Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub

Xəbərin çap versiyası
Tarix: Bu gün, 15:55


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub.

Civilazerbaijan.com
bildirir ki, bu barədə siyasətçinin özü sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, çıxışına məhdudiyyət qoyulduğunu sentyabrın 12-i səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında öyrənib.

"Bildiyiniz kimi mən 2016-cı ildə “Azad Media" mükafatına layiq görülmüşdüm. Mükafatı verən təşkilat bu ilin 17-19 sentyabr tarixlərində keçirəcəyi tədbirə məni də dəvət etmişdi. Belə planladım ki, tədbirdən bir neçə gün qabaq Gürcüstana gedim, oradakı qohumlara baş çəkim, sonra tədbirə qatılmaq üçün Vilnüsə gedim", - o qeyd edib.

S.Həziyə çıxışına Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulduğu deyilsə də, səbəbi izah edilməyib. O, məhdudiyyəti "qanunsuz" adlandırıb və səbəbi aydınlaşdırmağa çalışdığını bildirib.

Azərbaycanda son vaxtlarda müxalif siyasətçilər və vətəndaş cəmiyyəti üzvlərinin ölkədən çıxışına məhdudiyyətlər qoyulur.

Onlar qadağanı siyasi motivli hesab etsələr də, rəsmilər bu iddianı əsassız sayır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz