə görə Sülü kitabxananın qeydiyyat dəftərində bir yox, bir neçə dəfə qol çəkmişdi.
Və əgər bu şəhərdə gördüyü ilk sima (daşdan, tuncdan olsa da) Sülüdən ötrü bu qədər tanış və doğmaydısa, deməli, bu şəhərin özü də Sülü üçün yad bir yer ola bilməzdi: bu şəhərdən öz payını ummağa Sülünün də haqqı vardı.
Qəlbinin əlçatmaz dərinliyində duyub dərk etdiyi bu hissiyyat Sülünü sevindirdi, ruhlandırdı. Və belə bir qanadlı ovqatla Sülü "Azadlıq" meydanına doğru yürüdü və o meydana çatan kimi Sülünün burnuna haradansa tut qurusunun kəskin iyi dəydi. Sülü dayandı. Ancaq o anda Sülü Bakının "Azadlıq" meydanındakı asfalt döşəmənin üstündə dayanmamışdı - kənddəki evlərinin torpaq damında durmuşdu və bu, Sürəyyanın həyatında ikinci dəfəydi ki, onun bütün bədəni, özündən xəbərsiz, tir-tir titrəyirdi.
Sülü nədən qorxmuşdu görəsən?.. Bəlkə insan toplumunun - bu çağacan heç vaxt heç yerdə görmədiyi - miqdarından, miqyasından qorxmuşdu?.. Bəlkə bu ucsuz-bucaqsız insan dəryasından üzüb sahilə çıxmağın çətin olacağını ürəyinin bir yerində Sülü əwəlcədən hiss eləmişdi. Və kim bilir, bəlkə Sülü indicə qədəm qoyduğu bu yeni həyatın da Ətirşah Masanın dama sərdiyi o tut qurusunun tamı tək acılı-şirinli olacağını (instinkt hesabına) duya bilib, bundan qorxu-ya düşmüşdü.
...Sonra Sürəyyanın qulağına bir tanış səs gəldi. Və bu səs də (əvvəlində) uzaqdan - Sülünün gizli dünyasının bağlı qapılarının arxasından gəlirdi. O səsin kimin səsi olduğunu Sürəyya tez tanıdı və o səsi tanıyan kimi də yenidən real dünyaya qayıtdı.
Səs ASLAN AĞRIDAĞIN səsiydi. Ancaq meydanın uğultulu-gurultulu səs çoxluğunda o səsin hardarı gəldiyini ayırd eləmək çətin idi. Sülü ora-bura boy-lanıb, tribunanın harda olduğunu görə bildi. Amma o tribuna Sülünün durduğu yerdən çox uzaqdaydı və qarşıda sal divar kimi dayanmış adamların sıx cərgə-sini yarıb, o tribunaya doğru bir addım da irəliləmək mümkün deyildi.
Və izdihamın aşağı başında Sülü - adamların nisbətən seyrək durduğu "quyruq" tərəfdən özünə yol tapıb, güc-bəla bulvar səmtə - inqilabi hərəkat liderlərinin istirahəti üçün salınmış (sözə bax!) "ÇADIR ŞƏHƏRCİYİ"nin yanma çıxa bildi. Buradan tribunanı da, orada çiyin-çiyinə dayanmış adamları da, pis-yaxşı görmək olurdu. Və Sürəyya orada dayanan adamların bir qisminin kitablarda, qəzetlərdə şəklini görmüşdü, bir qismini televizordan tanıyırdı.
Ancaq lap indicə - Aslan Ağrıdağdan sonra mikrofona yaxıniaşan törəboy, yumrusifət adamın kimliyini heç cur aşıra bilməyən Sülü, onun kim olduğunu soruşmaq üçün, çev-rilib yan-yörəsinə baxanda - yaxasıaçıq ağ köynəyinin altından sinəsinin qara tükü görünən - ortaboylu, qırmızısifət bir kişinin marıdıb altdan-altdan ona bax-dığını gördü.Və o kişinin sifəti Sürəyyaya o qədər tanış gəldi ki, mikrofon qarşı-sında çıxış edən adamın kimliyini soruşmaq Sülünün yadından çıxdı. Sülü o qırmızısifət kişiyə yaxınlaşmaq istədi, ancaq utanib ayaq saxladı. Və o qırmızısifət kişi də elə bil Sülüdən utanıb, üzünü yana çevirdi və göziərini uzaqdakı tribunaya zilləyib, bir qəribə uşaq sevinci ilə cani-dildən əl çalmağa başladı.
Zilqara bığları qırmızı sifətinə bir o qədər də yaraşmayan o kişi doğrudan da çox qəribe kişiydi: əl çala-çala uşaq kimi sevinməyi bir yana. hələ (aradabir) meymun təki atılıb-düşürdü də. Və "urra" əvəzinə ucadan "ırreh! ırreh!" - deyə-deyə elə bil bir sürü heyvanı qabağına gatıb, örüşdən pəyəyə qovurdu.
O kişiyə Sülü, ürəyində, "IRREH MUƏLLİM" adı qoydu, özünü inandırdı ki, zənni aldadıb onu: qəzetlərdə, kitablarda şəklini gördüyü o adam, yəqin ki, başqa adamdır. Və Sülü durduğu yerdən sürətlə aralanıb, tribunaya tərəf hərəkət eləməyə başladı.
Ancaq Sülü səhv etməmişdi - adını "IRREH" müəllim qoyduğu o adam həqiqətən Sülünün qəzetlərdə, kitablarda şəklini çox gördüyü həmin adam idi: istedadlı yazıçı və alovlu milliyyətçi ATİLLA AZƏRBƏY (metrikada: Abdulla Zərbəliyev). Məsələ, əwəla, burasındaydı ki, o gün o mitinqə Abdulla yaxşıca vurub gəlmişdi. İkincisi: bir miqdar bambılılıq milliyyətçi sənətkarlarımızın elə təbiətində də vardı. Qaldı ki, onun o təhər marıdıb SüIüyə baxmağı - bu məsələnin ayrıca söhbətə ehtiyacı var. Ancaq burası da var ki, bu söhbəti mən (özümdən bir söz də uydurmadan!) lap zərgər dəqiqliyi ilə qələmə alası olsam da, bundan son nəticədə heç bir şey çıxmayacaq: yazdığım, ən yaxşı halda, anekdota, ən normal halda felyetona bənzəyəcək.
Məsələn: elə götürək "Irreh müəllimin" şerdən nəsrə keçməsinin səbəbini. İndi mən sizi necə inandırım ki, illər boyu şeryazan istedadlı mıllətçimiz indi şerin daşını ona görə birdəfəlik atmışdı ki, günlərin bir günü o, evindəki arvadının da çani-dildən şer yazmağa qurşandığını görmüşdü. Arvadın şer yazmağı, söz yox ki, elə bir anekdotluq söhbət deyil, ancaq bizim "Irreh müəllimin" arvadı MƏLƏKXANIMIN şerə qurşanmağının səbəbi, məncə, xalis anekdotdur. Çünki əgər Atilla Azərbəy evləndiyi - arvad aldığı gündən ta bu günəcən o arvadı bircə dəfə evdən bayıra çıxarsaydı - onu ya bir kinoya-teatra, ya da, heç olmasa Yazıçılar Birliyinin Natəvan adına klubuna (cəmi bircə dəfə!) hər hansı bir tədbirə aparsaydı, sizi inandırıram ki, şer yazmaq onun biçarə arvadı Mələkxanımın bəlkə heç ağlına da gəlməyəcəkdi.
Amma gəlmiş-di: paltar yuya-yuya, kartof soya-soya və istedadlı sənətkarımız üçün (oğlanlı-qızlı) gözəl-göyçək balalar doğa-doğa o bakılı qızı Mələkxanım da, sən demə, illlər uzunu həm də şer yazırmış:" MƏLƏKXANIM CƏFAKEŞ: MƏHBƏS ŞERLƏRİ!"... Və günlərin bir günü Mələkxanım illər boyu gizlincə yazıb, gizli saxladığı o şerləri gətirib, dəftər-dəftər, varaq-varaq ərinin qabağına qalayanda Ab-dullanın heyrətdən gözləri kəlləsinə çıxdı. O şerlərə Abdulla əwəl heç gözünün ucu ilə də baxmaq istəmədi.
Sonra rəhmə gəlib, Mələkxanımın bir-iki şerinə (maraq xatirinə) göz gəzdirdi və bu zaman "Irreh müəllimin" gözləri ikinci dəfə və daha mükəmməl bir şəkildə, kəlləsinə çıxdı, çünki (özünün də şair olmağı bir yana dursun) o vaxt Abdulla Zərbəliyev həm də sanballı bir redaksiyada şer şö-bəsinin müdiriydi və Mələkxanımın evdə kartof soya-soya və uşaq böyüdə-bö-yüdə yazdığı şerlər o sanballı redaksiyaya gələn qovluq-qovluq şerlərdən nəin-ki pis deyildi, hətta (inanın ki!) onların hamısından xeyli yaxşıydı.
Ancaq bunun belə olduğunu Abdulla arvadına, şübhəsiz ki, demədi. Əksinə: bu evdə çoxdan adət şəklini almış ər-arvad deyişməsinə indi də "Mələkxanım Cəfakeşin" məhz o "Məhbəs şerləri" bais oldu. Və bu deyişmə o dərəcədə biməzmun və biməna alındı ki, buna heç anekdot da demək olmaz - bu deyişmədən birbaşa felyeton iyi gəlir:
-Uf-uf!.. Aman-aman!.. - Milli azadlıq hərəkatının avtoritetli ideoloqu arvadı-nı tənbeh eləməyə, həmişəki kimi, yenə haray-həşirlə başladı. - Sən məni bu-namı qıydın, Yaradan!.. Mən neynirdim tat qızını, qədeş törəməsini, Yazı Ya-zan?.. Bu dünyada kəndmi yoxdu, o kənddə qızmı yoxdu?. (Yeri gəlmişkən de-məliyəm ki, kənd qızıyla evlənməməyinin peşmançılığı, Abdullanın ürəyində, bu evdə Mələkxanımla bir yerdə keçirdiyi dördüncü gecənin düz səhərisi - təxmi-nən saat səkkiz radələrində başlamışdı. Və əvəzində Mələkxanımı aldığı o kənd qızının odu-atəşi, elə o səhərdən etibarən, sənətkarın ürəyinin başını köz kimi yandırıb-yaxmaqdaydı.
Mələkxanım ərinin bu cür nitqlərinə çoxdan öyrəncəli idi. Buna görə də təmkinini əsla pozmadı:
-Sən ki, biz bakılıları bəyənmirsən, - dedi, - onda niyə Bakıda yaşayırsan? Get, öz kəndində yaşa da!.. Tat belə gəldi, it belə getdi... Mən tat olub neynə-mişəm sənə? Şeyirdi də yazmışam. Bəyənmirsən, deynən bəyənmirəm, daha nöş öküz kimi anqırırsan?
-Öküz anqırmaz, a kürd, öküz böyürər! - Bunu milli ruhlu sənətkarımız xüsu-si avazla dedi və sonra daha təmtəraqlı bir səslə sözünə davam elədi: - Bu mə-nə türk ruhunda övladmı böyüdəcək, Yazı Yazan! - Və bu sözləri deyə-deyə sto-lun üstündəki dəftər-varaq qalağını Mələkxanımın qabağına itələdi - Götür.yığış-dır bu zir-zibili. Bir də bilsəm ki, şer yazırsan, mən bu evdən çıxıb gedəcəyəm... Gedəcəyəm, gavur qızı, bir də qayıtmayacağam!
-Get də, niyə getmirsən?.. Get kürdü-tatı tərbiyə elə... türk ruhunda... Həmişə kişilikdən danışırsan, ancaq öz evində bir damcı kişilik eliyəmmirsən. Bəs-di, burda baş-gözüvə döydün. Get də, bəgəm saxlayan var səni?
Məhbəs şerlərinin müəllifi məsələni belə yekunlaşdırdı və o gündən etiba-rən şerin daşını biryolluq ətəyindən tökdü. Və bunu heç deməsəm də məlumdur ki, "Irreh müəllimin " nasirlik fəaliyyətinin binası da elə o tarixi gündən qoyuldu.
X
SƏNƏTKAR PROBLEM QARŞISINDA
O gün evdən çıxıb, o mitinqə gedəndə yenə Atilla Azərbəy arvadına həmin bəyanatı vermişdi: "Gedəcəyəm, gavur qızı, bir də qayıtmayacağam!". Və onun bu dəfəki bəyanatı üslubca əwəlkilərdən əsla fərqlənməsə də, məzmunca reallığa xeyli yaxın idi. Çünki - mənzilinin darısqallığı səbəbindən - yaradıcılıq üçün heç bir şəraiti olmamağı barədə Abdullanın on ildən bəri ora-bura yazdığı məktubların xoş xəbəri axır ki, çıxmışdı. Düz bir ay bir gün bundan qabaq Abdullanı Baksovetə çağırıb, ona şəhərin yaxşı biryerində birotaqlı mənzilin orderini vermişdilər. indi, düz bir ay bir gün idi ki, Atilla Azərbəy o xoş xəbərin sevincini təkcanına yaşayırdı və bu sevincini o, Yerüzünün bir nəfər də bəni-insanı ilə bölüşmək niyyətin-də deyildi, çünki öz təzə mənzilində Abdulla (ürəyində illər boyu gizlicə gəzdirdiyi) o KƏND QIZI ilə təzə bir xoşbaxt həyat başlamalıydı və onun bu yeni həyatın-dan heç vaxt heç kəsin xəbəri olmamalıydı.
...Və indi çiyni çantalı Sülünün tribuna istiqamətində başladığı çətin yürüşə altdan-altdan göz qoyan fatalist sənətkarımız özündəki möhtəşəm cazibə qüwəsinin o qızı gec-tez geri qaytaracağına tam arxayın idi və onun - ürəyində öz-özünə dediyi - ovsun duasına bənzəyən qəribə sözlər də bunu bir daha təsdiq edirdi: "Məndən gedərmi oldun, yavrum. Çox getmə, onsuz da qayıdacaqsan. Səni Yazı Yazan bana yazdı. O yazını kimsə pozamaz. Bağrım başında yerin sıcaqdı, solmaz çiçəyim mənim. Bağrım başı ocaqdı, körpə quzum, onu sənin odunnan bu gün Tanrı qaladı. Qayıt bana, qayıt, mələyim. Onsuz da qayıdacaqsan...".
Sülü isə adamların sıxlığında artıq gözdən itmişdi. O, bu gün Aslan Ağrıdağı mütləq görməliydi, çünki bura - bu "Azadlıq" meydanına Sülünü Aslan Ağrıdağ çağırmışdı və Sülü üçün - Məkkədən, Mədinədən əziz - bu "Azadlıq" meydanının özü də Aslan Ağrıdağsız yolu-rizi, yurdu-yuvası olmayan nəhayətsiz bir səhraydı və bu gün bü səhrada Sülüyə məlum məsəfədir ki, yalnız Aslan Ağrıdağ bələdçilik edə bilərdi.
Və o tribunanın mümkün qədər yaxınlığına yanaşan Sülü oradakı adamların arasında Aslan Ağadağın olmadığını görüb, birdən-birə əməllicə sarsıldı.Bu gecəni, söz yox ki, Sürəyya elə bu meydanda da gecələyə bilərdi. (Bu meydanı gecələr də tərk etməyən "fədakar insanların" barəsində, hələ kənddə ikən , Sülü hər şeyi eşidib-bilirdi). Ancaq, Sülüyə görə, onun kənddən gəlməyindən Aslan Ağrıdağın məhz bu gün və mütləq xəbəri olmalıydı. Bir yandan da axşamtərəfi, Ha-va korlanmağa başlayırdı.
Və əli Ağrıdağdan üzülmüş dilxor Sürəyya öz uğursuz yürüşündən geri dönəndə "IRREH MÜƏLÜMİ" bayaqkı yerində görüb, bu dəfə doğrudan da çox sevindi.
-Mən sizi bir yazıçıya oxşadıram. - Sülü birbaşa bəyan elədi.
Atilla Azərbəy çox ciddi görkəm aldı:
- Hansı yazıçıya, qızım? - Abdulla "qızım" sözünü xüsusi həzz ilə söylədi, çünki bizim milli ideoloq onu seksuallıq cəhətdən cəzb eləyən bütün qadın qisminə (yaşdan asılı olmayaraq "qızım" deyirdi və sənətkarın bu xatakar xasiyyəti onun iş yerində də hamıya malum idi.
- Siz Atillasız da - Atilla Azərbəy. Bəyəm düz demirəm?
- Oyam, oyam! - Atilla Azərbəy bu yerdə çox ətacı bir gülüş nümayiş etairdi və nədənsə məhz bu məqamda hiss elədi ki, bir-iki saat əwəl vurduğu arağın dəmliyindən indi canınca heç nə qalmayıb.
Əlini Sülüyə uzatdt. - Tanış olaq! ATİLLA AZƏRBƏY!
Sülü də əlini ona uzadıb: - SÜRƏYYA ƏTİRŞAH! - dedi və lap indicə, ilk dəfə ağlına gələn bu təxəllüsün qeyri-adi ahəngdarlığına özü də heyran qaldı. - Siz Aslan Ağrıdağı tanıyırsız?
Bu yerdə Atilla Azərbəyi elə bil qaşınma tutdu. Səsini də, ləhcəsini də birdən-birə dəyişib:
- Elə şey olurmu, - dedi, - ağrın aleym! Aslan Ağrıdağı tanımamaqmı olur? -İndi onu harda tapmaq olar?
-Ağrıdağımı, quzum? - Sənətkar dərin fikrə getdi. - Neynirsən ki, Ağrıdağı?
- Məni o çağırıb bura. Demişdi ki, "Azadlıq" meydanına gələrsən. Orda bizə lazım olacaqsan.
-Harda demişdi?
-Rayonda demişdi də. Mitinqdə.Bayaq danışırdı orda. İndi yoxdu yerində. -Fərq etməz, sabah taparıq Aslan Ağrıdağı. (Ürəyində isə sənətkar belə ərz elədi: "Bu gecəni biz sənnən bir takım əmişərik inşallah!") . -İndi tapammarıq? - Sülü ağlamsınan kimi oldu.
-Sabah mütləq taparıq. Gedək, gəzinək bir az. - Bu sözləri qətiyyətlə deyən fatalist sənətkarımız, həmin qətiyyətlə də əlini irəli uzadıb, Sürəyyanın çiynindəki çantanı alıb öz çiyninə saldı.
Bu minvalla (düz yanm saatdan sonra) Sülü bu dünyanın ilk şəhər evinin qapısından ilk dəfə içəri girdi. Bu şəhərdə Sülünün ilk "romanı" da bəlkə Abdulla Zərbəliyevin düz bir ay bir gün əwəl aldığı o təzə mənzilində başlaya bilərdi. Ancaq taxsır Sürəyyada olmadı, Atilla Azərbəyin fatalist etiqadının bu dəfə birdən-birə fıs çıxmağında oldu: elə qapını açıb içəri girər-girməz sənətkarın, görməmişcəsinə, qızı qəfildən basmarlamağı heç vaxt heç nədən qorxmayan Sülünü əməllicə qorxutdu.
-Qoy bir əl-üzümüzö yuyaq da! - Bu sözləri Sülü temperamentli sənətkanmızın qüwətli qollarının arasında yaralı quş kimi çırpına-çırpına dedi və elə bir qorxunc səslə dedi ki, Abdullanın qolları o saatca boşaldı. - Burda hardadı tualet?
Atilla Azərbəy əwəl hər şeyin yerini qıza göstərdi. Sonra otağa qayıdıb, gündüz, mitinqə gedəndə açdığı araq şüşəsinin dibində qalmış arağı son qurtumunacan içib, aşiqanə bir ovqatda çarpayıya uzandı.
...Sonra Atilla Azərbəyin burnuna olduqca xoşagəlməz bir iy dəydi və elə o iydən də onun sənətkar ömrünün hədsiz xəcalətlə dolu bir səhifəsi üzə çıxdı: kənddən şəhərə gəldiyi birinci gün bir uzaq qohumunun evində gecələyən yazıq Abdulla (unitazın təyinatını bilmədiyindən!) tualetdə kəndqaydası, yerdə oturub, öz mənfur işini görmüşdü. Və o hadisəni hər dəfə yadına salanda, lap indinin özündə də Abdulla o unitazı icad eləyənin yeddi arxa o yandakı nəsilbənəslinə lənət oxuyurdu.
İndi burnuna dəyən o iy Atilla Azərbəyin bütün tərcümeyi-halını bir andaca üfunətə qərq elədi. O, burnunu bərk-bərk sıxıb, eləcə - uzanmış halda bir müddət vəziyyətdən çıxış yolu axtardı. Sonra qalxıb qorxa-qorxa koridora baxdı və Sülünün çantasının əvvəlki yerində olmadığını görüb, hamamın, tualetin qapılarını qeyz ilə dartıb açdı: qız heç yerdə yox idi!.. Unitazın qırağında (oxuculardan min dəfə üzr istəyirəm!) bir topa "o şey" görünürdü və elə o şeyin özündən də tualetin divarına, iri (iyli!) hərflərlə "IRREH MÜƏLLİM" sözləri həkk olunmuşdu.
XI
ƏLAHƏZRƏT TƏSADÜF
Sürəyya Ətirşahın bu, ilk paytaxt sərgüzəşti, gördüyümüz kimi, millətsevər sənətkarımızın çox ciddi bir problemlə üz-üzə qalması ilə nəticələndi. Ancaq bu problem, hal-hazırda, məni qətiyyən maraqlandırmır. Bu saat məni düşündürən tamamilə başqa şeydir: Sülününbundan sonrakı Bakı sərgüzəştlərini ardıcıl təfsi-latla aələmə alım, voxsa almavım?.. Və mənim belə bir cətin sual aarsısında nal¬mağımın bir səbəbi budur ki, Sürəyya Ətirşahın bundan sonrakı sərgüzəştlərində nəyin təsadüfi, nəyin qanunauyğun olduğunu anlamaqda həqiqətən çətinlik çəki-rəm. Çünki mənim qandığıma və inandığıma görə, hər cür inqilabi hərəkat döv-ründə bütün təsadüflər qanunauyğun, bütün qanunauyğunluqlar təsadüfidir.
Məsələn, paytaxta qədəm qoyduğu birinci gün Sülünün o "Azadlıq" meydanında məhz Atilla Azərbəylə görüşməyi, sizcə, sırf təsadüf idi, yoxsa burda nəsə qanunauyğun bir şey də vardı - axı, o Atilla Azərbəy təkcə keçmiş zamanın Abdulla Zərbəliyevi deyildi, bu adam həm də bizim HƏBIB HƏSRƏTİN , bu Bakı şəhərin-də, bir vaxt ən yaxın dostu olmuşdu və Həbibin sizə malum olan ilk kitabının təəs-sübkeşi və redaktoru da məhz - indi Atilla Azərbəy kimi tanınan-həmin o Abdulla Zərbəliyev idi. Yaxud: elə o gün xalqın millətsevər sənətkarını o təhər pis vəziy-yətdə qoyub, xəlvətcə aradan çıxanda Sürəyya Ətirşahın (elə ilk tini burulan kimi!) Aslan Ağrıdağla rastlaşmağı və hələ bu da azmış kimi, onun (yəni Sülünün) öz şerlərini elə həmin gecə BOYÜK BƏYİN şəxsən özünə oxumağı!..
Və əgər inqila¬bi hərəkata qoşulanların həyatı büsbütün təsadüflərdən ibarət deyildisə, Bakıya gəlməyindən cəmi üçcə gün keçmiş orta təhsilli Sülü tanınmış bir qəzetdə necə işə düzələ bilərdi və heç yerdə heç bir pasport qeydiyyatı olmayan Sürəyya Ətir-şah, kənddən gəlməyindən heç iki il də keçməmiş, Bakı şəhərində nə yolla və hansı əsasla mənzil sahibi ola bilərdi?..
Və 1990-cı ilin qanlı yanvar gecəsi - MİRZƏ XƏZƏR Münhendən zəng eləyəndə o sanballı qəzetin redaksiyasında telefonun dəstəyini niyə məhz Sürəyya Ətirşah götürməliydi və: "Mən şairəm. Mən jurnalistəm. Ruslar millətimizi keçi kimi bəyirtdilər" - formasında qısa, alovlu, milli ruhlu cümlələr nəyə görə dünya efirinə məhz SÜRƏYYA ƏTİRŞAHIN səsiynən yayılmalıydı?.. Və əgər bu bivəfa dünyada təsadüflə qanunauyğunluq bir bezin iki qırağı deyildisə, onda nəyə görə 1991-ci ilin ilk baharında Yazıçılar Birliyində, hələ lap təzəcə təsis olunmuş, "Sarı dana" mükafatını (ilk dəfə) "525-ci qəzetdə çıxan "Çəpiş olmaq istəyirəm" adlı lirik poemanın müəllifi Sürəyya Ətirşah almalıy-dı?..
Və 1996-cı ilin parlament seçkilərində IRREHPE partiyasından deputatlığı qeydə alınan 11 nəfər ırrehpeçinin içindən niyə məhz Sürəyya Ətirşahın namizədliyi bütün instansiyalardan şıppıltıyla keçməliydi?..
Bəli, ƏLAHƏZRƏT TƏSADUF, Zamanın Hökmü ilə, ZƏRURƏT taxtına çıx-mışdı və məsələnin ən maraqlı tərəfi burasıydı ki, Sörəyyanın uğurlarını qanuna-uyğun hesab edənlərin sayı, bu uğuriarı təsadüfün ayağına yazanların sayından hələlik cəmi ikicə adam miqdarında fərqlənirdi ki, bu adamlardan birinin ƏTİR-ŞAH MASAN olduğunu təsəwürə gətirmək bir o qədər də çətin deyil. Bəs bunun ikincisi kim idi?..
Mən bunu lap bəribaşdan deyə bilərəm ki, o adam Sülünün anası SOLMAZ deyildi, çünki Sülünün anası Solmaz, hələ Sülü kənddə ikən, Dubayda (bir vaxt Moskvada mühəndislik təhsili alıb, indi Səudiyyə Ərəbistanında çeçen mücahidlərinin və əfqan mübarizlərinin finans işlərilə məşğul olan ) ABDULLAX ƏL-ƏB-DÜL ƏL-LƏTİF İBN-BAKR adlı bir yəmənli ərəbə ərə gedib, hal-hazırda Sudanda yaşayırdı və deməli, o Solmazın Surəyya Ətirşahın heç bir işindən xəbəri ola bilməzdi.
Sülünün bütün bu uğurlarını Əlahəzrət Təsadüfün ayağına yazıb, cəmiy-yətin bu məsələyə Münasibətindəki tam tarazlığı pozan - bəlkə indi kölgədə qal-mış şair Həbib Həsrət idi? Yox, əksinə: indi Həbib Sürəyya Ətirşahın şan-şöhrə-tinə hamıdan çox qibtə eləyirdi və bir vaxt onu almadığına görə gündə bir neçə dəfə, yana-yana, başına-gözünə döyürdü. Bu halda güman yeri Sülünün 30 ildən bəri türmələrdə can çürüdən atası ASLAN ola bilərdi ki, bu da xalis möcüzəydi. Çünki "Sürəyya Ətirşah" deyilən bir adamın məhz qnun qızı olduğunu Aslana heç kəs deməmişdi. Və o Sürəyya adının yanında "ƏTİRŞAH" sözü olmasaydı, qızı-nın şair və deputat olmağından, çox güman ki, Asian heç vaxt xəbər tutmayacaq-dı.
Və 30 ildən bəri bu dünyanın '"türmə" deyilən qaranlıq aləmindən bir dəfə də səsi çıxmayan Asian lap bu son günlərdə kəndə, anası Masana olduqca qəzəbli bir məktub göndərib, o məktubun axsrında bu sözləri yazmışdı: 'Türmədən çıxan kimi birinci, o Solmazın bağırsaqlanm sağ əlimə dofayıb, Kor Bağırın qancıq itinə yedirdəcəyəm. (Sözə bax: guya Kor Bağırın qancıq iti düz 30 ildi ki, oturub Asla-nın o türmədən çıxacağı günü gözləyirdi!) İkincisi, mtn cür binamus əməllərdən çı-xan o Sürəyya qancığın sağ qulaç nı dibindən kəsio. sol gözünün içinə dürtəcə-yəm. Səni də, qoca kaftar, qara kə'ənə büküb. diri-diri basdıracağam. Çünki bu işlərin hamısının baiskarı sənsən...".
XII
MƏKTUB
Poçtalyonun gündüz gətirdiyi o məktubu isti-isti Süsənbərə oxudub, gün uzunu öz-özünə deyinə-deyinə dolanan Ətirşah Masan indi, axşamtərəfi, rayon mərkəzindən təzəcə qayıtmtş Həbibi qabağmda otuzdurub, az qala bir saat olardı ki, Sürəyyaya məktub yazdırırdı. Və Ətirşah Masanın ağlına birdən-birə nə yerləşdisə, Həbibin bayaqdan bəri yazıb-doldurduğu kağızları qeyz ilə qa-marlayıb, cırıb bir tərəfə tulladı.
- Yox, Həbib, yox, bala! - dedi. - Bu yekəlikdə zoğalnaməni Bakıya yollamağın mənası yoxdu. O Aslandan o cür yazmaqda da, dinmə, günaha batdıq. Bir adamı ki, Allahın özü vurdu, gərək bəndə ona əl qaldırmasın. O Sülüriu də, de-yirəm, qorxutmayaq, yazıqdı. Aslanın kağızından da qoy heç xəbəri-zadı olma-sın. Qoy bilməsin ki, atası başkəsənin, qaniçənin biridi. Elə bilsin ki, bunun da atası adamdı, insandı - nə olar türmədə olanda... İndi kağız götür, başdan belə başla: "Əziz nəvəm Sülü"...
- Sürəyya! - Həbib qətiyyətlə düzəliş verdi.
- Yaxşı, Sürəyya olsun. Di yaz, tez ol!.. Əziz nəvəm Sürəyya. Sən Bakıya gedəndən neçə vaxtıydı ki, elə bilirdim nənəni tamam yaddan çıxartmısan. Ancaq bu axır vaxtlarda məni tez-tez yada salmağıdan görürəm ki, nənən yadından çıxmayıb. Sənin də baxtına bu yazılıbmış, bala: atalı-analı yetim böyümək. İndi, Allaha şükür, əlin çörəyə çatıb. Adın da hər yerdə məşhur olub. Buna görə sən-nən çox təvəqqe eləyirəm: qudurub həddini aşma. Baban Quduz Qəzənfərin yolun getmə - o vaxt onun zəhminnən bu kəndin camahatı gecələr evindən eşiyə çıxa bilmirdi. Çox yaxşı eləyirsən ki, day o kişiynən də qoz-qoz oynamırsan. Sənin qandığın nədi ki, durub o boyda kişinin başına ağıl qoyasan. Sənnən bir təvəqqəm də budu ki, adını jumalist qoyan hər cür iti-qurdu, qorma-qoduğu day göndərmə mənim qapıma. Sənin o qəzet yazannarının, kino çəkənlərinin əlindən mənim ətirşahlarımdan xeyir tapannar da day bu qapını açmaq isfəmir. O gün bir sürü adamı mənə telfun çəkməyə göndərmisən. Axı, mən telfunu neynirəm, a köpəyin qızı? Man o telfunnan baban Qəzənfərin goruynan danışacağam? Heç goru var ki, goru çattamışın!.. Bax, o taza televizoru göndərməkdə savab iş görmüsən. Hərşeyi qəşəng göstərir. Gecələr, işıq olanda, oturub kefinən baxıram. Yaxşı qansetdər verirlər. Ancaq o Faiq Ağayevi görsən, mənim sözümü çatdır ona. Deynən, oxuyanda dalın az oynatsın, kişi dalın oynadanda adamın ağlına pis-pis şeylər gəlir.
Bu yerdə Həbib qətiyyətlə qələmi yerə qoydu:
- Bunu yazmayacağam, - dedi:
- Niyə yazmırsan ki? - Masan təəccüblə soruşdu.
- Çünki ayıbdı belə şeyi yazmaq.
Bu dəfə Ətirşah Masan yaman hirsləndi:
- Sən mənə ağıl qoyursan, tərs köpəyoğlu!.. Götür yaz hər nə deyirəm. Mən yaxşı bilirəm ayıb nədi, ayıb olmayan nədi.
Həbib naəlac qələmi götürdü:
- Kişi dalın oynadanda adamın ağlına pis-pis şeylər gəlir... Hə, yazdım. Sonra nə yazım?
-Yaz ki, Murtuz Ələzgərovun iclaslarına da biz burda baxırıq.
Orda səni də həmişə görürük. Ancaq o iclasda oturanda bil, kimin yanında oturursan. O qara kişinin, nədi adı, Əhəd Əbiyevin yanında heç vaxt gedib oturma. Onnansa get Səməd Vurğunun o şələbığ oğlunun yanında otur. Necə olsa, kişi belinnən gəlib, ona görə də ondan sənə ziyan dəyməz. - Masan bir qədər fikrə gedib, sonra bərk-bərk başını silkələdi. - Yox, yazma, dayan!..
Həbib itaətlə:
-Dayanmışam, - dedi.
-Səməd Vurğunun şələbığ oğlu yazmadın ki? -Yox, hələ yazmamışam.
-Onda heç yazma onu... Yaxşı, bəs kimin yanında otursun o köpəyin qızı?
-Mənnən soruşursan?
- Bə kimnən soruşuram?
- Mənə qalsa, qoy getsin Zəlimxan Yaqubun yanında otursun, - Həbib sevinə-sevinə dedi. - Şair adamdı. Özü də iki dəfə Həccə gedib.
-Həccə gedənlər axı şorgöz olur. - Masan şübhəli-şübhəli dilləndi.
- Xeyir, hamısı şorgöz olmur, abırlıları da olur. Masan bir az da bədbinləşdi.
-Yox, - dedi, - at o yana. Yığışdır bu həcc söhbətin... Şələbığı yazmadın ki?
- Yazmamışam.
-Onda yaz ki, get kimin yanında oturursan otur. Ancaq nəbadə bir də gedib o Əhəd Əbiyevin yanında oturasan.
-Yazdım: nəbadə gedib bir də o Əhəd Abıyevin yanında oturasan.
Ətirşah Masan bir az susub, sonra qəhərli səslə yenidən diqtə eləməyə baş-ladı:
- O pulu da day göndərmə mənə, bala. Dədən Aslan 30 ildi türmədə yatır. İndi saç-saqqalı da yəqin ki, çoxdan ağarıb. İmkan tap, ona hərdənbir əl yetir. Şey-mey al çatdır ona, yesin o türmədə. Papros al, mer-meyvə al göndər. Uşaq vaxtı turş alçanı da qanfet kimi şirin-şirin yeyərdi goru çattamışın oğlu.
Bu yerdə Masanı qəhər boğdu, xeyli vaxt söz deyə bilmədK Həbib də, qələ-mi yerə qoyub, Masanın nə vaxt danışacağını gözlədi. Ancaq Masandan səs çıxmadı ki, çıxmadı. Sonra Həbib ehtiyatla:
-Day nə yazım? - dedi.
Ətirşah Masan səsi titrəyə-titrəyə:
- Yazdın da, - dedi, - day nə yazacaqsan ki?.. - Sabah rayona gedəndə tez-dən aparıb poçta salarsan. Cibində əzmiyəsən kağızı.
Və elə o gecə Həbib Ətirşah Masanın diqtəsilə yazdığı o məktubun mətnini, necə deyərlər, "ədəbi dilimizin tələbləri səviyyəsində" yenidən yazıb, ertəsi gün rayon mərkəzindəki poçtdan Sürəyya Ətirşaha belə bir məktub yolladı:
"Əziz və hörmətli nəvəm Sürəyya xanım!
Sənin Bakıdakı uğurların kənddə bizim hamımızı sevindirir. Ancaq məktub yazmadığına görə düşünürdüm ki, bəlkə məni unutmusan. Bağışla, səhv etmişəm. Son vaxtlar mənə göstərdiyin qayğı və diqqətə görə sənə olduqca minnətdaram. Arzu edirəm ki, həmişə irəli gedəsən. Bunun üçün, əlbəttə, daha təmkinli, daha ehtiyatlı və uzaqgörən olmalısan. Çalış ki, baban rəhmətlik Qəzənfər kimi özünə düşmən qazanmayasan. Çalış, cənab prezidentimizlə də yaxşı münasibət yarat. O, çox böyük siyasətçidir, uşaq-muşağın tayı deyil. Səndən bir xahişim də var: jurnalistləri və sənədli film çəkənləri bundan sonra kəndə gön-dərmə. İstəmirəm ki, mənim ətirşahlarımı dilə-dişə salıb, qəzetlərdə onların haqqında məqalə yazsınlar. Mənim evimə də telefon çəkdirməyə heç bir ehtiyac yoxdur. Ancaq təzə televizoru alıb göndərməkdə düz iş görmüsən. Köhnə televizor, bilirsən ki, necə pis göstərirdi. İndi təzə televizorda bütün proqramla-ra məmnuniyyətlə baxıram. Konsert proqramları çox xoşuma gəlir. Faiq Ağayevin ifasını bəyənirəm. Ancaq onun səhnədəki bəzi hərəkətləri məni qane etmir. Əgər sevimli xanəndəmizlə tanışlığın varsa, mənim bu xahişimi ona mütləq ye¬tir. Qoy, səhnədə artıq hərəkətlərə yol verməsin. Murtuz Ələsgərov cənablarının sədrliyi ilə keçən parlament iclaslarını da diqqətlə izləyirəm. Ancaq sənin o iclaslarda millət vəkili Əhəd Abıyevin yanında oturmağın əsla önəmlı deyil. Mümkünsə, Vaqif Səmədoğlu ilə Zəlimxan Yaqubun da yanında əyləşmə. Çalış, qadın deputatların yanında otur ki, bədxahlar adına ləkə yaxa bilməsinlər. Səndən son xahişim budur ki, 30 ildən bəri həbsxana həyatına məhkum edilmiş atan Aslanla əlaqə yaradıb, ona imkan daxilində maddi yardım çostərəsən.
Qardaşım oğlu Həbib müəllimin və onun həyat yoldaşı Süsənbsr xanımın da sənə çox-çox salami var.
Allah Azərbaycanımızı qorusun!
Səmimi hörmətlə: nənən Masan"
ÜÇÜNCÜ FƏSİL.
XIII
ÇƏPİŞ
Bakıda ola-ola, mümkün deyildi ki, Sürəyya atası Aslanın, barəsində heç vaxt düşünməyəydi. Ancaq üzünü görmədiyi atasının barəsincə Sürəyya yalnız deputat olandan sonra, vaxt tapıb, ardıcıl düşünməyə başlamışdı. Və üstəlik, az qala bütün ömrünü həbsxanalarda keçirən Aslandan, öz təsəvvüründə, Sülü -cürətli-cəsarətli, dönməz və-əyilməz bir mübariz insan obrazı da yarada bilmişdi. İlan qabığını dəyişən kimi, elə əvvəllər də, bir neçə dəfə, xasiyyətini - rəftarını dəyişən Sürəyya, deputat olduğu ilk gündəncə, inanılmaz, ağlasığmaz dərəcədə toxdayıb-oturuşmuşdu.
Həm də yumşalmışdı, yaman yumşalmışdı: Sülünü əvvəldən tanıyanların indi heç birini heç cör inandırmaq olmazdı ki,məsələn, hər səhər yuxudan ayılanda atasını düşünməyi bir yana dursun, hətta ondan, yəni atası Aslandan ötrü Sülü, əsl övlad məhəbbətilə, hərdən hönkür-hönkür ağ-layırdı da... Xəyalında hər gecə Sülü Aslant həbsxanadan çıxarırdı, onu öz evH-nə gətirirdi. Xəyalında hər gecə Sülü atasına öz yanında yer salırdı, onun üçün çay qoyurdu, cürbəcür ləziz xörəklər bişirirdi. Və atası Aslanla birgə bir gün kənddə Masanın qapısını açmaq (xəyalında) Sülüyə, bir Allah bilir ki, necə xoş gəlirdi, ləzzət verirdi.
Özünün bu yeni ovqatında Sürəyya, başına gün döyə-dö-yə, uzun möddət yol gedib, nəhayət, özünün də tanımadığı bir məkanda - köl-gəlikdə və sərinlikdə dayanıb nəfəs dərən yorğun yolçuya bənzəyirdi. Ancaq bu kölgəlik və sərinlikdə də ondan ötrü açıq-aşkar nəsə çatışmırdı: Milli Məclis bi-nasının qalın divarları arasında Sülü yaman sıxılırdı. Çünki onun deputat həm-karlan ondan ötrü büsbütün yad adamlardılar, Sülünün keçmiş cəbhəçi dost-ta-nışları isə indi onu ğozgörə baykot eləmişdilən deputat olduğu vaxtdan bəri Sü-lü əməlli-başlı təklənmişdi və xüsusən Milli Məclisin iclasfannda bu təkliyi Sülü-nü yaman sıxırdı.
Həbibin Masan arvadın adından qondarıb göndərdiyi o məktubu alanacan Sürəyya cəmi bir dəfə Cəlal Əliyevin, bir-iki dəfə də Əhəd Əbiyevin yanında oturası olmuşdu, indi, neçə vaxt idi ki, o iclaslarda Sülü, birtərəfə çəkilib həmi-şə tək otururdu. Oturub fikirləşirdi, xəyal eləyirdi, qəzet oxuyurdu, olub-keçənlə-ri yadına salırdı. Kənddən Bakıya gəldiyi, gəlib "Azadlıq" meydanında o əbləh Atilla Azərbəylə tanış olduğu və elə o meydanda itirdiyi Asian Ağrıdağla şəhə-rin küçəsində heçdən tapışıb, sonra (gecənin bir aləmində) zirzəmiyə bənzəyən alaqaranlıq bir yerdə Bəyin şəxsən özünə şer oxuduğu - aya-ilə bərabər-o uzun gün Sülünün heç vaxt yadından çıxmırdı.
Sülünü Bəy adam eləmişdi - buna heç bir şəkk-şübhə yox idi. Bəyin bircə kəlmə sözü və Aslan Ağrıdağın Bəyə olan hədsiz sədaqətinin nəticəsində Bakı-nın o zamankı ən mötəbər qəzetləri Sürəyya Ətirşahın şerlərini, bir müddət, az qala hər nömrədə dərc eləyib, onu - az bir vaxtın içində - inanılmäz dərəcədə tanıdıb, məşhurlaşdırmışdı. Buna görə də Aslan Ağrıdağa da Sülü, söz yox, ölənəcən minnətdar olacaqdı.
Amma aya-ilə bərabər o uzun günün o qəribə gecəsi, həmin o zirzəmiyəbənzər alaqaranlıq yerdə Bəyin şəxsən özünə şer oxuyub, sonra Bəydən ayrılıb, Aslan Ağrıdağla birgə taksiyə əyləşəndə Sülünün ağlına, bircə Allah bilir ki, nələr gəlməmişdi. Bəyin şəxsən özü ilə yaxın dost olan bir adamın ona qarşı namərdlik etməyəcəyinə ürəyinin bir yerində möhkəm inansa da, Asian Ağrıdağın qapısı ağzına çatanacan və o qapını açan qarayağız cavan gəlinin Aslanın arvadı olduğunu bilənəcən Sülünün beynində min cür qara-qura fikirlər dolanmışdı.
Sülünün deputat olmağına əvvəllər heç bir ciddi məna verməyən Aslan Ağrıdağın özü də indi Sülüdən ötrü köhnə tanışdan, keçmiş xeyirxahdan savayı heç nə deyildi. 1993-cü ilin ilkin yayında Bəyin hakimiyyəti devriləndən sonrc Asian Ağrıdağı Sürəyya bir neçə dəfə - şəhərdə, küçə-bacada - uzaqdan-uzağə lül-atəş piyan görmüşdü. Bircə o Atilla Azərbəyi Sürəyya iclaslarda, rəsmi təcbirlərdə indi tez-tez qörürdü. Və hardasa lap üzbəsurət qarşılaşanda da bir-birilərini heç vaxt görmədiklərini onların hər ikisi böyük məharətlə nümayiş etdi-rirdi.
"Irreh müəllimin" "AND YERİ" adlı qəzet çıxardığını Sürəyya çoxdan bilirdi. Ancaq onun, universitetin filologiya fakültəsində, bir vaxt Həbiblə bir yerdə oxumağı, günlərin bir günü Sürəyyaya, elə o Milli Məclisin iclas zalındaca, "And yeri" qəzetinin növbəti sayına baxanda məlum oldu. Qəzetdəki iki qoşa səhifədə Həbib Həsrətin şəkli, şerləri və Atilla Azərbəyin onun barəsində yazdığı "Hər şeyin təzəsi..." adlı xırdaca məqaləsi verilmişdi.Ancaq kaş ki, Sülü o gün o qəzeti almayaydı, yaxud Həbib Həsrətin o qəzetdə çap olunmuş xeyli şerinin o dörd-cə misrası kaş ki, nə yollasa Sülünün gözündən yayınaydı,nəzərindən qaçaydı...
O misraları oxuyanda birdən-birə Sülünü sanki tok vurdu, ilan çaldı. Çünki o misralar Sülünün heç vaxt yada salmaq istəmədiyi, ondan ötrü çoxdan bəri yad, uzaq, qaranlıq bir dünyada əriyib yoxa çıxmış köhnə və çirkin bir əhvalatı yenidən (namərdcəsinə!) dirildib, bu dünyaya qaytarmaq demək idi. Axı, o vaxt - o 12 yaşda Sülünün bu dünyanın işlərindən ağlı nə kəsirdi ki!.. O işin, o əməlin baiskarı Həbibin özü deyildisə, bəs kim idi?.. Axı, nə olsun ki, onun (Sülü-nün) barəsində indi orda-burda yüz cür söz gəzirdi, şayiə dolanırdı. Həqiqət bu idi ki, o 12 yaşdan sonra və o Həbibdən savayı bu vaxtacan Sülünü hələ bir da-fa də öpən, oxşayan olmamışdı. İndi o əhvalata söz qoşub, ondan şer qondarmaqda görəsən Həbibin nə məqsədi vardı:
"Xəyalım əbədi məskən salıbdır
Buğda qovurğalı dodaqlarında.
İlk məhəbbətimin ətri qalıbdır
Ətirşah gülünün yarpaqlarında".
Bu misraları oxuyan kimi, Sülü ağzında hələ nəmi çəkilməmiş tut qurusunun şipşirin tamını hiss elədi və elə o şirinlikdən də, deyəsən, Sülünün birdən-birə ürəyi bulandı. Sülüyə elə gəldi ki, indicə huşu itəcək, ürəyi keçəcək. Ancaq ürəkkeçmənin gəlib boğazına dirənmiş tanış, qara vahiməsi bu dəfə tez ötüb keçdi. Və bu vaxt birdən-birə bu dünyadan təzəcə biçilmiş ot iyi, iydə, heyva çi-çəyinin tamı gəldi. Sülü bir uzaq yaz gunünü və ürəyində, nə zamandan bəri, o günün özü kimi işıqlı bir xatirəyə çevrilmiş ƏLƏDDİNİ xəyalına gətirdi. Sülünün birdən-birə elə bil beyni işıqlandı və elə o işıqdan da onun nəhayətsiz fantazi-yası Həbibin dərsini verməyin ən optimal yolunu tapıb, kəşf edə bildi.
...Bundan düz üç gün sonra kənddə-Həbibin həyətində, günün günorta çağı, bir ağappaq ÇƏPİŞ peyda oldu.
O çəpiş, bərkdən mələyə-mələyə, Həbibin həyətində ora-bura qaçırdı və o həyətin öz uşaqlarından savayı bir dəstə kənd uşağı da həyətə doluşub, o çəpişi tutmaq üçün, xeyli vaxt idi ki, faydasız cəhd göstərirdi.
Yaz idi. Mayın axırları, axşamtərəfi - günün sarin vədəsiydi. Hələ Həbib ra¬yon mərkəzindən, işdən qayıtmamışdı. İçəridə başı televizora qarışmış Süsənbər həyətdəki səs-küyü, deyəsən, eşitmirdi. Masan da, qonşu həyətdə, öz işin-də-gücündəydi: uşaqların haray-həşiri Masanın vecinə deyildi.
Süsənbər səsi eşidib, handan-hana həyətə çıxanda o bir sürü uşağın həyətin ot-alafını tapdadığını görüb, dəhşətə gəldi.
-Vay-vay! Bu nə oyundu! - dedi. - O çəpişi kim salıb bu həyətə? Həbibin səkkiz yaşlı oğlu Ətoş (Ərtoğrul) da çəpişi tutmaq istəyənlərin arasındaydı. Ancaq qızı - 5 yaşlı Aytəkin divarın dibində durub, keçini qovanlara tamaşa eləyirdi. Və anasının evdən çıxdığını görəndə, sevinə-sevinə atılıb-düşməyə başladı:
-Bizimdi e, mama, bizim keçidi. Bayaq bir əmi gətirdi. Dedi Bakıdan yolluyublar... Həbib məllimə.
-Sən də gijləmə görək... Bakıdan yollayıblar. Yox bir, Moskvadan yollayıb-lar. - Süsənbər deyinə-deyinə həyətin ot-alafını tapdayan uşaqların üstünə cumdu. - Rədd olun, çıxın gedin. Qoy dursun, dəyməyin o heyvana - əyəsi tapılıb gəlib aparar.
Uşaqlar hoyuxub dayandılar.
-Qoy tutaq da, Süsü! - Ərtoğrul tıncıxa-tıncıxa dedi. - Bizimdi də, bizə gəti-riblər.
-Kim gətirib? - Süsənbər soruşdu.
Aytəkin dedi: "Bir yaxşı əmi gətirmişdi". Ərtoğrul dedi: "Bir bığlı kişi gətirmiş-di". Və elə bu vaxt Həbib darvaza qapısının ağzında göründü.
-Bu nədi? Dəli olmusuz? Bu qor-qoduğu kim yığıb bura?.. O nədi - məliyir orda? - Darvazanın ağzında çaşib qalmış Həbib hələ gördüyündən heç nə anla-ya bitmirdi.
-Bunun işidi, bu canıyanmış Ətoşun işidi! - Süsənbər o başdan, uşaqların yanından səsi titrəyə-titrəyə dedi- - Heyvanı gətirib salıb həyətə, özü də deyir: bir bığlı kişi bizə gətirib.
Aytəkin durduğu yerdə yenə atılıb-düşdü:
-Bizə gətirib! Bizə gətirib!
Bu yerdə Həbibin ürəyinə elə bil nəsə damdı.
-Kim gətirib, a bala?
Aytəkinin əvəzinə Ərtoğrul cavab verdi:
-Papa, allah haqqı yalan demirəm. Bir bığlı kişi gətirmişdi. Ordan ötürdü içəri, çıxdı getdi. Dedi ki, Həbib müəllimə göndəriblər. -Bəs sən tanımırdın o kişini? -Yox, hardan tanıyaydım. Axı, buralı deyildi o kişi.
Bu yerdə isti bir gizilti Həbibin beynindən vurub, ayaq barmağının ucunacan gedib çıxdı. Bayaqdan, həyətin o başında, mələyə-mələyə vurnuxan o ağ çəpişi də Həbib elə bil indicə gördü.Və Həbib birdən-birə o çəpişin üstünə necə cumdusa, qorxudan zəhmi yarılmış uşaqlar, bir dəstə quş kimi, pərən-pərən qaçıb həyətdən uzaqlaşdı. Həbib, bir göz qırpımında, çəpişi hasarın dibinə qısıb ikiəlli qamartadı və onu çiyninə aşırıb, dinməz-söyləməz küçə qapısına tərəf addımladı.
Aytəkin ağlaya-ağlaya yalvarırdı:
-Nə olar, aparma da, papa!
Ərtoğrulun bıçaq vursan, qanı çıxmazdı:
-Bizə gətiriblər də, inanmırsan? Allah haqqı, papa, peyğəmbər haqqı!..
O çəpişə indi Süsənbərin də deyəsən tamahı düşmüşdü:
- Qoy dursun da, hara apanrsan? Bəlkə elə bizə gətiriblər... Bəlkə dədəm Göytəpədən pay göndərib bizə?
Ayrı vaxt olsaydı, bəlkə Həblb Süsənbərin Göytəpədəki dədəsinin ünvanına bir-iki yağlı söz tapıb deyə bilərdi. Ancaq Həbibin söz deməyə də halı-heyi qalmamışdı. Çiyninə aşırdığı çəpişin qıçlarından bərk-bərk yapışmış Həbib, ayağının altına baxmadan, tikanlı kol-kosun arası ilə üz tutub harasa gedirdi.
Və bir xeyli yol gedib, kənd-kəsəkdən uzaqlaşandan sonra, bir yastı təpənin dalında Həbib çəpişi çiynindən yerə qoyub, özü qan-tər içində bir daşın üstündə otur-du. O kimsəsiz çöl-biyabanda çəpiş bir müddət, mələyə-mələyə ora-bura qaçdı, amma uzağa getmədi. Həbib çöldən qayıdanda, çəpişin də onun dalınca düşüb, kəndə tərəf gəldiyini gördü. Əlacı üzülmüş Həbib, elə o gün o çəpişi aparıb qonşunun sürüsünə qatdı və oradan suyu süzülə-süzülə evə qayıtdı.
...Üç gün əvvəl Bakıda şerlərinin çap olunduğunu elə həmin gün Həbibə Abdullanın (Atilla Azərbəyin) özü telefonla xəbər vermişdi. Deməli, o şerləri Sülü, ən tezi, üç gün qabaq oxuya bilərdi. Bəs bu üçcə günün içində o çəpiş Sülünün ağlına nə tez yerləşmişdi. O çəpişi Sürəyya kimə aldırmışdı, hansı əclaf onu belə xəlvətcə gətirib Həbibin həyətinə ötürmüşdü?..
Bütün bunlar Həbibdən ötrü xalis möcüzə idi.
XIV
ƏMİOĞLULAR
O ilin iyun ayının axırlarında Masanın qardaşı oğlu dəli-dolu Ələddin öz uzun səfərindən, axır ki, qayıdıb gəldi. Özü də yaman havalı gəlmişdi: fərəhindən, hədsiz-hüdudsuz sevincindən yerə-göyə sığmırdı.
Kənddə olmadığı uzun illər boyunca Ələddinin başlı-başına qalmış ata yur-du dağılıb, tamam məsrəfdən çıxmışdı: evin damı batmışdı, divarları nəm çəkib yavaş-yavaş.yerə oturmuşdu. Buna görə da Ələddin elə gəldiyi gündən, bibis
Uzun illərin ayrılığı Ələddini tamam dəyişib, elə bil bir az da uşaqlaşdırmıs-dı. Ələddin ev-eşikdə, həyət-bacada sanki uça-uça gəzirdi. Dağa baxırdı - dağı tərifləyirdi, göyə baxırdı - göyün gözəlliyindən dil-dil ötürdü. Masanın ətirşahla-rından danışanda Ələddinin dili ağzına sığışmırdı. Elə hey: "Ay bibi, ay bibi! -deyirdi - Bu cənnətin bircə Adəmnən Həvvası çatışmır. O göydəki cənnət belə olsaydı, Allah ora heç o Adəmnən Həvvanı da buraxmazdı.ay bibi - deyirdi. -Cənnəti özəlləşdirərdi özü üçün - Şeytana dağ çəkərdi..."
Kəndə gündüz gələn Ələddin elə gəldiyi günün axşamı bir karlı heyvan kəs-dirib, qonum-qonşunu Masanın həyətinə yığıb, qonaqlıq eləmək istəyirdi. Ma¬san razılıq vermədi və elə o gün Ələddin bəyan elədi ki: bəs, bibi, bu dəfə çox yaxşı gəlmişəm. Day bu kənddən heç yana getməyəcəm. Bir yaxşı yerdə qə-şəng torpaq alıb, özümə təzə ev tikəcəyəm. Bir gözəl-göyçəyin də tapıb burdan, evimin xanımı eləyəcəyəm. Bu dəfə çox yaxşı gəlmişəm, bibi, yüz min dollar pul gətirmişəm!
100 min dolların nə qədər pul olduğunu bizim kənddə bəlkə 10-15 adam dü-rüst təsəvvür eləyə bilərdi. Masan da bu məsələdə dərinə getmək istəmədi. Ax-şamtərəfi Həbib arvad-uşağını da götürüb, əlində bir şüşə araq, Ələddini gör-məyə gəldi. Əimoğlular mehribanca görüşüb-öpüşdülər. Ələddin sevindi, bərk sevindi:
-Mən içkini tərgitmişəm, əmoğlu, - dedi. - Ancaq bu gün yüz qram vuraca-ğam sənnən.
Ələddin doğrudan da az içdi, çox içmədi. Həbib o bir şüşə arağın hamısını bir oturuma qarnına doldurdu və birdən elə bir söhbət başladı ki, Masan da, Ələddin də çaş qaldı. (Evi hasarın o tayında ola-ola, sən demə Həbibin qulağı çoxdan burdaymış).
-Deyirsən yüz min dollar gətirmisən?! - İçkidən gözləri qızarmış Həbib bu sözləri elə bir nifrət və qəzəblə dedi ki, bir azca aralıda durmuş Süsənbər dik-sinən kimi oldu.
Masan əlini uzadıb, ərk ilə Həbibin qulağını burdu.
-Sənin belə işlərin də varmış, a qırışmal! - dedi. - Qulağın burdaymış, de-mək. Bayaqdan o divarın dalında mısıb qulaq asırmışsan ki, görəsən biz burda nə danışırıq.
Əgər Həbib ayıq olsaydı, Masanın dediyindən yəqin ki, böyük xəcalət çəkər-di. Amma heç halını da pozmadı. Səsinə bir az da güc verib:
- Mən bəyəm nə deyirəm ki? - dedi. - Sözdü soruşuram da!
Həyətdə, eyvanın qabağında oturmuşdular. Balacaboy, çəlimsiz Həbibin ya-nında olduğundan da nəhəng görünən boyiu-buxunlu Ələddin, Həbibə baxa-baxa, mehribanca gülümsəyirdi.
- Hə, gətirmişəm, əmoğlu,- dedi. - Düz yüz min gətirmişəm.Ehtiyacın olsa, utanma. Əmoğluyuq, yad deyilik ki.- Şalvannın yan cibindən bir dəstə pul çıxa-rıb Süsənbərə uzatdı.- Götür, əmgəlni. Uşaqlara bir şey gətirməmişəm. Özün alarsan nə istəsən.
Dollar deyildi, bir sanballı büküm göy 50 minlik idi. Süsənbər əlini pula uzat-sa da, gözlərini Həbibə zilləyib durdu. O pulu Ələddindən Masan aldı. Alıb, Süsənbərin jaketinin cibinə soxdu.
- Götür! - dedi. - Görmürsən - ürəyinən verir! - Ələddinə, bayaqdan bəri heyrətlə tamaşa eləyən Ərtoğrulun, Aytəkinin başına sığal çəkdi. - Ancaq buna (Ərtoğrulu deyirdi) taraqqa almayasan. Bunun taraqqalarının guppultusundam baş-qulağımız gedib. Ərtoğrul deyil, itoğludu bu. Mən buna o adı düz qoymuşam. (Masan, həqiqətən, Ərtoğrula İtoğluğu, Aytəkinə "Əttökən" deyirdi).
Həbib qaşqabağını sallayıb. hələ ki, sakit oturmuşdu, ancaq üz-gözünün zəhərindən bilinirdi ki, yeni hücuma hazırlaşır
- Deməli, yüz min! -Həbibdən bir qəribə - xırıltılı səs çıxdı. ancaq bilinmir ki, ağlayır, yoxsa gülür.
Məsələ burasındaydı ki, elə əvvəldən də Həbib Ələddini çox böyük gopçu hesab eləyirdi. Və məsələ bir də burasındaydı ki, 100 min dollar. Həbibin nəzərində həddən ziyadə böyük pul idi. Onun təsəvvürünə görə, heç Bakının hələm-hələm milyonerlərinin bu qədər pulu ola bilməzdi.
- "Yüz min, yüz min!" -Masan kinayə ilə Həbibin ağzını əydi. - Bunun pulların saymaq sənə qalıb? Şeyir yazmağı hamıdan yaxşı bilirsən. Ancaq araq içəndə o saat ağzın əyilir...Sən gətir, - Süsənbərə dedi, - çay ver bunnara. Mən gedirəm televizora baxım.
Uşaqlar da, Masanın dahnca, evə - televizora baxmağa cumdular. Həbib isə Əladdinin yaxasından bərk yapışmışdı.
- Yaxşı, tutaq ki, yüz min... Sən o yüz mini hardan qazanmısan?
Ələddin başını qaldırıb, heyran-heyran ulduzlara tamaşa eləyirdi. Həbibin
sualını, deyəsən, eşitmədi.
- Deyirəm: sən o yüz mini hardan qazanmısan? -Bu dəfə Həbib bir az da bərkdən soruşdu.
Ələddin, gözlərini göydən ayırmadan, tənbəl-tənbəl ayağa qalxdı. Əlini Həbibin çiyninə qoyub:
-Qorxma, əmoğlu, oğurlarnamışam. - dedi. - Adam-zad da öldürməmişəm, qorxma. Moskvada maqazinim vardı, satdım yüz minə, çıxıb gəldim.
- Hökumətin maqazinin yüz minə satdın?
Ələddin yavaş-yavaş hövsələdən çıxırdı:
- Ə, sən silisçisən, nəsən!.. Hökumətin niyə? Öz maqazinim idi, pul verib özəlləşdirmişdim. İndi harda hökumət maqazini var? Sən dəmsən. Dur get, yat evində. Allah qoysa, sabah dərdləşərik.
Heç dəm olmasaydı da, Həbib bu söhbətdən çətin ki, bir şey qanaydı, çünki Həbibin təsəwüründə hələ də bütün dükanlar hökumətin idi, halbuki onun özü neçə illərdi ki, hər şeyi şəxsi adamların dükanından alırdı.
Həbib rayon maarif şöbəsində instruktor vəzifəsində işləyirdi, aldığı maaş da elə, bir ortabab müəllimin maaşı qədər olardı. Süsənbərin təsərrüfatçılığı, qə-naətcilliyi və Masanın əliaçıqlığı olmasaydı, o maaşla Həbib, söz yox ki, ailə dolandıra bilməzdi. Buna görə də Həbib gün-gündən daha çox bədbinləşirdi. Və sındıqca, əzildikcə Həbibin zahiri hərəkətlərində təkəbbür, lovğalıq, özündən razılıq əlamətləri durmadan çoxalırdı. O vaxt, universiteti bitirib, Bakıda qalmamağının ağır, üzücü peşimançılığı indi get-gedə Həbibə daha çox yer eləyirdi...
Bir yandan da - Sülü!.. Sülünün - biri-birinin dalınca çap olunan qalın-qalın kitabları, onun ağlasığışmayan uğurları... Və dəhşətin ən yekəsi buydu ki, bir vaxt Sürəyyayla evlənmədiyinə görə indi Həbib, ürəyində, gündə yüz dəfə özünə lə-nət yağdırırdı. Onların arasında bir vaxt olub-keçmiş o "fındıqlıq" əhvalatının əsl sevib-sevilməyə heç bir dəxli olmadığını çoxdan və çox gözəl bilə-bilə, indi, öz təsəvvüründə Həbib o köhnə əhvalatı əsl sevgi dastanına çevirməkdə idi.
Son vaxtlar Həbib özünü inandırmışdı ki, Sülü onu heç vaxt unuda bilməz. Və Sülünün hələ də ərə getmədiyini ondan-bundan eşitdikcə Həbibin öz həyatını yenidən qurmaq arzusu get-gedə bir az da pərvazlanırdı. Sürəyyanın o vaxtkı hərəkətlərini indi Həbib, ən xırda detallarınacan, birbəbir yada salırdı və həvəs-lə araşdırırdı. Hətta bir dəfə, onu öpə-öpə, Sülünün bir başqa adamın (dəqiq de-səm, Ələddinin!) adını dilinə gətirməyini də Həbib unutmamışdı. Ancaq özünün təzəlikcə uydurduğu sevgi nağılında bir vaxt özü ilə Sülünün arasındakı olub-keçmiş o haqq-hesabın həqiqi məhəbbət olduğuna Həbib heç bir şübhə yeri qoymamışdı.
Və "And yeri" qəzetində çıxan o şerdə də Həbibin öz keçmiş səh-vini etiraf etməkdən savayı heç bir başqa niyyəti olmamışdı. Şerlərinin dərc edildiyi qəzetin o qoşa səhifəsi Həbibin evindəki yeganə stolun üstündə eləcə - açılı halda çoxdan bəriydi ki, qalırdı. Və çoxdan bəriydi ki, Həbib gecələr yeri-nə girəndə də, səhərlər yerindən duranda da o qoşa səhifəyə mütləq tamaşa eləyirdi. O şerlərin çap olunmağının hesabına bir-iki həftəydi ki, Həbib az-maz özünə gəlmişdi. Ancaq, eyni zamanda da, Həbibin Bakı dərdi yaman təzələn-mişdi. Indi, imkanı olsaydı, Həbib kənddə bir gün də qalmazdı.
... O gecə Masan öz iki otağının birini Ələddinin sərəncamına verdi, onun üçün təptəzə yorğan-döşək açdı.
- Get, yıxıl yat. - dedi. - O dollar-mollar söhbətini də day heç yerdə açıb-ağartma. Özün gördün ki, bu kənddə divarların da qulağı var.
XV
AY İŞIĞINDA SÖHBƏT
Başını yastığa qoyan kimi Ələddini yuxu apardı. Ancaq sonra - Ayın otağı doldurmuş gur işığında - yuxudan ayılıb, qotundakı saata baxanda Ələddin əməlli-başlı heyrətləndi: cən demə onun yatağa girməyindən hələ heç, bir saat da keçməmişdi.
Ayın ayna kimi işığı Ələddini sanki adam dililə çağırdı. Masanı oyatmamaq üçün o, paltarını geyinib, çox ehtiyatla həyətə çıxdı. Amma Masan da, demə, yatmamışdı. Həyətdə, ətirşah kollarının arasında, köhnə taxtın üstündə fikirli-fi-kirli oturub, təsbeh çevirirdi. Və Ələddinin həyətə çıxdığını görəndə Masan hiss ediləcək dərəcədə sevindi.
-Nə oldu? Nə tez durdun? - dedi. - Pullar qoymadı yatasan? Ələddin ora-bura boylanıb, hayıl-mayıl kəndə tamaşa elədi. Ay dağın dalın-dan hələ təzəcə çıxmışdı. Dərələrin dibində elə bil hər yerdə nəhəng tonqallar qalamışdılar -işığı dağların döşünə düşmüşdü.
-Sənə qurban olum, bibi! Olsəm, məni bu həyətdə basdırarsan. - Ələddin ayaqlarını uzadıb, yerdəcə, Masanın yanında oturdu.
-Məni ələ salırsan, a qırışmal? Yəni deyirsən ki, man sənnən çox yaşayaca-ğam?
-Onu bilmək olmaz, bibi. Əzrayıl çox əclaf gədədi. Aparanda cavana-qoca-ya baxmır.
-Nə oldu, Əzrayılı nə tez yadına saldın? Bayaq arvad almaqdan danışırdın? Ələddin birdən-birə yaman coşdu:
-Bibi! Bax, o göydəki Aya and verirəm sənə! Düzün de: bu kənddən qız gə-lər mənə?
-Neçə yaşında istiyirsən? Ələddin bir qədər çaşdı.
-Necə yəni neçə yaşında? Qız elə qız yaşında olur da, qızın əlli yaşı olmur ki.
-Olur, niyə olmur. Bu sahat bu kənddə əlli qız var əlli yaşında.
-Yenə zarafata keçdin?
-Yox, əşi, nə zarafat? Kənddə kişi qafıb ki? İndi, ayağı yer tutan cumur Ba-kının, Mosqovanın bazarına.
-Orası elədi, Moskvada doludu bizimkiiər. '- Ələddin dərindən ah çəkdi.
-Ah çəkmə, ahın dağlara. - Masanın səsi nədənsə titrədi bu dəfə. - İndi q«z hər şeydən boldu, ağlın o vədələrə getməsin. Bir də, nə olub ki sənə. Boyun-bu-xunun, hər şeyin cağbacağdı. Canısulu kişisən - kişmiş kimi! Pulun da ki, deyirsən, lap çoxdu. İndinin qızları kişinin ağzının dişin saymır, cibinin pulun sayır.
Ələddin böyrünü yerə verib, göydəki aya-ulduza heyran-heyran tamaşa eləyirdi. Birdən dikəlib oturdu.
-Bizim Sülü də, deyirlər, Bakıda lap qan eləyir! - dedi. Ancaq bu söhbəti sal-mağına tez də peşman oldu, çünki Sülünün, elə bu həyətdəcər bir vaxt onunla oynadığı o "ər-arvad" oyununu yaddan çıxarmaq heç vaxt mümkün olan şey de¬yildi.
-Sülünün səs-sorağı yəni Mosqovaya da gedib çıxıb?! -Təəccüblənmiş Masan şübhəli-şübhəli soruşdu.
-Hə də, Moskva nədi ki, bəyəm? Amerika-zad deyil ki. - Ələddin, nədənsə. yenə ah çəkdi. - Solmaz da Bakıdadı?
-Yox. O heç bilinmir hansı cəhənnəmdədi. Heç öldüsü-qaldısı da malum deyil. - Və Masan bir azca susub, Ələddinə bir də sataşdı. - Olmuya Sülüdə gözün qalıb?
-Bəsdi də, az dola məni. Mən Sülünün atası yaşdayam.
-Gop eləmə, sən Aslandan düz yeddi on yeddi gün xırdasan. - Masanın boğuq səsində bu dəfə bir qəribə, cingiltili qəhər duyuldu. Ələddin yerdən qalxıb, xiyabanda gəzinməyə başladı:
-Heç bayaqdan soruşmuram: Aslandan nə xəbər var?
Masandan səs çıxmadı. Sonra Ələddin dönüb baxanda Masanın, o taxtın üstündə, birdən-birə inanılmaz dərəcədə buzüşüb balacalaşdığını gördü. Elə bil bu adam heç o adam deyildi. Ələddin əməlli-başlı pərt oldu.
-Sən Allah bağışla, bibi! - dedi. - Deyəsən. dərdini təzələdim.
Əyilib dfzlərini ovuşdura-ovuşdura Masan yenə bir müddət dillənmədi. Son¬ra dikəlib, qəddini düzəldib:
-Belə dərd köhnəlmir, bala! -dedi. - Üstünnən yüz il keçsə, yenə təzədi ki, tə-zədi. Gecənin bu vədəsi məni burda elə o Aslanın dərdidi oturdan. Axı bu gün iyunun iyirmi ikisidi. Dava başlanan gündü. Asian doğulan gündü. Aslanım o qapıdan axsrıncı dəfə çıxandan bu yana hər ilin iyun ayının bu günlərini man hə-mişə səhər açılanacan, burda oturmuşam. Sən get yat, mənə baxma. Sən uzaq yol gəlmisən.
... O gecə, yerinin içində, Ələddin hələ 10-15 yaşından kənddə "ALLAHIN BƏLASI" adı ilə tanınan - at minməkdə, ağır daş qaldırmaqda, güləşməkdə, mil durub, əllərinin üstündə küçə aşağı, küçə yuxarı yürüməkdə və xüsusilə də çayın ən gurr ən xatalı yerlərində, qorxu-hürkü bilmədən, balıq kimi üzməkdə özündən yaşlı igid oğlanları da həmişə heyrətə salan Aslanı xatırladı. Və o gecə səhərəcən Ələddin yuxusunda, elə bir hey, cürbəcür sular gördü: çay suyu, göl suyu, arx suyu, yağış suyu, çeşmə suyu...
Və o suların hamısından Aslanın şən və şaqraq səsi gəlirdi.
XVI
HƏBİBİN FANTAZİYASI
Həbib, doğrudan da, özünü son dərəcə qəribə aparırdı: bir-iki gündü ki, heç həyət-bacadan da səs-səmiri gəlmirdi.
Süsənbər günuzunu Masanın həyətindəydi: çeşmədən su gətirirdi, həyət-bacanı silib-süpürürdü, bostanın, kərdi-külənin alağını eləyirdi və bu işlərin hər birinin arasmda mütləq bir-iki dəqiqə vaxt tapıb, ucadan, hirsli-hirsli Həbibin qa-rasınca deyinirdi:
-Külbaşın əlinə müftə pul düşüb,-deyirdi, - orda-burda piyanısqalıq eləyir. Neçə gündü gecəyarısı gəlir evə. Ələddin əmoğlum gərək verməyəydi o pulu. Hamısın aldı mənnən, basdı cibinə. İndi qudurub, evə də gəlmək istəmir.
Və Ələddinin kəndə qayıtmağından təxminən bir həftə sonra bir gün axşam-tərəfi Həbib yırğalana-yırğalana Masanın həyətinə girdi və eyvana qalxan səki-nin üstündə, əlləri cibində, dayanıb, qəribə, anlaşılmaz bir əda ilə Ələddini alt-dan-yuxarı süzməyə başladı.
Ələddin eyvanda oturub çay içirdi. Həbibin, altdan-yuxarı, o təhər kinli-kinli baxmağı əwəl Ələddinə qəribə gəldi, sonra ondan elə bir şaqqanaq qopdu ki, bayaqdan içəridə oturmuş Masan da şübhələnib, özünü eyvana saldı.
-Sən bir ona bax e, bibi! Onun duruşuna bax! -Ələddin gülməkdən boğulur-du. - Ə, bu ki, yatıb ayaq üstdə! Bunda, bibi, iş var deyəsən.
Həbibi görən kimi Masanı da gülmək tutdu.
-Ə, keç-gəl də, şair Həsrət. - dedi. -Nə bərk mıxlanmısan ora. Vurmusan, vurmusan da. Day qulaqların niyə sallanıb?
Həbib bir addım qabağa gəldi. Ancaq eyvana qalxmadı, oradaca dirənib durdu. Qızarmış gözlərini yenə Ələddinə zilləyib: -Sənin yüz min dolların yoxdu! - dedi.
Və bu sözləri Həbib elə bir nifrət və qəzəblə dedi ki, Ələddinin üzünün işığı o andaca çəkilib getdi. Masan da xeyli ciddiləşdi.
-Ə, tosu köpəyoğlu, - dedi, - Ələddinin pullarının dərdi sənə qalıb? Yəni sən belə qurdduymuşsan, ay koramal! Utan, ayıbdı! Çıx-get yat xarabanda.
Masan eyvandan çəkilib getdi. Amma Süsənbər də, sən demə, hasarın o ta-yından, bayaqdan boylanıb baxırmış.
-Əmoğlu! - dedi. - Sənə qurban olum, əmoğlu! Sən bunun sözlərinə fikir ver-mə. Bunun ki, ağzına bir damcı içki dəydi, həmişə belədi bu. Bibim düz deyir: o pulun söhbəti çıxannan bunun qarnının qurddarı qaynaşır gecə-gündüz. Başı batmış neçə vaxtdı evdə-eşikdə yer tapmır özünə. -Süsənbər hönkür-hönkür ağlayırdı.
-Sən itil ordan! Rədd ol! - Həbib, uzaqdan-uzağa, var səsilə Süsənbərin üs-tünə bağırdı. Sonra yenə gözlərihi Ələddinin üzünə zillədi. - Sən nəşə çəkmi-sən, çəkməmisən?
Ələddin bir də şaqqanaq çəkdi. Amma bilinirdi ki, hirsindən gülür.
-Çəkmişəm,-dedi,- əmoğlu. Çox çəkmişəm.
-İndi çəkmirsən?
-Yox, əmoğlu, iyirmi ildi ki, çəkmirəm. Nə deyirsən -istiyirsən yenə çəkim? - Özünü o yerə qoymasa da, Ələddinin hövsələsi tükənməkdə idi.
-Ə, çıx-gəl evə də! - Süsənbər hasarın o tayından, ağlar səs ilə, Həbibi ça-ğırdı.
Həbib Süsənbərin çağırmağına heç bir əhəmiyyət vermədi. Ələddinə tərəf bir addım da irəliləyib:
-Yalan deyirsən! - dedi. - Sən köhnənin gopçususan. O gün dediklərin də go-pudu başdan-ayağa. Sənin o pulun heç, bir aya da çatmayacaq. Sonra gedib ondan-bundan araq pulu dilənəcəksən.
Ələddinin səbri tükəndi. Şığıyıb, ikiəlli, Həbibi qamariadı. Süsənbər hasarın dalında: "Vay, kişim öldü!" - deyib, darvaza qapısına tərəf cumdu. Ancaq Ələd-dinin Həbibi incitmək fikri yox idi: onu uşaq kimi qucağına alıb, aparıb küçə qa-pısından eşiyə atdı və qapını bağlayıb, qayıdıb gəldi.
Ətirşah Masan içəridə, televizoru açıb, konsertə baxırdı.
O "yüz min dollar" məsələsi Həbibi doğrudan da yerindən oynatmışdı. Ələd-dinlə birinci dəfə görüşdüyü və evə dəm qayıtdığı o gecə Süsənbəri də Həbib az qala səhərəcən girinc elədi: Ələddin yalan deyir - vəssalam.
0 səhər işə gedəndə, yolboyu, Həbibin ağlına, bircə Allah bilir ki, nələr gəl-mədi. Nahar fasiləsi - iş yerində heç kəs olmayanda - Həbib xəlvətə salıb, hət-ta Bakıya -dostu Abdullaya zəng də elədi. Bir xeyli ordan-burdan danışandan sonra o yüz min dollar məsələsini Həbib, öz aləmində, Abdulladan çox böyök ustalıqla xəbər aldı:
-Sənnən bir şey də soruşum, Abdulla, - dedi. -Bir adamda yüz min dollar ola bilər?
Atilla Azərbəy gözləmədiyi sualdan bir azca çaşdı deyəsən. Bir müddət dil-lənməyib, sonra elə bil telefonda bərkdən hüştürək çaldı:
-Ə, o yüz min kimdədi ki, elə?
-Heç kimdə. Elə-belə maraq üçün soruşuram... Biriynən mərc gəlmişəm. De görüm: bir adamda o qədər pul ofa bilər? -Yüz min dollar? -Hə.
Telefonda Abdulladan bir dəli gülmək qopdu.
-Ə, sən lap fil qulağında yatmısan ki! - dedi. - Bu saat Bakıda ön milyonu olan yüz adam var.
Ancaq Həbib Abdullanın dediyinə bir zərrə də inanmadı. Dəstəyi yerinə qoyandan sonra da bir müddət key-key telefon aparatına baxdı.
Sonra yadına düşdü ki, cibində xeyli pul var: Ələddinin dünən axşam Süsənbərə verdiyi pul. Düz 15 dənə əlliminlik pul idi. Əslində, o pulu Həbib Süsənbə-rin əlindən xərcləmək üçün almamışdı. Əksinə: istəyirdi ki, Süsənbər o pulun bir qəpiyini də xərcləməsin. Çünki Ələddinin o pulu həmişəlik verdiyinə Həbib bir o qədər də arxayın deyildi. Həbibə görə, Əfəddin, brrmöddətdən sonra, rnütləq pulsuz qalacaqdı və verdiyi o pulu Həbibgildən hökmən istəyəcəkdi. Äncaq elə o gün, o nahar fasiləsində, o 15 əlliminliyin bircəsini kababxanada xərcləyən ki¬mi, Həbibin o pulları saxlamaq planı tamam alt-üst oldu. Və indi - o pulu xərclə-yə-xərcləyə Həbib yavaş-yavaş özünü inandırmağa çalışırdı ki, Ələddində pul var, Ələddində put çoxdur - Ələddin o 15 əlliminliyi ondan heç vaxt istəməyə-cək. Çünki o pulu Ələddinə qaytarmağın perspektivi Həbibdən ötrü həddən zi-yada qaranlıq idi.
Əslinə qalsa, Həbibi heç qınamağa da dəyməzdi. Axı "dollar" deyilən şeyi Həbib harda görmüşdü?.. Hələ lap uşaqlıqdan atadan da, anadan da yetim böyümüşdü. Universitetdə oxuduğu vaxt yataqxanada yaşayıb, yalnız öz təqaüdü ilə dolanmışdı. Az-maz sanballı pulu Həbib o vaxt Bakıda kitabı çıxanda görmüşdü. Bir də, yüz min dollar Həbib üçün təkcə pul miqdarı deyildi. Həbib tənbəllik eləməyib, hesablamışdı: yüz min dollar pula, məsələn, azı iki min qoyun-quzu almaq olardı. 0 iki min qoyun-quzunu kandin bir başından ötürsəydin, ondin o biri başmacan bəlkə ayaq qoymağa da bir qarış yer qalmazdı.
Amma bu kənddə onlarca adam beş-on qoyun-quzunu qabağına qatıb, ilboyu dağda-daşda otarmaqdan özünə, ailəsinə bir tikə çörək qazanırdı. Dükanda bir tay unu 5-6 "şirvana" satırdılar və bu kənddə neçə-neçə adamın maaşı, pensiyası da elə 5-6 "şirvan" idi. Camaatın çoxusu yandırdığı işığın pulunu da hər ayın başında etə bil balasının ətindən kəsib verirdi. Ayağı yer tutan kənddən çıxıb gedirdi. Kənddə yüzdən çox ev başlı-başına qalmışdı -bu kəndin tarixində belə şey heç vaxt olmamışdı. Burda çörək almağa bir "məmməd" pul tapmayan adamlar ola-ola, Bakıda on milyon dollar pulu olan o "yüz adam" hardan tapılıb çıxmışdı? O adamlar o pulu necə qazanmışdı?
Düz yolla bu qədər pul qazanmaq, Həbibin ftkrincə, əsla mümkün deyildi. Və agar o adamlar o pulu əyri yolla qazanırdısa, bəs hökumət hardaydı? O adamları niyə tutub dama basmırdılar?.. Əgər Həbib Ələddinin o yüz min dollarının mövcudluğuna inansaydı, onda gərək bu dünya-da "haqq-ədaləf deyilən şeyin birdəfəlik yoxa çıxdığına da inanaydı. Elə Həbib də məhz buna inanmaq istəmirdi.Çünki buna inanandan sonra bu dünyada ya-şamaq Həbib üçün daha çətin ola bilərdi. Bilərəkdən özünü aldatdığını bəzən Həbibin özü də hiss eləyirdi. Ancaq aldadırdı. Həbib özünü aldatmağı həmişə yaxşı bacarmışdı.
Ancaq Ələddinin Moskvadan "yaxşı gəlməyinə" kənddə inananlar da çox idi. Əwəla, ona görə ki, bu kənddə Ələddinsiz bütöv bir nəsil yetişmişdi. Bu nəslin Ələddinin keçmişindən - araq içməyindən, nəşə çəkməyindən, qumar oynama-ğından xəbəri yox idi. Ələddinin, Aslandan sonra, bir vaxt kənddə "Allahın ikin-ci bəlası" olduğunu hələ unutmayan yaşlı adamlarınsa bir qisminə görə, bu dəfə Ələddin gedib, dünya görüb, kəndə ağıllanıb gəlmişdi. Camaatın başqa bir qismi, keçmiş şələşur işlərinə görə, Ələddindən indi də ehtiyat eləyirdi, digər qismi isəonun nə keçmiş dəliliyinin, nə də indiki ağıllanmağının marağındaydı. Hər halda, bütün kənddə, Ələddini Həbib qədər gözügötürməyən ikinci bir adam yox idi. Və bunu Ələddinin özü də get-gedə daha aydın görürdü.
Ələddinin araq içdiyi, qumar oynadığı vaxtlar Həbibin yaxşı yadındaydı. An¬caq bu kəndə başqa kənddən gəlin gəlmiş Süsənbərin, malum məsələdir ki, bu işlərin heç birindən xəbəri yox idi. Buna görə də, Ələddinin keçmiş bəd əməllərindən gündə bir dastan qoşub, evdə səhər-axşam danışan Həbibin heç bir sö-zünə Süsənbər inanmırdı. Əksinə: əri bu söhbəti salanda Süsənbərin nəzərin-də Ələddin hər data bir az da böyüyürdü, şirinləşirdi. Və Ələddini gördüyü ilk gündəncə bu dünya Süsənbərin nəzərində, deyəsən, yavaş-yavaş dəyişirdi.
Uşaq böyütməyin, ev-eşik saxlamağın, günuzunu bağ-bağçada, həyət-bacada əlləşməyin əziyyətindən savayı ömründə heç nə görməyən Süsənbər özünün qadın olduğunu, deyəsən, hiss eləməyə başlayırdı. Həmişə eyni paltar geyib, eyni görkəmdə gəzən Süsənbər indi Masanın həyətinə tez-tez əyin-başını dəyi-şib gəlirdi. Hələ bu bir yana dursun, Həbib işdə, uşaqlar kücə-bacada olanda evdə televizora səs verib, ucadan mahnı oxumaq Süsənbərin xasiyyətində, hər halda, tamamilə təzə şey idi.
Arvadının, Ələddinə görə, bir azca havalanan kimi olduğunu Həbib hiss eləyirdi. Ancaq bunu heç vaxt üzə vurmurdu. Və ona görə yox ki, Həbib arvadını istəmirdi və yaxud Süsənbərin heç bir hərəkəti Həbibi maraqlandırmırdı... Ona görə ki, o günlərdə Həbib xəyalında qələmsiz-kağızsız nəsə yazırdı. Və Həbibin qələmsiz-kağızsız yazdığı o əsər, sözün klassik mənasında, faciə janrında idi.
Faciənin variantları çox idi. Ancaq bütün variantlarda başlanğıc eyni idi: bütün variantlarda Həbib özünün, ya Masanın evində, ya da haradasa, hansısa xəlvət bir yerdə qəfildən peyda olub, Süsənbərlə Ələddinin arasında baş verən o intim mənzərənin üstünə çıxırdı. Və bu dəhşətli mənzərəni görəndən sonra, variantlartn birində, Həbib - namusu ləkələnmiş kişi məğrurluğu ilə - oradan səssiz-səmirsiz uzaqlaşırdı, bir də heç vaxt evinə dönmədən, birbaş Bakı səm-tə yol alırdı və bir vaxt dahi bir şairi itirdiyini indi tezliklə dark eləyən Bakı Həbibi, ana məhəbbətilə, yenidən ağuşuna alırdı... Faciənin başqa bir variantında, birgə, hansısa əlçatmaz dağlara, heç vaxt insan ayağı dəyməyən əngin meşə-lərə çəkilirdi və orada - insanlardan uzaq o məkanda yeni bir həyat qurub, xoş-baxt və asudə yaşamağa başlayırdı. O biri variantda Həbib çıxardığı ölüm hök-münü arvadına tətbiq eləmirdi, təkcə Ələddinin meyitini yerə sərib, sonra gedib öz əmoğlusunu namus ustdə öldürdüyünü polisə xəbər verirdi. Ələddinin pulla-rının taleyi də faciənin məhz bu variantında həll olunurdu: Həbib, polisə getməz-dən qabaq, əmoğlusunun o "yüz min" dollarını tapıb, haradasa - heç kəsin ağlı-na gəlməyəcək bir yerdə bərk-bərk gizlədirdi... Və Həbibin, qələmsiz-kağızsız, xəyalında yazdığı bu faciənin ən böyük müsibəti burasındaydı ki, öz arvadını başqasının ağuşunda görməyi arzulamağın necə alçaq bir iş olduğunu Həbib heç vaxt ağlına gətirmirdi.
Ələddinlə Süsənbəri "o işin" üstündə yaxalamaqdan ötrü Həbib bir müddət ra¬yon mərkəzindən nataraz, gözlənilməz vaxtlarda qayıdıb gəldi. Hətta bir müddət heç işə də getmədi, işə getmək adı ilə evdən çıxıb, kənddə -orda-burda gizlənən-dən sonra qəfildən evə cumdu ki, bəlkə öz çirkin və rəzil arzusuna, nəhayət, ça-ta bilə. Sonra gördü ki, onun arvadını Ələddin o mənada heç adam yerinə də qoymur - Süsənbəri birmərrə arvad gözündə görmür. Başa düşdü ki, Süsənbər Ələddinlik deyil. Və Həbib bu miskin fantaziyadan axır ki, əl çəkməli oldu.
DÖRDÜNCÜ FƏSİL
XVII
"QIZ QALDI, MASAN QALDI"
İyulun axırlarında (yayın qızmar istiləri hələ təzə-təzə düşməyə başlayanda) bir gün Ələddin kənd içindən qayıdıb, sevincindən az qala uça-uça, Ətirşah Masanın başının üstünü kəsdirdi:
- Bibi! Bibi! Evin yerin tapmışam. Elə əvvəldən də ürəyimdə oranı tutmuş-
dum. Ancaq bir yekə əmması var: indi oranı, deyirlər, mənim bu məssəbsiz
əmoğluma veriblər.
- Oram yellə getsin. Ora bir yer deyil ev tikmək üçün. -Ələddinin seçdiyi ye-rə Masan qabaqcadan mız qdydu. - Düzdü, çox mənzərəli yerdi. Səfaiıdı, axar-baxarlıdı. Amma axı su yoxdu orda. Qar-yağışa umud olub, gedib orda ev tikə-cəksən? Məsrəfli yer olsaydı, orda yüz il bundan qabaq ev tikərdllər.
- Man ora su çəkdirəcəyəm! - Ələddinin həvəsdən göziəri alışıb yanırdı.
- Hardan çəkdirəcəksən?
-Hər yerdən, lap dağın təpəsindən çəkdirəcəyəm!
Masan Ələddinin gözlərindən gördü ki, agar ürəyində qoysa. bu adam lap Arazdan-Kürdən də özünə su çəkdirər. Ancaq dediyindən da tez dönmədi:
-Bəyəm kənddə yer yoxdu? Nə qədər desən yer var - suyu başının östündə. Bu sahat kimə pul versən, torpağın oynaya-oynaya satar. Ev tikirsən, sulu yer-də tik də, niyə artıq xərc qoyub uzaqdan su çəkirsən?
Bibisinin dedikləri Ələddinin beyninə batmadı.
- Sənə qurban olum, bibi. Sən o tərsəməssəbi yola gətir, qalan şeyinən işin olmasın. Pulun verəcəyəm - nə qədər desə.
- Həbibin minnəti olsun. - Masanın Ələddini fikrindən döndərmək niyyəti yox idi. - Susuz yerdi ora. Çoxdan başlı-başına qalıb. Həbib ordan indiyəcən heç beşdənəacı bibər də götürməyib. Pulu olsa, bəlkə bir tövlə tikər həyətində. Üç-dörd dənə qoyun-quzu alıb saxlayar. Bu sahat pul lazımdı hamıya. İndi torpaqdan nə çıxır ki?.. -Ucadan Həbibi çağırdı. - Ədə, şair Həsrət, yenə harda gizlənmisən?.. Dur bir bura gəl görüm.
Hasarın o tayında Həbibin yerinə Süsənbərin başı görsəndi:
- Bizi çağırırsan, bibi?
- Evdə yoxdu ərin?
- Evdədi, bibi, işdən gəlib yatıb. istəyirsən gedim oyadım.
- Yatıb qoy yatsın, dəymə. Duran kimi yolla yanıma.
Süsənbər, o divarın dalında, Masanla Ələddinin söhbətini onsuz da eşitmişdi. Heç beş dəqiqə də keçməmiş Həbib darvazanın ağzında göründü. Və Həbibin Ələddinin yanında bir də sarsaqlayacağından ehtiyat eləyən Masan elə o darvazanın ağzıdaca işi yerinə qoydu. Ələddin o torpağa görə Həbibə dörd min dollar pul verdi. Və Ələddinin verdiyi o pulu Həbib dördəlli qamarladı və pu¬lu cibinə basıb, bır göz qırpımındaca o həndavərdən uzaqlaşdı. Çünki kəndin, adı dillərdə gəzən, ən yaxşı bağının, lap elə bu son günlərdə, cəmi iki min dol-iara satılmağından Həbibin də xəbəri vardı və Ələddinin birdən-birə fikrini də-yişəcəyindən Həbib, söz yox ki, qorxurdu.
Və məhz o qorxuya görə də, Həbib ertəsi gün, hələ səhər-səhər, Ələddinlə birgə alqı-satqı məsələsini rəsmiləşdirməyə girişdi. Əmoğlular cəmi 4-5 saatın içində bu işi həll eləyib qurtara bildilər. Sonra Həbib özünü rayonun poçt şöbə-sinə verib, Atilla Azərbəylə telefon danışığı sifariş elədi.
- Abdulla necəsən?
Elə bil Atilla Azərbəy Həbibin səsini tantmadı. Quru-quru:
-Yaxşıyam, - dedi və susdu.
-Mənəm e, Abdulla, Həbib Həsrətdi.
-Ə, Həbib! Ə, xoş gördük! Səsivə nə olub, a? Elə bil öz səsinnən danışmır-fsan bu gün.-Abdulla ucadan gülürdü.
-Alo, alo, eşidirsən, Abdulla?- Həbib mətləbə keçdi.-Mənə orda bir iş tapmaq olar?
-Olar, niyə olmur.-Abdulla tərəddüdsüz dedi.-Elə öz yanımda müavin yeri boşdu. İki qardaş əl-ələ verib, qəzeti çıxardarıq.
-Axı mən uşaqlarınan gəlmək istəyirəm. Bir az pulum da var. Orda evi neçəyə almaq olar?
-Baxır necə ev alırsan.-Abdulla fikirləşdi-Ucuz ev tapmaq olar. -Bəlkə gəlim evi bir yerdə axtaraq? -Havaxt gəlirsən?
-Elə sabah çıxım gəlim də... Necə deyirsən? -Gəl.
Elə o "sabahdan da Həbib 10-15 gün kənddə görünmədi. Və bir gün Bakıdan qayıdıb, Ətirşah Masanın qapısından yelli-yelli içəri girdi. -Mən yığışıb gedirəm, bibi. Gəldim deyim biləsən. Masan eyvanda oturub, əlində alma soyurdu. Heç başını qaldırıb Həbibin üzünə də baxmadı. -Uzağa gedirsən?
-Bakıya gedirəm də. Uşaqları da aparacağam. -Uşaqları aparıb Bakıda harda saxlayacaqsan?
-Ev almışam, bibi. Şəhərdən bir az aralıdadı. Ancaq pis deyil, qalmaq olar.-Həbib, həqiqətən, Biləcəri tərəfdəki köhnə tikililərin arasında (iki min beş yüz dollara) bir otaqlı həyət koması almışdı və Atilla Azərbəyin məşhur adam olma-ğının hesabına evi, az vaxtda, rəsmiləşdirib, öz adına saldıra bilmişdi.
Həbibin bu sözlərindən sonra Masan inandı ki, qardaşı oğlu doğrudan da yol üstdədir.
-Demək, sən də qırağını çəkirsən buralardan?
-Neynim e, bibi? Qalım neynim bu kənddə?-Həbib ora-bura boylandı. -Əmoğlum gözə dəymir.
-Əmoğlun evinin binövrəsin qazdırır. Yüz maşın daş tökdürüb ora. Deyir: qı-şacan tikib qurtarmalıyam evi.
-Tikər də, niyə tikməsin? O qədər pul ki, ondadı.
-Görürdüm: onun o pulları qarnına qurd salmışdı sənin. -Masan Həbibi qəs-dən acılamaq istədi. Çünki Həbibin, bibisinə heç nə demədən, bu dərəcədə ala¬rm qatıb-qarışdırmağı Masana möhkəmcə yer eləmişdi.
Həbib cavab vermədi. Başını aşağı salıb, part halda, yerə baxdı.
-Süsənbər razıdı getməyə? - Masan soruşdu.
-Deyəsən, razılaşır yavaş-yavaş. Əvvəl çox nəm-nüm eləyirdi.-Həbib doda-ğının altında mızıldandı.
-Uşaqların ikisin də aparırsan? - Masanın səsi titrədi, almanı, bıçağı yerə qoyub, diqqətlə Həbibin üzünə baxdı.
-Hə də... Deyirsən, aparmayım?
Masan əsəbi qətiyyətlə:
-Gədəni apar, qızı qoy qalsın! - dedi və heç Sülünü görüb-görmədiyini də Həbibdən soruşmadan, durub eyvandan uzaqlaşdı.
Ertəsi gün Həbib qab-qaşıqdan tutmuş, yorğan-döşəyəcən - evin bütün əş-yasını maşına doldurub, hələ günortaya qalmış köçüb getdi. Aytəkin Masanın yanında qaldı.
... Sonra, kəndin ağız ədəbiyyalında, Ətirşah Masanın həyatı bir qəmli das-tana çevriləndə Süsənbərlə Həbibin kənddən getdiyi o günün barəsində (baya-tı dilində) belə deyiləcəkdi:
"Qız qaldı, Masan qaldı.
Bu dərdi yazan qaldı.
Çarxın çevrilsin fələk,
Toy getdi, əzan qaldı".
XVIII
YAY XƏZƏLİ
Həmin il, hələ yayın ortalarında, cəviz ağaclarının yarpağı birdən-birə saralıb tökülməyə başladı. Bizim kəndin tarixində belə şey heç kəsin yadına gəlmirdi.
O xəzəli yığıb-yığışdırmaqdan büsbütün təngə gəlmiş arvadlar həyətdə, kü-çədə, çeşmədə - hər yerdə günuzunu deyinirdilər. Bu nagahan bəlanın səbəbi-ni kimisi Allaha asilikdə, kimisi Sovet hökumətinin nahaqdan yıxılmağında, ki-misi də kəndin ərlik qızlarının kənd içində şalvar geyib gəzməyində görürdü. Bi-ri deyirdi: day Allahın bu kənddən birmərrə xəbəri yoxdu. Biri deyirdi: bu kəndi o Allahın elə özü qarğıyıb... Hətta bu bəlanın səbəbini kənddə mollaların çoxal-mağında görən bir qocaman kənd müəllimi də vardı: bəli, O! - bizim dünya gör-müş Xeyrulla müəllim. Bu dünyanın bütün bəlalarmın səbəbini müsəlman üm-mətinin artıb çoxalmağında görən və bu xatalı söhbəti həryerdə eləməkdən heç vaxt qorxub-çəkinməyən o xatakar Xeyrulla müəllim indi bu fikirdəydi ki, məm-ləkətdə bəlaların çoxalmağı mollaların artımı ilə düz mütənasibdir və bu proses belə də davam eləsə, bu kənddə nəinki yayın yay vaxtı ağacların yarpağı sara-lıb töküiəcək, hətta ola da bilər ki, lap yaxın zamanlarda ağaclar meyvə yerinə veyranbul qurdu yetişdirəcək...
O "cəviz xəstəliyinin" ətirşahlara da yayılacağından bir müddət bərk narahat-lıq keçirən Ətirşah Masan, o xəstəliyin ətirşahlardan yan keçdiyini görəndən sonra toxdayıb özünə gəldi. Ancaq o cəviz yarpağının söhbəti hələ bitib qurtar-mamış, kəndi, uşaqlı-böyüklü, heyrətə gətirən təzə bir mövzu peyda oldu. Qırx il evindən eşiyə çıxmayan Adil müəllim indi, guya, gecələr səhərəcən kəndin hər yerində kölgə kimi gəzib dolanırdı. Ucaboy, nazik-şivərək - ağappaq saç-saqqalı bir az da uzanıb, az qala yerlə sürünən Adil müəllimi gah kəndin kəna-rındakı çöl-biyabanda, ay işığında, dağları seyr eləyən görürdülər. Adil müəllim gah kəndin qəbiristanlığında qəbirlərin arasında peyda olurdu. Gah kiminsə darvazası qabağmda dayanıb, dərin xəyala gedirdi. Hətta Adil müəllimin məs-cidin qapısı ağzında ağappaq kəfənə bürünüb oturduğunu da guya kimsə öz gözlərilə görmüşdü...
Adil müəllimin gecələr, ay işığında, dağları seyr eləməyi və əyninə kəfən ge¬yib, məscidin qapısı ağzında oturmağı Ətirşah Masan üçün bu işin bir o qədər də vacib tərəfi deyildi. Ancaq bu sayaq söz-söhbətin, əvvol-axır, ziyansız, fəla-kətsiz ötüb keçməyəcəyinə Ətirşah Masan bəlkə hamıdan çox inanırdı: 'O gəzən ruhdu,- deyirdi,- insan deyil. Nə bilirsiz, bəlkə Adilin öz ruhudu. O Adil qırx ildi ki, Allahın yanındadı". Və bu, kifayət qədər realist fərziyyəni Ətirşah Masan belə bir, ağlabatan, nikbin mülahizə ilə yekunlaşdırırdı: "Bir yerdə ki, gecə ruh-lar dolanır, demək, o yerin üstündən Allahın nəzəri hələ çəkilməyib".
Adil müəllim gecələr o çölün düzündə həqiqətən ruh kimi gəzirdi: bunu mən özüm də görmüşdüm. Ancaq ruha inanmayanları çətinə salmamaq üçün deməliyəm ki, Adil müəllimin xalis ruh olmağına onda hələ bir müddət qalırdı. Gecələr çölün düzündə ruh kimi dolanan Adil müəllim bir səhər yerindən durmayacaqdı. Bir gecə Adil müəllim elə yatdığı yerdəcə kimsədən xəbərsiz keçinəcəkdi. Ancaq bu hadisə Ətirşah Masanın özünün də ruhlar aləminin əbədi sakini olmağından sonra baş verəcəkdi. Hələlik bir də bunu deməyi lazım bilirəm ki, kəndi bit kimi basmış bu mistik-melanxonik ovqat, hələ ki, təkcə Ələddinin vecinə deyildi. İndi Ələddin hər səhər Masandan da tez durub, sevinə-sevinə öz tikintisinin üstünə gedirdi.
DÖRDÜNCÜ FƏSİL
XIX
"AY NİYƏ BATMIR?"
Bizim bu gerçək nağılın qələmə alınmasından hələ bir-iki ay əvvəl, çoxdan Bakıda yaşayan və kənddəki qoca ata-anasına baş çəkmək üçün arabir kəndə gəlib-gedən, bir vəzifəli dostum-atası Aslanı həbsxanadan buraxdırmaq üçün -Sürəyya Ətirşahın çoxdan bəri işə girişməyini mənə coşğun bir həvəslə xəbər verdi. (Onu da deyim ki, dostum sistem işçisiydi, bəzi hökumət dairələrilə mün-təzəm əlaqəsi vardı).
Dostumun dediyinə görə, Sürəyya Milli Məclisin əfv komissiyasının özündən başlayaraq, məhkəməyə, prokurorluğa, hətta prezident aparatına da 3 ay ayaq döyüb, axır ki, Aslanın adını növbəti əfv fərmanına saldıra bilmişdi. Ancaq, dostumun dediyinə görə, Aslanın bu məsələdən hələ ki, heç bir xəbəri yox idi. Onlar, ata-bala, hələ bir dəfə də üzbəsurət görüşməmiş-dilər və bunun yeganə səbəbi o idi ki, Aslan qızını görmək istəmirdi. Hətta, dos¬tumun dediyinə görə, Aslan Sürəyyanın həbsxanaya apardığı (ya göndərdiyi) xörəyi, siqareti, mer-meyvəni götürməkdən də birmərrə imtina eləyirdi.
Bundan bir müddət keçəndən sonra, bir gün dostum Bakıdan telefon açtb, bu dəfə yanıqlı-yanıqlı mənə bildirdi ki, adının əfv fərmanına düşməyi Aslanın qulağına çatıb və bunu eşidən kimi Aslan elə bir hala düşüb ki, onu təcili surət-də türmənin nəzdindəki xəstəxananın nevroloji şöbəsinə köçürüblər.
O gün dostum, telefonda, bundan şavayı heç nə demədi. Ancaq, Äslanın xasiyyətinə hələ lap uşaqlıqdan az-çox bələd olduğuma görə, mən özüm öz ağlım-la mülahizə eləyib, belə bir nəticəyə gəldim ki, bu işin axırı, çox güman ki, yaxşı qurtarmayacaq. O Aslan o türmədən, bəlkə də, sağ-salamat çıxmayacaq. Mənim mülahizəmə görə, əvvəla, Aslan bundan sonra azadlıqda yaşaya bilməzdi. Özü də, təkcə ona görə yox ki, Aslan 30 ildən bəri yaşadığı həbsxana həyatına artıq öyrəşmişdi.
Bu işin daha qəliz tərəfi buydu ki, türmədə namus, qeyrət, ki-şilik və mərdlik naminə can çürütdüyünə bu 30 ildə Aslan, söz yox ki, həmişə inanmışdı. İndi isə onu o türmədən kim çıxarırdı? O adam çıxarırdı ki, onun bü-tün uğurları, Aslanın nəzərində, yalnız namussuzluq hesabına mümkün ola bilərdi. Ömrünün tən yarısını əsasən özü kimi adamların əhatəsində keçirən As-lanı Sürəyyamn öz əməyi, qabiliyyəti hesabına nəsə əldə etdiyinə heç kəs inan-dıra bilməzdi. Deməli, qızının deputatlığı sayəsində əfv edilib, azadlığa çıxmaq-la, ilk növbədə, Asian o həbsxanada 30 il namus-qeyrət üçün deyil, öz axmaqlığı ucbatından oturduğunu boynuna almış olurdu.
Asian, bu sifətdə, kəndə qa-yıda bilməzdi. Bakıda isə - türmədə, ya azadlıqda yaşamağın, yəqin ki, ondan ötrü, elə bir ciddi fərqi ola bilməzdi... Ozünün əfv olunacağını bilən kimi Aslanın birdən-birə xəstəxanaya düşməyinin səbəbini mən o vaxt özüm üçün belə izah eləyirdim. Və sonrakı hadisələr göstərdi ki, mən öz mülahizələrimdə əsla yanılmamışam.
O ilin oktyabr ayının ortaları, havalar az-maz sərinləşəndə, Ətirşah Masan -ürəyində çoxdan bildiyi, ancaq, nədənsə, heç vaxt açıb-ağartmaq istəmədiyi bir məsələnin yavaş-yavaş gerçəkləşməyə başladığını gördü. Onda Ələddin evinin birinci mərtəbəsini, demək olar ki, tikib qurtarmışdı. Həyətinə, çay daşından, hündür hasar çəkdirmişdi. Və günlərin bir günü Ələddin, axşama xeyli qalmış, qapıdan kölgə kimi içəri girib, halsız-heysiz, həyətdəki taxtın üstünə səriləndə işin nə yerdə olduğunu Masan o saat başa düşdü: BU KƏNDİN KƏSAFƏTİ AXIR Kİ, ƏLƏDDİNI DƏ BASMIŞDI!..
Ələddinin kənddə çox da qərar tutmayacağını və gec-tez ruhdan düşüb, hət-ta başladığı tikilini yarımçıq qoyacağını da Ətirşah Masan, bu işin lap əvvəlindən yaxşı bilirdi. (Əgər Həbib kimi əzvayın, ölüvayın birisi əlinə bircə dəfə fürsət düşən kimi, sürüşüb, o saatca kənddən əkilirdisə, od kimi, alov kimi Ələddin bu kənddə axıracan necə qərar tuta bilərdü).
Masan Aytəkini səslədi:
- Qaç çeşmədən sərin su gətir, əmoğlun əl-üzün yusun. - dedi və taxtın bir qırağında Ələddinin yanında oturdu. - Xeyir ola, nə tez gəlmisən?
Ələddin dirsəklənib, böyrü üstə uzandı.
- Fəhlələrlə haqq-hesabı çürütdüm. - dedi.
- Bəs deyirdin qışacan tikib qurtaracaqsan? Bəlkə pulun... - Masan: bəlkə pulun qurtarıb? - demək istəyirdi. Ancaq elə demədi. - Bəlkə pulun azalıb? - dedi.
- Pul var. Pula nə gəlib? - Ələddin uzun-uzadı əsnədi. - Bir az yorulmuşam, bibi.kefsizləmişəm. Qoy qalsın, Allah qoysa, yazda qurtarram.
Masan ağır-ağır ayağa qalxdı.
- Bilirdim, - dedi. - Ürəyimə çoxdan dammışdı... Demək, bir evi də sən boş qoyub gedəcəksən... Dur, çörəyini ye, get evdə yat rahat-rahat. Hava sərindi. Burda soyuq dəyər sənə.
Ələddin şamdan sonra gedib yerinə uzandı. Ancaq nə qədəryatdığı bilinmə-di. Hələ heç Aytəkin də yerinə uzanmamış, Ələddin bozarıb-bürüşmüş bir hal-da eyvana çıxıb, gözünü göydəki Aya zillədi və az qala ağlaya-ağlaya: -Bu Ay niyə batmır, ay bibi! - dedi. - Mən buna baxmaqdan öldüm axı!..
Və onda Masan tam inandı ki, Ələddin bezib kənddən. Bildi ki, Ələddin də gedəcək və hələ qış düşməmiş onun buralarda heç izi-tozu da qalmayacaq.
O gecə Masanın da əhvalı birdən-birə yaman dəyişdi. Qardaşı oğlunun bu¬ralarda kiriş tutmayacağını bu işin lap əwəlindən bilsə də, Ələddinin - bircə gü-nün içində - necə deyərlər, bayrağını sallayıb, qanadı qırılmış quşa dönməyi Masanı hədsiz dərəcədə sarsıdıb bədbinləşdirdi. Üç-dörd ayın içində günbə-gün, saatbasaat isinişdiyi və qəlbinə hamıdan yaxın, hamıdan məhrəm bildiyi Ələddinin dərdi Masanın sanki belini qırdı.
XX
"HƏR ŞEYİ QOY, DALIMCA GƏL".
O gecə Ətirşah Masan, başını yastığa qoyar-qoymaz, elə bir mistik və simvolik yuxu gördü ki, o yuxunun təsirindən səhərəcən gözünü də yuma bilmədi.
Masanın yuxuda gördüyü - kəndin kənarındakı - həmin o çöl-biyaban idi. Ucaboy, saç-saqqalı qar kimi ağ, nurani bir vücud, ağappaq, dumduru ay işığın-da, həmin o çöl boyunca baş alıb üzü qibləyə san yol gedirdi: ya Adil müəllimin ruhuydu, ya da elə Allahın özüydü. Və üzü qibləyə sarı yol alıb gedən o nurani vücud (o Ruh, ya Allah) o çölün düzündə birdən-birə ayaq saxladı və dönüb geriyə baxdı: "HƏR ŞEYİ QOY, DALIMCA GƏL!" - Bu sözləri o Ruh (ya Allah) söz yox ki, Masana dedi. Özü də, on dörd-on beş yaşlı oğlan uşağının aydın və təmiz səsilə dedi və yenə qiblə səmtinə üz tutub, gedib-gedib, haradasa göyün ətəyində qeybə çəkildi. O səhər Ətirşah Masan həmişəki kimi sübh çağı yerindən qalxa bilmədi. Ələddinlə Aytəkin köməkləşib, çay qoydular, yemək hazırladılar. Ancaq Masan nə çay içdi, nə çörəyə əl vurdu. Dedi: məni həyətə çıxarın, evdə ürəyim sıxılır.
Və Ələddin onun yorğan-döşəyini həyətə çıxanb, ətirşahların arasındakı tax-tin üstündə Masana yer düzəltdi. Ələddinin köməyilə Masan gedib təzəyerində uzandı və günortadan da xeyli sonrayacan, körpə uşaq kimi, mışıl-mışıl yatıb, sonra, olduqca xoş bir ovqatda yuxudan ayıldı. Və (Allahın işinə bax ki!) Aslan-dan xəbər gətirən o uşaq da, darvazanın qapısı ağzında, elə bu vaxt göründü -kəndin icra nümayəndəsinin oğluydu:
-Masan nənə, Ələddin dayı, atam deyir ki, Aslan əmi türmədə naxoşlayıb. Sabah Sürəyya məllim Aslan əmini Bakıdan kəndə gətirəcək.
Kəndin icra nümayəndəsinin oğlu bu sözləri biməfəsə deyib, heç birdəqiqə də ayaq saxlamadan, qaçaraq çıxıb getdi... "Naxoşlamaq" ədəb xatirinə deyilmiş quruca söz idi - bunu dərk etməkdən ötrü heç bir kənd adamına əlahiddə ağıl lazım deyildi.
- ASLAN DA ÖLƏRMIŞ. A DÜNYA! - Ələddin. ikiəlli, başını qamarlayıb, Ma-sanın uzandığı taxtın qabağmda öizi üstdə yerə gəldi.
Ətirşah Masandan səs çıxmırdı. Elə bil nə gözü dünyanı görürdü, nə qulağı, bu dünyada, hər hansı birsəs eşidirdi. Sonra Əfəddin bibisinin gözlərindən sel kimi yaş axdığını gördü.
-Halal olsun, Sülü! – Elə bil ki, Masan səhnədə şer deyirdi. -Haqqım-sayım sənə halal olsun! Sənin atan bu dünyada yaşamağa yer tapmadı. İndi, bilirəm ki, ban öləndən sonra onun da Allahın altında yeri-yurdu olacaq. Atan palçıq xəndəklərdə kəfənsiz, başdaşısız çürüməyəcək. - Masan yerindən qalxmağa cəhd elədi. Ancaq qalxa biimədi. Birtəhər böyrü üstə çevrilib, yastığa dirsəklən-di. - İndi mən rahatam, Ələddin, mən bu sahat çox rahatam... Yuxumu görmüşdüm. Bu gecə məni çağırmışdılar. O nə səs idi, Allah! Mən heç vaxt elə səs eşit-məmişdim...
Masanın birdən-birə səsi kəsildi. Dodaqları yenə tərpənirdi, ancaq səsi çıx-mırdı, elə bil olan-qalan gücünü indicə sərf eləyib qurtarmışdı. Masan dünyadan gedirdi. Onun gözlərinin içində ölümün amansız kölgəsi gəzirdi. Və Aytəkinin eyvanda, divarın dibinə qısılıb, için-için ağlamağı da Masanın bu dünyadan get-məyindən xəbər verirdi.
Ətirşah Masan kənddə, hamının nəzərində, əsil Allah adamıydı və onun Allah adamı kimi də dünyadan köçməyi heç kəsə təəccüblü görünmürdü. Ancaq, ertəsi gün, iki yasın biri-birinə qarışdığı matəm mərasimində - Masanın necə öl-məyindən danışa-danışa - özünün də hədsiz heyrətini gizlədə bilməyən Ələddi-nin dediklərinin hamısına hamı eyni dərəcədə inanrnırdı. Məsələn, Ələddinin dediyinə görə, axşam - ölənə yaxın Masan Aytəkini çeşməyə göndərmişdi və qızın gətirdiyi sərin su ilə üzünü, boyun-boğazını və dirsəkdən aşağı - qollarını da təmiz-təmiz yumuşdu. Guyayuyunandan sonra Masan biryekə təndir lavaşının yarıdan çoxunu üzüm doşabına batırıb, iştahla yemişdi və üstəlik, o yeməkdən sonra Masan hətta 10-15 dəqiqə rahatca yatmışdı da...
" - Məni al qucağına. Mən kişi qucağında ölmək istəyirəm".
" - Aldım qucağıma, gözüm kəlləmə çıxdı".-Söhbətin bu yerində Ələddinin içindən elə bil od-alov püskürürdü, gözləri ocaq kimi alışıb yanırdı. - "Qorxdum, and olsun Allaha! Elə bil qucağımda tutduğum adam deyildi, bir kilo pambığıydı, ya nəydi, vapşe ves yoxudu arvadda. Heç bilmədim, qucağımnan necə qoydum yerə. Bir də, baxıb gördüm ki, day nəfəsi gəlmir".
Ələddinin kişi məclisində, çadırın içində dediyi bu sözləri eşitmək üçün həyətdə, çadırın çöl tərəfində, cecim-palaz üstdə komalaşıb oturmuş arvadlar da hərdən haray-həşirə ara verib, kişi məclisinə qulaq kəsilirdilər. Ancaq kəndin arvadlarını, bəlkə bundan da çox, Sürəyyanın boy-buxunu, geyim-kecimi, oturuşu-duruşu maraqlandırırdı. Bir vaxt bu kənddən Bakıya gedən arıq, qarayanız, davakar-dəlixay Sülünün yerinə indi Bakıdan sanki büsbütün başqa bir adam qayıtmışdı.
Başına, tül kimi nazik, qara yaylıq bağlamış, əyninə təptəzə qara kostyum, ayağına, eynən o kostyumun rəngində, uzunboğaz, dikdaban çəkmə geymiş Sürəyyanın indiki yerişi də elə bil ceyran yerişiydi. Məktəbin yuxarı siniflərində oxuyan ərlik qızlar da və hələ heç məktəbə getməyən 5-6 yaşlı xırda-ca qızcığazlar da gözlərini Sürəyyadan çəkə bilmirdilər. Kəndin ağbirçəyi, qara-birçəyi bir könüldən min könülə Sürəyyaya aşiq olmuşdu.
Belə yası bu kənd heç vaxt görməmişdi. Masanın ətirşahlarının xeyrini gör-müş insanlar ən uzaq dağ kəndlərindən də axışıb dəstə-dəstə yasa gəlirdi. Sürəyyanın deputat yoldaşlarının və rayonun, mahalın vəzifəli adamlarının da, bü-tün günü, Ətirşah Masanın həyətindən ayağı kəsilmirdi.
Həbib yasın ancaq 7-ci günü gəlib çıxdı. Dedi ki, Şəmkirdə, ya hardasa uzaq yerdə komandirovkadaymış, bu işdən gec xəbər tutub və buna görə də yasa gec gəlib. Özü də tək gəlmişdi, Süsənbəri gətirməmişdi. Və Həbib heç, bir gecə də kənddə qalmadı. Sürəyyanı da bəlkə uzaqdan-uzağa ya gördü, ya görmədi. Ca-maat qəbir üstündən qayıdandan sonra Həbib ehsana da oturmadı. Aytəkini gö-türüb xəlvətcə aradan çıxdı. Həbibin nə vaxt çıxıb getməyindən heç kəsin xəbəri olmadı.
Kəndimizin yaddaşında həmişəlik qalacaq və nəsildən nəslə keçib, nağıla-əfsanəyə dönəcək o yas marasiminin yeddinci günü, Masanın, Aslanın ruhuna son dəfə fatihə verib, hələ qaranlıq düşməmiş yası xətm elədilər. (Əslində, o yeddi, tək Ətirşah Masanın yeddisiydi. Asian, türmə xəstəxanasında, beyninə qan sızmadan iflic olub, nisgilli, nataraz ömrünü Masanın vəfatından 2 gün əv-vəl Allaha tapşırmışdı. Ancaq, mollanın dediyinə görə, Aslanın ölüm tarixini elə dəfn edildiyi gündən də hesablamaq olardı).
XXI
SÖZLÜ PAYIZ AXŞAMI
Mərasim bitəndən sonra, rayon mərkəzindən gətirilmiş çadırı və oturacaq əşyasını maşına doldurub, yiyəsinə qaytardılar. Kənd bələdiyyəsinin mülkiyyəti sayılan iki böyük samovarı və bir xeyli qab-qaşığı əlbəəl yuyub-yığışdırıb, yer-bəyer elədilər. Axşamçağı həyət tamam boşaldı. Ələddin də kəndin kişilərinə qoşulub, harasa getdi. Və neçə gündən bəri bir saat da rahatlıq, asudəlik bilmə-yən Sürəyya, nəhayət, paltarını dəyişib, həyətdə - ətirşahların arasında gəzinməyə başladı.
Payız idi. Üzü qışa gedirdi. Xəfif soyuq külək yarpağını hələ yayda tökmüş cəviz ağaclarının çılpaq budaqlarını aram-aram yellədirdi.
Ağappaq qovun diliminə bənzəyən 4-5 günlük Ay masmavi göy üzündən bu dünyaya soyuq-soyuq tamaşa eləyirdi... Sapsarı tut ağacları, yarpağı sarıdan çox qırmızımtıl - çəhrayı rəngə çalan saysız-hesabsız ərik ağacları, al-əlvan şaftalılar, gilaslar, gilənarlar... Bu dünyada indi hər şey payızınkı idi. Köçəri, gəldi-gedər payız təkcə Masanın ətirşahları ilə dil tapıb, sözü bir yerə qoya bilməmiş-di.
Ətirşahların dəyişməz dünyasında, həmişəki kimi, yenə yaz idi. Gül-çiçəkdən yaz-qış bar gətirən bu saysız-hesabsız gül ağacları, kim bilir, bəlkə də Masanın şerləriydi. Bu şerlər bundan sonra kimə lazım olacaqdı?.. Bəlkə Sürəyya elə indi, lap bu saat qonşulara xəbər eləyəydi: bu gülləri, kim istəyir, üç-üç, beş-beş gəlib daşıyıb aparaydı. Və Sürəyya, elə bunuca fikirləşdiyi yerdə, Ələddin küçə qapısından içəri girdi.
- Gəldin, dayoğlu? - Sürəyya Ələddinin gəlməyinə bərk sevindi. - Bu ətir-şahların dərdi məni yaman götürüb, dayoğlu. Bunları neyniyək, dayoğlu, bəlkə qonşulara paylayaq?
Sürəyyanın səsindəki gözləmədiyi doğmalıq Ələddini təəccübləndirdi.
"Dayoğlu, dayoğlu..." - zalımın qızı "dayoğlu" sözünü (kəndsayağı) elə də şi-rin-şirin deyirdi ki, elə bil bu adam o televizorda-Zeynəb Xanlarovadan bir ad-dim o tərəfdə - üz-gözünü turşudub, erkək pişik kimi, tox-tox oturan "şair-depu-tat" SÜRƏYYA ƏTIRŞAH deyildi, ömründə Bakı üzü görməyən adicə kənd qı-zıydı.
-Yooox! - Ələddin uzaqdan-uzağa dilləndi. Sonra Sürəyyaya yaxınlaşıb, fi-kirli-fikirli əlavə elədi: - Bibimin vəsiyyəti var. Öləndə mənə tapşırıb ki, ətirşah-ları heç kəs aparmasın bu həyətdən. Dedi ki, qonşulardan, kim istəsə, qoy gal-sin ətirşahlara elə burda qulluq eləsin.
Ancaq Ələddin, məlum məsələdir ki, Masanın sözlərini olduğu kimi demirdi. Əslində, Ətirşah Masan belə demişdi: "Ətirşahlarımı Allaha tapşırıram. Onların xeyrin görmək istəyən qoy gəlsin güllərimə burda qulluq eləsin. Tək-tək daşıyıb aparsalar, bilsinlər ki.xeyir görməyəcəklər. Ölüm Allahın əmridi. Ancaq heç kəs elə bilməsin ki, man day gəlməyəcəyəm bu-evə. Hər gün gəlib ətirşahlarıma baş çəkəcəyəm. O güllərin başına bir ağ kəpənək gəlib dolananda, qoy harm bilsin ki, o ağ kəpənək mənəm".
İçi göz yaşı ilə dolu qəhərli bir sükut... Sonra Sürəyya ağlayırdı. Və yaşının ilk gəlinlik çağını çoxdan ötürmüş ucaboy, incəbel, uzunsifət, qarabuğdayı Sü-rəyyanın qonur, badamı gözlərinə ağlamaq çox yaraşırdı.
Masanın ətirşahlarına, Sürəyyanın yaşlı gözlərinə, göydəki (qovun dilimi boyda) solğun Ay parçasına və uca, qəddi-qamətli cəviz ağaclarının, xəfifcə yellənə-yellənə, ürəyi qəm-qüssəylə dolduran bom-boz, çılpaq budaqlarına tamaşa eləyə-eləyə Ələddini də birdən-birə qəhər boğdu. İndicə, Sürəyyanın yanında hönkürüb ağlaya biləcəyindən Ələddin yaman qorxdu. Sürəyyadan uzaqlaşa-uzaqlaşa səsindəki qəhəri boğazında birtəhər əridib:
-Mən kəndə çıxıram.- dedi.-Bir azdan qayıdacağam... gedib bir nəfərə bir söz deməliyəm.
Ancaq söz demək bəhanə idi. Məsələ burasındaydı ki, son dəfə nə zaman ağladığını çoxdan unutmuş Ələddinin də indi ağlamağı gəlirdi. Dəmir kimi Ələddinə nə olmuşdu görəsən?.. Bibisinin ölümündən sonra bu kənd Ələddinin nəzərində bəlkə bir az da kiçilib balacalaşmışdı, miskinləşib mənasızlaşmışdı?
Bəlkə bir vaxt yaxşı tanıdığı Aslanın nisgilli, nakam ölümü, 7 günlük yasdan sonra, Ələddinə elə bu axşam, hələ indi-indi təsir eləməyə başlamışdı. Bir gün burdan çıxıb gedəcəyini hələ Masanın ölməyindən əvvəl qət eləmiş Ələddin bəlkə özünün bundan sonrakı dumanlı taleyinə ağlamaq istəyirdi. Axı, cəmi 4-5 ay əvvəl bu kənd Ələddin üçün son ümid yeri idi. Bu kənddə özünə cah-cəlallı ev tikmək üçün Ələddin, min cür risqə gedib, illər boyu pul toplamışdı.
Ələddin Moskvanın ceyran kimi qızları ilə çox gəzib, kef eləmişdi, ancaq o qızların hər hansı birilə evlənmək barəsində heç vaxt fikirləşməmişdi. Elə bu kəndə də Ələddin ondan ötrü gəlmişdi ki, öz kəndindən, öz millətindən qız alıb, gec də olsa, özü-nə ailə qursun, övlad-uşaq sahibi olsun. Allahın özü şahid idi ki, Ələddin bu kəndə hansı ürəklə, hansı arzularla gəlmişdi. Elə bilirdi ki, indi (kolxoz dağılan-dan sonra) burda da bir iş görmək olar, camaatı qəflət yuxusundan oyadıb, bu' kənddə iş qurub, adam kimi yaşamaq olar. Ancaq bunun əvəzində burda nə gördü Ələddin?..
Gördü ki, bu kəndin adamında nə deyib-gülməyə ürək qalıb, nə bir ciddi iş görməyə həvəs qalıb. Kimisi - qarnının hayında, kimisi-cibinin hayında. Xəbislik, paxıllıq, tamahgirlik... Adamların bir sözü o biri sözülə heç vaxt düz gəlmirdi. Heç kəs heç kəsin evində çörək görmək istəmirdi. İnsanlar-da bir zərrə rəhm, mərhəmət də qalmamışdı. Ata övlada, qardaş qardaşa qənim kəsilmişdi. Bir qarın çörəyə, yüz qram arağa adamlar biri-birini satmağa hər vaxt hazır idilər...
Bəlkə bu kənd həmişə belə olmuşdu. Ancaq uşaqlığın, cavanlığın gur işığın-da burda hər şey Ələddinin gözünə başqa cür görünmüşdü?.. Bunü, son 3-4 həftənin içində, Ələddin hər gün, hər saat fikirləşmişdi. Və indi bəlkə Ələddin o işıqlı uşaqlıq, cavanlıq çağlarının bir də qayıtmayacağını bildiyinə görə ağlamaq istəyirdi?..
XXII
KİŞİ QUCAĞI
Ələddin evə qayıdanda Sürəyyanın əhvalı tamam dəyişmişdi. Eyvanda gəzinə-gəzinə ürəyində, deyəsən, asta-asta mahnı oxuyurdu... Eyvandakı stolun üs-tünə, Ətirşah Masanın bol ehtiyatından, xeyli azuqə düzülmüşdü: kərə yağı, motal pendiri, çaşır, kəbər, xiyar, pomidor, badımcan turşusu. Alana, sucuq, qoz-fındıq ləpəsi.., Sürəyya samovar salmışdı, lavaş sulamışdı. İndi tok pilətəsində qovurma taskababı bişirirdi. Və Sürəyya buğlanan qaynar taskababı da gətirib süfrəyə qoydu.
- Yeyək-içək, sonra baxarıq. - Cingiltiii şən səslə Sülü, sehrli-müəmmalı bir şəkildə, Ələddinə qaş-göz oynatdı.
Sürəyyanın müəmmalı ədalarından nəsə bir anlaşılmaz narahatlıq duyan Ələddin, yəqin ki, söhbətin mövzusunu qəsdən dəyişdi:
- Bakıya nə vaxt gedirsən?
Ələddinin bu sualından Sülünün gözlərinin gur işığı elə bil göz-görə xeyli azaldı.
- Deyirsən tez gedim?
- Yox, niyə ki? Qalmalısan, qal. - Ələddin Sürəyyanın üzünə baxmadan, ürə-yində nəyisə götür-qoy eləyib: - Mən istiyirəm sabah gedim.-dedi. Və bu sözlə-ri deyə-deyə, eyni vaxtda, Ələddin Masanın qüssəli-qəhərli, titrək səsini eşitdi: "DEMƏK, BİR EVİ DƏ SƏN BOŞ QOYUB GEDƏCƏKSƏN!"
-Bəs evin nə olacaq?.. Evi başına qoyacaqsan? - Ələddinin birdən-birə də-yişib, daha da ciddiləşmiş zəhmli gözlərinə baxa-baxa Sürəyya ehtiyatla soruşdu.
-Bunu sən də bilirsən?
- Nəyi?
-Mənim burda ev tikməyimi.
-Deyirsən, onu da bilməyim? -Yenə Sürəyya qaş-göz eləyə-eləyə dedi. -Mən hər şeyi bilirəm, Ələddin... Çoban Əlmərdanın qızı Gülçöhrəyə yolda söz atmısan. Yazıq qız qorxusundan bir ay evdən-eşiyə çıxmayıb. 0 Gülçöhrə yəni elə gözəldi, Ələddin? - Sürəyya ayağa durub, çiyinlərini oynada-oynada eyvan-da gəzinməyə başladı.
Ələddin uzun müddət dinmədi. Sürəyya samovardan çay süzüb, Ələddinin qabağına qoydu.
- Nə yaman fikrə getdin! -dedi.- Nə fikirləşirsən, Ələddin?
- Fikirləşirəm ki, görəsən bibim Aslanla tapışdı o dünyada?.. - Ələddin gö-zucu Sülüyə baxıb, sonra öz-özünə gülümsədi. - De görüm, tapışdı, ya tapışma-dı?.. Yenə sən yaxşı bilərsən. Çünki deputatsan, böyük-böyük adamlarnan otu-rub-durursan.
- Axı, biz o dünyanın işlərinə qarışmırıq, Ələddin. Bizimki - bu dünyanın iş-ləridi. - Sürəyya nazlana-nazlana dedi:
- Əgər siz bu dünyanın işlərinə qarışmasaz, sənbilən, necə olar, Sülü? Bu dünya bundan yaxşı olar, yoxsa pis olar? -Ələddinin gözləri get-gedə daha da alışırdı.
-Yəqin pis olar ki, yaxşı olmaz. -Sürəyya gülə-gülə dedi.
Ancaq Ələddin gülmək hayında deyildi. Ələddin bulud kimi dolmuşdu.
-Axı bu, gözübağlıca oyunu qınr bu milləti, Sülü!.. Bu, yarınmaq-yaltaqlan-maq dərsini kim verdi bu millətə? Axı, sürünür bu millət. Bu millətdə sifət-zad qalmayıb axı!..
Ələddinin belə odlu-odlu siyasətdən danışmağı Sürəyyaya həddən ziyadə qəribə gəlirdi. Ancaq Sürəyya sevinirdi. İstəyirdi ki, Ələddin danışsın, başını aşağı salıb, stolun qırağında dinməz-söyləməz oturmasın. Ələddinin nə barədə danışmağı Sürəyyanı bir o qədər maraqlandırmırdı.
-Sən lap müxalifətçi olmusan ki! -Sürəyya zarafatla dedi. -Televizora çox baxırsan? .
-Gecələr hərdənbir baxmışam.
-Sən heç vaxt baxma televizora! - Sörəyya ehmalca və çox ehtiyatla Ələddi-nin saçına sığal çəkib, qab-qacağı stolun üstündən yığışdırmağa başladı. Ələddinin hələ də ürəyi soyumamışdı:
-Deyirsən: evin necə olacaq?.. Batacaq, batmayıb neynəyəcək... Qoy batsın, öz günahımdı.
-Yenə Moskvaya qayıtmaq istəyirsən? -Sürəyya doluxsunmuşdu. Ələddin Sürəyyanın sualına cavab vermədi.
-Deyirsən: hər işin bilirsən bu kəndin. Axı sən nəyin bilirsən bu kəndin? Bircə onu bilirsən ki, Ələddin çoban Əlmərdanın qızına söz atıb. Elə o Milli Məclisdə sənnən oturannar da bu xalqın barəsində sənnən artıq bir şey bilmir. Bu millətin dərd-sərindən danışmaq əvəzinə oturub bütün günü əsniyirsiz orda. Bircə ermənini söyəndə hamınız birdan qızışırsız, çünki ermənini söymək üçün indi kişilik-zad lazım deyil. Belə çıxır ki, bütün erməni xalqını gündə yüz dəfə söymək olar, ancaq bir müsəlman alçağına, bir dəfə də, bir kəlmə güldən artıq söz demək olmaz. Sürəyya:
- Ermənini boşla getsin! -dedi. -De görüm, Gülçöhrəyə söz atmısan, yoxsa atmamısan? -Sülünün göz-qaşını oynatmağı yenə yerində idi.
- Atmışam. - Ələddin uşaq kimi öyünə-öyünə dedi.
- Gəlsəydi, alardın Gülçöhrəni?
- O vaxt gəlsəydi, alardım.
- Bəs indi niyə almırsan?
- Dedim də: çıxıb gedəcəyəm.
Gözləri yaşla dolmuş Sürəyya üzünü yana çevirib, bir müddət səssizcə ağladı. Sonra dönüb, qürurlu-qətiyyətl bir görkəmdə, Ələddinlə üz-üzə cayandı.
- Bilirəm, dayoğlu,-dedi,- sən də bu fikirdəsən ki, mən Bakıda çox əməllərdən çıxmışam. Bu kənddə, elə Bakıda da mənim barəmdə çoxları belə fikirləşir. Ancaq, Ələddin, elə indi də mən haman Sürəyyayam. Burdan gedən Sülüəm, dayoğlu. Onu bil ki, Solmazın qızı olsam da, mən Aslan kimi kişinin belindən gəlmişəm!
Ələddin Sürəyyanın nə demək istədiyini yaxşı başa düşdü. Ancaq özünü o yerə qoymadı.
-Yenə bibim sağ olsaydı, bəlkə burda bir müddət də tab gətirmək olardı - dedi.- Hər gün o arvadm səsin eşidəndə bu dünyanın bütün əclaf işləri yadımdan çıxırdı, Sülü. Bundan sonra day nə qaldı ki, bu kənddə? Mənim yerimdə sən də olsaydın, çıxıb gedərdin. Burda, bundan sonra, heç, bir gün də qalmazdın.
Sürəyya birdən-birə cürətləndi elə bil. Ya da canını dişinə tutub, öz üzücü intizarına, nəhayət, son qoymağı lazım bildi.
-Qalardım! Sən mənə qal desəydin, lap susuz səhrada da sənnən yüz il qalardım. - Ələddinə bayaqdan bəri göz-qaşla qandırmaq istədiyini indi dililə deyəndən sonra Sürəyya toxdadı, sakitləşdi. - Man üşüyürəm, Ələddin! - dedi. -Dur, gedək televizora baxaq.
Ələddin televizora baxmağa getmədi. Gedib yerinə uzandı... Ələddinin yatdığı otağa bir azdan ətir iyi doldu. Sonra Ələddin pəncərənin qabağında durmuş Sürəyyanın badamı gözlərinin çəhrayı-qırmızımtıl işıq saçdığını gördü.
Sürəyya namnazik gecə köynəyində idi. O köynəyin altında Sürəyyanın, gıil-burun bostan qırasına bənzəyən, uzunsov döşləri görünürdü.
-Nənəm necə demişdi, Ələddin?.. "Mən kişi qucağında ölmək istəyirəm!"... Ələddin, məni də qucağına al da, nə olar. Axı mən də ölmək istəyirəm.
Gərək insanın canında bir zərrə kişi qanı olmayaydı ki, Sülünün o uzunsov döşlərini heç olmasa bircə dəfə öpüb-oxşamaqdan vaz keçə biləydi...
Ələddin çarpayıdan şıçrayıb, Sürəyyanı qucağına aldı. Üz-gözünü, dil-dodağını Sülünün, o nazik köynəyin altındakı isti döşlərinə sürtə-sürtə, onu bir muddət çarpayının başına dolandırdı. Ələddin Sürəyyanı öpə-öpə çarpayıya uzatdı. Və Sülü, həyatında birinci dəfə, öz cartında-ciyərində, ürəyinin, beyninin, dərisinin içində bir ağrılı ləzzətin şirin tamını duydu. Sonra, başını Ələddinin qolunun arasına qoyub, gözlərini yuman kimi, dərin yuxuya getdi.
Ay batmışdı. Eyvandakı lampanın işığı da lap təzəcə sönmüşdü. Dünya o qədər sakit idi ki, elə bil, otağın içində, bayırdakı qatı qaranlığın həzin səsi eşidilirdi. Bir də, bu dünyanın havasında, Sülünün həmişə arzuladığı o iy yenə peyda olmuşdu... Bəs o iy, görəsən, hardan gəlirdi, Pərvərdigara: axı indi ot biçilən vaxt deyildi, o iydənin-heyvanın çiçək açmağına hələ bir dünya vaxt qalırdı.
XXIII
ELİN GÖZÜ TƏRƏZİDİR
...Sonra ağız ədəbiyyatının al-əlvan fantaziyası - Ətirşah Masanın dastanında - o gecənin mabədini belə təsvir edəcəkdi: "Onlar qırx gün, qırx gecə evdən-eşiyə çıxmadılar. Öpüşüb-sevişdilər. Əslinin-Kərəmin, Leylinin-Məcnunun görmədiyi bir-birindən gözəl günlər gördülər. Sürəyya, hələ lap uşaqlıqdan, könlündə bəslədiyi arzusuna çatmışdı. İndi bu dünyadan doyunca kam alırdı. Heç o şairlik-deputatlıq da o günlər Sürəyyanın yadına düşmürdü. Qaldı ki, Ələddin... Ələddin o sevginin şərbətini içə-içə gün-gündən şuxlaşırdı, cavanlaşırdı. Ancaq əvvəli olan hər şeyin gec-tez bir axırı da olur. Axı Ələddin, iyirmi ildən də çox, Moskva kimi böyük şəhərdə yaşamışdı. Dünyanın o boyda genişliyində asudə yaşamağın dadı-ləzzəti damağındaydı... Buna görə də bir gecə Ələddin ehmalca yerindən durub, paltarını əyninə geydi. Sevgilisin şirin yuxudan oyatmağa, qıymadı. Bir qulaq kağız yazıb, Sürəyyanın balıncının altına qoydu. O kağızda Ələddin eşit gör nə yazırdı.
Yazırdı ki, ömrüm-günüm, mən bu məmləkətdən həmişəlik gedər oldum. Ancaq elə bilmə ki, səndən bezib gedirəm. Mən səndən bezməmişəm, yolun azmış millətimin biməsrəf insanlarından bezmişəm. Xatir-xatircəm ol, sevgilim, bil ki, səndən ayrı arvad almayacağam. Bilirəm ki, sən məndən oğul doğacaqsan. Oğluma öz adımı qoyarsan... Ələddin yazdığı kağızı ehmalca sevgilisinin balıncının altına qoyur. Sürəyyanın üzündən öpüb, gecəykən yola düzəlir. Ələddinin getməyindən kənddə heç kəsin xəbəri olmur".
Ancaq bir olanın üstünə beş də olmayanı qoymaq el ədəbiyyatı yaradanların köhnə xasiyyətidir. Əvvəla, Sürəyyanın Ələddinə ürəyini açdığı o gecədən sonra onlar "qırx gün, qırx gecə" yox, cəmi 12 gün bir yerdə olmuşdular. İkincisi, Ələddin "gecəykən" kənddən getməmişdi və gedəndə heç bir kağız-zad da yazıb qoymamışdı. Üstəlik, Ələddinin kimsədən xəbərsiz kənddən getməyi də büsbütün el ağzının uydurmasıydı. O gün kənddən çıxanda Ələddini azı dörd-beş adam yolda görmüşdü. Bununla belə, "Elin gözü tərəzidir" - məsəli də, söz yox ki, boş-boşuna deyilməyib. Mayasını elin ağız ədəbiyyatının al-əlvan fanta-ziyasından götürən o yüyrək, sadəlövh deyimdə, əslində, düz duyulmuş, düz tutulmuş məqamlar daha çoxdur. Ən başlıcası isə budur ki, Ələddinin kənddən çıxdığı o ayrılıq gününün ovqatı və bu ayrılığın qaçılmazlığının əsas motivləri o deyimdə, tamamilə obyektivcəsinə, doğru-düzgün təsvir edilib.
...Yenidən Moskvaya qayıdacağını özü üçün tam qərarlaşdırandan sonra, Ələddin - hələ yola çıxmağına bir gecə qalmış - Sürəyyaya deyəcəyi sözlərin hamısını demişdi. Əslinə qalsa, Sürəyya bu söhbəti gözləyirdi. Çünki Ələddini kənddə saxlaya biləcək birşey qalmamışdı, indiki Bakı isə Ələddinin yeri deyildi, - bunu Sürəyya yaxşı bilirdi.
Ələddinin getmək söhbətindən sonra o gecə Sürəyya, səssiz-səmirsiz, gözünün yaşını axıtdı. Ancaq "getmə" sözünü bir kərə də demədi. Səhərisi - Ələddin yol üçün yır-yığış eləyəndə də - Sürəyya cınqırını çıxarmadı. Əksinə, hələ bir növ, Ələddinə ürək-dirək də verdi:
- Get, - dedi, - rahat get. Xatircəm get. Sənnən bir yerdə olmağımın elə, bircə gecəsi də mənə ömürlük bəs eləyərdi. Allaha qurban olum - elə oldu ki, on iki gün sənnən bir yastığa baş qoydum. İndi, getsən də, bilirəm ki, bir vaxt qayıdıb gələcəksən. Sən heç qayıtmasan da, bil ki, bundan sonra qırx il də yaşa-sam, mənə özgə kişi lazım deyil.
- Mən də evlənən deyiləm. - Ələddin evdən çıxanda dedi. - Əgər evlənsəm, Sülü, Masanın, Aslanın ruhu mənə qənim olsun!.. Məndən uşağın olacaq. Ürəyimə damıb. Ancaq bilmirəm ki, sən, Sülü, o uşağı atasız doğacaqsan, ya doğmayacaqsan. Əyər doğsan, uşaq da oğlan uşağı olsa, adın ya Aslan qoy, ya da elə mənim öz adımı oğluma qoy... Bir də, gəlib Moskvada axtarma məni. Lazım olsa, mən özüm səni axtarıb tapacağam.
Əslində, Ələddinin son sözləri məhz bu sözlər olmuşdu. Və heç bu sözlərdən sonra da Sürəyya heç bir söz deməmişdi. Eləcə Ələddinin boynuna sarılıb, kirimişcə ağlamışdı.
XXIV
DƏLİ RÜZGAR
Sürəyyanın kənddən getməyindən, çox olsa, 10-15 gün keçmiş olardı. Hələ qış gəlməmişdi, ancaq payız öz payız sifətini tamam itirmişdi. Ətirşah Masanın yoxluğu ilə dünyanın al-əlvan rəngləri də elə bil yer üzündən həmişəlik silinib getmişdi.
Səhər idi. Dumanlı-çiskinli soyuq havaydı. Və o səhər, o dumanlı-çiskinli soyuq havada mən Ətirşah Masanın evinə baş çəkməyə gedəndə yolda-rizdə ins-cins gözə dəymirdi. Bircə, kinoçu Salehin arvadı Bağdagül, biri-birindən çəlimsiz -altı qız balasını da yanına yığıb, öz darvazasının ağzında oturmuşdu. Və o Bağdagül uzaqdakı maşın yoluna elə həsrətlə baxırdı ki, elə bil o altı uşağın atası o yolun üstündə, indicə, qeybdən zühur edəcəkdi.
Mən Ətirşah Masanın küçə qapısının qıfılsız halqasını açıb həyətə girdim. Və mənim o həyətə girməyimdən bəlkə heç beş dəqiqə də keçməmiş, birdən-birə elə bir dəli rüzgar qopdu ki, ağacların ən uca budaqları da az qaldı başını yerə qoysun.
Masanın Ətirşah cənnətinin necə viran olduğunu mən elə qapıdan girən kimi görmüşdüm. Həyətə mal-heyvan ötürülmüşdü - bona söz ola bilməzdi. Üstəlik, məhlənin uşaqları da, görünür, bekar durmarmşdı: dibçəklərin bir neçəsi (sözsüz ki, insan əlilə) böyrü üstə aşırılmışdı. İndi isə dəli rüzgar o biri dibçəkləri də, dalbadal aşıra-aşıra, elə bil Masanın ətirşah cənnətinə ZAMANIN son hökmünü oxuyurdu...
Əylis: iyul-noyabr, 2003
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər











