İranda yeni lider kimi gördüyümüz adamların çoxu ölüb - TRAMP

Xəbərin çap versiyası
Tarix: 4-03-2026, 15:04

Foto: Getty Images

ABŞ prezidenti Donald Tramp deyib ki, İranda hakimiyyətdə görmək istədiyi şəxslərin çoxu ölüb. O bunu martın 3-də Ağ Evdə Almaniya kansleri Fridrix Mersi qəbul edərkən jurnalistin sualına cavabında bildirib.

Civilazerbaijan.com
bildirir ki, Tramp daha öncə ABŞ-İsrail hücumları nəticəsində İranda 48 rəhbər şəxsin öldürüldüyünü demişdi. Onların arasında ali lider Seyid Əli Xamenei, Baş Qərargah rəisi, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri, müdafiə naziri və başqaları var.

Keçmiş İran şahının oğlu, ABŞ-də yaşayan Rza Pəhləvi ilə bağlı suala cavabında isə Tramp onun İranı idarə edə biləcəyinə şübhə ilə yanaşdığını deyib.

"Ölkəsinin onun liderliyini qəbul edib-etməyəcəyini bilmirəm. Əlbəttə ki, qəbul etsəydilər, mənim üçün problem olmazdı”, - o qeyd edib.

65 yaşlı Pəhləvi daha öncə ABŞ mətbuatına müsahibəsində İranda keçid hökumətinə rəhbərlik etməkdə iddialı olduğunu və 47 ildən sonra ilk dəfə olaraq İrana qayıtmağa hazır olduğunu bildirib.

Fevralın 28-də ABŞ və İsrail İrana havadan zərbələr endirməyə başlayıb. Tramp hücumun başlamasını elan etdiyi çıxışında iranlıları hakimiyyəti ələ keçirməyə çağırıb.

İranın Qırmızı Aypara Cəmiyyətinin ən son martın 3-ə olan məlumatına görə, İranda hücumlar nəticəsində ən az 787 nəfər ölüb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz