Azərbaycanda baş həkimin qətli ilə bağlı ŞOK təfərrüatlar

Xəbərin çap versiyası
Tarix: 13-04-2017, 16:19
Azərbaycanda baş həkimin qətli ilə bağlı


Telefon danışıqları üzə çıxdı

Kənd həkim ambulatoriyasının baş həkiminin ölümünə evində saxladığı külli miqdarda pul səbəb olub.

SİVİL.AZ xəbər verir ki, İstiPress-in cənub bürosunun hadisənin baş verdiyi Xolmili kənd sakinlərindən əldə etdiyi məlumata görə, kənd həkim ambulatoriyasının baş həkimi Vabah Səfərov evində saxladığı böyük məbləğdə pulun badına gedib. Məlumata görə, hadisədən bir neçə gün öncə həkimin Rusiyada imkanlı iş adamı olan və orada yaşayan kürəkəni - qızının əri Sahil qaynatasına kənddəki yeməkxanasının ehtiyaclarını ödəmək məqsədi ilə təqribən 300 min manata yaxın pul göndərib. Bu barədə Sahilin yaxın dostu və qohumu, elə həmin kənd sakini Vüqar Abbasov da məlumatlı olub. Kənddəki şadlıq sarayında operator işləyən Vüqar pul barədə yaxın tanışı Fail Hüseynova danışıb və onlar həmin pulu ələ keçirmək məqsədilə martın 18-ı gecə saatlarında həkimin evinə basqın edirlər. Çox güman ki, həkimin evinə yaxından bələd olan və bu evə gediş-gəlişi olan dostlar həmin vaxt ailənin evdə olmayacağını planlaşdırıblar. Evin birinci mərtəbəsində qəfil həkimlə rastlaşanda çəkiclə onun başına ağır zərbələr endiriblər. Buna səbəb isə, həkimin basqınçıları tanıması olub. 2 gün öncə rayon polis şöbəsinin müvəqqəti saxlama kamerasında polisin silahı ilə özünü güllələyərək intihar edən 40 yaşlı Fail Xudaverdi oğlu Hüseynov ölümündən qabaq hadisəni Vüqar Həmidovla birgə törətdiyini boynuna alıb. Maraqlıdır ki, basqınçıların hər ikisi maddi cəhətdən imkanlıdır və həkimin ailəsi ilə qohumluq telləri ilə bağlıdırlar.

Xatırladaq ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xolmili kənd sakini Vüqar Həmid oğlu Abbasov tutulub. Hazırda polis cinayətin digər iştirakçılarının da olub olmadığını araşdırır.

Cinayətin açılmasında hadisə törədən şəxslərlə dünyasını dəyişən ev sahibinin telefon danışıqları əsaslı rol oynayıb.

Qeyd edək ki, evə basqın hadisəsi martın 18-də Xolmili kəndində baş verib.Basqınçılar 67 yaşlı kənd sakini Səfərov Vahab Xalıq oğluna baş nahiyəsindən ağır xəsarət yetiriblər. Ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya açıq kəllə-beyin travması diaqnozu qoyulub və onun vəziyyəti ağır olduğundan Bakıya göndərilib. Lakin V.Səfərov bir neçə gün sonra paytaxt xəstəxanasında dünyasını dəyişib. O, uzun illər kənd ambulatoriyasının müdiri vəzifəsində işləyib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz