Almaniya – Azərbaycan matçının məkanı bəlli oldu

Xəbərin çap versiyası
Tarix: 12-04-2017, 12:29
Almaniya – Azərbaycan matçının məkanı bəlli oldu


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi avqustdan AÇ-2019-un seçmə mərhələ oyunlarına start verəcək.

SİVİL.AZ-ın məlumatına görə, komandamızın səfər oyunlarından birinin yeri artıq müəyyənləşib.

Belə ki, Yaşar Vahabzadənin yetirmələri yer aldığı 5-ci qrupun 3-cü görüşündə Almaniyanın qonağı olacaq. Almaniya mətbuatı qarşılaşmanın oktyabrın 6-da Kotbus şəhərində keçiriləcəyini yazıb. Bundestim bundan bir ay əvvəl Kosovonu isə Osnabrükdə sınağa çəkəcək.

Qeyd edək ki, millimiz Almaniya ilə görüşə qədər avqustun 31-də İsrailə qonaq olacaq, sentyabrın 5-də isə İrlandiyanı qəbul edəcək.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz