Cocuq Mərcanlıda tank əleyhinə mina tapılıb

Xəbərin çap versiyası
Tarix: 13-04-2017, 00:30
Cocuq Mərcanlıda tank əleyhinə mina tapılıb


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə gündəlik hesabatını açıqlayıb.

SİVİL.AZ xəbər verir ki, ANAMA-dan APA-ya verilən məlumata görə, gün ərzində 2 512 ədəd qəlpə, 1 ədəd tank əleyhinə TM-57 minası aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Nəticə etibarilə 55 401 kv.m ərazi (3 549 kv.m əllə, 16 100 kv.m mexaniki üsulla və 35 752 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz