Siyavuş Novruzov: Banklara inam vardı, amma bəzilərinin nöqsanlarına görə problemlər yarandı
Tarix: 14-04-2017, 15:30
Dövlət büdcəsindən mənimsənilən vəsaitlərin geri qaytarılması ən ali şərtlərdən biridir.
SİVİL.AZ xəbər verir ki, Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Hesablama Palatasının 2016-cı il üzrə hesabatının müzakirəsi zaman deyib.
S. Novruzov bildirib: "Dövlət vəsaitini mənimsəyən insanlara verilən cəzanın növündən asılı olmayaraq, əgər dövlət vəsaiti geri qayıtmırsa, o cəzanın nə əhəmiyyəti var? Kimsə qohum-əqrəbası vasitəsilə külli miqdarda pulu ölkədən çıxarıbsa və əgər o pullar qayıtmayacaqsa, cəzanın nə əhəmiyyəti var?! Əksinə, dövlət həmin şəxslərin həbsdə saxlanmasına vəsait sərf edəcək”.
Millət vəkili qeyd edib ki, Hesablama Palatasına əlavə səlahiyyətlər verilməlidir: “Əgər bir yerdən siqnal daxil olursa ki, orada pozuntular var, Palataya səlahiyyət vermək lazımdır ki, orada dərhal yoxlama aparsın və nöqsanların qarşısını vaxtında alsın. Neçə illərdir banklara inam yaranmışdı, amma bəzilərinin nöqsanları nəticəsində bu gün bank sektorunda problemlər baş qaldırdı. Ona görə də bu nöqsanların qarşısı vaxtında alınmalıdır”.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər