İlham Əliyev və Nikol Paşinyan Tiranada görüşüb
Tarix: 16-05-2025, 14:59
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Tiranada görüşüblər.
Civilazerbaijan.com bildirir ki, onlar Avropa Siyasi Birliyinin 6-cı zirvə toplantısında iştirak etmək üçün Albaniyaya gediblər.
Liderlərin görüşündən sosial mediada videolar yayılıb. Amma onların konkret hansı məsələləri müzakirə etdikləri məlum deyil.
Bu ilin martında Azərbaycan və Ermənistan sülh müqaviləsinin mətni barədə razılığa gəliblər. Lakin iki ölkə arasında yekun sülh razılaşması hələ imzalanmayıb, BBC-nin məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər