AFFA Almaniya ilə oyundan nə qədər qazanıb?
Tarix: 12-04-2017, 03:00
AFFA 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş Azərbaycan - Almaniya oyunundan əldə olunan gəliri açıqlayıb.
SİVİL.AZ qurumun saytına istinadla xəbər verir ki, matçın bilet və SkyBox satışından, həmçinin hospitality (qonaqpərvərlik) xidmətindən AFFA-nın büdcəsinə ƏDV daxil olmaqla 204 min 691 AZN pul vəsaiti daxil olub.
Qeyd edək ki, Azərbaycan - Almaniya görüşü qonaq komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər