Kürdəmirdə qanunsuz ət satılmasının qarşısı alınıb
Tarix: 12-04-2017, 18:10
Kürdəmir rayonunda heç bir sənədi olmayan ətin satılmasının qarşısı alınıb.
APA-nın yerli bürosunun xəbərinə görə, ötən gün axşam saatlarında rayon baytarlıq xidmətinin və polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Bərdə rayon sakini, Amil Elşən oğlu Ələkbərovun idarə etdiyi "Mercedes" markalı minik maşınının baqaj və salon hissəsindən hissələrə bölünmüş, heç bir sənəti olmayan 700 kiloqrama yaxın ət aşkar olunub.
Müvafiq orqanlar tərəfindən yerindəcə akt tərtib olunub və ətdən nümunələr götürülüb. Fakt araşdırılır.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər