Bu şəxslər 2000 manatadək cərimələnəcəklər

Xəbərin çap versiyası
Tarix: 12-04-2017, 12:21
Bu şəxslər 2000 manatadək cərimələnəcəklər


Üzərində “dərman vasitəsi deyildir” sözləri yazılmayan bioloji fəallığa malik qida əlavələrini istehsal edən və satan fiziki şəxslər 500, hüquqi şəxslər 2000 manatadək cərimə ediləcəklər.

SİVİL.AZ-ın məlumatına görə, bununla bağlı Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında məlumat verilib.

Komitə sədri Əhliman Əmiraslanov deyib ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, üzərində və onların istifadəsi təlimatlarında (içlik vərəqələrində) “dərman vasitəsi deyildir” sözləri yazılmayan bioloji fəallığa malik qida əlavələrinin istehsalına, idxalına və ya satışına görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək cərimə ediləcək.

Bundan başqa, bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə vəzifəli şəxslər əlli manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək cərimə ediləcək.

“Dərman vasitələri haqqında” qanuna təklif edilən əlavəyə görə, normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, keyfiyyətsiz, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı qadağandır.

“Reklam haqqında” qanuna təklif edilən əlavəyə əsasən, bioloji fəallığa malik qida əlavələrinin reklamında onların dərman vasitəsi olmadığı haqqında məlumat verilməlidir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz